Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-211/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinəqarşı iş üzrə QƏRAR (açar sözlər: “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəl ov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2197/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə İnzibati-İqtisadi Məhkəməsinə müraciət e dərək, onun 2017ci ildən qeydiyyatda olmaqla faktiki 1996-cı ildən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon, XXX binanın, 87-ci mənzilinin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 298 saylı,xx.xx.2018-ci il tarixli sərəncam əsasında ona verildiyini, həmin mənzilə dair 1996-cı il tarixli kirayə müqaviləsinin bağlandığını, mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini, sonuncu, xx.xx.2019-cu il tarixli məktubla Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 298 nömrəli, xx.xx.2018-ci il tarixli mənzilə dair kirayə müqaviləsinin onunla bağlanması haqqında sərəncamının xx.xx.2018-ci il tarixdə verildiyinə və 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələrinin mülkiyyətə deyil, yalnız istifadəyə verilə bildiyinə istinad etməklə, müraciətdən imtina etdiyini, 1996-cı ildən həmin mənzildən istifadə etdiyini bildirərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, xxx evin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,09 kv metr, o cümlədən yaşayış sahəsi 75,99 kv metr olan 87 nömrəli mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)1828/2019 saylı qərarı ilə iddia tə ləbi təmin edilərək, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, xxx evin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,09 kv metr, o cümlədən yaşayış sahəsi 75,99 kv.metr olan 87 nömrəli mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur(hakim – M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2197/2019 saylı qərarı ilə (sədrlik edən S.S.Seyidova, hakimlər V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının qüvvədə saxlanılmasıbarədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 298 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamında kirayə müqavi ləsinin hansı əsaslarla 1996-cı ildən bağlanmış olduğu göstərilmiş, buna görə də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx xxxxxx 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun normalarının tətbiq edilməsi tamamilə əsaslıdır. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91 -ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2197/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 298 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-ci mikrorayon, xxx binanın 87-ci mənzilində 1996-cı ildən qeydiyyatsız olaraq, 2017-ci ildən isə qeydiyyata alınmaqla yaşayır, həmin sərəncamla Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, xxx binanın 87-ci mənzili xxx oğlunun daimi istifadəsinə verilmiş, sərəncamın 2-ci bəndinə görə isə həmin mənzilə dair İddiaçı ilə kirayə müqaviləsi 1996-cı ildən bağlan mış hesab edilmiş, iddiaçının qızı X1, oğlu X2, arvadı xxx qızının notariat qaydasında təsdiq edilmiş ərizələrinə əsasən onlar qeyd olunan mənzilin iddiaçının adına sənədləşdirilməsinə razılıq vermişlər, mənzildə xxx, X3, X5, xxx, X4 qeydiyyatdadır, Binəqədi rayon məhkəməsinin 2(001)-2093/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlər xxx Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, xxx evin 87 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmiş, cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması qət edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-ci mikrorayon, xxx binanın 87-ci mənzilinin yaşayış sahəsi 75,99 kv metr, ümumi sahəsi isə 96,09 kv.metr təşkil edir, bina 1978-ci ildə inşa edilmiş, iddiaçı, həmin mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu, xx.xx.2019-cu il tarixli məktubla Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 298 nömrəli, xx.xx.2018-ci il tarixli mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanması haqqında sərəncamının xx.xx.2018-ci ildə verildiyinə, 2009-cu ilin oktyabrın 1dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələrinin mülkiyyətə deyil, yalnız istifadəyə verilə bildiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, hazırki iddia tələbinə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbayca n Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunun normaları tətbiq edilə bilməz, belə ki, iddiaçı müvafiq mənzilin 1996-cı ildə onun istifadəsinə hansı əsasla verildiyini sübuta yetirməmiş, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 298 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, xxx binanın 87-ci mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin 1996-cı ildən bağlanmış hesab edilməsi göstərilsə də, həmin sərəncamın verilmə əsası, yəni kirayə müqaviləsinin hansı əsasla 1996-cı ildən bağlanmış hesab edilməsi qeyd edilməmiş, iddiaçı, mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmiş, beləliklə, cavabdehin imtinası qanuni və əsaslı olmaqla, iddiaçının hüquqlarının poz ulmasına səbəb olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyi natlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məcəllənin 146.3-cü maddəsinə əsasən bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüqu qların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişd ir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzildən rayon icra hakimiyyətinin xx.xx.2018-ci il tarixli sərəncamına qədər hər hansı qanuni əsaslar olmadan istifadə etdiyini, Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmədiyini, beləliklə, cavabdehin imtinasının qanuni və əsaslı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət ə sassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)2197/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2 197/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-211/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-211/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver