Məhkəmə qərarları › İş №2-1(102)-2108/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2108/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2108/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 51.6 yaş, əl ilə qaynaqçı peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət So sial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)1252/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xxxxx-ci il tarixdə doğulmuş, 1978 – 1981-ci illərdə Bakı şəhəri 5 nömrəli orta texniki peşə məktəbində təhsil almış, 1981-ci ilin oktyabr ayından 1983-cü ilin noyabr ayınadək hərbi xidmət də olmuşdur.

2. İddiaçı əmək kitabçasına əsasən 1981-2014-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 3. "xxxx" QSC-nin X10 Donanmasının 24 yanvar 2020-ci il tarixli arxiv arayışına əsasən iddiaçının tutduğu vəzifələr, çalışdığı peşə və gün göstərilən tarixlərdən onun ümumi və zərərli işdə çalışdığı iş stajı göstərilmişdir. Həmin arayışda qeyd olunub ki, onun 1 yanvar 2006-cı il tarixədək 21 il, 11 ay 26 gün güzəştli şərtlərlə əmək stajı vardır.

4. İddiaçı qanunvericiliyə əsasən onun sığorta iş staji və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışması ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh 19 mart 2020-ci il tarixli məktubla bildirmişdir ki, təqdim edilən sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixinədək ü mumi iş stajı 25 ildən az təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 4 may 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 50 yaşdan, yəni 2 dekabr 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənədək yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı sonradan iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddianın “iddiaçıya 51 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensi ya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir.

7. Məhkəmə iddianın dəyişdirilməsini qismən, yəni “iddiaçıya 51 yaş yarımdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin müraciət olunduğu vaxtdan son üç illik dövr üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul etmiş, iddianın dəyişdirilməsinin qalan hissədə qəbulundan imtina etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə iddiaçının ümumi iş stajını və zərərli işdəki stajını təsdiq edən və güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olduğunu sübut edən sənədlər təqdim olunmuşdur. Belə ki, işlədiyi "xxx x" QSC-nin X10 Donanmasının 24 yanvar 2020-ci il tarixli arxiv arayişında onun tutduğu vəzifələr, çalışdığı peşə və gün göstərilən tarixlərdən onun ümumi və zərərli işdə çalışdığı iş stajı göstərilmişdir. Həmin arayışda qeyd olunub ki, onun 1 yanvar 2006-cı il tarixədək 21 il, 11 ay 26 gün güzəştli şərtlərlə əmək stajı vardır, iş stajından əlavə olaraq iş stajı kimi hesablanan 2 il 18 gün hərbi xidmətdə olmuş və 2 il, 10 ay 16 gün işlədiyi peşə üzrə təhsil almiş, ümumilikdə 26 il 11 ay ümumi iş stajı vardır. 1 oktyabr 1956-cı il tarixdə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət Təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslar da oxuyanlar əmək pensiyası almaq hüququna malikdir. Həmin Qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “g” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin arayışa və əmək kitabçasına əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarın ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda qeyd olunan “XXİİİ. Üm umi peşələr” bölməsində "12100000—19905” və “12100000—19906” kodla göstərilən peşələrə uyğun olaraq ağır və zərərli işdə işlədiyinə görə “elektrik qaynaqçı” kimi 21 il, 11 ay, 26 gün iş stajı vardır. Yuxarıda qeyd olunan sənədlər cavabdehə təqdim etsə də, öz imtina məktubunda əsassız olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edərək və AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahinı əsas tutaraq qeyd olunur ki, onun 1 yanvar 2006-cı tarixədək 25 il ümumi iş stajı toplanmır. Cavabdehin əməkdaşları ümumiyyətlə onun sənədlərinə baxmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan i şlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Bundan əlavə olaraq, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarında onun çalışdığı vəzifə 1 nömrəli siyahıda “XXİİİ. Ümumi peşələr” bəndində “12100000 – 19905” və “12100000 – 19906” nömrə ilə qeyd olunmuşdur və çalışdığı peşə vəzifəsinə uyğun olaraq 50 yaşına çatdığı halda azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışdığına görə pensiya təyin olunmalıdır. Bir daha qeyd olunmalıdır ki, onun 26 il 11 ay ümumi iş stajı va rdır, həmin stajın 21 il, 11 ay, 26 günü “elektrik qaynaqçı” olaraq çalışmışdır. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunanlara əsasən ona 2 dekabr 2012-ci il tarixdən, 50 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Cavabdehin qəbul etdiyi qərar əsasız və qanunsuzdur.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu iddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilməsi üçün onun 1 yanvar 2006-ci il tarixədək (yəni “Əmək pensiyaları haqqında” Qanunu qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1 - iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, 2 - iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması, 3 - idd iaçının işlədiyi peşənin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Ümumiyyətlə, iddiaçının işləmiş olduğu peşələrin güzəştli olub-olmaması ilə bağlı "xxxx" QSC X10 Donanması tərəfindən 12 noyabr 2019-cu il tarixli və 24 yanvar 2020-ci il tarixli iki arxiv arayışı təqdim edilmişdir. Bu arxiv arayışları arasında ziddiyyətli məqamlar ondan ibarətdir ki, onlarda Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı Nazirlər Kabinetinin müvafiq qərarının fərqli bölmələrinə istinad edilmişdir. Lakin hər iki arxiv arayışından da görünür ki, iddiaçının işləmiş olduğu peşələr AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahıda mövcud deyildir. İddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda, ona münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 işi üzrə qəbul etdiyi 30 aprel 2019-cu il tarixli 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya instansiya məhkəməsi qərarında belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zə rərli və zərərsiz hesab oluna bilər ”. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.

10. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC X10 Donanmasının 30 sentyabr 2020-ci il tarixli məktubu ilə iddiaçıya təqdim olunmuş arayışda qeyd olunmuşdur ki, iddiaçı həqiqətən h ərbi xidməti bitirdikdən sonra (hərbi xidmət müddəti: 30 oktyabr 1981-ci il tarixdən 17 noyabr 1983-cü il tarixədək, hərbi bilet NZ № 4497255) 6 yanvar 1984-cü il tarixdə Abşeron Rayon Dəniz X5 adası Üzən Gəmi Təmiri Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (5 yanvar 1984-cü il tarixli 05/şh nömrəli əmr) işə qəbul edilmişdir. 25 oktyabr 1984-cü il tarixdə ÜGTE-yə 4-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (25 oktyabr 1985-ci il tarixli 353/şh nömrəli əmr) keçirilmişdir. O, 9 iyul 1987-ci il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı (8 iyul 1987-ci il tarixli 163/şh nömrəli əmr), 1 aprel 1989-cu il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı (2 aprel 1989-cu il tarix li 34/şh nömrəli əmr), 22 avqust 2005-ci ildə ÜGTE-də 5-ci dərəcəli gəmi gövdə təmirçisi peşəsində (22 avqust 2005-ci il tarixli 184/şh nömrəli əmr), 19 yanvar 2006-cı il tarixdə ÜGTE-də 5-ci dərəcəli elektrik qaynaqçısı (17 yanvar 2006-cı il tarixli 12/şh nömrəli əmr), 3 fevral 2014-cü ildə Çilov adası ÜGTE-də 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində (31 yanvar 2014-cü il tarixli 208/şh nömrəli əmr) çalışmışdır. 16 may 2014-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi) 16 may 2014-cü il tarixli 91-k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunan elektrik qaynaqçısı peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın (AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə Siyahı qüvvədən düşmüşdür) 23-cü “Ümumi peşələr” bölməsinə əsasən (kod: 12100000 – 19906: rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına daxildir. İddiaçı elektrik qaz qaynaqçısı peşəsi üzrə 3 fevral 2014-cü il tarixdən 16 may 2014-ci il tarixədək fəaliyyət göstərdiyi və bu tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat ların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları” qüvvədən düşdüyündən, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.5-ci bəndinin “a” yarımbəndinə əsasən (məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaqedənlər elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid edilir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” İdarəsi 7 m art 2007-ci il tarixdən X10 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X10 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC yaradılmışdır. 11. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin məhkəməyə ünvanladığı 1 oktyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı əl ilə qaynaq edən elektrik qaynaqçısı kimi rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində işləmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-4418/2020 saylı iş) 6 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 51 yaş yarım tamam olduğu tarixdən güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 10 ildən çox işlədiyi “əl ilə qaynaq edən elektrik qaynaqçısı” peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 12100000 – 19906 kodu ilə nəzərdə tutulmuşdur (rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan). İddiaçının 01.08.2000-ci ilədək 10 il xüsusi, 20 il ümumi stajı olduğundan 1997-ci ilin avqust ayından 2000-ci ilin avqust ayınadək üç il üzrə, hər il 6 ay artmaqla (üç ilə görə 1,5 yaş artmaqla) 51 yaş 6 ayın tamam olduğu tari xə 2 iyun 2014-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

14. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X9məruzəsi, X4 və X2, 2-1(103)-1252/2021 saylı iş) 27 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək iddiaçıya 51 yaş yarım tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi 28.02.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəs i cavabdehə həvalə edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi qərarında iddianı təmin edərək keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsini qeyd etmiş, lakin pensiya məbləğinin hansı tarixdən hesablanmasını müəyyən etməmişdir. İddiaçının pensiya hüququna malik olduğu müəyyən edilərək, ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlı iddia tələbi təmin edilərsə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Həmin qərardada əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilm əklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd edildiyi kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 2017-ci il 01 iyul tarixədək - 2014-cü il tarixdən yarandığından, əmək pensiyasının təyin edilməsi üçün isə inzibati orqana 28.02.2020-ci il tarixində müraciət etdiyindən istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçı həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləği müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməlidir. Odur ki, iddiaçının pensiyası onun müraciət etdiyi (28.02.2020-ci il) vaxtdan 3 il əvvəlki tarixdən, yəni 28.02.2017-ci il tarixdən hesa blanıb ödənilməlidir.

17. Cavabdeh 9 sentyabr 2021-ci il tarixdə qərarın surətini almış, 17 sentyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

18. Kasasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa n övə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensi yasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərici lərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında m üəyyən edilir. 23. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və i şdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur.

28. İddiaçı xxxxx-ci ildə doğulmuşdur. Güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməklə yanaşı, fərdi hesabın sığorta hissəsində qeydı alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməmişdir.

29. Cavabdehin kasasiya şikayətinin dəlillərinə görə iddiaçının güzəştli staj illəri 10 ildən azdır

30. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 31. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1 avqust 1997-ci il tarixli dəyişiklə olan 13 maddəsinin redaks iyasına görə iddiaçının 51,6 yaşının tamam olduğu 2 iyun 2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 avqust 2000-ci il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; 2) 1 avqust 2000-ci il tarixədək azı 10 güzəştli iş stajının mövcud olması.

32. İddiaçı 1 sentyabr 1978-ci il-16 iyul 1981-ci illərdə Bakı şəhəri 5 nömrəli orta texniki peşə məktəbində təhsil almış, 1981-ci ilin oktyabr ayından 1983-cü ilin noyabr ayınadək hərbi xidmətdə olmuş, 6 yanvar 1984-cü il tarixdə Abşeron Rayon Dəniz X5 adası Üzən Gəmi Təmiri Emalatxanasına 3-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 1 yanvar 2006-cı il tarixədək əllə qaynaq edən elektrik qaynaqçısı peşəsində işləmişdir.

33. İddiaçının 1 sentyabr 1978-ci ildən 1 avqust 2000-ci ilədək olan təhsil, hərbi xidmət və əmək fəaliyyəti 20 ildən çox olduğundan onun 1 avqust 2000-ci ilə qədər tələb olunan həddə ümumi iş stajı mövcud olmuşdur. 34. "xxxx" QSC X10 Donanmasının 30.09.2020-ci il tarixli iddiaçı ilə bağlı arayışında qeyd edilmişdir ki, 6 yanvar 1984-cü il tarixdə Abşeron Rayon Dəniz X5 adası Üzən Gəmi Təmiri Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (5 yanvar 1984-cü il tarixli 05/şh nömrəli əmr) işə qəbul edilmişdir. 25 oktyabr 1984-cü il tarixdə ÜGTE-yə 4-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (25 oktyabr 1985-ci il tarixli 353/şh nömrəli əmr) keçirilmişdir. O, 9 iyul 1987-ci il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısi (8 iyul 1987-ci i l tarixli 163/şh nömrəli əmr), 1 aprel 1989-cu il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı (2 aprel 1989-cu il tarixli 34/şh nömrəli əmr), 22 avqust 2005-ci ildə ÜGTE-də 5-ci dərəcəli gəmi gövdə təmirçisi peşəsində (22 avqust 2005-ci il tarixli 184/şh nömrəli əmr), 19 yanvar 2006-cı il tarixdə ÜGTE-də 5-ci dərəcəli elektrik qaynaqçısı (17 yanvar 2006-cı il tarixli 12/şh nömrəli əmr), 3 fevral 2014-cü ildə Çilov adası ÜGTE-də 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində (31 yanvar 2014-cü il tarixli 208/şh nömrəli əmr) çalışmışdır. 16 may 2014-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi) 16 may 2014-cü il tarixli 91-k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunan elektrik qa ynaqçısı peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın (AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə Siyahı qüvvədən düşmüşdür) 23-cü “Ümumi peşələr” bölməsinə əsasən (kod: 12100000 – 19906: rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına daxildir (səh.52).

35. Həmçinin "xxxx" QSC X10 Donanmasının məhkəməyə ünvanlandığı 1 oktyabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı əl ilə qaynaq edən elektrik qaynaqçısı kimi rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində işləmişdir (səh.53).

36. Göründüyü kimi, iddiaçı əl ilə qaynaq edən elektrik qaynaqçısı kimi rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində işlədiyindən 1 yanvar 2006-cı il tarixədək 10 ildən çox işlədiyi “əl ilə qaynaq edən elektrik qaynaqçısı” peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 12100000 – 19906 kodu ilə (rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan) nəzərdə tutulmuşdur. 37. 6 yanvar 1984-cü ildən 1 avqust 2000-ci ilədək iddiaçı əl ilə qaynaq edən elektrik qaynaqçısı kimi rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işləri ndə işləmişdir və bu müddət 10 ildən çoxdur.

38. İddiaçının 01.08.2000-ci ilədək 10 il xüsusi, 20 il ümumi stajı olduğunda 1997-ci ilin avqust ayından 2000-ci ilin avqust ayınadək üç il üzrə, hər il 6 ay artmaqla (üç ilə görə 1,5 yaş artmaqla) 51 yaş 6 ayın tamam olduğu tarixə 02 iyun 2014-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

39. Bəhs olunanlara əsasən kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1252/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar