Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2103/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Şirkətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Vergi hesablanması barədə qərarın qismən ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X9, vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Şirkətinin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx xxxxxx 2018ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1211/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında “X8 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2005-ci il tarixdə 1105-№5-1565 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı Şirkət Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə. Masazır, Fatmayı, Şabandağ və X1 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 8-ci maddəsinə əsasən əməliyyat şirkəti qismində təsis edilmiş və Azərbaycan Respublikası ərazisində filial vasitəsilə təmsil edilir. Filial isə hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı şirkətdir.
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********120558 nömrəli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2014cü ilin sentyabr ayından 2017-ci ilin avqust ayınadək olan vergi dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
3. Podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün vergi orqanı tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, Binəqədi Əməliyyat Şirkəti 2014-2016-cı illər üzrə Navante Şirkətinə (Navante Services LTD Şirkəti Britaniya Virciniya adalarının qanunlarını əsasında qeydə alınmışdır, Azərbaycan Respublikasında qeydə alınmış filialı mövcuddur, bank hesablan Latviyanın ABLV bankında yerləşir, araşdırma zamanı Azərbaycandan başqa digər yerdə bu iş üzrə fəaliyyəti yoxdur) nasosların icarəsi üzrə 280794,92 ABŞ dollar dəyərində ödəniş edərək (Saziş çərçivəsində 6% dərəcə ilə ödəmə mənbəyində tutulmuş 17923,08 ABŞ dollar məbləği nəzərə alınmaqla) Əməliyyat xərclərinə (OPEX) aid etmiş və “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün podrat tərəfə ötürmüşdür. Həmçinin yoxlama zamanı müəyyən olunmuşdur ki, Navante şirkəti qeyd edilən nasosları Beyker Hyuz şirkətindən 2014-cü il üzrə 87158,00 ABŞ dollar, 2015-ci il üzrə 54151,00 ABŞ dollar, 2016-cı il üzrə 46246,20 ABŞ dollar, ümumilikdə 187555,20 ABŞ dollar ilə icarəyə götürmüşdür. Bundan sonra həm in nasoslar Navante şirkətindən "İddiaçı" şirkətinə üzərinə 2014-cü il üzrə 48055,36 ABŞ dollar, 2015-ci il üzrə 25256,46 ABŞ dollar, 2016-cı il üzrə 19927,90 ABŞ dollar, ümumilikdə 93239,72 ABŞ dollar ticarət əlavəsi tətbiq edilməklə icarəyə verilmişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan zaman dövr üzrə 31%-162% arası dəyişdiyi və nəticədə Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinin, həmçinin Sazişin 14.4-cü maddəsinin (a) (i) bəndində (Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən Xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faiz həcminə bərabər Vergiqoyulan mənfəət əldə edirlər) və 14.2 (k) maddəsinin tələblərini pozmaqla po dratçı tərəflərə ötürülən xərclərin vergitutma baxımından artıq hesablandığı müəyyən edilmişdir.
4. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2018-ci il tarixli yoxlama aktı tərtib edilmiş və onun əsasında xx.xx.2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir.
5. Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “Səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş Aktda Podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün araşdırılması zamanı aşkar edilmiş kənarlaşmaların 2-ci hissəsində (“bazar qiymətləri ilə xərclərin yenidən hesablanması”) “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Ma sazır, Fatmayı, Şabandağ və X1 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.4(a) (i) bəndində nəzərdə tutulmuş 25%-lik marja “Navante Services LTD” şirkətinin tətbiq etdiyi qiymətlərdə nəzərə alınsın. Yuxarıda qeyd olunanlarla əlaqədar 2014-2016-ci illər üzrə yaranmış 31.318,62 ABŞ dollar (2014-cü il üzrə 19.002,69 ABŞ dollar, 2015-ci il üzrə 3.138,73 ABŞ dollar, 2016-cı il üzrə 9.177,20 ABŞ dollar) məbləğində qiymət fərqi əməliyyat şirkətinin məsrəflərinə aid edərək podrat tərəfə ötürdüyü xərclərin tərkibindən çıxarılsın”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyi tərəfindən aparılan növbədənk ənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli **********172342 nömrəli qərarın 3-cü bəndinin “Səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş Aktda Podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün araşdırılması zamanı aşkar edilmiş kənarlaşmaların 2-ci hissəsində (“bazar qiymətləri ilə xərclərin yenidən hesablanması”) “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və X1 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.4(a) (i) bəndində nəzərdə tutulmuş 25%-lik marja “Navante Services LTD” şirkətinin tətbiq etdiyi qiymətlərdə nəzərə alınsın. Yuxanda qeyd olunanla əlaqədar 201 4-2016-ci illər üzrə yaranmış 31.318,62 ABŞ dollar (2014-cü il üzrə 19.002,69 ABŞ dollar, 2015-ci il üzrə 3.138,73 ABŞ dollar, 2016-cı il üzrə 9.177,20 ABŞ dollar) məbləğində qiymət fərqi əməliyyat şirkətinin məsrəflərinə aid edərək podrat tərəfə ötürdüyü xərclərin tərkibindən çıxarılsın” hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Şirkəti Britaniyanın Kayman Adalarında 141575 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasında filial təsis etmiş məhdud məsuliyyətli şirkətdir. Filialda 2014- 2017-ci illəri əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2018-ci il tarixli, **********121101 saylı SVY-sı aktı ilə rəsmiləşdirilmişdir. Vergilər Nazirliyi yanınd a Milli Gəlirlər Departamentinin xx xxxxxxx 2018-ci il tarixli, **********121101 saylı aktı əsasında İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialında aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə əsasən iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********172342 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduğu üçün mübahisələndirilən hissədə ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərarda aşağıdakı kənarlaşma aşkar edilmişdir: Vergi yoxlamasının gəldiyi nəticəyə görə İddiaçının Filialı ilə "Navante Services LTD" arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli İcarə müqaviləsinə əsasən sonuncunun üzərinə nasoslarla yanaşı klapanlar, qaz s eparatoru, hidro mühafizəli dalma elektrik mühərriki, idarəetmə stansiyası, dalma kabelinin verilməsi öhdəliyi qoyulmuşdur. Nasosların icarəyə verilməsi üzrə xidmətlərə görə invoyslar (hesablar) araşdırılarkən müəyyən edilmişdir ki, Baker Hughes şirkəti tərəfindən Navante şirkətinə verilmiş nasoslara görə tətbiq edilmiş icarə qiymətlərinə eyni nasoslar üzrə 30;-dən çox marja əlavə edilməklə Navante şirkəti tərəfindən iddiaçıya verilmişdir, Cavabdeh "Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və X1 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında" Sazişin (bundan sonra - Saziş) 14.4(a) (i) bəndi və Vergi Məcəlləsinin 14-cü maddəsini əsas götürərək Navante şirkətinin avadanlıqların icarəsinə tətbiq etdiyi marja məbləğlərini 25% həddində nəzərə a lmış, 25%-dən artıq olan hissədə, yəni 31 318,62 ABŞ dolları məbləğində fərq Filialın məsrəflərinə aid edərək podrat tərəfə ötürdüyü xərclərin tərkibindən çıxarmışdır. İddiaçı qərarın qeyd edilən bəndinin qanunvericiliyə zidd olduğunu hesab edir və mübahisələndirir. Qeyd edirlər ki, iddiaçı Sazişə uyğun əməliyyat şirkəti qismində təsis edilmiş və Azərbaycan Respublikası ərazisində filialı vasitəsilə təmsil edilir. İddiaçı hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı şirkətdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərara əsasən, iddiaçı tərəfindən xarici subpodratçı qismində çıxış edən Navante şirkətinə bir sıra avadanlıqların icarəsi üzrə ödənilən məbləğlərin bütövlükdə gəlirdən çıxılan xərclərə aid edilməsi qəbul edilməmişdir. Cavabdeh qeyd edilən iddianı Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə və Sazişin 14.4(a) (i) bəndinə istinad edərək əsaslandırmışdır. İddiaçı tərəfindən xarici subpodratçı şirkətə ödənilən icarə haqlarının bir qisminin xərclərin tərkibindən çıxarılmasının qanunvericiliyə zidd olması aşağıdakı dəlillərlə sübut edilir. Sazişin 14.4(a) (i) bəndinə görə - hesab edilir ki, Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faizinə bərabər vergi qoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qovulur ki, bu da ümumən həmin ödənişlərin altı (6) fai zini təşkil edir. Qeyd edilən müddəa xarici subpodratçının mənfəətinin həddini verginin qoyulması baxımından əvvəlcədən təsbit edir. Yəni, bu müddəa xarici subpodratçının mənfəətliliyini müəyyən etmir və hər hansı formada onun müstəqil sahibkarlıq fəaliyyətindən əldə etməli olduğu gəlirin həcminə məhdudiyyət qoymur. Sazişin 14.2 (k) bəndinə əsasən isə təqvim ili ərzində Podratçı tərəfin X14 və ya vergi qoyulan zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxılmalara karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi bütün məsrəflər daxildir və bu məbləğlərə Əməliyyat şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və Sazişin 8.6-cı bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxil edir (bir şərtlə ki, çıxılmalar bir d əfədən artıq hesablanmamalıdır). Sazişin qeyd edilən müddəaları əməliyyat şirkətinə karbohidrogen fəaliyyəti ilə bağlı çəkdiyi xərclərin uçotunu apararaq Podratçı tərəflərə Sazişdəki paylarına mütənasib şəkildə ötürmək hüququnu verir. Sazişin digər müddəalarında xarici subpodratçıların əldə etməli olduqları gəlirlərə və əməliyyat şirkətinin podratçı tərəflərə ötürməli olduğu xərclərə məhdudiyyət nəzərdə tutulmamışdır. Göründüyü kimi vergi orqanı tərəfindən mülki dövriyyənin müstəqil subyekti olan xarici subpodratçının təqdim etdiyi xidmətlərə münasibətdə marjasının müəyyən olunması qanunvericiliyə ziddir. Vergi orqanı Sazişin 14.4(a) (i) bəndini yanlış tətbiq edərək xarici subpodratçının təqdim etdiyi xidmətin dəyərini və dolayısı ilə onun mənfəətliliyini, buna səlahiyyəti olmadan, məhdud şəkildə müəyyən etmişdir. Bundan əlavə qeyd edək ki, "Navante Services LTD" şirkəti tərəfindən Filiala icarəyə verilən nasoslar və digər avadanlıqlar Saziş çərçivəsində fəaliyyət göstərmək üçün digər lazımi xidmətlər (daşıma və sair), habelə avadanlıqların təyinatı üzrə tam fəaliyyət göstərməsi üçün digər mal-material daxil olmaqla təqdim edilir. Cavabdeh tərəfindən tərtib olunan səyyar vergi yoxlaması aktının 13-cü səhifəsində isə qeyd edilir ki, nasoslar "Navante Services LTD" şirkəti tərəfindən Baker Hughes şirkətindən icarəyə götürülərək üzərinə ticarət əlavəsi tətbiq edilməklə Filiala ötürülmüşdür. İddiaçı qeyd edilən məsələyə etiraz edərək bildirir ki, "Navante Services LTD" şirkəti tərəfindən Baker Hughes şirkətindən icarəyə götürülən nasoslardan əlavə, xidmətin tam həyata keçiril məsi üçün transformatorlar, kabellər alınaraq istifadə üçün Filiala təqdim olunur ki, həmin mallara, o cümlədən işçi qüvvəsinə münasibətdə çəkilən xərclər də "Navante Services LTD" şirkətinin mənfəətinin formalaşmasında iştirak edir. Göründüyü kimi "Navante Services LTD" şirkəti Baker Hughes şirkətindən icarəyə götürdüyü nasosları təhvil aldığı şəkildə deyil, Saziş çərçivəsində quyularda istifadənin tam təmin olunması üçün əlavə avadanlıqlar və malmaterial cəlb etməklə Filiala təqdim edir. "Navante Services LTD" şirkəti tərəfindən Baker Hughes şirkətinə məxsus nasos qurğuları Filiala icarəyə verilərkən sonuncunun tələblərinə uyğun olaraq əlavə komplektasiyada işlənib tamamlanaraq və yeraltı avadanlıqla birlikdə onların telemetriya, servis xidməti, habelə təmiri üzrə xidmətlər də təqdim edi lir. Qeyd edilənlər Baker Hughes şirkəti tərəfindən təqdim edilən məktubla və tərəflər arasında bağlanan müqavilələrlə təsdiq edilir. Belə ki, mexaniki hasilat üçün X2 Nasos Qurğuları (bundan sonra - EMNQ) tətbiq olunur. Bir EMNQ-in bütöv komplekti yeraltı və yerüstü hissələrdən ibarətdir. EMNQ-in yerüstü hissəsi tezlik çeviricisi və gücləndirici transformatordan ibarətdir. Yeraltı hissəsi dalma nasosundan və güc kabelindən ibarətdir. Baker Hughes şirkəti tərəfindən təqdim edilən məktubda da qeyd edilir ki, şirkət "Navante Services LTD" şirkətinə yalnız dalma nasoslarını icarəyə verir. Bundan əlavə qeyd edilməlidir ki, "Navante Services LTD" şirkəti ilə Baker Hughes arasında bağlanmış müqaviləyə edilmiş əlavələrə əsasən Baker Hughes şirkətindən əldə edilən avadanlıqların hər hansı hissəsi "Navante Services LTD" şirkəti tərəfindən icarə dövründə üçüncü tərəflərdən əldə edildikdə Baker Hughes şirkəti ilə razılaşmada qeyd edilən qiymətlərdə mütənasib endirimlər tətbiq edilir. Həmin əlavələrə əsasən Baker Hughes şirkəti tərəfindən icarəyə verilən avadanlıqların icarə haqlarında endirimlər olmuşdur. Cavabdeh xarici subpodratçının Filiala göstərdiyi xidmət üzrə ticarət əlavəsinin yoxlanılan dövr ərzində 31% - 162% arası dəyişdiyini iddia edərək səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinə istinad etmiş və xərclərin məbləğini yenidən hesablamışdır. İddiaçı qeyd edilən əsaslandırma ilə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin 14.3-cü maddəsində bazar qiymətinin tətbiqi ilə verginin hesablanması üçün halların məhdud siyahısı müəyyən edil mişdir. Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin yoxlama zamanı və vergi orqanı tərəfindən qərarın qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə bazar qiyməti nəzərə alınmaqla vergilər hesablanır. Qeyd edilən müddəada istifadə olunan "vergi ödəyicilərinin" anlayışı yoxlanılan vergi ödəyicisinə münasibətdə 30 gün ərzində təqdim etdiyi malların, işlərin və xidmətlərin dəyərinin 30 faizdən çox fərqləndikdə bazar qiymətinin tətbiqini nəzərdə tutur. Lakin Cavabdeh yoxlama apararkən "Navante Services LTD" şirkətinin təqdim etdiyi xidmətlərin bazardakı dəyərini digər vergi ödəyicilərinin təqdim etdiyi qiymətlərlə müqayisə etmiş və yuxarıda göstərilən faizlər arası dəyişdiyi qənaətinə gəlmişdir. Qeyd edirik ki, SVY aktında hər hansı bir digər vergi ödəyicisi barədə məlumat yoxdur. Bu onu sübut edir ki, cavabdeh formal olaraq bazar qiymətinə istinad etmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsi bazar qiymətinin tətbiqi ilə bağlı məhdud hallar müəyyən edir. Lakin Cavabdehin yanaşması qəbul ediləcəyi təqdirdə Vergi Məcəlləsinin 14.3-cü maddəsində müəyyən olunan məhdud siyahının mahiyyəti aradan qalxmış olur. Belə ki, bazarda qiyməti dövlət tərəfindən tənzimlənməyən malların, işlərin və xidmətlərin dəyəri müxtəlif vergi ödəyiciləri tərəfindən müxtəlif rəqəmlərlə müəyyən oluna bilər. Bu hal da yoxlayıcı orqana həmişə bazar qiymətinin qanuna zidd tətbiqi üçün imkan yaradacaqdır. Qeyd edək ki, hətta qeyd e dilən maddənin tətbiqində hər hansı şübhə yaranarsa həmin aydın olmayan məqam Vergi Məcəlləsinin 3.11-ci maddəsinə uyğun olaraq İddiasının xeyrinə şərh edilməlidir. Həmçinin Cavabdeh Vergi Məcəlləsinin 14.6.5.1- ci maddəsinə istinad etmişdir ki, İddiaçı isə həmin müddəanın tətbiqini mübahisələndirir. Belə ki, Vergi Məcəlləsinin 14.6.5.1-ci maddəsinə əsasən alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir. Yuxarıda göstərilən xarici subpodratçının ticarət əlavəsinin formalaşma mənbələrinin təhlili, ödənişin nağdsız qaydada edilməsi bir daha sübut edir ki, "Navante Service LTD" şirkəti tərəfindən təqdim edilən xidmətlərin dəyəri əsass ız şəkildə artırılmamışdır. Bundan əlavə Cavabdehin icarəyə götürülən qurğularla bağlı bazar araşdırması reallığı əks etdirmir. Belə ki, hər bir qurğunun seçimi müəyyən dövrdə hər bir quyu üçün fərdi şəkildə aparıldığı üçün bazarda Filial tərəfindən icarəyə götürülən avadanlığın qiymətlərinin faktiki olaraq müqayisəsi mümkün deyil. Qeyd olunanlarla yanaşı, İddiaçı tərəfindən xx xxxxxx 2018-ci il tarixdə Cavabdehə ünvanlanan məktubda EMNQ-un icarəsi ilə bağlı bazar araşdırması aparılarkən nəzərə alınan mühüm meyarlar qeyd edilmişdir. Qeyd olunanlarla yanaşı, Filial xarici subpodratçını seçərkən (2012-2013cü illərdə) aşağıdakı meyarları əsas götürmüşdür: -qurğuların istifadə edildiyi quyuların azlığı; -istifadə zamanı aqressiv mühitin olması (mexaniki qatışıqların yüksək miqdarı və s.); -ava danlığın spesifik standart ölçüləri; -nasosun modelinin bilavasitə müəyyən quyuda istismarı zamanı individual olaraq işlənib tamamlanması; -təmir-xidmət bazasının yaxın məsafədə yerləşməsi və sıradan çıxmış elementlərin servis xidmətini, təmirini və əvəzetməni operativ həyata keçirmək imkanı. Filial ilə "Navante Services LTD" şirkəti arasında müqavilə bağlanan zaman bazarda yuxarıda qeyd edilən tələblərə cavab verən hər hansı digər şirkət mövcud olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq həmin qərar Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduğu üçün mübahisələndirilən hissədə ləğv edilməlidir.
8. Cаvаbdeh iddiаyа dаir еtirаz təqdim еdərək bildirmişdir ki, nə yoxlama aktında, nə də ki məsuliyyət qərarında vergi orqanı tərəfindən xarici subpodratçının gəlirinin çox olmasın ı məhdudlaşdıran, xarici subpodratçılara edilən ödənişlərin hansı məbləğdə edilməsini və ya hər hansı şəxslə müqavilənin qiymət ilə məhdudlaşdırılması ilə bağlı hər hansı irad bildirilməmiş, mübahisələndirilən qərara diqqət yetirilsə çıxılan xərclərin 25 faiz rentabellik nəzərə alınmaqla həyata keçirilməsi müəyyən edilmiş, həm Bayker Hughes-Navante şirkətləri arasında olan müqavilədə, həm də Navante-İddiaçı şirkəti arasında olan müqavilədə icarəyə verən şirkətin öhdəliklərində nasoslara əlavə komplektasiyaların edilməsi nəzərdə tutulmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxx 2019-cu il tarixli 12185 saylı ekspert rəyində qeyd edilir ki, iş materiallarında göstərilən malların respublikada yerləşən ticarət mərkəzlərində, bazarlarında satışda o lmadığından, (həmçinin həmin malların icarəyə, kirayəyə verilməsinə dair məlumat) eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında bu barədə məlumat olmadığından, həmin malların (avadanlıqlar) qiymətini və xidmətlərin dəyərini müəyyən etmək mümkün olmamışdır. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-1167/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialında Vergilər Nazirliyi tərəfindən aparılan səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli **********172342 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 3-cü bəndinin - “səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş aktda podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün araşdırılması zamanı aşkar edilmiş kənarlaşmaların 2-ci hissəsində (“bazar qiymətləri ilə xərclərin yenidən hesablanması”) Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və X1 blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişin 14.4 (a) (i) bəndində nəzərdə tutulmuş 25%-lik marja “Navante Services LTD” şirkətinin tətbiq etdiyi qiymətlərdə nəzərə alınsın. Yuxarıda qeyd olunanlarla əlaqədar 2014-2016-cı illər üzrə yaranmış 31.318,62 ABŞ dolları (2014-cü il üzrə 19.002,69 ABŞ dolları, 2015-ci il üzrə 3.138,73 ABŞ dolları, 2016-cı il üzrə 9.177,20 ABŞ dolları) məbləğində qiy mət fərqi əməliyyat şirkətinin məsrəflərinə aid edərək podrat tərəfə ötürdüyü xərclərin tərkibindən çıxarılsın” hissəsində ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yoxlama zamanı 2014-2017-ci illər üzrə nasosların "Navante Services LTD" şirkəti tərəfindən ümumilikdə 187555,20 ABŞ dolları məbləğində Baker Hughes şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürüldüyü və həmin məbləğin üzərinə ümumilikdə 93239,72 ABŞ dolları məbləğində ticarət əlavəsi tətbiq edilməklə Filiala təqdim edildiyi, ticarət əlavəsinin yoxlanılan dövr üzrə 31% -162% arasında dəyişməsi vergi orqanı tərəfindən müəyyən edildiyi qeyd edilsə də, vergi orqanının göstərilən nəticəyə gəlməsi üçün istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqi tapmamışdır. Belə ki, cavabdeh q eyd edilən qərarı qəbul edərkən Sazişin 14.4(a) (i) bəndi və Vergi Məcəlləsinin 14-cü maddəsini əsas götürərək "Navante Services LTD" şirkətinin avadanlıqların icarəsinə tətbiq etdiyi marja məbləğlərini 25% həddində nəzərə almış, 25%- dən artıq olan hissədə, yəni yoxlanılan dövr üzrə ümumilikdə 31.318,62 ABŞ dolları məbləğində fərqi "Xüsusi rejimli mənfəət bəyannaməsi"nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin tərkibindən çıxarılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsinin, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analo ji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməsinə istinad etdiyi aydın olsa da, həmin fərqin müəyyən edilməsi üçün müqayisəli vergi ödəyicisinin seçilmədiyi, ümumiyyətlə müqayisəli məlumatların mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə vergi orqanının yoxlamasını əsaslı qəbul etmir və qəbul edilmiş qərarın ləğv edilməli olduğu qənaətinə gəlir.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X6məruzəçi, X10 və X15, 2-1(103)-2202/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qəra rı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və X1 blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin tələbləri Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar üçün məcburi olduğundan iddiaçı tərəfindən həmin tələblərin nəzərə alınmaması və nəticədə iddiaçı ilə müqavilə münasibətində olan podratçı “X34 B.V.” Şirkətinə ötürülən xərclərin məbləğinin artırılması xarici subpodratçının Azərbaycan Respublikasının dövlət büdcəsi nə ödəməli olduğu vergilərin azalmasına səbəb olduğundan düzgün olaraq cavabdeh vergi orqanı tərəfindən qanun pozuntusu kimi qiymətləndirilmişdir.
15. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) Kasasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7-məruzəçi, Quliyev Zakir Müslüm oğlu və X11, 2-1(102)-596/2020 saylı iş) x xxxx 2020ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
17. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi orqanı hər dəfə yoxlama zamanı xarici subpodratçının rentabelliyini, gəlir və xərclərini hesablamaq üçün Saziş əvvəlcədən müəyyən edir ki, bir xarici subpodratçı bu Saziş çərçivəsində 25% miqdarında vergi qoyulan mənfəət əldə edir. Yəni, hansısa dövrdə xarici subpodratçı 60% mənfəət əldə edə bilər, 10% də. Lakin, həmişə onun vergiyə cəlb olunmalı mənfəəti 25% olacaqdır. Apellyasiya instansiyası habelə nəzərə almamışdır ki, bu iş üzrə xarici subpodratçının təqdim etdiyi icarə xidməti dövlət tərəfindən tənzimlənən qiymətlərlə müəyyən olunmur. Belə olan surətdə, Sazişin 14.4.(a) (i) bəndinin sahibkarlıq subyektinin mənfəət götürülməsinə məhdudiyyət qoyulması kimi şərh edilməsi yolverilməzdir. Apelyasiya instansiya məhkəməsi işə baxarkən İPM-in 12.1, 69.4-cü maddələrinin tələblərini pozmuş, araşdırmanı dolğun aparmamış və maddi hü quq normalarına düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X17-məruzəçi, X18 və X19, 2-1(103)-1211/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşaraq xx.xx.2020-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
19. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
20. Podratçı tərəfin ("X35 B.V." Şirkətinin Azərbaycan Respublikasındakı Fi lialı) təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsinin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün araşdırılması zamanı müəyyən edilmişdir ki, 2014-cü ildə 45078,00 ABŞ dollar, 2015-ci ildə 19726,00 ABŞ dollar və 2016-cı ildə isə 8620,00 ABŞ dollar karbohidrogen fəaliyyətinə aid olmayan (maddi yardım, dövri mətbuata abunə haqqı və s.) xərclər əmək haqqı xərclərinin və digər xərclərin tərkibinə aid edilmişdir. Nəticədə sazişin 14.2 (k) maddəsinin (karbohidrogen fəaliyyəti ilə əlaqədar olmayan xərclər) müddəalarının tələbləri pozulmuş və yoxlama ilə əməliyyat məsrəflərinə aid edilmiş 2014-cü ildə 45078,00 ABŞ dollar, 2015-ci ildə 19726,00 ABŞ dollar və 2016-cı ildə isə 8620,00 ABŞ dollar (cəmi 73425,0 ABŞ dollar) məbləğində məsrəflərin podratçı tərəfə ötürülən xə rclərin tərkibindən çıxarılmışdır.
21. Podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün araşdırılması zamanı müəyyən edilmişdir ki, Binəqədi Əməliyyat Şirkəti 2014-2016-cı illər üzrə Navante Şirkətinə (Navante Services LTD Şirkəti Britaniya Virciniya adalarının qanunlarını əsasında qeydə alınmışdır, Azərbaycan Respublikasında qeydə alınmış filialı mövcuddur, bank hesablan Latviyanın ABLV bankında yerləşir, araşdırma zamanı Azərbaycandan başqa digər yerdə bu iş üzrə fəaliyyəti yoxdur) nasosların icarəsi üzrə 280794,92 ABŞ dollar dəyərində ödəniş edərək (Saziş çərçivəsində 6% dərəcə ilə ödəmə mənbəyində tutulmuş 17923,08 ABŞ dollar məbləği nəzərə alınmaqla) Əməliyyat xərclərinə (OPEX) aid etmiş və "Xü susi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün podrat tərəfə ötürmüşdür.
22. Həmçinin yoxlama zamanı müəyyən olunmuşdur ki, Navante şirkəti qeyd edilən nasosları Beyker Hyuz şirkətindən 2014-cü il üzrə 87158,00 ABŞ dollar, 2015-ci il üzrə 54151,00 ABŞ dollar, 2016-cı il üzrə 46246,20 ABŞ dollar, ümumilikdə 187555,20 ABŞ dollar ilə icarəyə götürmüşdür. Bundan sonra həmin nasoslar Navante şirkətindən "İddiaçı" şirkətinə üzərinə 2014-cü il üzrə 48055,36 ABŞ dollar, 2015-ci il üzrə 25256,46 ABŞ dollar, 2016-cı il üzrə 19927,90 ABŞ dollar, ümumilikdə 93239,72 ABŞ dollar ticarət əlavəsi tətbiq edilməklə icarəyə verilmişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan zaman dövr üzrə 31%-162% arası dəyişdiyi və nəticədə Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinin, h əmçinin Sazişin 14.4-cü maddəsinin (a) (i) bəndində (Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən Xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faiz həcminə bərabər Vergiqoyulan mənfəət əldə edirlər) və 14.2 (k) maddəsinin tələblərini pozmaqla podratçı tərəflərə ötürülən xərclərin vergitutma baxımından artıq hesablandığı müəyyən edilmişdir.
23. Ümumilikdə yoxlama ilə yuxarıda qeyd edilən maddələrin tələbləri nəzərə alınmaqla Podratçı tərəfin ("X34 B.V." Şirkətinin Azərbaycan Respublikasındaki Filialı) təqdim etdiyi "Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclər ümumilikdə 166664,72 ABŞ dollar məbləğin də azaldılmışdır.
24. Həm vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda, həmçinin iddia ərizəsi ilə əlaqədar təqdim edilmiş etirazda və əlavə edilən sənədlərdə müqayisəli vergi ödəyicisi kimi Beyker Hyuz şirkətinin götürüldüyü, tətbiq edilən qiymətlər kimi həmin şirkətin Navante Şirkətinə tətbiq etdiyi qiymətlərinin götürülməsi, ticarət əlavəsi ilə əlaqədar cədvəllərin təqdim edilməsinə və qeyd edilən xərclərin azaldılması ilə əlaqədar həm sazişdən, həm də Vergi Məcəlləsinin müddəalarına istinad edilməsi aydın şəkildə müəyyən edilir. 25. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və X1 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.4-cü maddəsinin (a) (i) bəndinə əsasən Karbohidrogen fəaliyyə ti ilə bağlı işlər və xidmətlər həyata keçirən Xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faiz həcminə bərabər Vergiqoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qoyulur ki, bu da ümumən həmin ödənişlərin altı faizini təşkil edir. Göründüyü kimi Saziş bir başa xaric-i subpodratçıların mənfəətinin hansı miqdarda olmasını müəyyənləşdirir. Lakin araşdırma zamanı iddiaçı tərəfindən xarici subpodratçıya edilən ödənişlərin ticarət əlavəsinin yoxlanılan dövr üzrə 31%-162% arası olduğu müəyyən edilmişdir. Qeyd edilən müqayisə ilə əlaqədar məhkəməyə bütün hesablama cədvəlləri, müqavilələr və invoyslar təqdim edilmişdir.
26. Məhkəmə qərarında Sazişin 14.4 (a) (i) bə ndinə istinad edərək ödəniş mənbəyində 6 faiz tutulmasının həmin Xarici subpodratçının mənfəət vergisinin məsuliyyətini, öhdəliklərini tamamilə əhatə etməsi qənaətinə gəlmiş və iddia tələbinin təmin edilməsini əsaslı hesab etmişdir. Mübahisələndirilən qərara baxılarsa aydın şəkildə görünür ki, vergi orqanı xarici subpodratçıya hər hansı vergi öhdəliyi qoymamış, yalnız podrat tərəflərə ötürülən xərclərə münasibətdə həmin xərcə aid edilməsinin qanunvericiliyə zidd olduğu bildirilmiş və əməliyyat şirkətinə həmin xərclərin ötürülən xərclərdən çıxarılması qənaətinə gəlinmişdir. Başqa sözlə cavabdeh tərəfindən xarici subpodratçıya hər hansı əlavə vergi Öhdəliyi qoyulmadığı halda məhkəmə qərarın əsaslandırılması üçün qeyd edilən maddəyə istinad etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəli lləri
27. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
29. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
30. Vergi Məcəlləsi: Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malları n (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (-); 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; Maddə 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətl ərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müd dətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliy inin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
31. Azərbaycan Respublikasında Zığ və Hövsan X4 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin: - 14.2 maddəsinin (a) bəndinə əsasən hər podratçı tərəf öz karbohidrogen fəaliyyətin münasibətdə mənfəət vergisi üçün ayrıca məsuliyyət daşıyır. Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə bu Saziş arasında hər hansı ziddiyyət yarandıqda, Sazişin müddəaları üstün tutulur. Hər podratçı tərəf özünün Azərbaycan Respublikasında karbohidrogen fəaliyyətinə aid olmayan təsərrüfat fəaliyyətinə görə Azərbaycan Respublikasında tətbiq edilən qanunlara və reqlamentlərə uyğun şəkildə mənfəət vergisi ödəmək üçün məsuliyyət daşıyır; - 14.2-ci maddəsinin (k) bəndinə əsasən təqvim ili ərzində Podratçı tərəfin X14 və ya vergi qoyulan zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxarılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi bütün məsrəflər daxildir və bu məbləğlərə Əməliyyat Şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və 8.6 bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxil edir (bir şərtlə ki, çıxılmalar bir dəfədən artıq hesablanmamalıdır) və o cümlədən, lakin, bunlarla məhdudlaşmayan aşağıdakı xərclər daxildir; - 14.2-ci maddəsinin (i) bəndinə əsasən podratçı tərəfin əməkdaşlarına və onların ailələrinə, mənzil, yemək, verilməsi, kommunal xidmətlər göstərilməsi, uşaqlarının təhsil almaları ilə bağlı bütün xərclərin, habelə yaşadıqları ölkədən gəlmələri və g eriyə qayıtmaları üçün çəkilən yol xərclərinin ödənilməsi ilə birlikdə bütün əməkdaşlara verdiyi əmək haqlarının, maaşların tam məbləğləri və digər məbləğlər; - 14.4-cü maddəsinin (a) bəndinə əsasən xarici subpodratçılara bu bəndin müddəalarına uyğun olaraq vergi qoyulur; - 14.4-cü maddəsinin (i) bəndinə əsasən Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faizinə bərabər vergi qoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qoyulur ki, bu da ümumən həmin ödənişlərin altı (6) faizini təşkil edir. Belə ödəniş məbləğlərini verən hər hansı şəxs həmin ödənişlərdən altı (6) faiz həcmində vergi tutur və tutulan vergiləri ödənişlər edildiyi təqvim ayının sonundan başlayaraq otuz (30) gün müddətində Dövlət Büdcəsinə keçirir. Aşağıda göstərilən müddəalar istisna olmaqla, belə vergilər həmin Xarici subpodratçının mənfəət vergisinin məsuliyyətini, öhdəliklərini tamamilə əhatə edir.
32. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131. 3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiya məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
33. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İddiaçının əsas dəlili ondan ibarətdir ki, iddiaçı şirkət əməliyyat şirkəti olaraq müvafiq sazişlər əsasında podratçı tərəfindən yaradılmış və məqsədi gəlir götürmək deyildir. İddiaçı yoxlanılan dövr ərzində əldə etdikləri gəlirləri və çəkdikləri xərcləri saziş tərəflərinə ötürür.
37. Cavabdehin şikayətinin dəlilinə görə iddiaçının fəaliyyətinin yoxlanılmasının nəticəsi olaraq hər hansı əlavə vergi məbləği hesablanmamış, iddiaçının podratçı tərəfə ötürdükləri xərcin məbləği azaldılmışdır ki, bu, nəticədə podratçı tərəfin mənfəət vergisi öhdəliyini artırmış olur. İddiaçı şirkət xarici subpodratçıdan (Navante şirkəti) avadanlıqlar icarəyə götürmüş, həmin avadanlıqlar xarici subpodratçının özü tərəfindən Baker Hughes şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürülmüş və həmin məbləğin üzərinə ticarət əlavəsi tətbiq edilməklə iddiaçı şirkətlərə təqdim edilmişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan dövr üzrə 31% - 162% arası dəyişmişdir.
38. Vergi orqanı öz mövqeyini əsaslandırmaq üçün “Azərbaycan Respublikasında Zığ və Hövsan X4 Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.4 (a) (i) bəndinə və Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad etmişdir.
39. Vergi orqanı xarici subpodratçının şirkətlərə göstərdiyi xidmət üzrə ticarət əlav əsinin yoxlanılan dövr ərzində 31% - 162% arası dəyişdiyini iddia edərək səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinə istinad etmiş və xərclərin məbləğini yenidən hesablamışdır.
40. Vergi orqanı Sazişin 14.4 (a) (i) bəndinə istinad edərək iddiaçılar tərəfindən xarici subpodratçıya ödənilən xərcləri cəmi 25% mənfəət + VM-nin 14-cü maddəsində icazə verilən 30% hədd daxilində nəzərə almış, məbləğlərin qalan hissəsini faktiki ödənilməsinə və ödəmə mənbəyində həmin məbləğdən verginin tutulmasına baxmayaraq xərc kimi nəzərə almamışdır.
41. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
42. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmay ı, Şabandağ və X1 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 8-ci maddəsinə əsasən əməliyyat şirkəti qismində təsis edilmiş və Azərbaycan Respublikası ərazisində filial vasitəsilə təmsil edilir. Filial isə hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı şirkətdir.
43. Cavabdehin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən, Filial (iddiaçı) tərəfindən xarici subpodratçı qismində çıxış edən “Navante Services LTD” şirkətindən icarəyə götürülmüş nasoslarla yanaşı klapanlar, qaz separatoru, hidro mühafizəli dalma elektrik mühərriki, idarəetmə stansiyası, dalma kabelinə görə ödənilmiş pul məbləğləri üzrə xərcin 31.318,62 ABŞ dolları artıq göstərilmişdir. Nəticədə həmin məbləğdə xərcin iddiaçı tərəfindən süni şəkildə şişirdildiyinə istinad etməklə cavabdeh iddiaçı barədə əlavə vergi hesablamışdır. Yoxlama zamanı 2014-2017-ci illər üzrə nasosların “Navante Services LTD” şirkəti tərəfindən ümumilikdə 187.555,20 ABŞ dolları məbləğində “Baker Hughes” şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürüldüyü və həmin məbləğin üzərinə ümumilikdə 93.239,72 ABŞ dolları məbləğində ticarət əlavəsi tətbiq edilməklə Filiala təqdim edildiyi, ticarət əlavəsinin yoxlanılan dövr üzrə 31% -162% arasında dəyişməsi vergi orqanı tərəfindən müəyyən edilmişdir.
44. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli qərarı qəbul edərkən Sazişin 14.4(a) (i) bəndi və Vergi Məcəlləsinin 14-cü maddəsini əsas götürərək “Navante Services LTD” şirkətinin avadanlıqların icarəsinə tətb iq etdiyi marja məbləğlərini 25% həddində nəzərə almış, 25%- dən artıq olan hissədə, yəni yoxlanılan dövr üzrə ümumilikdə 31.318,62 ABŞ dolları məbləğində fərqi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin tərkibindən çıxarılmalı olduğu qənaətinə gəlmişdir.
45. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsinin, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməsinə istinad etdiyi aydın olsa da, həmin fərqin müəyyən edilməsi üçün müqayisəli vergi ödəyicisinin seçilmədiyi, ümumiyyətlə müqayisəli məlumatların mövcud olmadığı müəyyən edilmişdir.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxx 2019-cu il tarixli 12185 saylı ekspert rəyindən görünür ki, iş materiallarında göstərilən malların respublikada yerləşən ticarət mərkəzlərində, bazarlarında satışda olmadığından, (həmçinin həmin malların icarəyə, kirayəyə verilməsinə dair məlumat) eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında bu barədə məlumat olmadığından, həmin malların (avadanlıqlar) qiymətini və xidmətlərin dəyərini müəyyən etmək mümkün olmamışdır.
47. İddiaçı ilə xarici subpodratçılar (“Navante Services LTD”) arasında imzalanmış müqavilələrdən, həmçinin adıçəkilən şirkətlə “Baker Huges” şirkəti arasında olan müqavilələrdən görünür ki, “Navante Services LTD”nin 2014-2017-ci illər üzrə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və X1 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Saziş çərçivəsində X29 Əməliyyat Şirkətindən əldə etdiyi ümumi gəlirin hüquqi əsasları mövcuddur. Cavabdeh həmin məbləğin 187.555,20 ABŞ dolları təşkil etməli olduğu və bununla da 31.318,62 ABŞ dolları fərqin yarandığı qənaətində olsa da, cavabdeh bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
48. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və X1 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X35 Bi.Vi Şirkə ti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən “Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət Təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
49. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və X1 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pa y Bölgüsü haqqında” Sazişin 14.2 (k) bəndinə əsasən təqvim ili ərzində Podratçı tərəfin X14 və ya Vergi qoyulan Zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxarılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi bütün məsrəflər daxildir və bu məbləğlərə Əməliyyat Şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və 8.6 bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxil edir (bir şərtlə ki, çıxılmalar bir dəfədən artıq hesablanmamalıdır) və o cümlədən, lakin, bunlarla məhdudlaşmayan aşağıdakı xərclər daxildir: 14.2 (i) podratçı tərəfin əməkdaşlarına və onların ailələrinə, mənzil, yemək, verilməsi, kommunal xidmətlər göstərilməsi, uşaqlarının təhsil almaları ilə bağlı bütün xərclərin, habelə yaşadıqları ölkədən g əlmələri və geriyə qayıtmaları üçün çəkilən yol xərclərinin ödənilməsi ilə birlikdə bütün əməkdaşlara verdiyi əmək haqlarının, maaşların tam məbləğləri və.. 14.4 bəndinə əsasən Xarici subpodratçılara 14.4 (a) bəndinin müddəalarına uyğun olaraq vergi qoyulur. 14.4 (i) bəndinə əsasən hesab edilir ki, Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faizinə bərabər Vergiqoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qoyulur ki, bu da ümumən həmin ödənişlərin altı (6) faizini təşkil edir. Belə ödəniş məbləğlərini verən hər hansı şəxs həmin ödənişlərdən altı (6) faiz həcmində vergi tutur və tutulan vergiləri ödənişlər edildiyi təqvim ayının sonundan başlayaraq otuz (30) gün müddətində Dövlət Büdcəsinə keçirir.
50. Aşağıda göstərilən müddəalar istisna olmaqla, belə vergilər həmin Xarici subpodratçının mənfəət vergisinin məsuliyyətini, öhdəliklərini tamamilə əhatə edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi halları sübutlarla (iddiaçı ilə Navante Services LTD, sonuncu ilə Baker Huges arasında olan müqavilələr, məktublar, nağdsız ödənişlər üzrə ödəniş tapşırıqları) təsdiq edildiyindən, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş halların təsdiq edilməsinə dair sübut (analoji vergi ödəyicisinin seçilməsi, icarə haqlarının artırılması barədə) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə iddianın əsaslı olduğu qəna ətinə gəlir.
51. İddiaçının hazırkı mübahisə üzrə xərclərini süni surətdə artırması təsdiq olunmadığından və belə iddia cavabdeh tərəfindən sübuta yetirilmədiyindən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
52. Səyyar vergi yoxlaması zamanı iddiaçıya hər hansı əlavə vergi məbləği hesablanmamış, iddiaçının podratçı tərəfə ötürdükləri xərcin məbləği azaldılmış, nəticədə podratçı tərəfin mənfəət vergisi öhdəliyi artmışdır.
53. Cavabdeh SVY aktında qeyd etmişdir ki, şirkətlər xarici subpodratçıdan (“Navante” şirkəti) avadanlıqlar icarəyə götürmüşdür. Yoxlama zamanı müəyyən edilmişdir ki, həmin avadanlıqlar xarici subpodratçının özü tərəfindən “Baker Hughes” şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürülmüş və həmin məbləğin üzərinə ticarət əlavəsi tətbiq edilməkl ə iddiaçı şirkətlərə təqdim edilmişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan dövr üzrə 31% - 162% arası dəyişmişdir.
54. Vergi orqanı öz mövqeyini əsaslandırmaq üçün “Azərbaycan Respublikasında Zığ və Hovsan X4 Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.4(a) (i) bəndinə və Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad etmişdir. Sazişin 14.4(a) (i) bəndinə görə: Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar (hazırkı halda “Navante” şirkəti) həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faizinə bərabər vergi qoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qovulur ki, bu da ümumən həmin ödənişlərin altı (6) faizini təşkil edir.
55. Vergi orqanı xarici subpodratçının şirkətlərə göstərdiyi xidmət üzrə ticarət əlavəsinin yoxlanılan dövr ərzində dəyişdiyini iddia edərək SVY aktında Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinə istinad etmiş və xərclərin məbləğini yenidən hesablamışdır. Vergi orqanı Sazişin 14.4 (a) (i) bəndinə istinad edərək iddiaçılar tərəfindən xarici subpodratçıya ödənilən xərcləri cəmi 25% mənfəət + Vergi Məcəlləsinin 14-cü maddəsində icazə verilən 30% hədd daxilində nəzərə almış, məbləğlərin qalan hissəsini faktiki ödənilməsinə və ödəmə mənbəyində həmin məbləğdən verginin tutulmasına baxmayaraq xərc kimi nəzərə almamışdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı hər dəfə yoxlama zamanı xarici subpodratçının rentabelliyini, gəlir və xər clərini hesablamaq üçün Saziş əvvəlcədən müəyyən edir ki, bir xarici subpodratçı bu Saziş çərçivəsində 25% miqdarında vergi qoyulan mənfəət əldə edir. Yəni hansısa dövrdə xarici subpodratçı 60% mənfəət əldə edə bilər, 10% də. Lakin həmişə onun vergiyə cəlb olunmalı mənfəəti 25% olacaqdır. Nəzərə alınmalıdır ki, bu iş üzrə xarici subpodratçının təqdim etdiyi icarə xidməti dövlət tərəfindən tənzimlənən qiymətlərlə müəyyən olunmur. Belə olan surətdə, Sazişin 14.4.(a) (i) bəndinin sahibkarlıq subyektinin mənfəət götürülməsinə məhdudiyyət qoyulması kimi şərh edilməsi yolverilməzdir.
57. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Sazişin 14.2 (k) bəndinə əsasən təqvim ili ərzində Podratçı tərəfin X14 və ya vergi qoyulan zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxılmalara karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi bütün məsrəflər daxildir və bu məbləğlərə Əməliyyat şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və Sazişin 8.6-cı bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxildir (bir şərtlə ki, çıxılmalar bir dəfədən artıq hesablanmamalıdır). Sazişin bu müddəası xərclərə münasibətdə yalnız bir məhdudiyyət müəyyən edir ki, bu da çıxılmanın bir dəfədən artıq tanınmamasıdır.
58. Odur ki, yuxarıda adı çəkilən Sazişin digər müddəalarında xarici subpodratçıların əldə etməli olduqları gəlirlərə və əməliyyat şirkətinin podratçı tərəfə ötürməli olduğu xərclərə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır.
59. Məhkəmə kollegiyası onu da vurğulayır ki, cavabdeh Vergi Məcəlləsinin 38.2ci maddəsinin tələblərinə əməl etməmiş, səyyar vergi yoxlaması müddəti 120 gündən artıq davam etmişdir.
60. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
61. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
62. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1211/2020 saylı x xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.