Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2103/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsus i Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-274/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1975 – xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 2. 19.09.1974-cü il tarixdə tərtib edilmiş əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1974 - xx.xx.1975, xx.xx.1981 – xx.xx.1984, xx.xx.1977 - xx.xx.1978, xx.xx.1984 – xx.xx.1993, xx.xx.1978 - xx.xx.1981, xx.xx.1993 – xx.xx.2006. 3. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 01-ZP/836 nömrəli işin xarakteri haqqında arayışdan görünür ki, verilir, 1957-ci il təvəllüdlü İddiaçı Mövlam oğluna ondan ötrü ki, o həqiqətən xx.xx.2006-cı ildən (əmr № 202-kş xx.xx.2006-cı il) xx.xx.2008-ci ilədək (əmr № 04/11-kş, xx.xx.2008-ci il) "xxxx" MMC-nin X2 və Təmiri İdarəsinin Turbin Avadanlıqlarının Təmiri və Sazlanması sexində 6-cı dərəcəli çilingər işləyib və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilib. xx.xx.2010-cu ildən (əmr № 14/17-kş, xx.xx.2010-cu il) "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir sahəsinin Turbin və Köməkçi Avadanlıqlarının Təmiri sexində 6-cı dərəcəli çilingər vəzifəsinə təyin edilib və xx.xx.2010cu ildə (əmr №101/17-kş, xx.xx.2010-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. xx.xx.2011-ci ildə (əmr №-06/14-kş, xx.xx.2011-ci il) "xxxx" ASC-nin X1 İdarəsinin sahəsinin Turbin Quraşdırılma sahəsində 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci ildə (ATÜ/63№-li əmr, xx.xx.2011-ci il) “Cənub Layihəsi”nin Mexaniki Avadanlıqların və Metal Konstruksiyaların quraşdırılması sahəsinə keçirilmiş, xx.xx.2014- cü ildə (əmr №- 17/8-kş, xx.xx.2014-cü il) “Şimal-2” X5 Tikinti layihəsinə 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsinə peşəsinə keçirilmişdir. xx.xx.2014-cü ildə (əmr №-22/32-kş, xx.xx.2014-cü il) dərəcə və vəzifəsi saxlanılmaqla X1 s ahəsinə keçirilib və hal-hazırkı dövrədək həmin sahədə və vəzifədə işləyir. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinə əsasən Elektrik Stansiyalarında avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən çilingərin işi bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 11 il, 05 ay, 08 gün təşkil edir. 4. "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli 01-xn/2903 nömrəli güzəştli arayışından görünür ki, verilir xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, ondan ötrü ki, o həqiqətən "xxxx" ASC, "xxxx" MMC-nin X2 və Təmiri İdarəsinin Turbin Avadanlıqlarının Təmiri və Sazlanması sexində xx.xx.2006 -cı il tarixindən (Əmr № 202-kş, xx.xx.2006) xx.xx.2008-ci il tarixinə kimi (Əmr № 04/11-kş, xx.xx.2008) çilingər, "xxxx" ASC-nin "xxxx" MMC-nin Qazan-Turbin Avadanlıqlarının Təmir və Sazlama İdarəsinin Turbin Avadanlıqlarının Təmiri və Sazlanması sexində xx.xx.2008-ci il tarixindən (Əmr № 01/k, xx.xx.2008) xx.xx.2010-cu il tarixinə kimi (Əmr № 01/k, xx.xx.2010) çilingər, "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir sahəsinin Turbin və köməkçi avadanlıqların təmiri sexində xx.xx.2010-cu il tarixindən (Əmr № 14/17-kş, xx.xx.2010) xx.xx.2010-cu il tarixinə kimi (Əmr № 101/17-kş, xx.xx.2010) çilingər, "xxxx" ASC-nin X3 İdarəsinin Turbin quraşdırma sahəsində xx.xx.2011-ci il tarixindən (Əmr № 06/14-kş, xx.xx.2011) xx.xx.2011-ci il tarixinə kimi quraşdırıcı çili ngər, “Cənub Layihəsinin” Mexaniki avadanlıqların və metal konstruksiyaların quraşdırılması sahəsində xx.xx.2011-ci il tarixindən (Əmr № ATÜ/63, xx.xx.2011) xx.xx.2014-cü il tarixinə kimi quraşdırıcı çilingər, “Şimal-2 X6 Tikinti Layihəsinin Turbin və köməkçi avadanlıqlarının quraşdırılması sahəsində xx.xx.2014-cü il tarixindən (Əmr № 17/8-kş, xx.xx.2014) xx.xx.2014-cü il tarixinə kimi quraşdırıcı çilingər, həmin layihənin X3 sahəsində xx.xx.2014-cü il (Əmr № 22/32-kş, xx.xx.2014) tarixindən hal-hazıra kimi quraşdırıcı çilingər peşəsində işləyir. Göstərilən peşə bilavasitə zərərli sahə hesab edilir, buna görə də İddiaçı AR NK-nin 320 saylı xx.xx.1993-cü il tarixli 2№-li əlavəsində Xİİİ fəsil “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” 2140000a -18455 kodlarına əsasən güzəştli pensiyaya çıxmaq hüququna malikdir.
5. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir.
6. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda, xx.xx.2011-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin X1 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifə yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 7 ay 9 gün (xx.xx.2006-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2010- cu il, xx.xx.2010-xx.xx.2010cu il və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındaki dövr)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri bax ımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “güzəştli şərtlərlə xx.xx.2014-cü il tarixdən əmək pensiyası təyin edilərək, bu günədək olan fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-12527/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi və xüsusi əmək stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lak in, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
10. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının xx.xx.2011-xx.xx.2020-ci il tarixlərində "xxxx" ASC-nin X3 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr aid olmaması, ümumi güzəştli iş stajının 12 il 6 aydan az, yəni 5 il 7 ay 9 gün (xx.xx.2006-xx.xx.2008, xx.xx.2008-xx.xx.2010, xx.xx.2010- xx.xx.2010, xx.xx.2020-xx.xx.2022) olması ilə əsaslandırmışdır.
11. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-614/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2014-cü il tarixdən güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, sözügedən müəssisədə iddiaçı xx.xx.1974xx.xx.1975-ci illərdə elektrik sexində çilingər şagirdi, 1-ci dərəcəli transformator təmiri üzrə elektrik - çilingəri, 2-ci dərəcəli transformator təmiri üzrə elektrik - çilingəri, xx.xx.1978xx.xx.1981-ci illərdə istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə 2ci, 3-cü və 4-cü dərəcəli çilingər olaraq turbin sexində, xx.xx.1984-xx.xx.1993-cü illərdə istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə 3-cü, 4-cü və 5-ci dərəcəli çilingər, istilik elektrik stansiyalarının turbin sexinin buxar qaz turbin avadanlıqlarının təmiri üzrə 5-ci və 6-cı dər əcəli çilingər vəzifəsində çalışmışdır. Sadalanan müddətlərin cəmi 12 il 10 ay 20 günə bərabərdir.
13. Qeyd olunan müəssisədə əmək fəaliyyəti ilə bağlı iddiaçı tərəfindən güzəştli arayış təqdim edilməsə də nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsi və iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən məhkəmə hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan X İİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-274/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.
19. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının Türkmənistanda işlədiyi dövrlərin güzəştli iş stajı kimi qəbul edilməsi üçün Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən həmin müəssisələrdən güzəştli arayış təqdim edilməli idi. Lakin Məhkəmə Qərarında arxiv arayışlarına əsasən iddia təmin edilmiş və həmin dövrlər qanunsuz şəkildə güzəştli iş stajına daxil edilmişdir. Bununla yanaşı həmin illərin sosial sığorta stajına daxil edilməsi üçün dövlətlərarası bağlanmış müqavilə hər iki dövlət tərəfindən ratifikasiya edilməlidir. Azərbaycan Respublikası və Türkmənistanla arasındakı müqavilə mövcud olsa da, sözügedən müqavilə Türkmənistan tərəfindən ratifikasiya edilməmişdir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda hüquqi əsaslar da mövcud deyildir.
20. Göründüyü kimi iddianın təmin edilməsi üçün real əsaslar, eyni zamanda hüquqi əsaslar yoxdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 2 2. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddət in azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. rəhbərləri və mütəxəssisləri. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların s ayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 23. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərə rli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
24. Azərbaycan Respublikası Hökumə ti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş (Azərbaycan Respublikasının 1996-cı il 21 may tarixli, 78-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): Maddə
1. Sazişin 6 və 7-ci maddələrində nəzərdə tutulan hallardan başqa, Tərəflərin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları Tərəflərin vəsaiti hesabına və qanunvericiliyinə əsasən səlahiyyətli idarələri Tərəfindən həyata keçirilir. Maddə
3. Pensiya hüququnun, o cümlədən güzəştli şərtlərlə və xidmət illərinə görə pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və ya Türkmənistanın ərazisində qazanılmış iş stajı, həmçinin keçmiş SSRİ tərkibinə daxil olan digər dövlətlərin ərazisində 1992-c i il yanvarın 1-nə qədər qazanılmış iş stajı da nəzərə alınır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat ( -). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün ə saslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. X7 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfin dən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələ ləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Hazırkı mübahisəyə münasibətdə cavabdehin əsas dəlili iddiaçının xx.xx.2011xx.xx.2020-ci il tarixlərində "xxxx" ASC-nin X3 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr aid olmaması, ümumi güzəştli iş stajının 12 il 6 aydan az, yəni 5 il 7 ay 9 gün (xx.xx.2006xx.xx.2008, xx.xx.2008-xx.xx.2010, xx.xx.2010- xx.xx.2010, xx.xx.2020-xx.xx.2022 ) olması ilə bağlıdır.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 29 il 10 ay 6 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. İddiaçının xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan xx.xx.2006-cı ildən sonrakı dövrə münasibətdə güzəştli əmək fəaliyyəti müddəti üzrə qiymətləndirmə aparsa da, həmin tarixədək hazırda Türkmənistan energetika nazirliyinin “Turkmenenerqo” Türkmənistan Dövlət elektroenergetika korporasiyasının “Turkmenenerqoremont” X4 kimi fəaliyyət göstərən müəssisədə iddiaçının əmək fəaliyyəti müddətini, yerinə yetir diyi vəzifələri araşdırmadan müraciətin təmin edilməsindən imtina etmişdir.
37. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən müəssisədə iddiaçı xx.xx.1974-xx.xx.1975-ci illərdə elektrik sexində çilingər şagirdi, 1-ci dərəcəli transformator təmiri üzrə elektrik - çilingəri, 2-ci dərəcəli transformator təmiri üzrə elektrik - çilingəri, xx.xx.1978- xx.xx.1981-ci illərdə istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə 2-ci, 3-cü və 4-cü dərəcəli çilingər olaraq turbin sexində, xx.xx.1984-xx.xx.1993-cü illərdə istilik elektrik stansiyalarının maşın sexləri avadanlığının təmiri üzrə 3-cü, 4-cü və 5-ci dərəcəli çilingər, istilik elektrik stansiyalarının turbin sexinin buxar qaz turbin avadanlıqlarının təmiri üzrə 5-ci və 6-cı dərəcəli ç ilingər vəzifəsində çalışmışdır. Sadalanan müddətlərin cəmi 12 il 10 ay 20 günə bərabərdir.
38. Bununla yanaşı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, göstərilən müəssisədə əmək fəaliyyəti ilə bağlı iddiaçı tərəfindən güzəştli arayış təqdim edilməsə də nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsi və iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən iddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarlar ı, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır.
39. Qeyd edilməlidir ki, pensiya təminatı sahəsində Azərbaycan Respublikası Türkmənistan Respublikası ilə ikitərəfli sazişlər imzalamış və bu saziş Azərbaycan Respublikası tərəflər ratifikasiya etmişdir. Vətəndaşların Azərbaycan Respublikasının Saziş bağladığı dövlətlərlə qazandığı sığorta stajı həmin Sazişlərdə nəzərdə tutulan qaydada hesablanır.
40. Nəzərə almaq lazımdır ki, h azırkı mübahisəyə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 22-23-cü bəndlərində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
42. Odur ki, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı əsaslı və düzgün say ılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-274/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.