Məhkəmə qərarları › İş №2-1(102)-2102/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2102/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2102/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Ağdaş rayon X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilə qədər olan dövr üzrə inzibati orqanın qərarının mübahisələndirilməsi, iddianın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; 1EKTBME) cavabdeh Ağdaş rayon X6rşı “bələdiyyə qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şək i Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(107)-271/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ağdaş rayon Orta Ləki kolxozunun xx.xx.1995-ci tarixli, 4 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən, iddiaçıya Ağdaş-Pirəzə yolunun solundan Yuxarı Ləki qəbiristanlığının yanında mağaza tikintisi üçün 0,002 ha torpaq sahəsinin ayrılmasına icazə verilmişdir.

2. Ağdaş rayon X10 xx.xx.2001-ci il tarixli, 18 nömrəli qərarına əsasən, X3 BakıTbilisi yolunun Ləki qəbiristanlığının əks tərəfində olan istifadəsiz ərazidən sahibkarlıq məqsədi ilə alqı-satqı yolu ilə 0,055 ha torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında X2 adına JN- 1331F(Kod: ********) nömrəli torpağa mülkiyyətə hüququna dair dövlət aktı tərtib edilmişdir.

3. X7 həmin 0,055 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi ilə X5 bağışlamış və onun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Ağdaş rayon X10 xx.xx.2001-ci il tarixli, 18 nömrəli qərarının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Ağdaş rayon Xalq Deputatlar Sovetinin Rəyasət Heyətinin xx.xx.1 995-ci tarixli, 10/15 nömrəli qərarına əsasən sahibkarlıq məqsədi ilə 0,002 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət sənədinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə müraciət etmiş, iddiaçının naturada göstərdiyi torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən baxış keçirilərək döngə nöqtələrinin koordinatları yerində təyin edilmişdir. İdarənin arxiv materiallarına və elektron kadastr məlumat bazasına əsasən sözügedən ərazinin X4 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olduğu əsas gətirilərək iddiaçının həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. İddiaçının rəsmi müraciətinə əsasən cavabdehin 10 may 2022-ci il tarixli, 101 nöm rəli məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.1995-ci il tarixdə Ağdaş rayon Xalq Deputatlar Sovetinin Rəyasət Heyətinin 10/15 nömrəli qərarı ilə sahibkarlıq məqsədi ilə ayrılmış 0,002 ha torpaq sahəsinin yerləşdiyi mübahisəli torpaq sahəsi cavabdehin xx.xx.2001-ci il tarixli, 18 nömrəli qərarı ilə X2 adına sənədləşdirilmişdir. xx.xx.2005-ci il tarixdə isə həmin sahəyə dair dövlət aktı verilmişdir.

6. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya Ağdaş rayon Orta Ləki kolxozunun xx.xx.1995-ci il tarixli, 4 nömrəli iclas qərarı ilə 4*5=20 kv.m mağaza tikilməsi məqsədilə Bakı-Qazax magistral yolu ilə Ləki-Pirəzə yolunun kəsişməsində qrunt suları axan kollektorun kənarında torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində kiçik ticarətlə məşğ ul olmaq üçün səyyar köşk qoyulmuş və həmin köşkdə iddiaçı və qohumları bir neçə il ticarətlə məşğul olmuşdurlar. İddiaçının istifadəsində olan 20 kv.m torpaq sahəsinin qonşuluğunda olan boş sahədən 0,055 ha torpaq sahəsi sahibkarlıq məqsədilə mövcud qanunvericiliyə uyğun olaraq cavabdehin xx.xx.2001-ci il tarixli, 18 nömrəli iclas qərarı ilə X3 alqı-satqı yolu ilə verilmişdir. İddiaçı ona istifadə üçün ayrılmış torpaq sahəsində qoyduğu səyyar ticarət köşkündən bir neçə il istifadə etdikdən sonra fəaliyyətini dayandıraraq ailəsi ilə birgə Rusiyaya getmişdir. 2012-2015-ci illərdə Bakı-Qazax yolu yenidən bərpa olunaraq İ dərəcəli yol tikilən zaman yolun altından keçən qrunt suları axan kollektorun keçidinin yeri mövcud layihə əsasında dəyişdirildi. Kollektorun keçidi dəyişdirilən zaman yeni çəkilən kollektorun keçidi iddiaçıya istifadə üçün ayrılmış 20 kv.m torpaq sahəsindən keçmişdir. İddiaçıya ayrılmış 20 kv.m torpaq sahəsi cavabdeh tərəfindən X1 550 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

8. Həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 01 fevral 2023-cü il tarixli, 2-1(116)-382/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda iddiaçının faktiki istifadəsində torpaq sa həsi mövcud deyildir. İddia olunan torpaq sahəsi Ağdaş rayon X10 xx.xx.2001-ci il tarixli, 18 nömrəli qərarı əsasında sahibkarlıq məqsədi ilə X2 mülkiyyətinə verilmiş 0,055 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin iddiaçıya torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də, həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. İddiaçıya torpaq ayrılmasına dair sənəddə torpağın yeri “Ağdaş-Pirəzə yolunun Yuxarı Ləki qəbiristanlığının yanı”, üçüncü şəxsə torpaq ayrılmasına dair sənəddə torpağın yeri “Bakı-Tbilisi yolunun Ləki qəbiristanlığının əks tərəfində olan istifadəsiz ərazi” kimi gös tərilmişdir ki, bu da, həmin ərazilərin fərqli koordinatlarda olmasını deməyə əsas verir. Belə olan halda isə, iddiaçı Ağdaş rayon X10 xx.xx.2001-ci il tarixli, 18 nömrəli iclas qərarı ilə X3 torpaq sahəsinin satılmasının qanunsuz olmasını iddia etməkdə haqlı deyil. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi Ağdaş rayon X10 xx.xx.2001-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün də əsas yoxdur. Ona görə də, iddia təmin edilməməlidir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Günay Cavadova) 10 may 2023cü il tarixli, 2-1(107)-271/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Üçüncü şəxs X13 oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məh kəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl a parılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş i ddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqınd a, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə

91. Mübahis ə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxs in tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda i stinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır.

22. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

23. İddianın mümkünlüyü həm işə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

25. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

26. Hazırkı iş üzrə iddiaçı tərəfindən Ağdaş rayon X10 xx.xx.2001-ci il tarixli, 18 nömrəli qərarı mübahisələndirilir. İddiaçı iddia tələbində həmin qərarın etibarsız hesab edilməsini xahiş etsə də, onun hüquqi marağı və məqsədi həmin qərarın ləğv edilməsinə yönəlmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianın mümkün sayılmaması əsası qismində məhz iddiaçı tərəfindən Ağdaş rayon X10 müvafiq qərarının qanunvericiliklə müəyyən edilmiş prose ssual müddətdə mübahisələndirilməməsi, başqa sözlə iddianın mümkünlük şərtlərinin biri qismində çıxış edən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət edilməməsi halı çıxış edir.

28. Qeyd olunmalıdır ki, işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişdirlər.

29. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”

30. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlar ı və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 31. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

32. Hazırkı iş üzrə mübahisə predmeti qismində A ğdaş rayon X10 xx.xx.2001-ci il tarixli qərarı çıxış etmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

34. Beləliklə, hər bir halda iddiaçı sözügedən qərarın mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. 35. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

36. Avropa İnsan Hüquqları Məhkəməsi “Novakoviç Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məh kəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). 37. “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiq i dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunubolunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).

38. Nəticədə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürüldüyündən onlar yeni qanuna görə də mübahisələndirilə bilinmədiyinə görə kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 21(107)-271/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Ağdaş rayon X6 qarşı Ağdaş rayon X10 xx.xx.2001-ci il tarixli, 18 nömrəli qərarının etibarsız hesab olunması barədə iddiası mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar