Məhkəmə qərarları › İş №2-1(102)-2106/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2106/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2106/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina; iddiaçının tələb edilən güzəştli iş stajı yoxdur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosi al Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1(103)-730/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il tarixində doğulmuş, 1979-cu ildən 28.02.1985-ci il tarixinədək Kiyev İnstitutunun mülki aviasiya mühəndisi fakültəsində ali təhsil almış, 09.07.1983-cü il tarixindən 19.02.1985-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçı 04.06.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə müxtəlif müəssisələrdə işləmişdir, 03.03.1997-ci il tarixindən bugünədək “Aerotexservis” müəssisəsində aviamühərriklər istismar üzrə mühəndis vəzifəsində işləyir.

3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədilə 18.12.2019-cu il tarixində cavabdehə müraciət etmiş, cavabdeh 13.02.2020-ci il tarixli **********3 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az olmasını göstərmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən SSRİ ərazisində qazanılmış əmək stajı 01.01.1992-ci ilədək sığorta stajına ümumi əsaslarla daxil olduğundan iddiaçının 01.01.1992-29.07.1994-cü il tarixləri ərzində Rusiya Federasiyasında işlədiyi dövr ümumi iş stajına daxil edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni 14.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, çalışdığı vəzifələr Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndində (bütün adlarda avias iya texnikləri (mexaniklər, motorçular), bütün adlarda mühəndislər) öz əksini tapmışdır. 01.01.2006-cı il tarixədək 26 ildən çox ümumi və 18 ildən çox xüsusi stajı vardır. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pe nsiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. İddiaçı, göstərilən hüquq normalarına istinad edərək hesab edir ki, ona 57 yaşdan, yəni 14.12.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

6. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Həmin Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 01.01.2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olduğu halda yaranır. İddiaçının isə 01.01.2006-cı il tarixədək topladığı ümumi iş stajı 25 ildən azdır. İddiaçının 01.01.1992-29.07.1994-cü il tarixləri ərzində Rusiya Federasiyasında işlədiyi dövr “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinə əsasən ümumi iş stajına daxil edilə bilməz. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümu mi iş stajı olan 25 ili tamamlamamışdır. Bu mənada “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.

7. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli 2-1(112)-38 24/2020 nömrəli qərarına əsasən (hakim Fərid Mədətli) iddia rədd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının 01.01.1992-29.07.1994-cü il tarixləri ərzində Rusiya Federasiyasında işlədiyi dövr ümumi iş stajına daxil edildiyi halda belə onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmadığından, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının işlədiyi vəzifələr Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Hava gəmilərinə xidmət üzrə mühəndistexniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin” Siyahısında nəzərdə tutulsa da, lakin həmin işlədiyi vəzifələr üzrə iş stajı 18 il 03 ay 26 gün təşkil edir ki, bu da mülki aviasiyada tələb edilən 25 il ümumi və 20 il güzəştli iş stajından az müddəti təşkil edir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 21(103)-730/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Raqib Qurbanov və Mirzə Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli 2-1(112)-3824/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə qərarı iddiaçıya 13.08.2021-ci il tarixində təqdim edilmişdir.

14. İddiaçı 13.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il ta rixli, 2-1(103)-730/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanuna hərbi xidmət dövrü ümumi sığorta stajı olaraq deyil, sadəcə sığorta stajı olaraq qeyd edilmişdir. Həm iddiaçıya məxsus hərbi biletdə, həm də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin arayışından göründüyü kimi, iddiaçı aviasiya sahəsində mexanik vəzifəsində hərbi xidmət etmişdir. Buna görə də, həmin dövrlər ümumi staj olaraq deyil, xüsusi staj olaraq nəzərə alınmalıdır. Məhkəmə isə göstərilən halları nəzərə almadan qərar qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Kassator öz mövqeyinin hüquqi əsası kimi Konstitusiyanın 12, 26, 60, 71, 125-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 386, 418-ci maddələrinə, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6, 8-ci və 1 saylı Protokolun 1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli 2-1(103)-730/2021 nömrəli qərarının dəyişdirilmədən q üvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı il tarixinədək topladığı ümumi iş stajı 25 ildən azdır. İddiaçının 01.01.1992-29.07.1994-cü il tarixləri ərzində Rusiya Federasiyasında işlədiyi dövr ümumi iş stajına daxil edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi iş stajı olan 25 ili tamamlamamışdır. Bu mənada, "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. c) Tərəflərin mülahizələri

17. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

18. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz v ermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir.

19. Ali Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 96.4-cü maddəsinə əsasən məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Hazırkı iş üzrə isə qeyd edilən əsaslar olmadığından məhkəmə kollegiyası işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələri n, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

21. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. 01.01.2006-cı il tarixəd ək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyasının 13-cü maddəsinin ğ) bəndinə əsasən hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyət - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə: kişilər - 55 yaşına çatdıqda və mülki aviasiyada azı 25 il ümumi iş stajı olduqda, bu müddətin azı 20 ilini hava gəmilərinə xidmət işlərində çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və mülki aviasiyada azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilin hava gəmilərinə xidmət işlərində çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Mühəndis-texniki heyət işçilərinin hava gəmilərinə xidmət-etmə stajlarına bu maddənin “q” hissəsində və bu Qanunun 59-cu maddəsində göstərilən iş müddətləri də daxil edilir. 23. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir.

24. Həmin Qanunun 70-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”na görə, bütün adlarda a viasiya texnikləri (mexaniklər, motorçular); bütün adlarda mühəndislər; bütün adlarda ustalar; hava gəmilərinə və digər uçuş aparatlarına texniki xidmət üzrə sex, növbə, sahə, xidmət və qrup rəisləri; müəssisələrdə, aviasiya-idman təşkilatlarında, həmçinin aviasiya tədris müəssisələrinin tədris uçuş dəstələrində hava gəmilərinə operativ və dövri (zəmanət) texniki xidmət üzrə (xüsusi avadanlıqla təchiz olunmuş aerodromdan kənar şəraitdə işləyənlərdən başqa) tam iş günü ərzində siyahıda sadalanan işlərdə bilavasitə çalışan işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər.

26. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sü but etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

27. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

29. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİN İN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.

33. Hazırkı qərarın 20-25-ci bəndlərində sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajı minimum 20 il olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) 20 il xüsusi və 25 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) xidmət illərinə görə pensiya hüququ verən vəzifələrdə çalışması barədə iş yerindən verilən arayış təqdim edilməlidir.

34. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, üçüncü, yəni 2 0 il xüsusi və 25 il ümumi iş stajının 01.01.2006-cı il tarixinədək mövcud olması şərtlərinə iş üzrə əməl olunmur. Belə ki, hazırkı qərarın 24-cü bəndində göstərilən normanın tələbinə uyğun olaraq iddiaçı 10.01.1992-ci il tarixdən 29.07.1994-cü il tarixədək Rusiya Federasiyası Kazan X1 TU-154 istismarı üzrə mühəndisi olduğundan, onun bu 2 il 6 ay 19 günlük iş stajı nə ümumi, nə də xüsusi staja hesablana bilər. Onun 01.09.1979-cu il tarixdən ali təhsil aldığı güman olunsa, bu tarixdən hesablanmaqla da 01.01.2006-cı il tarixədək 25 il ümumi staj şərti yerinə yetirilmir. Rusiya Federasiyasının rezidenti olduğu 2 il 6 ay 19 gün nəzərə alınmadıqda isə iddiaçının 20 il xüsusi iş stajı da toplanmamış olur.

35. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin dəli lləri öz apellyasiya şikayətində də qeyd etmiş və məhkəmə həmin dəlillərə hüquqi qiymət vermişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin arayışına istinadən iddiaçı aviasiya sahəsində mexanik vəzifəsində hərbi xidmət keçdiyi üçün həmin dövrün xüsusi staj olaraq nəzərə alınmalı olması barədə dəlili əsaslı deyil.

36. Belə ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi staj şərti də yerinə yetirilmir. Həmçinin, 25 il ümumi staj şərtinin yerinə yetirildiyi fərz olunan halda da dəlil əsaslı deyil. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində açıq olaraq qeyd edilmişdir ki, v) bəndində yer alan “hərbi (alternativ) xidmət və Müdafiə Nazirli yində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;” iş stajına daxil edilən başqa stajlar kimi ümumi iş stajına daxil edilir (normada - “Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir”). Bundan başqa, iddiaçının hərbi biletində bu müddət 23.08.1987-ci il tarixdən 19.11.1988-ci il tarixədək, yəni 1 il 2 ay 26 gün olaraq göstərilmişdir ki, bu da 20 il xüsusi iş stajinın tamamlanmasına kifayət etmir.

37. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

38. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1(103)-730/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 21(103)-730/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar