Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2107/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: dövlət rüsumu və xidmət haqqının qaytarılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət rüsumunun və xidmət haqlarının geri qay tarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)695/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ünvan1 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları 07.10.2009-cu il tarixdə, ********** qeydiyyat nömrəsi, **********2 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçı tərəfindən dövlət rüsumu və xidmət haqqı ilə bağlı 112 manat məbləğində ödəniş edilmişdir.
2. X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İddiaçı) iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək üçüncü şəxsin adına Ləhiş bağ massivin də 2844 a bağ nömrəsi altında 0,12 ha bağ sahəsi ayrılmasına dair 18.03.1989-cu il tarixli, 29 nömrəli orderin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxsin adına Sabunçu rayon Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0,12 ha bağ sahəsi ayrılmasına dair 29.07.2009-cu il tarixli, A 215977 saylı “torpaq sahəsinin plan və ölçü”sünün və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən üçüncü şəxsin adına verilmiş Ünvan1 nömrəsi altında 0,12 ha bağ sahəsinin ayrılmasına dair 07.10.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini n 31.01.2017-ci il tarixli 2-1(82)192/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxsin adına Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0,12 ha bağ sahəsi ayrılmasına dair 18.03.1989-cu il tarixli, 29 nömrəli order etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxsin adına Sabunçu rayon Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0,12 ha bağ sahəsi ayrılmasına dair 29.07.2009cu il tarixli, A 215977 saylı “torpaq sahəsinin plan və ölçü”sünün və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 68 saylı BTK-nın 2844 a bağ nömrəsi altında 0,12 ha bağ sahəsinin ayrılmasına dair 07.10.2009-cu il tarixli, ********* qeyd iyyat nömrəli üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.04.2018-ci il tarixli, 2-1(103)-522/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs həmin qərardan 22.06.2018-ci il tarixində kassasiya şikayəti vermişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2189/2018 saylı, 05.12.2019-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.04.2018-ci il tarixli, 2-1(103)-522/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı 31.05.2019-cu il tarixində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınma sı ilə bağlı ödənilmiş dövlət rüsumu və xidmət haqqının geri qaytarılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 19.06.2019-cu il tarixli məktubla bildirmişdir ki, daşınmaz əmlak üzərində əməliyyatların aparılması ilə bağlı ödənilən dövlət rüsumu və xidmət haqqının, əməliyyatlar həyata keçirildiyi təqdirdə geri qaytarılması nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin onun 31 may 2019-cu il tarixli müraciətinə 19 iyun 2019cu il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi və cavabdehin Sabunçu rayonunun sahəsi 2844 A saylı bağa dair 07.10.2009-cu il tarixdə verdiyi çıxarışa görə ondan aldığı dövlət rüsumu və xidmə t haqlarının geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehə ərizə ilə müraciət edərək göstərmişdir ki, adına verilən çıxarış məhkəmə tərəfindən ləğv olunduğu üçün onun alınmasına dair verdiyi rüsum, peykdən çəkilmiş xəritəyə görə rüsum və sonra başqa xərclər ona qaytarılmalıdır. Lakin cavabdeh 2019-cu il tarixdə ona verdiyi cavab məktubunda göstərmişdir ki, daşınmaz əmlakın üzərində əməliyyatların aparılması ilə bağlı ödənilən dövlət rüsumu və xidmət haqqı əməliyyatları həyata keçirildiyi təqdirdə geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh bu imtinanın əsası kimi ona istinad etmişdir ki, daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı və nəzərdə tutulan ödəmələrlə bağlı yaranan m ünasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsi, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, habelə Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli, 4 saylı Qərarı ilə müəyyən edilmiş qaydada tənzimlənir. İddiaçı cavabdeh orqanın bu cavab məktubunu, yəni imtinasını qanunsuz sayır. Belə ki, həmin orqan 2844 A saylı bağ sahəsini onun adına özəlləşdirərkən bütün sənədlərini yoxlama sənədləri qaydasında olduğu üçün ondan dövlət rüsumu və xidmət haqqı almışdır. Bundan sonra ona müvafiq çıxarış verilmişdir (07.10.2019-cu il tarixli) və həmin bağ onun mülkiyyətinə keçmişdir. Lakin S.Məmmədovun əsassız verdiyi şikayət əsasında məhkəmənin çıxardığı qanunsuz qərarla bu çıxarış ləğv olunmuşdur. Məhkə mə gedən müddətdə cavabdeh ona qanuni çıxarış verdiyi halda, bu çıxarışı müdafiə etməmişdir. Çıxarışın ləğvi barədə məhkəmə qərarlarından şikayət belə etməmişdir. Əgər verilən çıxarışı qanuni verirsə, cavabdeh orqan məhkəmədə onu müdafiə etməli idi. Çünki həmin orqan onun sənədlərinin yox, çıxarışın ləğvi barədə məhkəmə qərarından belə şikayət etməmişdir. Əgər onun adına olan 2844 A saylı bağ sahəsində verilən çıxarış düz verilməyibsə, onda cavabdeh orqan ondan rüsum və xidmət haqqı kimi aldıqları bütün məbləğləri geri qaytarmalıdırlar.
9. Bakı İnzibati Məhkəməsinin 01.10.2020-ci il tarixli 2-1(112)-1799/2020 nömrəli qərarına əsasən (hakim Aygün Abdullayeva) iddia rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan dövlət rüsumu və xidmət haqqı tutularaq, əmlak üzərində əməliyyatlar aparılaraq iddiaçıya çıxarış verildiyindən, bununla da cavabdeh tərəfindən qanunvericiliklə öz üzərinə düşən öhdəliklər yerinə yetirilərək daşınmaz əmlak üzərində müvafiq əməliyyatlar həyata keçirildiyindən, həmin çıxarışın verilməsindən 9 ildən çox müddət keçdikdən sonra məhkəmə qərarı ilə çıxarışın ləğv edilməsi cavabdehin hərəkətsizliyi, ödənilmiş dövlət rüsumu və xidmət haqqına uyğun əməliyyatların həyata keçirilməməsi səbəbindən olmadığından, habelə “Dövlət rüsumu haqqında” Qanunda iddiaçının iddia ərizəsində istinad etdiyi hallarla dövlət rüsumunun qaytarılması nəzərdə tutulmadığından, iddiaçının hazırki tələbi əsassızdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-695/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Səadət Bəktaşi və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01.10.2020-ci il tarixli 2-1(112)-1799/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə qərarı iddiaçıya 26.07.2021-ci il tarixində təqdim edilmişdir.
15. İddiaçı 04.08.2021-ci il tarixində ona dövlət büdcəsi hesabına vəkil təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 10.08.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 05.09.2021-ci il tarixində iddiaçı vəkillə təmin olunmuşdur.
16. İddiaçı 13.09.2021-ci il tarixində kassasiya şi kayəti verərək Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-695/2021 nömrəli qərarının ləğv edilərək yeni qərar çıxarılmasını xahiş etmiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş, İPM-in 82-ci, MPM-in 217.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, iddiaçının adına verilən çıxarış məhkəmə tərəfindən ləğv olunduğu üçün çıxarışın alınmasına dair verdiyi rüsum, peykdən çəkilmiş xəritəyə görə rüsum və digər xərclər ona qaytarılmalıdır. İddiaçı h esab edir ki, daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı və nəzərdə tutulan ödəmələrlə bağlı yaranan münasibətlər Mülki Məcəllə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun, “Dövlət rüsumu haqqında” Qanun, habelə Tarif Şurasının 31.07.2009-cu il tarixli, 4 saylı qərarı ilə müəyyən edilmiş qaydada tənzimlənməlidir. Belə ki, cavabdeh orqan 2844 A saylı bağ sahəsini iddiaçının adına özəlləşdirərkən bütün sənədlərini yoxlama sənədləri qaydasında olduğu üçün dövlət rüsumu və xidmət haqqı almışdır. Əgər iddiaçının adına olan 2844 A saylı bağ sahəsinə dair çıxarış düz verilməyibsə, onda həmin orqan iddiaçıdan rüsum və xidmət haqqı kimi aldığı bütün məbləğləri geri qaytarmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilm əmişdir. c) Tərəflərin mülahizələri
19. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
20. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
21. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Dövlət rüsumu haqqında” Qanun: Maddə
5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlə t büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə. 5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia ver ilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
26. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Məhkəmə qərarı 26.07.2021-ci il tarixində iddiaçıya təqdim edildikdən 8 gün sonra o, 04.08.2021-ci il tarixində dövlət büdcəsi hesabına vəkil təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 05.09.2021-ci il tarixində iddiaçı vəkillə təmin olunmuş, bundan 8 gün sonra 13.09.2021-ci il tarixində kassasiya şikayəti vermişdir.
28. Göründüyü kimi, kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İşin müəyyən edilmiş hallarından məlumdur ki, iddiaçının daşın maz əmlak üzərində mülkiyyət hüquqları 07.10.2009-cu il tarixində dövlət reyestrində qeydə alınmış, bununla bağlı iddiaçı dövlət rüsumu və xidmət haqqı kimi 112 manat ödəniş etmişdir. Bundan sonra məhkəmə aktları ilə həmin çıxarış ləğv edilmişdir. İddiaçı da çıxarışın ləğv edilməsini əsas gətirərək ödədiyi dövlət rüsumu və xidmət haqqının geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
32. Məhkəmələr iddiaçının tələbini əsassız hesab etmişdir. İddiaçının kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, məhkəmə tərəfindən şikayətdə istinad olunan maddi hüquq normalarının işin hallarına tətbiqində səhvə yol verilmiş, prosessual normaların tələbləri pozulmuşdur.
33. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.
34. Belə ki, hazırkı qərarın 22-ci bəndində göstərilən normanın məzmunundan görünür ki, düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları “Dövlət rüsumu haqqında” Qanunun 5-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə ödənilmiş dövlət rüsumu o halda qaytarılır ki, müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənilsin, ərizələr (şikayətlər) qaytarılsın və ya ərizə baxılmamış saxlanılsın, habelə notariat əməliyyatlarının icrasından imtina edilsin və ya məhkəmələr tərəfindən iş üzrə icraata xitam verilmiş olsun.
35. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması üçün qanunvericilikdə sadalanan hallardan hər hansı birinin mövcudluğu öz təsdiqini tapmır.
36. İddiaçı dövlət rüsumunun qaytarılması üçün ona məxsus çıxarışın ləğv edilməsinə istinad etsə də, yuxarıda qeyd edilənlərdən görünür ki, qanunvericilikdə belə bir hal ödənilmiş dövlət rüsumunun qaytarılması əsası kimi nəzərdə tutulmamışdır.
37. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya dövlət rüsumunun qaytarılmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
38. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-695/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-695/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.