Məhkəmə qərarları › İş №2-1(102)-2102/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2102/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2102/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh PHŞ-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünsüzlüyü; daşınmaz əmlaka subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh PHŞ qarşı (üçüncü şəxslər: X9, X6) “daşınmaz əmlaka dair aparılmış qeydin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1768/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün İddiaçıla rayonun müvafiq qurumları arasında müqavilə bağlanılması qərara alınmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsinə əsasən, İddiaçı iddia ərizəsi, iddia ərizəsinə əlavə və yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə cavabdehlər X3 və X4 qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, cavabdeh E.Mustafayevin adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsi boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə qaytarılması barə də qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2941/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “...Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı (işə kserosurəti əlavə edilməsinə baxmayaraq) iddiaçıya Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-ya şayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi ayrılmamışdır....Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olubolmaması nəzərə alınmasa belə, iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və torpaq sahəsini hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir.”

4. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4371/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı ünvan 1 ünvanında yerləşən 0,1083 ha ölçüdə torpaq sahəsinin cavabdehin balansına keçirilməsinə dair hərəkətlərinin qanunsuz sayılmaqla bununla əlaqədar aparılmış registrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı sərəncamların ləğv edilməsinə dair məhkəmə araşdırmaları zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar verilən registrdən çıxarışdan müəyyən edilir ki, Azon Zavodunun balansında olmuş və iddiaç ıya verilmiş ünvan 2 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsi sonradan cavabdehin balansına verilmişdir.

7. Məhz həmin registr sənədi əsasında, qeyd edilən ünvanda yerləşən və iddiaçının qanuni istifadəsində olan və üzərində sonuncunun inşa etdiyi qeyri-yaşayış sahəsi yerləşən torpaq sahəsi üçüncü şəxslərin adına özəlləşdirilmişdir. Məhkəmə araşdırmaları zamanı, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin cavabdehin balansına hansı əsaslarla keçməsi barədə, habelə torpaq sahəsinin ayrılmasına dair heç bir rəsmi sənəd təqdim edilməmişdir. 8. ünvan 2 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsinin hansı əsaslarla cavabdehin balansına keçməsinə dair bütün rəsmi sənədlərin, o cümlədən torpaq ayırma sənədlərinin onlara təqdim edilməklə ünvan 3 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsinin cavabdehin balansına keçməsinə dair aparılmış registrin etibarsız hesab edilməsi barədə cavabdehə yazılı müraciət etməsinə baxmayaraq, müraciət cavabsız qalmışdır. Yuxarıda göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 13D ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsinə dair registr məlumatları mötəbər olmadığından həmin torpaqla bağlı aparılmış registr etibarsız hesab edilməlidir. Cavabdehin etirazları:

9. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.”

10. Bakı Şəhər Ya samal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olması faktı təsdiq edilmişdir.

11. Həmin Sərəncamın 2-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin yerləşdiyi yer ilə bağlı icarə müqaviləsinin bağlanması tapşırığının icrası iddiaçının üzərinə qoyulmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, həmin Sərəncam ilə iddiaçıya ünvan 2 ünvanından 0.1083 ha torpaq sahəsi ayrılmamışdır. Belə ki, torpaq sahəsinin iddiaçı ilə heç bir hüquqi bağlılığı yoxdur. Bu səbəbdən də, iddia predmetinin əsassız və qüvvədə olan qanunvericiliklərə tam zidd olması açıq aşkar görsənməkdədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bak ı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-13756/2023 saylı qərardadı ilə iş üzrə X9 və X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(112)-13756/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına qiymət verilmişdir.

15. Məhkəmə eləcə də, qeyd edir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğluna məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə hə r hansı bir hüquqi nəticə doğurmur.

16. Belə ki, həmin sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 17.1-ci bəndinə əsasən, yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, dövlət yaşayış fondunun evlərində qeyri-yaşayış binaları, mühəndis-kommunikasiya, infrastruktur obyektləri (su kəmərləri, kanalizasiya təsərrüfatları, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, di gər abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada onların sərəncamına verilmiş digər əmlak daxildir; 17.2-ci bəndinə əsasən, yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, təhsil, mədəniyyət, səhiyyə, idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak ola bilər; 18.2-ci bəndinə əsasən, yerli icra hakimiyyəti başçısının: 1) məqsədli fondların vəsaitləri üzərində sərəncam vermək; 2) yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müə yyən edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır; 18.3-cü bəndinə əsasən, dövlət əmlakı yerli icra hakimiyyətlərinin operativ idarəçiliyində və ya tam təsərrüfat səlahiyyətində ola bilər; 19.1-ci bəndinə əsasən, yerli icra hakimiyyətlərinin qeyridövlət müəssisə, idarə və təşkilatlarla münasibətləri müqavilə əsasında qurulur.

17. İstinad olunan normalardan görünür ki, yerli icra hakimiyyətinin yalnız onun sərəncamında olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək səlahiyyəti mövcud olmuş, bu zaman digər şəxslərlə münasibətlərini müqavilə əsasında həyata keçirməsi təsbit edilmişdir.

18. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Yasamal rayon İcra Hakimiyyətinin deyil, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsin in İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin balansında olmuş, bununla da İcra Hakimiyyəti həmin əmlaka münasibətdə hər hansı bir səlahiyyətə malik olmamışdır.

19. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə gəldikdə, həmin Əsasnamənin 28.1-ci bəndinə əsasən icra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək;... 20. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, xx.xx.2001-ci il tarixinədək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun ol araq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri (maddə

19. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər) bələdiyyələr xx.xx.2001-ci il tarixindən etibarən həyata keçirir.

21. Eyni zamanda, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə t orpaqlarını isə bələdiyyələr müəyyən edir.

22. İstinad edilən sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli 291 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerlə şdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

23. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamının qəbul edildiyi dövrdə yerli icra hakimiyyətinin torpaq ayırma səlahiyyəti də olmamışdır.

24. Həmin sərəncam mübahisəli əmlaka münasibətdə hər hansı bir hüquq yaratmadığından iddiaçının cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı registrdə qeydiyyata alınmış hüquqlarının mübahisələndirilməsi barədə hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ istisna edilməli və iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi nin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməməlidir.

25. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1768/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-13756/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

28. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

29. Apellyasiya məhkəməsi, iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinə aid torpaq sahəsinin dövlət mülkiyyətində olması faktına istinad edərək, iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüququnun olmadığını, həmin sahənin uzun müddət iddiaçının qanuni sahibliyində və istifadəsində olması faktını isə bir kənara qoyaraq, Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamının iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə doğurmadığını bildirir.

30. Məhkəmə iddianın mümkünlüyünə bu tərzdə qiymət verərkən, həm həmin dövrdə, həm də hazırda qüvvədə olan normativ hüquqi aktların tələblərini nəzərə almamış, “İnzibati icraat haqqında” Qanunun və İnzibati Prosessu al Məcəllənin bir sıra normalarına formal istinad etməklə kifayətlənmişdir.

31. Bundan əlavə, hazırkı işdə istinad edilən Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına iddiaçının tərəf olduğu mülki mübahisə ilə bağlı məhkəmə qətnaməsində “qiymət verildiyini” də qeyd etmişdir.

32. Lakin məhkəmə nəzərə almamışdır ki, Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4371/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə yekunlaşmış mülki məhkəmə icraatında həmin sərəncama “hüquqi qiymət” verilə bilməzdi, belə ki, sərəncamın verilməsi publik hüquqi sahəsinə aid olan məsələdir və bu səbəbdən də mübahisələndirilməsi və hüquqi qiymət verilməsi yalnız inzibati məhkəmə icraatının vəzifələrinə aiddir.

33. Digər tərəfdən, həmin mülki iş üzrə hazırkı icraat üçün əhəmiy yət kəsb edən faktlar - konkret sahə göstərilməklə qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində və sahibliyində olması, icarə müqaviləsinin mövcudluğu və s. bu kimi hallar fakt kimi təkzib olunmamış, yalnız Yasamal rayon İcra Hakimiyyətinin belə bir sərəncam vermək hüququnun olmadığı əsas götürülməklə həmin iddia təmin edilməmişdir.

34. Həmin sahənin iddiaçının sahibliyinə və istifadəsinə verilməsini təsdiq edən Yasamal rayon İcra Hakimiyyətinin ləğv olunmamış və ya etibarsız hesab edilməmiş Sərəncamı olduğu halda, iddiaçıya heç bir məlumat verilmədən, araşdırma aparılmadan, iddiaçının xəbəri və iştirakı olmadan torpaq sahəsinin cavabdehin balansına verilməsi, yəni iddiaçının etibar etdiyi və etimad göstərdiyi sərəncamın faktiki olaraq ləğv edilməsinə (hətta bu sərəncamın “səhv” olması qəbul edilsə belə) yönəlmiş inzibati icraat qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə müşayiət olunmuşdur. 35. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

36. Hazırkı işdə Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamının ləğv edilməsi və ya etibarsız sayılması barədə hər hansı digər inzibati akt, məlumat mövcud deyildir və bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, qüvvədə olması və hüquqi qüvvəyə malik olması prezumpsiyası var. 37. “Ə.Abbəkirovun ş ikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinad edərək bildirdi ki: "Avropa Məhkəməsi Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərə dair bir çox işlərdə “lazımi idarəetmə” prinsipinin əhəmiyyətini qeyd etmişdir. Bu prinsip, xüsusilə əhəmiyyətli məsələlərdə, o cümlədən mülkiyyət hüququ da daxil olmaqla əsas insan hüquqları ilə bağlı olan hallarda dövlət orqanlarının operativ qaydada və ən başlıcası ardıcıl olaraq davranmasını tələb edir (Beyeler İtaliyaya qarşı iş üzrə 2008-ci il 28 may, §120; Megadat kompaniyası Moldovaya qarşı iş üzrə 2008-ci il 8 aprel, §72; Moskal Polşaya qarşı iş üzrə 2019-cu il 15 sentyabr, §72 tarixli Qərarlar).

38. Lazımi idarəetmə prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar, Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).

39. Eyni hüquqi mövqe Konstitusiya Məhkəməsinin “L.Əhmədov və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarında da təkrar edildi və əlavə olaraq AHİM- in başqa bir qərarına istinad edərək bildirdi ki: “Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılma sında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir.”

40. Lakin apellyasiya məhkəməsi, nə “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən imperativ normalarına, nə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqelərinə məhəl qoymadan, dövlət orqanının ləğv edilməmiş və etibarsız sayılmamış inzibati aktına etimad göstərməklə, uzun müddət istifadə və sahiblik etdiyi əmlak üzərində hüquqlarını elə dövlət orqanının özü “qanunsuz inzibati akta” istinad etməklə həmin “səhvi” iddiaçının hesabına “düzəltmiş”dir ki, bu da həm yerli qanunvericiliyin, həm də “İnsan hüquq və azadlıqların ın müdafiəsinə dair” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təsbit edilmiş mülkiyyət hüququnun pozulmasına rəvac vermişdir.

41. Bundan əlavə, qeyd edilməlidir ki, hazırkı işdə apellyasiya məhkəməsi, iddianın mümkünlük kriteriyaları həddindən kənara çıxaraq, mübahisə predmetini təşkil edən sənədlərə də hüquqi qiymət vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Üçüncü şəxslər tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti tam əsassızdır.

43. Mübahisəli əmlakın üzərində İddiaçı bir neçə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbləri təmin edilməmişdir. Belə ki, iddiaçı cavabdehlər X6 və X7 qarşı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 13D ünvanında yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsi ilə əsassız varlanmaya görə pul tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, məhkəmənin 24.092021-ci il, 2(009)-1813 №-li qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-11324/2021 №-li qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qeyd edilən məhkəmənin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2654/2022 №-li qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-11324/ 2021 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

45. Bundan başqa İddiaçı cavabdehlər X6, X9 və X4 qarşı, 3-cü şəxs DƏDRXnin 1 saylı ünvan 4 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət (sahiblik və istifadə) hüquqlarının müdafiəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 09.122021-ci il tarixli, 2(004)-4313/2021 №-li qətnaməsi ilə iddiaçının iddia ərizəsi rədd edilmişdir.

46. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2941/2022 №-li qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qeyd edilən məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

47. Apellyasiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, «…Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx. 2005-ci il tarixli Sərəncamı (işə kserosurəti əlavə edilməsinə baxmayaraq) iddiaçıya Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi ayrılmamışdır. Bunun ayrılması da mümkün ola bilməzdi. Çünki mübahisəli qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi həmin vaxt dövlət mülkiyyətində olmuşdur. «Azon» zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubunda iddianın əsaslığına heç bir təsir ola bilməz. Çünki, qeyd olunan məktubun n ə dərəcədə qanuni olmasının yoxlanılması hazırkı icraatın predmeti olmasa da «Azon» zavodunun rəhbərliyinin həmin vaxt zavodun ərazisindəki dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmək kimi bir səlahiyyəti ola bilməzdi. Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olub-olmaması nəzərə alınmasa belə iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və torpaq sahəsinin hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir.»

48. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)4371/2022 №-li qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)2941/2 022 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

49. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər X9, X6 və X8) X9 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2014-cü il tarixli 4958 №-li «Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı» müqaviləsinin bağlanılmasına əsas olmuş «Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında» xx.xx.2013-cü il tarixli 414 №-li, «İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında» xx.xx.2013-cü il tarixli 433 №-li, «Torpaq sahələrinin icarəyə verilməsi haqqında» xx.xx.2014-cü il tarixli 76 №-li və «Torpaq sahələrinin özəlləşdirilməsi haqqında» xx.xx.2014-cü il tarixli 132 №-li sərəncamların ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-740/2023 №-li qərarı ilə iddia ərizəsi rədd edilmişdir.

50. Bundan əlavə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər X6, X9, X8) cavabdehin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçülərinin artırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxs X5 adına verilmiş ******* №-li, xx.xx.2014-cü il tarixli çıxarışın, üçüncü şəxs X2 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın, xx.xx.2013-cü il tarixli texniki pasportun ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 431/2023 saylı qərarı il ə həmin iddia tələbi təmin edilməmişdir.

51. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2723/2023 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-431/2023 saylı qərar dəyişdirilmədən saxlanılmışdır.

52. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-472/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2723/2023 saylı qərar ləğv edilmiş, iddiaçının iddiası mümkün sayılmamışdır.

53. Hazırkı inzibati işin materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısı 125 №-li, xx.xx.2005-ci il tarixdə sərəncam verildiyi zaman və «Azon» zavodu tərəfindən xx.xx.2005-ci il tarixdə Dövlət Torpaq Komitəsinə məktubu göndərdiyi zaman mübahisələndirilən qeyri-yaşayış sahəsi və torpaq sahəsi dövlət mülkiyyətində olmuş, «Azon» zavodunun dövlət mülkiyyətində olan əmlakın kiminsə adına rəsmiləşdirilməsinə razılıq vermək səlahiyyəti olmamışdır. Həmin zaman dövlət əmlakını icarəyə vermək səlahiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi malik olmuşdur. Bundan başqa, yuxarıda göstərildiyi kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 №-li Sərəncamına qiymət verilmişdir.

54. Beləliklə, iddiaçı öz kassasiya şikayətində göstərdiyi əsas və dəlil lər əsassızdır və bu hal yuxarıda göstərilən məhkəmə qətnamə və qərarları ilə tam təsdiq olunur. TƏTBİQ EDİLƏN HÜQUQ

55. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayət in əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

60. Qanunve riciliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

61. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına qiymət verilmişdir.

62. Şikayətin dəlilinə görə, “...məhkəmə nəzərə almamışdır ki, Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4371/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə yekunlaşmış mülki məhkəmə icraatında həmin sərəncama “hüquqi qiymət” verilə bilməzdi, belə ki, sərəncamın verilməsi publik hüquqi sahəsinə aid olan məsələdir və bu səbəbdən də mübahisələndirilməsi və hüquqi qiymət verilməsi yalnız inzibati məhkəmə icraatının vəzifələrinə aiddir.”

63. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 14.2, 14.2.2-ci maddələrinə görə, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

64. Həmin normaların tələbləri nəzərə alınmaqla, hazırkı halda, söhbət inzibati aktın - Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamının özünün hüquqi taleyindən deyil, onun məzmununda göstərilən əmlaka münasibətdə ünvanlandığı şəxs üçün mülki hüquq və vəzifələr yaradıbyaratmadığından gedir.

65. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğluna məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə həmin əmlaka dair hər hansı hüquqi nəticə doğurmur. Başqa sözlə, sərəncamla təsdiq edilən fakt aid olduğu şəxs üçün əşya hüquqları yaratmır.

66. Beləliklə, iddia olunan əmlaka iddiaçının hazırkı məzmunda tələb hüququ yoxdur.

67. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.

68. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1768/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar