Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2103/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərara izah verilməsi barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı “şəhid statusunun bərpa edilməsi və bununla bağlı aidiyyəti üzrə müvafiq arayışın verilməsi” tələbi nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1547/2021 nömrəli, 2021-ci il 20 avqust tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2019-cu il 18 fevral tarixdə iddia ərizəsi və ona dəqiqləşdirmə ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının oğlu X2 şəhid statusunun bərpa edilməsi və bununla bağlı aidiyyəti üzrə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 may tarixli, 2-1(82)1375/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, X2 “şəhid” statusunun bərpa edilməsi və bununla bağlı aidiyyəti üzrə müva fiq arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. 4 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2116/2019 nömrəli, 2019-cu il 12 noyabr tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019cu il 20 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2020-ci il 14 dekabr tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 may tarixli, 2-1(82)1375/2019 saylı qərarına izah verilməsini xahiş etmişdir Ərizəçinin əsaslandırması:
6. Ərizəçi ərizəni onunla ə saslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı “X2 şəhid statusunun bərpa edilməsi və bununla bağlı aidiyyəti üzrə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə inzibati işə baxılaraq iddia tələbləri təmin edilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən verilmiş 2000-ci il 10 aprel tarixli, G-2 saylı və 2002-ci il 10 may tarixli, 178 saylı arayışlarla təsdiq edilir ki, X3 şəhid statusu 1999-cu il 21 oktyabr tarixdən verilmiş, onun adı şəhidlərin qeydiyyatı kitabında G-2 nömrə ilə qeydiyyatdan keçmiş, şəhidin valideynlərinə “şəhid ailəsinin vəsiqəsi” verilmişdir. Azərbaycan Re spublikası Prezidentinin “Şəhid ailəsi üçün prezident təqaüdünün təsis edilməsi haqqında” 2006cı il 19 dekabr tarixli Fərmanına əsasən təqaüdlərin qanuni əsaslarla verilməsini təmin etmək məqsədilə 2007-ci ildə aparılmış yoxlamanın nəticəsində bir çox şəhidin, o cümlədən X2 şəhid statusu 2007-ci ildə ləğv edilmişdir. Məhkəmə qərarından aydın görünür ki, məhkəmə X2 şəhid statusunun ləğvinin qanunsuz olduğunu tanımış və şəhid statusunun bərpa edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qərarında onun şəhid statusunun bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alındığı üçün şəhid statusu ləğv edildiyi andan bərpa edilməlidir. Lakin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən həmin məhkəmə qəra rının icrası ilə bağlı verilmiş arayışda X3 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin iş 2-1(82)-1375/2019 saylı, 2019-cu il 27 may tarixli qərarına əsasən şəhid statusu verilməsi göstərilmişdir. Məhkəmə qərarında şəhid statusunun verilməsi yox, bərpa edilməsi açıq-aydın yazılsa da, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən məhkəmə qərarı düzgün təfsir edilmədiyindən yanlış arayış tərtib edilmişdir. Odur ki, məhkəmə qərarının izah edilməsinə zərurət yaranmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 mart tarixli, 2-1(82)-1375/2019 nömrəli qərardadı ilə ərizə təmin olunmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 may tarixli, 2-1(82)1375/2019 saylı qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı iddiası təmin edilmiş, X2 şəhid statusunun bərpa edilməsi və bununla bağlı aidiyyəti üzrə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli, 2-1(103)-2116/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin 2021-ci il 8 fevral tarixli məktubunda 2020-ci il 26 fevral tarixdə mərhumun atası İddiaçı1 ƏƏSMN-nin Sumqayıt şəhər şöbəsinə verilməsi üçün arayış yazılaraq təqdim edildiyi bildirilmişdir. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 may tarixli, 2-1(82)-1375/2019 saylı qərarı tam icra olunmuş, qərarda şəhid statusunun ləğv edildiyi andan bərpa edilməsi barədə cavabdeh inzibati orqanın üzərinə heç bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52ci maddəsinin tələblərinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 may tarixli, 2-1(82)-1375/2019 qərarına “şə hid statusunun ləğv edildiyi andan bərpa edilməsi” kimi izah verilməsi qeyri-mümkündür.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1547/2021 nömrəli, 2021-ci il 20 avqust tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 mart tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayə tinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 may tarixli, 2-1(82)-1375/2019 saylı qərarına əsasən “X2 “Şəhid” status bərpa edilməsi və bununla bağlı arayışın verilməsi, vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon Bölməsi həmin qərarı icra etmiş və bununla bağlı 2020-ci il 26 fevral tarixli, 119 nömrəli yöndəmsiz bir arayış vermişdir. Həmin arayışda X3 şəhid statusu verilməsi göstərilmişdir. Məhkəmə qərarında isə “Şəhid” statusunun bərpa edilməsi qərara alınmışdır. Ona görə də bu arayışın verilməsini məhkəmə qərarının icrası kimi qəbul etmək qanunsuz olardı. Başqa sözlə məhkəmə qərarının yanlış icra olunması qərarın icra edilməm əsi kimi qəbul edilməlidir. Məhz məhkəmə qərarı icra olunmadığı üçün, iddiaçı qərarın izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 mart tarixli, 2-1 (82)-1375/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə qərarı iddiaçının sonrakı müraciətlərindən sonra lazımi qaydada icra edilmiş, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsi tərəfindən həmin məhkəmə qərarı yenidən icra edilmiş və 2021-ci il 3 may tarixli, 217 saylı arayış verilmişdir. Həmin arayışda X3 “Şəhid” statusunun bərpa edilməsi öz təsdiqini təpmişdir. Göründüyü kimi, MPM-nin 230.3-cü maddəsinə əsasən tam icra edildiyi üçün qərara izah verilməməsi özü qanunsuzdur. Çünki, məhkəmə qərarının qanuni icrası 2021-ci i l 3 may tarixdə, yəni iddiaçı qərara izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra həyata keçirilmiş, Bakı İnzibati Məhkəməsinin qərardadı isə 2021-ci il 11 mart tarixdə qəbul edilmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə istinad edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 may tarixli, 21(82)-1375/2019 saylı qərarına “şəhid statusunun ləğv edildiyi andan bərpa edilməsi" kimi izah verilməsinin qeyri-mümkün olması qənaəti əsassızdır. Məhkəmə qərarında şəhid statusunun bərpa edilməsi qərara alınmışdır. Hər hansı hüququn, statusun bərpa edilməsi onun dayandırıldığı, ləğv edildiyi andan verilməsini, əvvəlki vəziyyətə qaytarılmasını ehtiva edir. Əgər belə olmasaydı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddian ın dəqiqləşdirilməsi barədə ərizə verilməsini lazımsız hesab edərdi. Belə ki, məhkəmədə ilkin iddiada “Şəhid” statusunun verilməsi tələbi qoyulsa da, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmənin yardımı ilə sonradan iddia tələbi dəqiqləşdirilmiş və şəhid statusunun bərpa edilməsi tələbi qoyulmuşdur. Məhkəmə qərar qəbul edərkən bu məntiqə əsaslanaraq belə nəticəyə gəlmiş və şəhid statusunun bərpasının hansı vaxtdan hesab edilməsini qərarda göstərməyi lüzumsuz hesab etmişdir. Məhkəmənin qərarı cavabdeh tərəfindən düzgün başa düşülmədiyi üçün qərara izah verilməsinə ehtiyac yaranmışdır. İşə baxmış hakim icra edilməmiş qərarına izah verməyə haqlıdır. X4 1999-cu il 21 oktyabr tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur və ona həmin vaxt “Şəhid adının əbədiləş dirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası 1993-cü il 3 sentyabr tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarına əsasən “Şəhid” statusu, valideynlərinə isə “Şəhid ailəsinin üzvü” statusu verilmişdir. R.Gülməmmədovun valideynlərinə Cəbrayıl rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən “Şəhid ailəsinin üzvü” statusu verilməsini təsdiq edən sənəd, şəhidin anası X1 2000-ci il 2 may tarixli, ******* saylı, iddiaçıya isə 2001-ci il 14 may tarixli, 002256 saylı vəsiqələr verilmişdir. R.Gülməmmədovun adı SHXÇDX Cəbrayıl Bölməsində şəhidlərin qeydiyyatı kitabında “G-2” nömrə ilə qeyd olunmuşdur. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli Fərmanının qanuni əsaslarla icrasının təmin edilməsi məqsədilə aparılan yoxlamalar nəticəsində 2007-ci ilin yanvar ayında bir çoxları kimi X2 da “Şəhid” statusu ləğv edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. c. ərizə və vəsatətlər:
16. İddiaçı, həmçinin vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılmasına xahiş etmişdir.
17. Məhkəmə kollegiyası cavabdehin vəsatətinin dəlillərini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələ bindən göründüyü kimi, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.
18. Hazırkı halda, qərara izah barədə ərizə ilə bağlı ərizənin hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.
19. İddiaçı tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyə n edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qə rardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Mülki Prosessual Məcəllə (MPM): Maddə 230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə icra edilməmişsə onu n izah edilməsinə yol verilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
25. MPM-in 230-cu maddəsinin yuxarıda qeyd olunun müddəalarının tələblərindən göründüyü kimi, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamənin izah edilməsinə o halda yol verilir ki, qətnamə icra edilməmiş olsun.
26. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin 2021-ci il 3 may tarixli, 217 №-li arayışı ilə təsdiq olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 may tarixli, 2-1(82)-1375/2019 nömrəli qərarı cavabdeh tərəfindən icra olunaraq X2 “Şəhid” statusu bərpa olunmuşdur. 27. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 may tarixli, 2-1(82)1375/2019 nömrəli qərarının məzmunundan da göründüyü kimi, həmin qərarla cavabdehin üzərinə X2 “Şəhid” statusunu bərpa etmək və müvafiq arayışın vermək öhdəliyi qoyulmuşdur.
28. Beləliklə, məhkəmə qərarı onun məzmununa uyğun qaydada icra olunduğundan, iddiaçının hazırkı məzmunda ərizə və ş ikayəti təmin oluna bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1547/2021 nömrəli, 2021-ci il 20 avqust tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.