Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2109/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “ərzaq əvəzi pul kompensasiyasının dövlət pərakəndə satış qiymətlərinə uyğun müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 4 may 2023-cü il tarixli, 2-1(103)-2093/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ərzaq payı əvəzinə verilən pul kompensasiyasının dövlət pərakəndə satış qiymətlərinə uyğun müəyyən olunmasına dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 8 dekabr 2022-ci il tarixli 2-1(112)-12637/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli 2-1(112)-12637/2022 nömrəli qərardadının ləğv o lunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 4 may 2023-cü il tarixli, 21(103)-2093/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli 2-1(112)-12637/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-2093/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 2-1( 103)-2093/2023 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmişdir.
7. Məhkəmənin 18 may 2023-cü il tarixli qərardadı icra edilərək xx.xx.2023-cü il tarixli, 000075 nömrəli vəkil orderi əsasında iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardın göstərmək üçün “Kiçikbəyov və partnyorları” Vəkil bürosunun vəkili Vəkil təyin edilmişdir.
8. İddiaçı xx.xx.2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
9. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı vəkil tutmaq imkanı olmadığı üçün ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə dövlət hesabına vəkil ayrılmas ı üçün müraciət etmiş, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 2-1(103)-2093/2023 nömrəli qərardadından kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gün dən başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə
90. Kassasiya şikayəti vermək hüququ... 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icra atla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul et məkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
12. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. Hazırkı işin materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil xx.xx.2023-cü il tarixdə təyin edilmiş, lakin kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə, yəni qərardadda n kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra e-məhkəmə portalına yerləşdirilmişdir.
14. İddiaçı və onun vəkili prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.
15. İddiaçı vəsatətdə dövlət hesabına vəkil ayrılması ilə bağlı müraciət etdiyi üçün məhkəmə qərardadından qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilməsini n mümkün olmadığını qeyd etmişdir.
16. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, iddiaçının vəsatətdə istinad etdiyi xüsusatla bağlı qeyd olunmalıdır ki, ona dövlət hesabına vəkil xx.xx.2023-cü il tarixli, 000075 nömrəli vəkil orderi əsasında təyin edilmişdir və İPM-in 94.1-ci maddəsində müəyyən edilən 10 (on) günlük prosessual müddət vəkil təyin edildiyi (vəkil orderi yazıldığı) vaxtdan hesablandıqda belə, kassasiya şikayətinin 10 (on) gün ərzində deyil, 25-ci gün verdiyi müəyyən edilir. İddiaçı qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi ilə bağlı məhkəməyə digər üzrlü səbəblərin olması barədə hər hansı sübut təqdim etməmişdir.
17. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmi n müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə almaq lazımdır ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmadığı, müddətin buraxılması səbəbinin aradan qaldırılması şəxsin iradəsi xaricində olduğu hallarda üzrlü sayıla bilər.
18. Hazırkı iş üzrə iddiaçının qanunla müəyyən edilmiş müddətdə kassasiya şiklayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
20. Göstərilənlərə əsasən, məhkəmə kollegiyas ı QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 21(103)-2093/2023 qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.