Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2107/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müharibə vete ranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1462/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.N64-cü ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya verilmiş xx.xx.N96-cı il tarixli 4/360 №li arayışa (itmiş hərbi biletin əvəzinə) əsasən iyun N84-cü ildən xx xxxx N85-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli arxiv arayışına əsas ən iddiaçı N №li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 29 №li əmrində (əsas: sıra-262, səh.67) Ağdərə döyüş əməliyyatları bölgəsində iştirak etmiş N №li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi iddiaçının adı qeyd edilmişdir. Ərizədə N №li hərbi hissədə sonrakı xidmət dövrü dəqiq (ay və il) qeyd edilmədiyindən və N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından onun xidməti və yaralanması barədə araşdırma aparmaq mümkün olmamışdır.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalından iddiaçının ərizəsinə cavab olaraq adına tərtib edilmiş “Müayinə vərəqinin” kserosurəti ünvanına göndərilmiş, əlavə olaraq bildirilmişdir ki, Biləcəri 4 №li xəstəxananın tibbi sənədləri sa xlanılması üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təhvil verilmədiyinə görə onun stasionar müayinə və müalicədə olması barədə məlumat vermək mümkün deyildir.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli arayışa əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən iddiaçının məhkumluğu yoxdur.
6. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə ərizə ilə cavabdehə müraciətə etmiş, cavabdeh tərəfindən verilmiş xx.xx.20N-cu il tarixli məktubda iddiaçıya bildirilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.x x.20N-cu il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. xx.xx.N93cü il tarixdən sonrakı dövrdə (xəstəlik ilə əlaqədar məzuniyyətdən qayıtdıqdan sonra) hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlillik sənədini (və ya arayışını) əlavə edərək təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsasl andırmışdır ki, iddiaçı Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmış, N saylı hərbi hissədə xəstəxana kağızında həmin hərbi hissənin əsgəri kimi qeyd edilmişdir, arxivdən verilən məlumata əsasən N saylı hərbi hissəyə daxil olmuş, lakin bu barədə, habelə yaralandığı N saylı hərbi hissənin sənədləri arxivdə yoxdur. Belə ki, cavabdeh tərəfindən verilmiş xx.xx.20N-cu il tarixli arxiv arayışı da bunları təsdiq edir. Həmin arayışa əsasən “verilir İddiaçı ondan ötrü ki, N №li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 29 №li əmrində (əsas sıra 262, səh.67) Ağdərə döyüş əməliyyatları bölgəsində iştirak etmiş N №li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. Qeyd edirik ki, ərizədə N №li hərbi hissədə sonrakı xidmət dövrü dəqiq (ay və il) qeyd edilmədiyindən və N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı xidməti və yaralanması barədə araşdırma apara bilmərik”. Lakin iddia ərizəsinə əlavə etdiyi sənədlərdə xidmət və yaralanması barədə məlumatlar əks olunmuşdur.
9. Cavabdehin iddiaya qarşı məhkəməyə təqdim edilmiş etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərilənlər əsassız olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd edilməlidir ki, iş materiallarında iddiaçının xx.xx.N93-cü il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat mövcud deyildir, hüquqi əsasa gəldikdə isə qeyd edilm əlidir ki, Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “N88-ci il fevralın 1-dən N94-cü il mayın 12dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müd afiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bununla da qeyd edilməlidir ki, mövcud qanunvericiliyə əsasən şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün 2 zəruri şərtin ödənilməsi imperativdir: Şəxsin xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks etdirilməsi, bununla da yuxarıda qeyd edilən şərtlərin birinin və ya hər ikisinin olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla İddiaçının tələblərinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-2355/2020 saylı iş) x xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır.
12. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X5 və X12, 2-1(103)-1462/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, x xxxx 2020-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
14. İddiaçı qərarı xx xxxxxx 2020-ci il tarixdə almış, xx xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayə ti verərək qərarın ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
15. İş materiallarında olan “356 saylı Xəstənin tibbi kartdan çıxarış”da qeyd olunur:
1. Xəstənin soyadı, adı, atasının adı: X7.
2. Anadan olduğu tarix: N64-cü il.
3. Ev ünvanı: ünvan 3 “B”.
4. İş yeri və məşğuliyyət növü: N saylı h/h
5. Tarixlər: b) stasionar üzrə: daxilolma: 29.03.93-cü il çıxış: 4.05.93-cü il
6. Tam diaqnoz (əsas xəstəlik, yanakı xəstəliklər): Vəziyyəti sol baldırın kor odlu atəş yarasından sonra. Hər iki ayaqda hərəkətliyin məhdudlaşması.
7. Qısa anamnezi, diaqnostika tədqiqatları, xəstəliyin gedişatı, aparılan müalicə, göndəriş, evə yazılan zaman vəziyyəti: Hər iki aşağı ə za, sol baldırın aşağı arxa nahiyəsində, sağdan baldır nahiyəsində ağrılardan şikayət edir. Anamnez: özünü N93-cü ilin yanvarından xəstə hesab edir, yaralanmasından sonra Ağdərə hospitalına yerləşdirilib, ilkin tibbi yardımın göstərilməsindən sonra Dəmiryolçular xəstəxanasına keçirilib. Ağrıların xəstəni daha çox narahat etməsi səbəbindən Azərbaycan Tibbi Reanimasiya və X3 ETİ-da stasionarda olub. Əməliyyatdan sonra X3 sonrası revmotoloq tərəfindən konsultasiya edilib, ona görə ki, xəstənin sol ayağında qəlpə qalıb. Xəstəyə travmatologiyaya keçmək məsləhət görülüb. Hb - 79 q/L, Er. - 4,5x10, 18,0x10, e. 1%, e-29%, ley. 4%, EES - 4 mm/s. Sidiyin ümumi analizi: xüsusi çəkisi 1010, leykositlər görünmə zonasında 4-3.
16. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasın ın N saylı hərbi hissəsindən verilmiş x xxxx N93-cü il tarixli 582 saylı, arayışda qeyd olunur “Verilir N saylı h/h-nin sıravi əsgəri, N64-cü il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən hərbi xidmət müddətində 28.01.93-cü il tarixində yüngül yara almışdır. Hər iki baldırın yumşaq toxumalarının odlu qəlpəli yarası sonrası nəticələr. Yaranı Azərbaycan Respublikasının müdafiəsi zamanı alıb. Bununla əlaqədar olaraq x xxxxxx N93-cü ildən x xxxx N93-cü ilə qədər Dəmir yol xəstəxanasında müalicədə olub. Arayış sığorta məbləğinin alınması üçün verilir”.
17. İş materiallarında olan MN Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.20N-cu il 8561 saylı müşayiət məktubuna əlavə edilmiş, 1143 saylı HHK üçün Vərəqədən aydın olur ki, “X7, N64-cü il təvəllüdlü., N saylı hərbi hissənin sıravi əsgə ri, N93-cü ilin yanvarından Yasamal RHK.CƏRRAH: Diaqnoz: Hər iki baldırın yumşaq toxumalarının odlu qəlpəli yaralarının nəticələri, yara sağalmayıb. HHK, mad. 33 “Q”. HHK-nın rəyi: MN əmri üzrə Tanınıb: 33-cü maddənin “q” bəndinin 1-ci qr. üzrə xəstəliyinə görə N martdan x xxxxx N93-cü il tarixinə qədər 30 gün müddətinə məzuniyyətə ehtiyacı var.
18. İş materiallarında olan Bakı şəhər, Yasamal rayon Hərbi Komissarlığından verilmiş “Kompensasiya məbləğinin alınması üçün ərizədən aydın olur ki, “N saylı h/hissənin sıravi əsgəri İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına aiddir”. 19. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti) tərəfindən verilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir.
22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 23. 2x xxxxxx N91-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıld ıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
24. Azərbaycan Respublikasının x xxxxxxx N97-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə
20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. 25. “Veteranlar haqqında” Qanun: Maddə 3, 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
26. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şə xslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumya n (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əl aqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə b irgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlb əcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-1(102)-331/2020 saylı x xxxxxx 2020-ci il tarixli və 2-1(102)555/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarları ilə iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kasasiya şikayətləri təmin edilməmişdir.
27. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qər ardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə ) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
28. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessu al hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İddiaçının əsas dəlili ondan ibarətdir ki, Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmış, hərbi hissə xəstəxanasında müalicə olunmuşdur, sənədlərdə də hərbi hissənin əsgəri olması təsdiq edilir, təqdim edilən sənədlər hərbi qulluqçu kimi döyüşməsi və yaralanmasını təsdiq edir.
32. Mərkəzi Hərbi Poliklinikanın x xxxx N93-cü il tarixli arayışında iddiaçının N saylı hərbi hissəsinin əsgəri kimi xx xxxxxx N93-cü ildən xidmətə çağırıldığı, Azərbaycan Respublikasının müdafiəsi zamanı yüngül güllə yarası aldığı, bununla bağlı x x xxxxx N93cü ildən x xxxx N93-cü ilə qədər müalicədə olduğu göstərilmişdir.
33. Hərbi həkim komissiyasının iddiaçı barəsində tərtib edilmiş x xxxx N93-cü il tarixli arayışında onun güllə yarası alması, 30 sutka məzuniyyət verilməsinin zəruriliyi, x xxxx N93-cü ildən x xxxxx N93-cü ilə qədər məzuniyyət verilməsi göstərilmişdir.
34. Bundan başqa, iddiaçı barəsində tərtib edilmiş tibbi kartadan çıxarışda xx xxxx N93-cü ildən x xxx N93-cü ilə qədər stasionar müalicə olduğu qeyd edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün əsas sayılır.
36. Lakin işdə olan sənədlərlə iddiaçının hərbi hissənin əsgəri kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı güllə yarası alması təsd iq edilsə də, onun məzuniyyət və müalicədən sonra hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə qayıtması, yaxud hərbi xidmətə yararsız olması və nəticədə hərbi xidmətdən ehtiyata buraxılması sübuta yetmir.
37. İddiaçının qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılması sübuta yetməmişdir.
38. Qeyd edilməlidir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Əsasnamədə tələb olunan sənədlər təqdim edilməlidir və iddiaçıya münasibətdə həmin sənədlər təqdim edilmədiyindən şikayətin dəlilləri iddianın təmin edilməsi üçün əsas ola bilməz.
39. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
40. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası şərh olunanları və Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1462/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.