Məhkəmə qərarları › İş №2-1(102)-2107/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2107/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2107/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şikayət üzrə kassasiyanın mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inz ibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2515/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli birgə yazılı müraciətlərində qeyd edildiyi kimi, MASda işsiz kimi qeydiyyata alınmış, adında heç bir əmlak və ya maşın olmayan İddiaçı1 xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər olan vaxt ərzində bütün ölkə üzrə tətbiq edilmiş şərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 190 manat məbləğində birdəfəlik yardımın veril məsi barədə; eləcə də sözügedən nazirlik tərəfindən ümumi hüquqi öhdəliklərinin pozulması nəticəsində İddiaçı1 190 manat birdəfəlik yardımın ödənilməməsi ilə onlara vurulmuş ziyana görə 400 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçılardan İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı qismində prosessual iştirakına xitam verilməsini xahiş etmişdir. Bildirilmişdir ki, iddiaçı qismində yalnız İddiaçı1 iştirak edəcəkdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı kimi göstərilsə də, tələb irəli sürmədiyindən iddiaçının prosessual iştirakına xitam verilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-6695/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiа tələbi təmin edilməmişdir.

4. İddi açı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) 2-1(103)-2515/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.

6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2515/2021 nömrəli, 22 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmişdir.

8. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia nın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

11. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə, məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarından kassasiya şikayəti vermək üçün iddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunmuş və bu barədə, 22 fevral 2022-ci il tarixdə müvafiq vəkil orderi yazılmışdır. Lakin həmin qərardaddan kassasiya şikayəti 12 may 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən so nra apellyasiya məhkəməsinə (elektron qaydada) təqdim olunmuşdur. Beləliklə, prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür.

13. İddiaçıya, həmçinin vəkilinə prosessual müddətin buraxılmadığını təsdiq edən sübutları 14 noyabr 2022-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına təqdim etmək təklif olunsa da, prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair sübut məhkəməyə təqdim edilməmiş, eləcə də qərardaddan vaxtında şikayət verilməsi imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı halın olması ilə əlaqədar müddət bərpasına dair ərizə (vəsatət) də verilməmişdir.

14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2515/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar