Məhkəmə qərarları › İş №2-1(102)-2104/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2104/2019

24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2104/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: fərdi yaşayış evinin altındakı torpaq sahəsinin mülkiyyətə verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili V əkil Bayram oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “fərdi yaşayış evinin altındakı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-496/2019 saylı, 6 mart 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Nərimanov rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 08.08.1 994-cü il tarixli, 196/2 nömrəli sərəncama əsasən idarələrarası komissiyanın Təbriz küçəsi 37 nömrəli evin 8-ci mənzili haqqındakı texniki rəyi təsdiq edilmiş, sözügedən mənzilə iddiaçının hesabına kommunal şərait yaradılması üçün 6.5x1.1 ölçüdə tikinti aparılmasına icazə verilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 21 yanvar 2002-ci il tarixli, 35 saylı sərəncama əsasən Təbriz küçəsindəki 37 saylı evin, 8 saylı mənzili köməkçi sahəsi 13.0 kv.m, yaşayış sahəsi 43.0 kv.m olmaqla 3 otaq hesab edilmiş və iddiaçıya daimi order verilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 28.02.2002-ci il tarixli, 194 nömrəli texniki pasporta əsasən Nərimanov rayonu, Təbriz küçəsi, ev 37 ünvanında yerləşən 8 nömrəli mənzil üm umi sahəsi 56 kv.m, yaşayış sahəsi 43 kv.m, köməkçi sahəsi 13 kv.m-dir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 107691 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 43.0 kv.m olan 8 saylı mənzil xüsusi mülkiyyət kimi iddiaçının adına hüquqi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsində yerləşən, ümumi sahəsi 177.77 kv.m olan 4 nömrəli fərdi yaşayış evi (ünvan 6) iddiaçıya məxsusdur. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 11 sentyabr 2004-cü il tarixli məktubda qeyd edilmişdir ki, yaşayış şəraitinizin yaxşılaşdırılması və mənzilinizdəki nəmişliyin qarşısının alınması məqsədi ilə evinizə bitişik 2x6 m ölçüdə eyvan (aynabənd) quraşdırılmasına Nərimanov rayon İcra Hakimiyyəti öz razılığını bildirir. Müvafiq işlərin gedişi zamanı texniki və sanitar qaydalara riayət olunmalı, əlavə tikintiquraşdırma işləri aparılmamalıdır. Eyni zamanda, nəzərinizə çatdırırıq ki, evinizin həyətində ağaclar əkildiyindən təsərrüfat təyinatlı yardımçı tikilinin inşa edilməsinə icazə verilməsi barədə xahişinizi həll etmək mümkün deyildir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 25 avqust 2014cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının müraciəti nəzərə alınaraq, Təbriz küçəsi 37 N°li evin Sizə məxsus (28.03.2002-ci il tarixli, 107691 nömrəli qeydiyyat vəsiqə si) özəlləşdirilmiş 8-ci mənzilinin birinci mərtəbəsinin yenidən qurulmasına və əlavə mansard mərtəbəsinin təqdim olunmuş layihəyə uyğun tikintisinə Nərimanov Rayon İcra Hakimiyyəti etiraz etmir. Müvafiq işlər texniki norma və sanitariya qaydalarına riayət olunması şərti ilə həyata keçirilməli, layihədən əlavə heç bir tikinti-quraşdırma işləri aparılmamalıdır. Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 29 may 2018-ci il tarixli, 38 nömrəli tikinti obyektinin istismarına icazə sənədinə əsasən təqdim olunan sənədlərə görə tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq 31.05.2018-ci il tarixdən T əbriz küçəsi 37 saylı ünvanda yerləşən 8 nömrəli mənzilin istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 18.07.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən 4 saylı evin faktiki sahəsi 0.01252 ha, tikintialtı sahə 0.01134 ha, digər sahələr 0.00118 ha-dır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ünvan 4 ünvanında xüsusi mülkiyyəti olan fərdi yaşayış evinin altındakı istifadəsində olan 0.01252 ha torpaq sahəsinin mülkiyyətinə verilməsini və bunu daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 7 sentyabr 2018-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhər i, Nərimanov rayonu, Təbriz küçəsi, 37C saylı fərdi yaşayış evinin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 02.08.2018-ci il tarixli ərizənizə baxılmışdır. 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir. Bundan əlavə sözügedən torpaq sahəsi ilə bağlı ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar h üquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənəd hüquqların dövlət qeydiyyatı üçün müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan sonra iddiaçı 2 oktyabr 2018-ci il tarixdə cavabdehə qarşı “ünvan 4 ünvanında qanuni əsaslarla xüsusi mülkiyyəti olan fərdi yaşayış evinin altındakı qanuni istifadəsindəki 0.01252 ha torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia tələbini aşağıdakı kimi qəbul etmişdir: “ünvan 4 ünvanında qanuni əsaslarla xüsusi mülkiyyəti olan fərdi yaşayış evinin altındakı qanuni istifadəsindəki 0.01252 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”. İddiaçı Torpaq Məcəlləsinin 4, 9, 10-cu maddələrinə istinad edərək qeyd etmişdir ki, fərdi yaşayış evinin altındakı torpaq sahəsi əvəzsiz ol araq iddiaçının istifadəsinə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-4289/18 saylı iş) 15 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 4 ünvanında qanuni əsaslarla xüsusi mülkiyyəti olan fərdi yaşayış evinin altında qanuni istifadəsindəki 0.01252 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, iddiaçının adına reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda yerləşən torpaq sahəsi bilavasitə iddiaçının qanuni istifadəsində olmuşdur. Cavabdeh fərdi yaşayış evinə dair verdiyi çıxarışda evin yerləşdiyi torpaq sahəsinə iddiaçının istifadə hüququnun qeydə alındığı göstərilm işdir. Bununla da cavabdeh bilavasitə iddiaçının mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinə iddiaçının əşya hüququnun mövcudluğunu qəbul və təsdiq etmişdir. İddiaçı tələbində iddia etdiyi torpaq sahəsinin ölçüsü ilə (0.01252 ha) çıxarışda göstərilən torpaq sahəsinin ölçüsü (0,01103 ha) arasında fərqin yaranması səbəbini cavabdehin ölçmə zamanı evin sütunlarının altındakı torpaq sahəsinin nəzərə alınmaması ilə izah etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X6 və X5, 2-1(103)-496/2019 saylı iş)6 mart 2019-cu il tarixliqərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. C avabdeh 28 mart 2019-cu il tarixdə qərarın surətini almış, 25 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Müvafiq torpaq sahəsinə dair təqdim olunmuş ərizəyə əlavə olunmuş sənədlər surətdir və sənədlərin əsilləri təqdim edilməmişdir. Bundan başqa ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi (yerləşdiyi 0,01103 ha torpaq sahəsi üzərində mülkiyyət dövlət, hüququn növü istifadə) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyatdan keçmişdir. Lakin müvafiq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla ayrılması barədə idarəyə torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Müvafiq inzibati işə dair qərar qəbul olunarkən prosessual hüquq normaları məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, işlə bağlı sonuncu - 06.03.2019cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə məhkəmə tərəfindən idarəyə bildiriş göndərilməmişdir. Qeyd olunanlardan göründüyü kimi yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan faktlar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış, ekspertiza təyin edilməsi ilə bağlı İdarənin vəsatəti təmin edilməmiş və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad olunmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada ş ikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçı ünvan 6 ünvanında xüsusi mülkiyyəti olan fərdi yaşayış evinin altında istifadəsində olan 0,01252 ha torpaq sahəsinin mülkiyyətinə verilməsini və bunu daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na istinad edərək Qanunda və Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilmədiyinə görə hüququn qeydə alınmasından imtina etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. İşdə olan sənədlərə əsasən, ünvan 6, yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsi, ev 4 ümumi sahəsi 177,7 kv.m olmaqla iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinin mülkiyyət növü-dövlət, hüququn növü-istifadə, məqsədli təyinatı-yaşayış məntəqələrinin torpaqları qeyd edilmişdir (20 iyul 2018-ci ildə c avabdeh tərəfindən verilmiş çıxarış). Torpaq sahəsi haqqında məlumatda sənəd üzrə torpaq sahəsi (-), faktiki sahə 0,01252 ha göstərilmişdir (cavabdeh tərəfindən tərtib edilmiş 18 iyul 2018-ci il tarixli fərdi yaşayış evinin texniki pasportu). O da qeyd edilməlidir ki, iddiaçının 3 otaqlı mənzilə hüququ hələ əvvəllər, 28 mart 2002-ci ildə dövlət qeydiyyatına alınmışdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin tələbinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələr in, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən, bu qanun qüvvəyə minənədək müvafıq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, о cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi y aşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr i daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyası istinad edilən normalara əsaslanıb apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin altında olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qanunda nəzərdə tutulmuşdur. İddiaçının yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alındığından, mülkiyyətindəki fərdi yaşayış evinin altında olan torpaq fərdi yaşayış evin in texniki pasportunda qeyd edilməklə əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi qanunvericiliklə müəyyən olunduğundan, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xid mətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-496/2019 saylı, 6 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar