Məhkəmə qərarları › İş №2-1(102)-2103/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2103/2019

17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2103/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsini n nömrəsində uyğunsuzluq aradan qaldırılmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-619/2019 nömrəli, 13 mart 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 13 sentyabr 1991-ci il tarixdə X4 və İstismarı Birliyi ilə Rzayev Akif Məmmədhüseyn oğlu arasında bağ sahəsinin icarəyə verilməsi haqqında 23503 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən, xxxxmassivi ünvanında yerləşən 0.12 ha sahəsi olan 1704 a nömrəli bağ sahəsi X3 istifadəsinə verilmişdir. X3 19.01.2009-cu il tarixdə vəfat etmiş, bununla əlaqədar onun vərəsəsi X6 ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. (AR Ədliyyə Nazirliyi Bakı şəhəri 3 saylı “Asan Xidmət” mərkəzinin notariat kontoru tərəfindən AR ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 31 yanvar 2017-ci il tarixli məktub). İddiaçı (bundan sonra - iddiaçı) ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət edərək xxxxmassivi ünvanında yerləşən 1704 a saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh 30 mart 2017-ci il tarixli, **********38 saylı məktubla ərizəyə cavab olaraq bildirmişdir ki, təqdim olunmuş sənədlər surətdir. İdarənin elektron baza məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ sahəsinin yerləşməsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə 1577 a saylı bağın ərazisinə düşür. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Bağlar İdarəsi ilə vəfat etmiş atası X5 arasında 13 sentyabr 1991-ci ildə bağlanılmış bağın icarəyə verilməsi haqqında 23503 saylı müqaviləyə əsasən atasına ayrılmış xxxxmassivində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 1704 a saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılaraq bağın faktiki yerləşmə yerinə uyğun yeni nömrə verilməsi, həmin bağın 0.12 ha torpaq sahəsi üzərində mərhum atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu b arədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 1704 saylı bağ sahəsi 0.25 ha torpaq sahəsindən ibarət olmuş, sonradan bağ sahələrinə 0.12 ha-dan artıq torpaq sahəsi ayrılmaması nəzərə alınaraq, həmin bağ sahəsinin 0.12 ha hissəsinə Birliklə iddiaçının anası arasında 25 oktyabr 1991-ci ildə bağın icarəyə verilməsi haqqında 16333 saylı müqavilə bağlanmış, həmin müqavilə əsasında 0.12 ha torpaq sahəsindən ibarət 1704 nömrəli bağ sahəsi anasının icarəsinə verilmişdir. Bağın qalan 0.12 ha torpaq sahəsi isə Birlik i lə mərhum atası X5 arasında bağın icarəyə verilməsi haqqında 23503 saylı müqavilə bağlanmış, bağın nömrəsi isə 1704 a kimi qeyd olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 19.06.2014-cü il tarixli 2-1(82)-1609/2014 saylı qərarı ilə iddia təmin olunaraq iddiaçının adına 1704 a saylı bağ sahəsinə plan-sxemin verilməsi Xidmətin Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərarın icrası zamanı isə qanunda dəyişiklik edilərək, bağın özəlləşməsi zamanı bağın plan-sxeminin alınması tələb olunmadı. Bundan sonra, iddiaçı atasına ayrılmış 1704 a saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılaraq bağın faktiki yerləşmə yerinə uyğun yeni nömrə verilməsi, həmin bağın 0.12 ha torpaq sahəsi üzərində mərhum atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövl ət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan 30 mart 2017-ci il tarixli **********38 saylı məktubla ərizəni təmin etməmişdir. Bu zaman cavabdeh iddiaçının təqdim etdiyi sənədlərin kserosurət olmasına, İdarənin elektron baza məlumatına əsasən bağ sahəsinin nömrəsinin bağ sahəsinin yerləşməsi ilə uyğunsuzluq təşkil etməsinə, göstərilən sahənin 1577a saylı bağın ərazisinə düşməsinə istinad etmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur və iddiaçının mərhum atasından miras qalmış torpaq sahəsi üzərində mülkiyyət və vərəsəlik hüquqlarının əldə edilməsinə maneçilik törədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2-1(82)-320/2018 nömrəli qərarı ilə (hakim: H.Ç.Babayeva) iddia təmin edilmiş, xxxxmassivində yerləşən 0.12 ha ölçüdə 1704 a saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğu aradan qaldırılmaqla iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, inzibati orqanın imtinası qanunsuz olduğundan iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2018-ci tarixli, 21(103)-1481/2018 nömrəli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2-1(82)-320/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci tarixli, 2-1(102)-2458/2018 nömrəli qərarı ilə (sədrlik edən: X.S.Məmmədov, hakimlər: R.S.Nəbizadə və S.F.Hacıyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2018-ci tarixli, 2-1(103)-1481/2018 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin mə hkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu tarixli, 2-1(103)-619/2019 nömrəli qərardadı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli 2-1(82)-320/2018 nömrəli qərarının ləğv edilərək işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi İPM-in 13 və 48-ci maddələrinin tələblərinə əməl etməyərək iddia tələbinin düzgün müəyyən edilməsində iddiaçıya yardım etməmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın l əğv edilməsini və işin sonrakı prosessual hərəkətlərin aparılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, Ali Məhkəmənin kollegiyası geri qaytarmanın əsası kimi ona istinad etmişdir ki, apelyasiya məhkəməsinin qərarında yerində müayinə ilə bağlı prosessual hərəkətin iddiaçı, cavabdehin nümayəndəsi və mütəxəssisin iştirakı ilə keçirildiyi göstərilsə də, bununla bağlı 25 iyun 2018-ci il tarixli yerində müayinə protokolundan görünür ki, yerli baxışda iddiaçı və mütəxəssis X9 iştirak etmişlər. Cavabdehin nümayəndəsi həmin prosessual hərəkətdə iştirak etməmişdir. Bundan başqa, iş materiallarından X2 olduğunu, hansı təşkilatı təmsil etdiyini, həqiqətən xüsusi biliklərə malik şəxs kimi mütəxəssis olub-olmadığını müəyyən etmək mümkün deyildir. Yerli baxış zamanı xüsusi vasitələrdən istifadə olunub-olunmadığı da qeyri-müəyyəndir. Digər tərəfdən isə işdən göründüyü kimi, məhkəmə yerli baxış zamanı Bakı şəhəri, Sabunçu rayonu. Ləhiş bağ massivində yerləşən 0.12 ha ölçüdə olan 1704 a nömrəli bağ sahəsi ilə 1577a saylı bağ sahəsinin koordinatlarının eyni olduğu nəticəsinə gəlmişdir, lakin məhkəmənin bu nəticəyə nəyə əsasən gəldiyi, hansı xüsusi biliklərdən, vasitələrdən və materiallardan istifadə olunduğu bəlli deyildir. Ali Məhkəmə tərəfindən verilmiş göstərişlərə baxmayaraq, işə təkrar baxan apelyasiya məhkəməsi həmin göstərişləri icra etmədən işi birinci instansiya məhkəməsinə göndərmişdir. Halbuki, iddiaçı və ailə si 2008-ci ildən cavabdeh inzibati orqana bağın sənədləşməsi barədə müraciətlər etməsinə, verilmiş iddia ərizəsi 2017-ci ilin may ayında məhkəməyə daxil olmasına, həmin iddia ilə eyni olan digər inzibati iş üzrə məhkəmə qərarının cavabdeh tərəfindən icra edilərək, 1704 a nömrəli bağ sahəsi ilə qonşu və bitişik olan 1704 saylı bağ sahəsinə çıxarış verilməsinə baxmayaraq, 2 ildən artıq müddət keçəndən sonra inzibati işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması əsassızdır. Çünki, apelyasiya məhkəməsinin qərarını ləğv edib müvafiq göstərişlər verən Ali Məhkəmə qeyd olunan göstərişlərin icrasını birinci instansiya məhkəməsinə deyil, məhz apelyasiya instansiyası məhkəməsinə həvalə etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə iş üzrə qeyd olunan göstərişləri icra edib, iddiçının xe yrinə sübutların toplanmasına köməklik etmək, eləcə də həmin göstərişləri icra edib işdə olan pozuntuları aradan qaldırmaq əvəzinə, heç bir qanuni əsas olmadan iş materiallarını geri qaytarmaq barədə qərardad qəbul etmiş, həmçinin qərardadda tərəflərin şikayət vermək hüquqlarının olmasını qeyd etməmiş, bu hüququn olmamasının hansı qanun ilə tənzimlənməsini əsaslandırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Be lə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7. 2-ci bəndinə əsasən isə Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. Təlimatın tələblərinə görə, istər qeydiyyat orqanına müraciət edəndən sonra, istərsə də müraciət edənədək daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs öldükdə, onun vərəsələrinə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir, Qanunun müddəa sına görə isə çıxarış vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, iki hüquqi aktla eyni mahiyyətli məsələ müxtəlif qaydada tənzimlənmişdir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələbləri üstün hüquqi qüvvəyə malik olduğundan, mübahisəyə qanununun həmin normasının tələbinə müvafiq olaraq hüquqi qiymət verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2-ci maddəsinə görə isə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı iddia tələbini -sözügedən bağ sahəsinə dövlət reyestrindən çıxarışın ölmüş şəxsin adına verilməsi şəklində qoymuş, birinci instansiya məhkəməsi ilkin qeydiyyatın hüquq sahibinin adına aparılmalı olması, arayış və ya çıxarışın həmin qeydə uyğun verilməsi mövqeyinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbuki, yuxarıda sadalanan normalardan göründüyü kimi vəfat etmiş şəxsin ölümündən sonra mülkiyyət hüququ əldə etməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13 və 48-ci maddələrinin tələblərinə əməl edilməməsi və iddia tələbinin düzgün müəyyən edilməsində iddiaçıya yardım edilməməsi barədə apelyasiya məhkəməsinin mövqeyi əsaslıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu İPM-in 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apelyasiya məhkəmələrinə apelyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etib arı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər..... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apelyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apelyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apelyasiya icraatında tətbiq edilə bilməz. Beləliklə yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbay can Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2-1(103)-619/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar