Məhkəmə qərarları › İş №2-1(102)-2108/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2108/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2108/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü) Azərbaycan Respublikası 17.11.2020 Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “məktuba cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 03 sentyabr tarixli 2-1(103)-904/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iş ə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 24 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2019-cu il tarixdə göndərdiyi müraciətə konkret və əsaslandırılmış cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ADO teatrının rəhbəri olaraq Bakı şəhər İcra Hakimiyyətinə 2017-ci ildən etibarən müraciət etmişdir. Müraciətləri Bakı küçələrində qısa tamaşalar ilə çıxış etməsi ilə bağlı idi. Bir sıra məktublarına cavab olaraq bildirilmişdir ki, bununla bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilməlidir. Lakin Nazir lik onları Bakı şəhər İcra Hakimiyyətinə yönləndirmişdir. Sonuncu müraciət cavabdehə xx.xx.2019-cu ildə edilmiş, lakin həmin müraciətə cavab verilməmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)4603/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2019-cu il tarixdə göndərdiyi müraciətə konkret və əsaslandırılmış cavab verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən əsaslandırılmış cavab verilməmişdir.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 03 sentyab r tarixli 2-1(103)-904/2020 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qaldırmış olduğu məsələyə cavab verməli orqan Bakı Şəhər İcra Hakimiyyəti deyildir.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə bir sıra qanunvericilik normalarına istinad edər ək Bakı Şəhər İcra hakimiyyətinin belə bir səlahiyyətinin mövcud olmadığını qeyd etsə də, cavabdeh özünün belə səlahiyyətə malik olmasını inkar etməyib, öz etirazında və nümayəndənin məhkəmə iclasındakı izahatında qeyd edib ki, Mədəniyyət Nazirliyindən müsbət rəy alındıqdan sonra bu məsələyə yenidən baxıla bilər. Bu halda, məhkəmə həmin rəyin alınması üçün Mədəniyyət Nazirliyinə kimin (iddiaçı yoxsa cavabdehin) müraciət etməli olmasını, rəy alındıqdan sonra küçə tamaşalarının keçirilməsi üçün icazənin hansı qurum tərəfindən verilməli olmasını araşdırmalı idi.

10. Məhkəmə iddianı mümkün saymayıb və iddiaçının hansı quruma müraciət etməli olmasını izah etməyib. Bununla iddiaçı çıxılmaz vəziyyətdə qalıb, məhkəmənin qərardadı onun üçün anlaşılmaz olub. Əgər məhkəmə hesab edirsə ki, cavabdeh iddiaçının müraciətinə cavab verməli qurum deyil, bu halda, onun hansı dövlət orqanına müraciət etməli olmasını izah etməli, lazım gələrsə, həmin dövlət orqanını üçüncü şəxs qismində cəlb etməli idi. b. məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə -İPM) 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏ N HÜQUQ

12. İPM: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidi r. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

16. İddiaçı kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, cavabdeh özü sözügedən səlahiyyətə malik olmasını inkar etməsə də, məhkəmə əsassız olaraq bu əsasla iddianı mümkün saymamışdır.

17. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 18. “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, teatr - müvafiq maddi-texniki bazaya malik olan, teatr tamaşaları və digər teatr quruluşları yaradan və canlı ifada kütləvi nümayiş etdirən hüquqi şəxsdir.

19. İşdə olan və Bakı Şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanan xx xxxxxxxx 2019-cu il tarixli müraciət “ADO” Teatrının adından verilmişdir (iş v. 3). Hazırkı iddia ərizəsi isə fiziki şəxs İddiaçı tərəfindən və öz adından irəli sürülmüşdür.

20. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməmişdir. Hazırkı iddianın mümkünlük şərti də məhz iddia çının müvafiq inzibati orqana müraciət etməsini və həmin müraciətin inzibati orqan tərəfindən təmin edilməməsini ehtiva edir.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 03 sentyabr tarixli 2-1(103)-904/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar