Məhkəmə qərarları › İş №2-1(102)-2104/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2104/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2104/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ünvan 3 evin 3 saylı mənz ilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-311/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65,4 kv.m olan mənzili iddiaçıya satmış və bu barədə tərəflər arasında daşınmaz əmlakın alqısatqısına dair xx.xx.2020-ci il tarixli, ******* nömrəli müqavilə bağlanılmışdır.

2. İddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına 408-1/3381 inventar nömrəli, xx.xx.2020-ci il tarixli texniki pasport və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlərdə mənzilin ümumi sahəsi 65,4 kv.m kimi göstərilmişdir.

3. Göyçay rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05 nömrəli tikinti obyektinin istismarına icazə sənədi ilə müəyyən olunur ki, ünvan 2 binanın 3 saylı ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmiş, obyektin ümumi sahəsi 86 kv.m göstərilmişdir.

4. Göyçay rayon İcra Hakimiyyəti başçısının 03 may 2021-ci il tarixli, 49 nömrəli sərəncamına əsasən, şəhərin Heydər Əliyev prospekti, ev 67, mənzil 3 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişd ir.

5. Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, Göyçay RİH-nin xx.xx.2021-ci il tarixli, 49 nömrəli sərəncamına əsasən ünvan 3 binanın 3 saylı ünvanında yerləşən, ümumi sahəsi 65,4 kv.m olan yaşayış sahəsinin sahibkarlıq məqsədilə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim olunmuş sənədlərə baxılmış, 65,4 kv.m ümumi sahəsi olan mənzilin genişləndirilmə işləri aparıldıqdan sonra 86 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi qərara alınmışdır.

6. İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tari xli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, çıxarış və texniki pasportda yaşayış sahəsinin ümumi sahəsi 65,4 kv.m qeyd olunsa da, qeyri-yaşayış sahəsinə keçiriləndən sonra ümumi sahə artaraq 85 kv.m olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 evin 3 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 evin 3 saylı mənzili ni iddiaçı alqı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Həmin mənzildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli şərait olduğuna görə iddiaçı tərəfindən ərizə, eyni zamanda eskiz layihə ilə Göyçay rayon İcra Hakimiyyətinə müraciət edilərək, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi xahiş edilmişdir. İddiaçının müraciətinə, eləcə də təqdim etdiyi eskiz layihəyə müvafiq komissiya tərəfindən baxılmış, Göyçay rayon İcra Hakimiyyəti başçısının 03 may 2021-ci il tarixli, 49 nömrəli sərəncamı ilə ünvan 4 evin 3 saylı ünvanında yerləşən, ümumi sahəsi 65.4 kv.m, genişləndirmə işləri aparıİdıqdan sonra 86 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin qeyri-yaşayış sahəsinin eskiz layihəsi, sxematik planı baş memar tərəfindən təsdiq edilmişdir. Bundan sonra, Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə baxılmış və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilmiş və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” 05 may 2021-ci il tarixli bildiriş verilmişdir. Təsdiq edilmiş layihəyə uyğun genişləndirmə işləri aparı lmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin sahə yararlı vəziyyətə gətirilmişdir. Bundan sonra Göyçay rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən genişləndirilmiş sahəyə baxış keçirilmiş və 29 mart 2021-ci il tarixdə tikinti obyektinin istismarına icazə verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək qeyriyaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərə görə mənzildə yenidənqurma aparılmış, ölçüsü 86 kv.m olduqdan sonra qeyri-yaşayış sahəsinə keçirilmə və ya mənzil 65.4 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə keçirilərək, sonradan qeyri-yaşayış sahəsində yenidənqu rma aparılmamışdır.

10. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-269/2022 nömrəli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilmiş, ünvan 2 evin 3 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair iddiaçının hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 65,4 kv.m olmuş, sonradan əlavə tikililər aparılmaqla ümumi sahə 86 kv.m təşkil etmişdir. Rayon İcra Hakimiyyəti özünün sərəncam və aktlarında iddiaçının mənzilinin ümumi sahəsinin 86 kv.m olmasını hüquqi cəhətdən tanımışdır. Göyçay rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sənədlərdə iddiaçıya məxsus 3 saylı mənzilin ümum i sahəsinin 86 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq sərəncam vermişdir. Sərəncamda qeyd edilmişdir ki, ünvan 2 binanın 3 saylı ünvanında yerləşən, 65,4 kv.m ümumi sahəsi olan mənzil genişləndirilmə işləri aparıldıqdan sonra 86 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilsin. Sərəncamda yalnız 65,4 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qeyd edilməmişdir. Tikintinin istismarına icazədə də sxematik plan üzrə sahənin 86 kv.m olduğu göstərilmişdir. İddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Göyçay rayon İcra Hakimiyyəti tərəfindən sərəncam, tikinti obyektinin istismarına ic azə verilmişdir. İddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim etdiyi sənədlər hüququn dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmuşdur.

12. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2-1(107)-230/2022 nömrəli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/ V.İ.Məlikov və G.İ.Cavadova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-269/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılmış və iddia təmin edilməmiş dir.

14. Apelyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan xx.xx.2021-ci il tarixli, 5 nömrəli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, həmin sənəddə “Obyektin yerləşdiyi torpaq sahəsinə hüququn növü” və “İstismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafası boş buraxılmışdır. Bu da onu göstərir ki, “Tikinti obyektinin istismarına icazə” sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli, 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə ilə müəyyən edilmiş formada tərtib edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı tərəfindən qeyri-yaşayış binası yenidən planlaşdırılıb qurularkən müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamışdır. Eyni zamanda, mübahisə predmeti olan tik inti obyektinin istismarına icazə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli, 491 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olaraq deyil, 2 nömrəli əlavəyə uyğun olaraq alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, tikinti obyektinin istismarına icazə sənədi xx.xx.2021-ci il tarixdə, Göyçay rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı xx.xx.2021-ci il tarixdə, bildiriş isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi, Mənzil Məcəlləsinin müddəalarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə Göyçay rayon İcra Hakimiyyətinin sərəncamı olmadan “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş, Göyçay r ayon İcra Hakimiyyətinin yaşayış sahəsinin q eyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı və bildiriş isə sonradan verilmişdir.

15. Bundan əlavə, tikinti obyektinin istismarına icazə sənədi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olun an qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının siyahısına uyğun tərtib edilməmişdir.

16. Həmçinin, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına baxış keçirilmədiyinə görə təqdim olunan eskiz layihəsi əsasında texniki baxışın nəticəsi haqqında müayinə aktı tərtib edilməmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının araşdırılması zərurəti yaranmışdır.

17. İddiaçı kas sasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. kassasiya instansiya məhkəməsində birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2-1(102)-282/2023 nömrəli qərarı ilə (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/ N.İ.Rəsulbəyova və K.N.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2-1(107)-230/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ünvan 5 ünvanında yerləşən mənzili 2020-ci ildə əldə edərək 2020-2021-ci illər ərzində həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı müvafiq hərəkətlər etmiş, cavabdeh isə qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu qeydə almadığından hazırkı inzibati mübahisə yaranmışdır. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsi işin hallarını tətbiq etdiyi maddi hüquq normalarının tələbləri baxımından düzgün araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəli Qərarına istinad edərkən, həmin Qərarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı ə sasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş tikinti obyektləri ilə bağlı yaranmış münasibətləri tənzimlədiyini nəzərə almamışdır.

20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 1 yanvar 2013-cü il tarixdə qüvvəyə minmişdir. Hazırkı iş üzrə hüquq münasibətləri də məhz həmin Məcəllənin qüvvədə olduğu dövrdə (2020-2021-ci illərdə) yaranmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin İİİ fəslində (20-22-ci maddələr) göstərilən maddi hüquq normaları əsasında həyata keçirilir. Hazırkı inzibati iş üzrə mübahisə predmetinin əsasını yaşayış sahəsinin qeyri-ya şayış sahəsinə keçirilməsi təşkil etdiyindən, işin halları Mənzil Məcəlləsinin İİİ fəslində (20-22-ci maddələrdə) göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olaraq araşdırılmalı və qiymətləndirilməli idi. apellyasiya instansiya məhkəməsində ikinci icraat

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(107)-311/2023 nömrəli qərarı ilə (hakimlər: M.A.Əsədli /sədrlik edən və məruzəçi/ Ə.T.Məcidov və E.M.Mehdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(116)-269/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilmə sini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlillər

24. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə

20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-ya şayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerlə şən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə

21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı s ənədləri təqdim edir: 21.2.1. Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tə rəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəli Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə raz ılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1- dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı” təsdiq edilsin. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, qeyriyaşayış binalarının (tikinti obyektlərinin), istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin forması” təsdiq edilsin. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Maddə

15. Hüquqların dövlət qeydi yyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş ha llarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

33. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini y alnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

34. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apelyasiya məhkəməsi işə kassasiya qaydasında baxmış Ali Məhkəmənin göstərişlərini icra edərək, hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etmiş, eləcə də Ali Məhkəmənin qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə almışdır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

37. Haz ırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona məxsus qeyriyaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

38. Hazırkı qərarın 26-cı bəndində istinad edilən maddi hüquq normalarına görə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir.

39. İstinad olunan həmin normalara və “Azərbaycan Respublikası M ənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən, həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir.

40. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Göyçay rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq sərəncam qəbul olunmuşdur. Sərəncamda ünvan 3 binanın 3 saylı ünvanında yerləşən, ümumi sahəsi 65,4 kv.m olan mənzilin genişləndirilmə işləri aparıldıqdan sonra 86 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçi rilməsi nəzərdə tutulmuşdur. Yəni keçirilməyə səlahiyyətli dövlət orqanı qismində Göyçay rayon İcra Hakimiyyəti qeyd olunan ölçüdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı iradəsini həmin sərəncamda ifadə etmiş və iddiaçıya məxsus yaşayış sahəsi müvafiq inzibati aktla qeyri-yaşayış sahəsinə keçirilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, keçirilmə ilə bağlı prosedurlara əməl olunması və keçirilmə ilə bağlı qərarın qəbulu səlahiyyətli dövlət orqanı qismində Göyçay rayon İcra Hakimiyyətinin məsuliyyət sferasına aiddir. Göyçay rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyəti daxilində qəbul edilmiş inzibati akt cavabdehə münasibətdə də hüquqi qüvvəyə malikdir. Bu baxımdan cavabdeh həmin sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur (bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)1485/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı).

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun, o cümlədən hazırkı mübahisəyə münasibətdə Göyçay rayon İcra Hakimiyyətinin qanuni qüvvəsini almış və etibarlı olan qərarını təftiş etmək səlahiyyətinə malik deyildir və belə yanaşma səlahiyyətlərin bölgüsü prinsipindən irəli gəlir.

42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı, kassasiya şikayəti təmin olunmadan, apellyasiya i nstansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 21(107)-311/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar