Məhkəmə qərarları › İş №2-1(102)-2107/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2107/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2107/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1964, FİN:xxxxxxx) cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-51/2024 nömrəli, 13 f evral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 nömrəli, 18 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-583/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva /sədrlik edən və məruzəçi/, C.Yusifov, A.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 nömrəli, 18 dekabr 2019-cu il tarixli qəra rı dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1999/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.Hüseynov, K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 21(103)-583/2021 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-833/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov /sədrlik edən və məruzəçi/, M.Tağızadə, V.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 nömrəli, 18 d ekabr 2019-cu il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya verilmiş Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0.015 ha torpaq sahəsinə görə 255.000 (iki yüz əlli beş min) manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2170/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev /məruzəçi/, R.Nəbizadə, S.Kərimov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-833/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizə ilə məhkəməyə müraciət edərək kompensasiyanın məbləğinin 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən olunmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-51/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova, A.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 nömrəli, 18 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək iddiaçıya dövlət büdcəsi hesabına 450.000 (dörd yüz əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın 225.000 manat məbləğində təmin olun ması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etm əyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

90. Kassasiya şikayəti vermək hüququ... Maddə 90.3. bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağl ı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən im tina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Belə ki, prosessual qanunvericiliyin yuxarıda göstərilmiş normalarının tələblərindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı İPM-də nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi mə hkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

12. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-51/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı cavabdehin elektron kabinetinə 23 fevral 2024-cü il tarixdə yerləşdirilmiş və müvafiq olaraq 1 aylıq kassasiya şikayəti vermə müddətinin axımı həmin tarixdən başlanılmış, qərar daha sonra Ba kı İnzibati Məhkəməsi tərəfindən 09 aprel 2024-cü il tarixdə icraya yönəldilmiş, sözügedən icra ilə bağlı məktub cavabdehə poçt vasitəsilə 22 aprel 2024-cü il tarixdə təqdim olunmuş, cavabdeh tərəfindən kassasiya şikayəti isə 04 may 2024-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçta təqdim olmuşdur.

13. Beləliklə, qanunvericilikdə məhkəmə qərarından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür.

14. Kollegiya qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, apellyasiya məhkəməsi cavabdehə mübahisə üzrə çıxarılmış qərarla yanaşı, həm də kassasiya şikayəti verilməsi qaydasına dair izahı və hüquqi yardımla b ağlı məlumatı da göndərmişdir. Həmin hüquqi yardımla bağlı məlumatda göstərilmişdir ki, şikayət qanunla nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə də verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır. Müddətin ötürülmədiyini güman edən şəxslər bu halı təsdiq edən sübutlar təqdim etməlidir. Digər tərəfdən, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi cavabdehə ünvanlandığı 16 may 2024-cü il tarixli məktubunda yenidən kassasiya şikayətinin müddət ötürülməklə verildiyini bildirmiş, buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmədiyini bir daha diqqətə çatdırmışdır. Lakin ca vabdeh sərəncamında kifayət qədər müddətin olmasına, eləcə də bununla bağlı apellyasiya məhkəməsi tərəfindən ona lazımi hüquqi yardım edilməsinə baxmayaraq, nə müddətin ötürülmədiyini təsdiq edən sübutları, nə də ötürülmüş müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.

15. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən kassasiya mümkün sayılmamalı, kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

16. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-51/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ka ssasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar