Məhkəmə qərarları › İş №2-1(102)-2104/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2104/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2104/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat Baş İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət büdcəsi hesabına vəkillə təmin edilmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Ədliyyə Nazirliyinin Notariat Qe ydiyyat Baş İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı xüsusi qərarın çıxarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1731/2021 nömrəli iş üzrə 15.07.2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkilin təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1731/2021 nömrəli iş üzrə 29.07.2021-ci il tarixli qərardadından və bununla əlaqədar 29.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat q aydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat Baş İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı xüsusi qərarın qəbul edilməsi və obyektiv araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)5208/2020 nömrəli (sə drlik edən hakim Aytən Oruczadə) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 2.2, 35.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarına istinad edərək, hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)-5208/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bunda n sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 15.07.2021-ci il tarixli, 2-1(103)-1731/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Səadət Bəktaşi) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)-5208/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarına əsaslanaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin 29.07.2021-ci il tarixli, 21(103)-1731/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Afa q Nuriyeva və Azər Hüseynov) qərardadı ilə İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2-1(103)-1731/2021 saylı qərardadından kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsi hesabına vəkilin təyin edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-in 1.2-ci maddəsinə, MPM-in 121.2-ci maddəsinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə istinad edərək, belə hesab etmişdir ki, hər dəfə iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı ərizə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etsə də, apellyasiya instansiyası məhkəməsi vəsatəti rədd etmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuzdur.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(103)-1731/2021 nömrəli qərardadlarının ləğv edilməsini, vəkillə təmin edilməsi barədə vəsatətinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etm əyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

12. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 05 oktyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

13. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını n düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassızdır.

18. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçının kassasiya şikayətində onun öz hesabına vəkil tutmamasının səbəbi onun maddi imkanının yaxşı olmaması, onun aztəminatlı şəxs olmasını izah etmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının Azərbaycan Respublikası dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsini təmin etməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati müb ahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.

21. Həmin Məcəllənin 121.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublik ası dövlət büdcəsinin vəsaiti hesabına göstərilir.

22. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, məhkəmə vəkilin şəxsə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərməsi barədə qərarı yalnız o halda qəbul edə bilər ki, həmin şəxsin maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmasın.

23. Apellyasiya məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, “dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verən şəxs İddiaçı uzun müddətdir ki, məhkəmələrdə iddialar qaldırır. Məhz hakim Aida Hüseynin sədrliyi ilə 2021-ci il ərzində hazırkı iddiaçının qaldırdığı eyni bir mübahisə ilə bağlı olan 10-dan artıq iddia tələbi üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsi barədə qərardadlarından şikayətlə rə baxılaraq hamısı qüvvədə saxlanılmış, həmin qərardadlardan kassasiya şikayətlərinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizələri təmin edilmişdir. Dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir ki, həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır. Çünki əsas olmadığı təqdirdə hüququ olmayan şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi dövlətin vəsaitinin təyinatından kənar əsassız yerə xərclənməsinə səbəb olmaqdadır.”

24. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının Bakı Apellyasiya Məhkəməsinin icraatında təkcə inzibati icraat qaydasında baxılan və baxılmış id dialarının sayı əllidən yuxarıdır.

25. Həmçinin iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2-1(103)-1731/2021 nömrəli qərardadından da kassasiya şikayəti vermişdir. Nəzərə alsaq ki, iddiaçının dövlət hesabına vəkillə təmin etmə ərizəsi rədd edildiyindən və bunun nəticəsində kassasiya şikayəti vəkil tərəfindən imzalanmadıqdan və müvafiq olaraq şikayətə vəkilin orderi əlavə edilmədiyindən mümkün sayılmamalıdır.

26. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 29.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçını n kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.07.2021-ci il tarixli, 2-1(103)-1731/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.07.2021ci il tarixli, 2-1(103)-1731/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar