Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2102/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2-1(103)189/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.06.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1954-cü il təvəllüdlü iddiaçı 14.03.1973-cü il tarixdə əmək fəaliyyətinə başlamış və 15.09.1999-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 25.05.2018-ci il tarixli 16/01-2979 saylı imitna məktubu ilə bildirmişdir ki, 25 il sosial sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək 01.06.1993-cü ildən 15.08.1999-cu ilədək “X1” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2854/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2854/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2-1(103)-189/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2854/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 25 il sosial sığorta stajı təhsil aldığı müddət, hərbi xidmət dövrü və əmək kitabçası ilə təsdiq edildiyindən iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2-1(103)-189/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının 01.06.1993-cü ildən 15.08.1999cu ilədək “X1” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövrün qarşılıqlı yoxlanılması aparılmış, iddiaçının əmək fəaliyyəti barədə məlumat əldə etmək mümkün olmamış, o cümlədən müəssisə tərəfindən məcburi sosial sığorta haqlarının ödənilmədiyi mü əyyən edilmişdir. Kassator “Əmək pensiyaları haqqında” Qanunun 21.1, 25-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 90, 91-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2-1(103)189/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2-1(103)189/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onu n izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2-1(103)-189/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə xx.xx.1954-cü il təvəllüdlü iddiaçı 14.03.1973-cü il tarixdə əmək fəaliyyətinə başlamış və 15.09.1999-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən 01.06.1993-cü ildən 15.09.1999-cu ilədək “X1” kiçik müəssisəsində direktor vəzifəsində işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 25.05.2018-ci il tarixli 16/01-2979 saylı imitna məktubu ilə bildirmişdir ki, 25 il sosial sığorta stajı olmadığından yaşa görə əm ək pensiyasının təyin edilməsi mümkün deyildir. Hazırkı iş üzrə cavabdeh iddiaçının 01.06.1993-cü ildən 15.09.1999-cu ilədək “X1” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövrü mübahisələndirir və hesab edir ki, iddiaçının “X1” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövrün qarşılıqlı yoxlanılması zamanı onun əmək fəaliyyəti barədə məlumat əldə etmək mümkün olmadığından və müəssisə tərəfindən məcburi sosial sığorta haqlarının ödənilmədiyi müəyyən edildiyindən həmin dövr sosial sığorta stajı kimi müəyyən edilə bilməz. İşə baxan apellyasiya instansiya məhkəməsi yalnız iddiaçının əmək kitabçasına istinad etməklə hesab etmişdir ki, iddiaçının 01.06.1993-cü ildən 15.09.1999-cu ilədək “X1" kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməlidir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən 11.06.2018-ci il və 10.07.2018-ci il tarixlərdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinə “X1” kiçik müəssisəsinin 1993-1996-cı illərdə qeydiyyatda olubolmaması, qeydiyyatdadırsa sosial sığorta haqlarını ödəyib-ödəməməsi, ödəmişdirsə İddiaçı adına sosial sığorta haqlarının ödənilməsi dinamikası ba rədə məhkəməyə ətraflı məlumat verilməsinə dair sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinin 17.06.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “X1” kiçik müəssisəsi (VÖEN **********) 15.05.2014-cü il tarixdə Fondda qeydiyyatdan keçdiyindən 1993-1996-cı illər arasında dövrə aid məlumat vermək mümkün deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinin 20.07.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “X1” kiçik müəssisəsi adlı bir neçə sığortaedən olduğundan rekvizitləri dəqiqləşdirdikdən sonra müraciət edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbi il ə bağlı sorğu ünvanlasa da, araşdırmanı sona çatdırmamış, iddiaçının işlədiyi “X1” kiçik müəssisəsinin rekvizitlərini dəqiqləşdirdikdən sonra təkrar sorğuyla müraciət etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinin 17.06.2018-ci il tarixli məktubunda “X1” kiçik müəssisəsi (VÖEN **********) 15.05.2014-cü il tarixdə Fondda qeydiyyatdan keçməsi qeyd olunsa da 15.05.2014-cü il tarixdə Fondda qeydiyyatdan keçən “X1” kiçik müəssisəsinin iddiaçının işlədiyini iddia etdiyi müəssisə olması dəqiqləşdirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinin 20.07.2018-ci il tarixli mək tubunda “X1” kiçik müəssisəsi adlı bir neçə sığortaedən olduğu qeyd edilmişdir. Həmçinin iddia tələbi 01.06.1993-cü ildən 15.08.1999-cu ilədək “X1” kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi olmasına baxmayaraq məhkəmə tərəfindən 1993-1996-cı illərə aid sorğunun (natamam) göndərilməsi səbəbi aydın deyildir. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasında onun 01.06.1993-cü il tarixdə “X1” kiçik müəssisəsinə direktor qəbul olunması qeyd edilsə də, iddiaçının “X1” kiçik müəssisəsinə direktor təyin edilməsinə dair müvafiq əmr barədə qeyd əmək kitabçasında mövcud deyildir. Lakin apellyasiya instansiya məhkəməsi bu hala da qiymət verməmiş və iddiaçının “X1” kiçik müəssisəsində işləməsinin yoxlanılması istiqamətində ətraflı araşdırma aparmadan qərar qəbul etmişdir. Beləliklə, hazırkı iş üzrə işə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 12.1-ci maddəsinin tələblərinə riayət edilməməsinə hüquqi qiymət verməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qəra rı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olub-olmamasını müəyyən etməli, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olduğu halda iddiaya məhkəmə kollegiyasının yuxarıda qeyd olunan mövqeyi nəzərə alınmaqla baxmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019- cu il tarixli 2-1(103)-189/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2102/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2102/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver