Məhkəmə qərarları › İş №2-1(102)-2109/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2109/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2109/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqana qarşı doğum akt qeydində düzəliş edilməsi barədə iddianın mümkünsüzlüyü; məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi, doğum haqqında yeni şəhadətnamənin verilməsi” tələbin ə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 avqust tarixli 2-1(103)-1430/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində ata adının “Vyaçeslavovna, Vyaçeslav”-dan “Slavikovna, Slavik”-ə düzəliş edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 29 yanvar tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, doğum haqqında akt qeydində iddiaçının atasının adına düzəliş edilməsi üçün kifayət qədər əsaslar, həmçinin iddiaçının şəxsiyyətini təsdiq edən sənəd, yəni şəxsiyyət vəsiqəsi olmadığından müvaf iq düzəlişin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 25 fevral tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və atasının adının “Slavik” olmasını təsdiq edən sənədlər – “atası ilə anasının nikahının pozulması haqqında şəhadətnamə”, “atasının ölümü haqqında şəhadətnamə” və “bacısının doğum haqqında şəhadətnaməsi” əsasında Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 1985-ci il tarixdə 517 saylı aktla qeydə alınmış doğum akt qeydindəki səhvlərin düzəldilməsi (atasının adının “Slavik” ata adının “Slavikovna” kimi yazılmasının təmin edilməsi), yeni düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsi və yeni dəyişikliklər əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, xx xxxx 1985-ci il tarixli X-İQ seriyalı 474224 nömrəli doğum haqqında şəhadətnamədə onun atasının adı “Slavik”, onun ata adı isə “Slavikovna” kimi qeyd edilmişdir. xx xxxxxx 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edib. Bundan sonra o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə t əmin olunmaq üçün yaşayış yeri üzrə Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinə müraciət etmiş, lakin onu şəxsiyyət vəsiqəsi ilə təmin etmək mümkün olmamışdır. Bundan sonra o, doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, sonuncu bundan imtina etmiş, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə onun iddia tə ləbini təmin etmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi xx xxxxxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu tarixli qərarı əsasında ona doğum haqqında təkrar şəhadətnamə vermişdir. Doğum haqqında təkrar şəhadətnamə ona təqdim olunanda təkrar şəhadətnamədə səhvlərin olduğunu - atasının adının “Vyaçeslav”, onun ata adının “Vyaçeslavovna” kimi qeyd edildiyini görmüşdür.

5. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-3607/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmaması ilə bağlı olduğundan həmin tələbə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün hesab edilərək işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 avqust tarixli 2-1(103)-1430/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün hesab edilərək işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, iddia tələbinə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilərdi ki, doğum akt qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar mövcud olmasın və bu səbəbdən də doğum akt qeydinin düzgün olmamasının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac yaransın. Lakin iş materiallarından görünür ki, doğum akt qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar var.

12. İddiaçı öz mövqeyinin hüquqi əsası kimi “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydala rını müəyyən edən Əsas Müddəalar”ın 1.1, 1.2, 1.4.-cü bəndlərinə, Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə istinad etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı vəkilinin çıxışında göstərilənləri təsdiq edərək şikayətin təmin olunmasını xahiş etdi.

14. Cavabdeh işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Prosessual Məcəllə: Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunl a onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır:... 305.1.7. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında;... Maddə 339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Maddə

340. Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göst ərilməlidir. Maddə

341. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır.

16. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının t əqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. İPM-in 2.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən o halda həyata keçirilir ki, mübahisənin qanunla başqa aidiyyət qayd ası müəyyən edilməmiş olsun.

21. MPM-in yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında” işlərə xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır.

22. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi qeydin düzəldilməsinə və ya dəyişdirilməsinə əsas olan sübut əhəmiyyəti kəsb edir. Həmin icraat qaydasına o hallarda müraciət olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında hüquqi faktlara (doğum, nikah, boşanma, övladlığa götürmə və s.) dair aparılmış qeydlərdə yanlışlığa, səhvlərə yol verilmiş olsun və müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığı (səhvi) düzəltməkdən imtina et sin (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmadığını müəyyən etmək üçün qeydiyyat orqanın sərəncamında mübahisəsiz sübutların olmaması səbəbi ilə). Bu halda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmadığı məhkəmə qaydasında müəyyən edilir.

23. Hazırkı işdə də vəziyyət, məhz belədir. Buna görə də, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya aid qeydlərin düzgün olmadığı mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2020-ci il 27 avqust tarixli 2-1(103)-1430/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar