Məhkəmə qərarları › İş №2-1(102)-2105/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2105/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2105/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nizami qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nəqliyyat vasitəsinin gömrük orqanında rəsmiləşdirilməsi; iddia tələbindən kənara çıxma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X8 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X6 iştirakı ilə, İddiaçı Nizami qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “ nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-1(103)-1389/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək “Lexus LX 570” markalı, dövlət nömrə nişanı X və x olan nəqliyyat vasitəsi 2011-ci il tarixdə idxal olduğu üçün gömrük rüsumlarının həmin zaman mövcud olan gömrük tarifləri üzrə hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 26 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qeyd olunan nəqliyyat vasitəsi Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən sonuncu dəfə x x.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş kimi göründüyü üçün həmin nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri ilə hesablanması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 17 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x identifikasiya (şassi) nömrəli, hazırda üzərində X qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, habelə avtomobilin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, x identifikasiya (şassi) nömrəli, hazırda üzərində X qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobili iddiaçı 2017-ci ildə X2 vasitəsilə X7 29000 manata almışdır. Lakin avtomobilin sənədlərində nöqsanlar olduğu üçün onu adına rəsmiləşdirə bilməmişdir. Belə ki, avtomobilin faktiki sahibi X9 olduğu halda, avtomobil mülkiyyət hüququ ilə Rusiya Federasiyasının vətəndaşı X3 adına dövlət qeydiyyatında olmuşdur. Ona görə də o, Rusiya Federasiyasına gedib orada alğı-satqı müqaviləsini rəsmiləşdirib avtomobili adına keçirmişdir. Bundan sonra avtomobilin Rusiya Federasiyasının ərazisindən kənara çıxarmaq üçün Rusiya Federasiyasının DİN-nin X4 Dövlət İnspeksiyası İdarəsi tərəfindən ona icazə arayışı verilmişdir. Alğı-satqı sonradan rəsmiləşdirilmiş olsa belə, avtomobil Azə rbaycan Respublikasının ərazisinə faktiki olaraq 2011-ci ildə Ülvin Tağıyev tərəfindən gətirilmiş və bir daha həmin avtomobil Azərbaycan Respublikasından kənara çıxarılmamışdır. Avtomobili əldə edib, gömrükdən keçirib adına rəsmiləşdirmək istərkən müəyyən edilmişdir ki həmin avtomobilin “İNTERPOL” bazasında axtarışdadır və bununla bağlı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair X16 və Təhqiqat Şöbəsində cinayət araşdırılmasına başlanmış, avtomobil cavabdehin cərimə meydançasına yerləşdirilmiş və bu günə kimi həmin meydançada saxlanılır. Aparılmış araşdırma nəticəsində cinayət faktı təsdiq edilməmiş və DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair X16 və Təhqiqat şöbəsinin rəis müavini Arzu Babayevin x x xxxxxxxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və avtomobilin iddiaçıya qaytarılması barədə qərar verilmişdir. İddiaçı avtomobilin dövlət gömrük rüsumunu ödəyib onu X17 İdarəsində adına qeydiyyata salmaq istərkən, cavabdeh gömrük rüsumlarını hazırda qüvvədə olan yeni tariflər üzrə hesablanmış və həmin tariflər üzrə ödənilməsini iddiaçıdan tələb etmişdir. Bununla bağlı bildirir ki istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, avtomobilin faktiki sahibi olan X10 onu satmaq məqsədilə Azərbaycan Respublikası 2011-ci il tarixdə idxal etmişdir. Lakin həmin zaman qüvvədə olan dövlət gömrük rüsumları üzrə Ülvin Tağıyev avtomobilin gömrük ödənişlərini ödəmək imkanına malik olmamış və bu səbəbdən həmin avtomobil ona mövcud vəziyyətdə bu şərtlə satmışdır ki, həmin gömrük rüsumları iddiaçı ödəsin. İddiaçı avtomobili əldə edəndən sonra yaranmış problemlər ilə bağlı gömrük rüsumlarını vaxtında ödəyə bilməmiş, problemləri həll etmək üçün zaman tələb edilmiş və müddət ərzində gömrük rüsumları tarifləri bir neçə dəfə artmış və hazırda qüvvədə olan gömrük rüsumları ilə həmin avtomobili əldə etmək ümumiyyətlə sərfəli deyil. Belə ki, göstərilən tariflər üzrə gömrük rüsumlarının ödənildiyi halda avtomobil ona ifrat dərəcədə bahalı qiymətə düşür, halbuki oxşar vəziyyətdə olan avtomobillər ölkənin maşın bazarında qat-qat aşağı qiymətə satılır. Yəni şəraitin dəyişməsi, avtomobilin köhnəlməsi və gömrük rüsumların dərəcələrinin artması göstərilən avtomobili cavabdehin hesabladığı gömrük qiymətləri üzrə əldə etmək ziyanlıdır. Lakin nəzərə alınmalıdır ki, o, avtomo bil dəyərini artıq ödəmiş, avtomobili faktiki mülkiyyətinə keçirmiş və hazırda bu faktlar qarşısında qalmışdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemi proqram təminatında (VAİS) x ban (şassi) nömrəli, X dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2011-ci il tarixdə isə ölkə ərazisini tərk etmişdir. Bundan əlavə həmin nəqliyyat vasitəsinin xx.xx.2013-cü il tarixdən bir neçə dəfə ölkə ərazisinə dövlət nömrə nişanı x olaraq giriş-çıxış etdiyi və sonuncu dəfə xx.xx.2013-cü il tarixdə saat 23:33 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin Xanoba gömrük postundan keçərək ölkə ərazisini tərk etdiyi VAİS vasitəsilə müəyyən olunmuşdur. Qeyd olunan nəqliyyat vasitəsi faktiki olaraq ölkə ərazisində olsa da, xx.xx.2013-cü il tarixdən sonra ölkə ərazisinə girişi Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən təyin olunmamışdır. Bununla da iddiaçının iddia ərizəsinə əsasən qeyd olunan nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri ilə hesablanması mümkün deyildir. Bundan əlavə, İddiaçı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istədiyini, lakin sənədlər düz olmadığı üçün Rusiya Federasiyasına gedərək maşının mülkiyyətçisi X5 alğı-satqı müqaviləsi bağlayaraq avtomobili öz adına keçirmiş, Rusiya Federasiyasının DİN-nin X4 Dövlət İnspeksiyası İdarəsindən avtomobili ölkə ərazisindən çıxartmaq üçün icazə arayışı almışdır. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 2018-ci il dekabr ayında Aksi zli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Bundan əlavə, nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün sənəd Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə 2018-ci il dekabr ayında təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən x ban (şassi) nömrəli, X dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və ban nömrəsinin kustar üsulla vurulmasına dair şübhə yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat şöbəsində araşdırma aparılmış və toplanmış materiallar 2100013/0xx-xx/000696 nömrəli xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəs inin Yol Nəqliyyat Hadisələrinə dair X16 və Təhqiqat şöbəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində cinayət faktı öz təsdiqini tapmamışdır və xx xxxxxxxx 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

6. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-986/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, x identifikasiya (şassi) nömrəli, hazırda üzərində X qeydiyy at nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, rəsmiləşdirildikdən sonra avtomobilin iddiaçıya qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, nəqliyyat vasitəsi faktiki olaraq 2011-ci ildə Azərbaycan Respublikasına idxal olunsa da, iddiaçı həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 2018-ci ilin dekabr ayında cavabdehə müraciət etmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-1(103)-1389/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Apellyasiya məhkəməsi qəbul etdiyi qərarında mübahisə predmeti olan avtomobilin 2011-ci ildə Azərbaycan Respublikasına daxil olduğunu qeyd etmişdir. Həmçinin, məhkəmə iddiaçının a vtonəqliyyat vasitəsini 2018-ci ilin gömrük rüsumları ödənilməklə rəsmiləşdirilməli olduğunun hüquqi əsasını qeyd etməmişdir. Məhkəmənin qəbul etdiyi qərar iddiaçının vəziyyətini ağırlaşdırmağa yönəlmişdir ki, bu da Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

13. Mübahisə predmeti olan avtomobil 2011-ci ildə Azərbaycan Respublikasına daxil olmuş bir daha ölkə hüdudlarından kənara çıxarılmamışdır. Belə ki, bu hal Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Tə hqiqat İdarəsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2019-cu il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır. Həmin qərarda izahatı alınmış X10 izahatında 2011-ci ildə Rusiya Federasiyasında yaşayan qardaşı Elvin Tağıyev özünə aldığı Lexus 570 markalı x rus qeydiyyat nişanlı avtomobili Azərbaycanda yaşadığı ünvana gətirmiş, avtomobili gömrük rəsmiləşdirməsi edərkən rüsum üçün pulu olmadığına görə gömrük sənədləşməsi edə bilməmiş və avtomobili yaşadığı evin həyətində saxlayıb Rusiya Federasiyasına getdiyini göstərmişdir. İstintaq orqanı tərəfindən alınan həmin izahatdan da müəyyən edilmişdir ki, mübahisə predmeti olan avtomobil 2011-ci ildən bu günə kimi ölkə ərazisini tərk etməmişdir. Lakin məhkəmə istintaq orqanı tərəfindən qəbul edilmiş ci nayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilmiş izahatı mötəbər sübut kimi qəbul etməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İnzibati Prosessual Məcəllə 62.3-cü maddəsi).

15. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdi rilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını iddianın təmin edilməyən hissəsində ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət qərarın ləğv edilməsi tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. İddia ərizəsindən göründüyü kimi, iddiaçı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsu mları üzrə hesablanması və rəsmiləşdirilməsini xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsi isə avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Halbuki, “avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” hazırkı məzmunda iddianın predmeti (tələbin tərkib hissəsi) olmamışdır.

22. Beləliklə, məhkəmə avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla iddia tələbindən kənara çıxmış, tələbin tərkibinə aid olmayan məzmunda qərar qəbul etmişdir ki, bu da, “avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsini” məzmunda tələbini hər h ansı hissədə və ya məzmunda təmin olunması kimi qiymətləndirilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi də, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamaqla İPM-in 52-ci maddəsinin tələbini pozmuşdur. Bu isə, öz növbəsində İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulmasını ehtiva edir. Belə ki, işin halları və həmin hallara aid sübutlar iddianın predmetinə, iddiaçının arzuladığı nəticəyə uyğun araşdırılmalı və qiymətləndirilməli idi. Başqa sözlə, məhkəmə “avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanmalı və rəsmiləşdirilməli” olub-olmadığına dair məsələni həll etməli idi.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 52, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməl i, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqust tarixli 21(103)-1389/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza İ.K.Hüseynov R.S.Nəbizadə imza Əsli ilə düzdür: Haki

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar