Məhkəmə qərarları › İş №2-1(102)-2108/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2108/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2108/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Azərbaycan Əczaçılar İttifaqı” cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X8) qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəhadətnamə və çıxarışın qismən ləğv edilməsi; iddianın mümkünlüyü ilə bağlı işin hallarının düzgün araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, iddiaçı “Azərbaycan Əczaç ılar İttifaqı”nın cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X10) qarşı “daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin, xx.xx.2007-ci il tarixli, 000246 nömrəli şəhadətnamənin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(103)-973/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması haqqında 904 nömrəli, xx.xx.1994-cü il tarixli sərənc amı ilə Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 5/58 nömrəli məktubu nəzərə alınaraq, “Azərbaycan Əczaçılar İttifaqı”nın Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində dərman bitkilərinin tədarükü və istehsalı üçün zavod layihələşdirilməsinə və tikintisinə torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 001261 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Dərman bitkilərinin tədarük və istehsalı zavodu Azərbaycan Əczaçılar İttifaqının mülkiyyətindədir.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamı ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 5/23 saylı razılıq mək tubu nəzərə alınaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında X3 istifadəsinə verilmişdir.

4. Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə məişət evinin layihələndirilməsi və tikintisi üşün X5 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ünvanında 0,1500 ha torpaq sahəsinin verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli 161 nömrəli Ayrıc Aktı tətib edilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamə ilə müəyyən olunur ki, X9 ünvan 2 ünvanında yerl əşən məişət evi (ümumi sahəsi 3024,2 kv.metr) üzərində mülkiyyət hüquqlarını əldə etmişdir.

6. X3 adına tərtib edilmiş **********64-06301 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli texniki pasportla müəyyən olunur ki, qeyri-yaşayış binası-məişət binasının yerləşdiyi torpaq sahəsinin ünvanı Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 31-dir.

7. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 3024,2 kv.m-dən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur

8. Bakı şəhəri 16 saylı notarial ofisin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx. 2021-ci il tarixdə ölmüş X3 vərəsələri X8 və X6r. Şəhadənamə verilən miras əmlak ünvan 2 ünvanında istifadədə olan 0,09186 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış (məişət binası) binasıdır.

9. Miras payın bölüşdürülməsi müqaviləsinə əsasən həmin qeyri-yaşayış binası (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən) X1.

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş **********64-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 3024,2 kv.m-dən ibarət qeyri-yaşayış binası X4 xüsusi mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat 1

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3 adına ünvan 2 ünvanında yerləşən, 3024,2 kv.m-dən ibarət qeyri-yaşayış binası üzərində, daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m hissədə (X2 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m (“Ülvi” şadlıq sarayına aid hissəsində) + 341 kv.m (“Ülvi” şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti baş çısının torpaq sahəsinin ayrılması haqqında 904 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə Azərbaycan Əczaçılar İttifaqına Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində “Dərman bitkilərinin tədarükü və istehsalı” üçün zavod layihələşdirilməsinə və tikintisinə 10000 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən dərman bitkilərinin tədarükü və istehsalı zavodu üzərində Azərbaycan Əczaçılar İttifaqının mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmış və Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. X9 tərəfindən inşa olunmuş “Ülvi” şadlıq evinin müəyyən hissəsi, iddiaçının mülkiyyətində olan əmlakının yerləşdiyi torpaq sahəsinə müdax ilə olunmaqla inşa olunduğundan, tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-222/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”nın cavabdehlər X9 və X7 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində qanunsuz tikililərin sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin qeyd-şərtsiz təhvil verilməsi” tələbinə dair iddia və qətnamədən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Kassasiya şikayəti isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)5699M9 nömrəli Qərarı ilə təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh X4 nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində iddia tələbinin dəlillərinin əsassız olması ilə əlaqədar göstərmişdir ki, “iddiaçı tikintiyə mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim etsə də, cavabdehin də həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcuddur. Lakin hər iki sənəd hər hansı bir formada məhkəmə mübahisəsinin predmeti deyildir.” Bununla əlaqədar işə yenidən apellyasiya qaydasında baxılarkən nəzərə alınmalıdır ki, torpaq sahəsinə (daşınmaz əmlaka) mülkiyyət hüququnun əldə edilməsi üzrə əqdlər “mücərrəd" əqdlərə aid olmayıb,"hüquqi əsası olan” əqdlərə aiddir. Buna görə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə sonradan hüquqi əsas olmadan həmin torpaq sahəsinin bir hissəsinə başqa şəxsin adına qeydiyyatı təsdiq edən çıxarış verilməsi həmin hissədə öz-özlüyündə etibarsız olduğundan onun məhkəmə qaydasında mübahisələndirilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Buna görə işə yenidən baxılarkən iddiaçının iddia tələbinə Mülki Məcəllənin 157-ci və digər maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-193/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelly asiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı Azərbaycan Əczaçılar İttifaqına məxsus olan Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 10000 kv.m torpaq sahəsindən cavabdeh X9 tərəfindən zəbt olunmuş 472 kv.m torpaq sahəsi cavabdeh X9 tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Əczaçılar İttifaqına təhvil verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması haqqında 904 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı ilə Azərbaycan Əczaçılar İttifaqına Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində “Dərman bitkilərinin tədarükü və istehsalı " üçün zavod layihələşdirilməsinə və tikintisinə 10000 kv.m torpaq sahəsi ayrılmışdır. 25 avqust 1994-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsinin şimal qərb hissəsində Dərman bitkilərinin tədarük və istehsal zavodu tikintisi üçün torpaq sahəsi ayrılmasına dair 9373 nömrəli inşaat pasportu təsdiq edilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsi, Y.Əliyev küçəsində yerləşən Azərbaycan Əczaçılar İttifaqına məxsus qeyri-yayış sahəsinə dair texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsi nin ölçüsü 10000 kv.m və ümumi tikinti altı sahənin 1619,1 kv.m təşkil etməsi göstərilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən dərman bitkilərinin tədarük və istehsalı zavodunun Azərbaycan Əczaçılar ittifaqının mülkiyyətində olması barədə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 5/23 nömrəli razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0, 15 ha torpaq sahəsi icarə əsasında X3 istifadəsinə verilmiş, xx.xx.2004-cü il tarixli 11463 saylı inşaat pasportu əsasında xx.xx.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi bağlanmışdır. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində həmin 0,15 ha (1500 kv.m) ölçüdə olan torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan məişət evinin eskiz layihəsi razılaşdırılmışdır. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı və xx.xx.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi ilə X5 məişət evinin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 1590 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərti b edilmişdir. ünvan 2 ünvanında yerləşən, 3024,2 kv.m-dən ibarət qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyətinə verilmişdir. X2 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindən isə daha dəqiq müəyyən edilmişdir ki, cavabdeh X5 məxsus tikilinin 549 kv.m (208 kv.m. + 341 kv.m = 549) sahəsi, o cümlədən 472 kv.m yola düşən sahə iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin nəzərə almır ki, cavabdeh X9 faktiki isifadəsində olan torpaq sahəsinin ölçüsü 0,15 ha (1500 kv.m) deyil, 3860 kv.m təşkil edir. Beləliklə, iddiaçıya məxsus torpaq sahəsinin cəmi 1021 kv.m hissəsi cavabdeh X9 tərəfindən zəbt edilib, həmin sahənin 549 kv.m hissəsində həmin cavabdehə məxsus qeyri-yaşayış sahəsi yerləşir, 472 kv.m hissəsindən isə yol kimi istifadə olunur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən cavabdeh X9 tərəfindən zəbt olunmuş və onun qanunsuz sahibliyində olan 472 kv.m olan torpaq sahəsinin boşaldılaraq ona təhvil verməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab etmişdir ki, qalan hissədə iddia təmin edilə bilməz. Belə ki, cavabdeh X9 tərəfindən inşa olunmuş tikili (şadlıq sarayı) onun mülkiyyətindədir və həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə görə Mülki Məcəllənin 180.4-cü maddəsinin mənasında özbaşına tikili hesab edilə bilməz. Eyni zamanda həmin tikiliyə dair daşınmaz əmlakın dövlət r eyestrində aparılmış qeydiyyat inzibati qaydada mübahisələndirilməyib və bu məsələyə hüquqi qiymət verilməsi hazırki məhkəmənin səlahiyyətinə aid deyildir. Bu baxımdan kollegiya hesab etmişdir ki, cavabdeh X9 tərəfindən inşa edilən və hazırda onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (şadlıq sarayının) 549 kv.m hissəsinin qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi müəyyən edilsə də, hazırki işdə həmin tikilinin sökülməsi iddiası təmin edilə bilməz. Eyni zamanda kollegiya izah etmişdir ki, qeyd olunan nəticə iddiaçı tərəfindən cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi və həmin iddia təmin olunduğu təqdirdə yeni əsasla hazırki iddianın irəli sürməsinin qarşısını almır.

13. Birinci ins tansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikiti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/3397 nömrəli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, xx.xx.2007-ci il qeydiyyat tarixli, 000246 qeydiyyat nömrəli Şəhadətnamə ilə X5 ayrılmış torpaq sahəsi ilə xx.xx.2002-ci il qeydiyyat tarixli, 001261 qeydiyyat nömrəli Şəhadətnamə və xx.xx.2002-ci il tarixli, 001722 nömrəli texniki pasporta əsasən “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.(ara sərhəddi daş hasarlıdır). Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tari xli, 115 saylı Sərəncamı ilə X5 ayrılmış torpaq sahəsi ilə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 904 saylı Sərəncamı ilə “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi yuxarıda qeyd olunan texniki pasporta nəzərən üst-üstə düşmür (“Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.1994-cü il tarixli 94/347 nömrəli AKT-da (cizgidə) dəqiq istinad nöqtələri və məsafələri qeyd olunmamışdır). Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 904 saylı Sərəncamı ilə “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixli, 000246 qeydiyyat nömrəli Şəhadətnamə ilə X5 ayrılmış torpaq sahəsi üst- üstə düşmədiyi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü i l tarixli, 115 saylı Sərəncamı ilə X5 ayrılmış torpaq sahəsi ilə, xx.xx.2002-ci il tarixli, 001261 qeydiyyat nömrəli Şəhadətnamə ilə “Azərbaycan Əczaçılar İttifaqına ayrılmış torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-416/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 adına ünvan 2 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin, xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, 549 kv.m. hissəsində, yəni 208 kv.m «Ülvi» şadlıq sarayına aid hissəsində və 341 kv.m. «Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sah əsinə aid hissəsində, eləcə də hazırkı məhkəmə icraatı zamanı qeyd olunan daşınmaz əmlak üzərində cavabdeh tərəfindən aparılmış hərəkətlərin əsassız olmaqla, aparılmış sənədləşdirilmələrin ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılmasına dair qərar çıxarılması hissəsində iddia mümkün sayılmamışdır.

15. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 2-1(112)-416/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı «Azərbaycan Əczaçılar İttifaqı» cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X3 adına ünvan 2 ünvanında yerləşən məişət evinə (ümumi sahəsi 3024,2 kv.metr) dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin ləğv olunmasına dair iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında X3 istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndində qeyd edilmişdir ki, Sabunçu rayonu, Y.Əliyev (keçmiş Gürcüstan) küçəsi, 2595-ci məhəllədə «Natiq» firmasına avtomobil dayanacağının təşkili üçün 0,79 ha torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 06.05.93-cü il tarixli, 818 saylı bəndi ləğv edilsin. Göründüyü kimi 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair torpaq ayırma ilə bağlı ilkin hüquq müəyyənedici sənəd Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 818 saylı sərəncamı olmuşdur. İddiaçı “Əczaçılar İttifaqı”na ayırılmış torpaq sahəsi isə xx.xx.1994-cü il tarixli, 904 nömrəli Sərəncamla rəsmiləşdirilmişdir. Qeyd edilən sənədlərə əsasən torpaq sahəsi 3-cü şəxslərə iddiaçı “Əczaçılar İttifaqı”ndan əvvəl ayrıldığı müəyyən olunur.

17. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X5 Bakıxanov qəsəbəsi,Y.Əliyev küçəsində məişət evinin tikintisi üçün 0,15 ha torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11463 nömrəli İnşaat pasportu verilmişdir. İnşaat pasportundan görünür ki, ayrılan sahəni əhatə edən ərazi şimaldan və şərqdən boş sahə ilə, cənubdan Y.Əliyev küçəsi ilə, qərbdən isə “Qaraxan” firması ilə əhatə edildiyi göstərilmişdir.

18. Məhkəmə tərəfindən mövcud sualların cavablandırılması və ziddiyyətli halların aradan qaldırılması üçün 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikiti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyində qeyd edildiyi kimi Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi ilə X5 ayrılmış torpaq sahəsi üst- üstə düşmədiyi müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən göstərilən ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edilən ekspert rəyini mötəbə r sübut hesab edərək qeyd edilən torpaq sahələrinin üst-üstə düşməməsi barədə qənaətə gəlmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Belə ki, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə, hüquqi nəticələrinə iş üzrə riayət olunmuş və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi iddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”dan daha əvvəl ayrıldığından, ekspert rəyinə əsasən hər iki şəxsə məxsus daşınmaz əmlakla rın yerləşdiyi torpaq sahələri üst-üstə düşmədiyindən, üçüncü şəxsə müvafiq şəhadətnamə verilərkən cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğu məhkəmə tərəfindən müəyyən olunmadığından iddia əsassızdır və təmin edilə bilməz.

20. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və M.N.Tağızadə) 04 aprel 2024-cü il tarixli, 21(103)-973/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış vəhesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

24. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olmuş və hazırda da dövlət mülkiyyətində olmaqla, dövlət reyestrində qeydi dəyişdirilməmişdir. Deməli, üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olduğu halda, məhkəmə hər hansı bir sübuta əsaslanmadan, əsassız olaraq, həmin torpaq sahəsinə mülkiyyət hüququ tanımışdır. Bundan başqa, məhkəmə bir tərəfdən üçüncü şəxsə ayrılmış torpaq sahəsinin əsası kimi- Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamını qeyd edir, digər tərəfdən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993cü il tarixli sərəncamının 818 saylı bəndinin ləğv edilməsini əsas tutaraq, torpaq sahəsinin üçüncü şəxsə iddiaçı “Əczaçılar İttifaqı”ndan əvvəl ayrıldığını müəyyən edir. Bu halda məhkəmə 2004-cü ilin 1994-cü ildən öncə gəlməsində səhvə yol vermişdir. Məhkəmə işdə cavabdeh olan inzibati orqanın mütəxəssis rəyinə əsaslanan ekspert rəyinə istinad etmişdir. Eyni zamanda, mütəxəssislərin mübahisəli ərazidə olması da iş üzrə sübut olunmur. Məhkəmə qərardadı ilə, ekspertizanın keçirilməsi mübahisəli ərazidə "GPS" elektron ölçü aparatına malik cavabdehin mütəxəssisinin iştirakı ilə deyil, tərəflərin, yəni iddiaçının nümayəndəsinin də iştirakı təmin olunmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməli idi. Lakin, nə məhkəmə, nə Məhkəmə Ekspertizası Mərkəzi, nə də cavabdeh tərəfindən ekspertizanın keçirilməsi günü və saatı barədə hər hansı bir məlumat verilməmişdir. Eləcə də, ekspertizanın keçirilməsinin günü və saatı barədə EMİS-də də hər hansı bir vəsatət və ya məlumat yoxdur. Əksinə, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tədqiqat obyektinə texniki baxış və inventarlaşdırma işlərinin a parılması mümkün olmamışdır. Digər tərəfdən, mütəxəssisin mütəxəssis rəyindəki yazılarda da, həmin şəxsin mübahisəli ərazidə olması barədə hər hansı məlumat qeyd olunmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN H ƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası kassasiya şikayətini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən – apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.

31. Məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayət inin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Məhkəmə kollegiaysı qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamının mətnindən aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün icarə əsasında X3 istifadəsinə verilmiş 0,15 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 06.05.93-cü il tarixli, 818 saylı sərəncamı ilə Sabunçu rayonu, Y.Əliyev (keçmiş Gürcüstan) küçəsi, 2595-ci məhəllədə «Natiq» firmasına avtomobil dayanacağının təşkili üçün ayrılmış 0,79 ha torpaq sahəsinin bir hissəsidir. Göründüyü kimi 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair torpaq ayırma ilə bağlı ilkin hüquq müəyyənedici sənəd Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 818 saylı sərəncamı olmuşdur. İddiaçı “Əczaçılar İttifaqı”na ayırılmış torpaq sahəsi isə xx.xx.1994-cü il tarixli, 904 nömrəli Sərəncamla rəsmiləşdirilmişdir. Buna görə də, məhkəmələr haqlı olaraq hesab etmişdirlər ki, 3-cü şəxsə ayrılmış torpaq sahəsi iddiaçıya torpaq sahəsindən daha əvvəl ayrılan torpaq sahəsidir.

33. Həmçinin i ş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı və 3-cü çəxsin hüquqmüəyyənedici sənədlərində göstərilmiş torpaq sahələri üst-üstə düşmür, torpaq sahəsəri arasında hasar mövcuddur.

34. İddiaçı məhkəmə ekspert rəyinin mötəbərliyini kassasiya şikayətində mübahisələndirsə də, məhkəmə kollegiyası bu barədə dəlilləri əsassız hesab edir. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər eh timal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında da qeyd olunduğu kimi, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

36. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

37. Hazırki mübahisə üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üçüncü şə xsin adına dövlət qeydiyyatına alınmış torpaq sahələrinin üst-üstə düşməməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır.

38. İddiaçı o zaman hazırkı məzmunda iddia qaldırmaq hüququna malik olardı ki, ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi barədə mötəbər sübutlar mövcud olsun. Belə olan halda, İPM-in 35-ci maddəsində nəzərdə tutulmuş iddianın ümumi mümkünlük şərti (cavabdeh inzibati orqanın üçüncü şəxsin hüquqlarını dövlət qeydiyyatına alması ilə bağlı hərəkəti nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması) ödənilmir. İddiaçının hazırkı tələbinə mahiyyəti üzrə baxılması üçün ilkin olaraq, onun bu məzmunda iddia qaldırmağa subyektiv hüququ olmalıdır. Bu (subyektiv) hüququn sahibi olmay an şəxsin iddiasına mahiyyəti üzrə baxılıb, iddianın əsaslılığına qiymət verilməsi mümkünsüzdür. İPM-in 35-ci maddəsində nəzərdə tutulmuş ümumi mümkünlük şərti ödənilmədiyindən, iddiaçının hazırkı məzmunda iddia qaldırmaq üçün subyektiv hüququ istisna edilir.

39. Buna görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı prosessual hüquq normalarının tələbləri pozulduğundan kassasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(103)-973/2 024 nömrəli qərarı ləğv edilsin. İddiaçı «Azərbaycan Əczaçılar İttifaqı» cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X3 adına ünvan 2 ünvanında yerləşən məişət evinə (ümumi sahəsi 3024,2 kv.metr) dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin ləğv olunması tələbinə dair iddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar