Məhkəmə qərarları › İş №2-1(102)-2104/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2104/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2104/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X4, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibat i iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 avqust tarixli 2-1(103)1266/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-1411/2019 nömrəli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 15 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığı – “xxxx” MMC tərəfindən vergi borcunun ödənilmədiyi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 08 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati akt qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” MMC-də icra orqanının rəhbəri olduğu dövrdə həmin müəssisənin dövlət büdcəsinə 9.757,05 manat məbləğində vergi borcu yaranmış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 355-5-ci maddəsinə uyğun olaraq Vergilər Nazirliyi 6 saylı X7 ərizəsi əsasında iddiaçının ölkədən get mək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə onun çıxışına müvəqqəti məhdudiyyət qoyulmuşdur. Sonra MMC-də icra orqanının rəhbəri dəyişmiş və hazırda “xxxx” MMC-nin direktoru X2r. Bununla da, İddiaçı MMC ilə hüquqi bağlılığı aradan qalxmışdır. 6 saylı X6 tərəfindən Cəmiyyətin icra orqanının hazırkı rəhbəri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün Sabirabad Rayon Məhkəməsinə müraciət etməsi də məhz bununla bağlıdır.

6. MPM-in 355-5-ci maddəsi məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. 1). Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2). Vergi borcu vaxtında ödənilməməlidir; 3). Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi ) olmalıdır.

7. Göründüyü kimi, qeyd edilən hər 3 halın mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır.

8. Şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olunması halında isə, qanunvericiliyin qeyd olunan imperativ tələblərindən biri aradan qalxdığına görə məhdudlaşdırılmaya səbəb olmuş əsas da aradan qalxır. Vergilər Nazirliyi tərəfindən hüquqi şəxsin yeni rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı yenidən məhkəməyə müraciət etməsi də bu halı təsdiq edir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-516/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, i ddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati akt qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı artıq “xxxx” MMC-nin icra orqanının rəhbəri deyildir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 avqust tarixli 2-1(103)-1266/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin dövlət büdcəsinə vergi borcu xx xxxx 2019-cu il tarixədək, yəni iddiaçının həm in müəssisədə qanuni təmsilçi və rəhbəri olduğu dövrdə yarandığından, sonradan müəssisənin rəhbərinin dəyişməsi borc yarandığı dövrdə müəssisənin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qalxması üçün əsas olan hal kimi qəbul edilə bilməz.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına baxmadan və Vergilər Nazirliyinin qəbul etdiyi qərarlara diqqət yetirmədən özünün hüquqi mövqeyini ortaya qoymuşdur. Belə ki, iş materiallarına istinad edən kollegiya orada olan Vergilər Nazirliyinin rəhbər dəyişikliyinə görə “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC və digər işlər üzrə sabiq rəhbərin çıxışına qoyulan məhdudiyyətlərin götürülməsinə dair qərarlarını niyə görməzdən gəlib?! Niyə bir dəfə də olsun cavabdehin nümayəndəsinə sual verməyib ki, necə olur bir müəssisədə rəhbər dəyişikliyinə görə məhdudiyyəti götürürsünüz, başqa bir müəssisədə yox?! Niyə cavabdehin diskresion səlahiyyətdən sui-istifadə etməsinə münasibət bildirməyib?! İddiaçı hazırda da təsisçi olaraq qalır, müəssisədə yalnız icra orqanının rəhbəri dəyişib və həmin şəxs də heç vaxt müəssisənin təsisçisi olmayıb. Məhkəmə isə qeyd edib ki, guya İbrəhimov Fariz əvvəl təsisçi olub indi rəhbərdir, idd iaçı isə əvvəl rəhbər olub indi təsisçidir. Halbuki, iş materiallarından göründüyü kimi belə hallar baş verməyib. Bu da onu söyləməyə əsas verir ki, kollegiya ümumiyyətlə iş materialları ilə tanış olmayıb. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi MPM-in 355-5-ci maddəsini yanlış təfsir edərək həmin maddi hüquq normasını kobud şəkildə pozmuşdur.

16. Vergilər Nazirliyi tərəfindən hüquqi şəxsin yeni rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı yenidən məhkəməyə müraciət etməsi də bu halı təsdiq edir. Yəni hazırda, müəssisənin icra orqanının rəhbəri olan X1 ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır və bu hal tam qanunidir. Çünki icra orqanının rəhbəri odur. Amma eyni müəssisənin vergi borcuna görə iki ayrı-ayrı şəxsin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırmaq əvvəlki rəhbərə münasibətdə Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinin kobud şəkildə pozulmasıdır. Həmin normaya görə “Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.”

17. Bundan əlavə, digər vergi ödəyiciləri barədə qərarlar mövcuddur ki, cavabdeh tərəfindən hüquqi şəxsin rəhbəri dəyişdiyi üçün əvvəlki rəhbərin çıxışına qoyulan məhdudiyyət götürülmüşdür.

18. İş materiallarından göründüyü kimi, məhkəmə MPM-in 355-5-ci maddəsini səhv təfsir etmiş, həmin normanın ziddinə olaraq faktiki deyil, sabiq icra orqanının rəhbərinə qarşı qoyulan məhdudiyyətin götürülməsinə əsas yaranmağına baxmayaraq onun üzərində mə hdudiyyəti saxlamaqla konstitusion hüququnu kobud şəkildə pozmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, xüsusi icraat qaydasında İddiaçı məhkəmə işinə baxan Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi əsasları ondan ibarət olmuşdur ki, “xxxx” MMC-nin dövlət büdcəsinə vergi borcu məhz İddiaçı qanuni təmsilçi və icra orqanın rəhbəri olduğu vaxtda yaranmış və İddiaçı həmin cəmiyyətdə həmçinin təsisçi paya malikdir.

21. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamə si ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin iddiaçı qeyd olunan normanın tələbinə zidd olaraq artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları başqa məhkəmə prosesində mübahisələndirməyə cəhd edir.

22. Cavabdeh iddiaçının qeyd etdiyinin əksinə olaraq bildirir ki, onun “xxxx” MMC ilə bağlı olan hüquqi səlahiyyətləri sonlandırılmamışdır. Belə ki, iddiaçı uçot baza məlumatlarına əsasən hal-hazırda Cəmiyyətin təsisçi qismində çıxış etməkdə davam edir. Cəmiyyətin təsisçisi İddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən X5 “xxxx” MMC-nin rəhbəri vəzifəsinə təyin edilmişdir. Beləliklə, iddiaçının Cəmiyyətin qanuni təmsilçilik səlahiyyətlərinin məhz özünün təsisçi qismində qəbul etdiyi qərar əsasında sonlanmasına baxmayaraq, Ümumi Yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirməyə davam edir. Bu isə öz növbəsində iddiaçının “xxxx” MMC ilə heç bir əlaqəsinin qalmadığına dair mülahizələrini təkzib etmiş olur.

23. Cavabdehin nümayəndəsi və vəkili etirazda göstərilənləri müdafiə edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Vergi Məcəlləsi: Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: (...) 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: (...) 24.0.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə;...borcludur. 25. “İnzibati icraat haqqında” Qanun: Maddə

12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

26. İnzibati Pro sessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) də yişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 2

9. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur.

31. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir.

32. İşdən göründüyü kimi, həmin şərt sonradan aradan qalxmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxs in və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına – “xxxx” MMC tərəfindən vergi borcunun ödənilmədiyinə əsaslanmışdır.

33. İddiaçı haqlı olaraq qeyd edir ki, yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır.

34. Normada nəzə rdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt – vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi cavabdehin apellyasiya şikayətinin yalnız bir dəlilinə qiymət verməklə qeyd etmişdir ki, işin materiallarına görə “xxxx” MMC-nin dövlət büdcəsinə vergi borcu xx.xx.2019-cu il tarixədək, yəni iddiaçının həmin müəssisədə qanuni təmsilçi və rəhbəri olduğu dövrdə yarandığından, sonradan müəssisənin rəhbərinin dəyişməsi borc yarandığı dövrdə müəssisənin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qalxması üçün əsas olan hal kimi qəbul edilə bilməz.

36. İşin mater iallarına görə, vergi orqanı eyni əsasla (hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişməsi) digər hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinə münasibətdə Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsini tətbiq etməklə əlverişli qərarlar qəbul etdiyi halda, iddiaçıya münasibətdə fərqli yanaşmanın səbəblərini imtina məktubunda əsaslandırmamışdır.

37. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya münasibətdə fərqli yanaşmasının səbəblərini “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən 12-ci maddəsinin müddəalarının tələbləri nəzərə alınmaqla araşdırmamış, onlara qiymət verməmişdir.

38. İddiaçının şikayətində “cavabdeh inzibati orqanın diskresion səlahiyyətdən sui-istifadə etdiyinə” dair dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəl ləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş tələb (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vergi orqanın diskresion səlahiyyəti yox, borcudur. Başqa sözlə, həmin normada nəzərdə tutulmuş şərtin baş verdiyi hər bir halda, vergi orqanı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir.

39. Cavabdehin etirazında Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadı da vəziyyəti iddiaçının zərərinə dəyişmir və cavabdehi Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş şərtin baş verdiyi halda iddiaçının xeyrinə əlverişli akt qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, iddiaçının tələbi hazırkı iş üzrə tərəflər arasında yaranan və davam edən inzibati hüquq münasibətlərindən irəli gəlir. İddiaçının yuxarıda istinad etdiyi digər hüquqi şəxslərin icra orqanlarının keçmiş rəhbərlərinə münasibətdə qəbul edilmiş qərarlar da məhz inzibati icraat çərçivəsində və inzibati hüquq münasibətlərinə uyğun olaraq qəbul edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən halları araşdırılmamış, onlara məhkəmə tərəfindən qiymət verilməmişdir.

41. İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməli dir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmini barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 avqust tarixli 21(103)-1266/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar