Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-211/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı MMC-nin oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1965/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış 110 nömrəli 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ASC xaricdə turizmin inkişafı (otellərin bron edilməsi) məqsədi ilə MMC-yə 2.500.000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin müddəti 14 iyun 2019-cu ilədək müəyyən edilmişdir. 2. "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış 110/1 nömrəli 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ASC xaricdə turizmi n inkişafı (otellərin bron edilməsi) məqsədi ilə MMC-yə 6.000.000 manat məbləğində kreditin verməsini öhdəsinə götürüb. Kredit müqaviləsinin müddəti 02 iyul 2019-cu ilədək müəyyən edilmişdir. 3. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 2.500.000 və 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 6.000.000 manat məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılması təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. "xxxx" MMC-nin xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu X30 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1157,9 m2 (3- cü mərtəbə və 6-cı mərtəbə restoran) hissəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 12.500.000 manat məbləğində qiymətləndirilmişdir.
4. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə Qərarında MMC-nin bankdan götürdüyü kreditləri müəssisənin satışdankənar gəliri kimi qiymətləndirmiş və vergi orqanı turizmin inkişafı üçün götürülmüş 8.472.500,00 manat (ümumi 8.500.000,00 manat kredit məbləğindən 27.500,00 manat bank faizi çıxılmaqla) kreditin geri qaytarılması ilə bağlı hər hansı bir ödənişin olmamasını əsas gət irərək kredit borcunu vergiyə cəlb etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinə (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X28 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış vergi borclarının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia çı tələbini belə əsaslandırmışdır ki, səyyar vergi yoxlaması 10 aprel 2018-ci il tarixdə təyin olunmasına baxmayaraq, 1,8 il müddətində başa çatdırılmışdır və nəzərə alınsa ki, müəssisə sadələşdirilmiş vergi ödəyicisidir, bu hal çox təəccüblü və Vergi Məcəlləsinin tələblərinə tamamilə ziddir. Bu 1,8 il ərzində vergi orqanı tərəfindən yoxlama dəfələrlə müxtəlif səbəblər göstərilməklə təxirə salınmış, uzadılmış, yoxlamanın nəticələrinə dair 20 may 2019-cu il tarixli **********150051 №-li akt tərtib edilmiş və müəssisəyə təqdim olunmuşdur. Aktda göstərilənlərin qərəzli və Vergi Məcəlləsinin tələblərinə zidd olduğu haqda 17 iyun 2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X28 Departamentinə müraciət edilmiş və bundan sonra akt ləğv edilərək, əlavə yoxlama tədbirləri həyata keçiri lməsi haqqında qərar qəbul olunmuş və nəhayət aktın tərtib olunma müddəti artırılmışdır. 11 oktyabr 2019-cu il tarixdə İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş 04 oktyabr 2019-cu il tarixli **********150051 №-li yeni akt poçt vasitəsilə müəssisəyə daxil olmuşdur. Yəni aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt yoxlayıcı tərəfindən, Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə zidd olaraq, müəssisənin rəhbərliyinə təqdim olunmadan, müəssisənin rəhbərliyinin aktın nəticələri ilə razı olub-olmadığını müəyyən etmədən, bu barədə aktda müvafiq qeydlər aparılmadan, aktın poçt vasitəsi ilə müəssisənin hüquqi ünvanına göndərilməklə kifayətlənmişdir. İddiaçı hesab edirik ki, bu kimi pozuntular vergi ödəyicisinin qanuni hüquqlarını pozmu şdur. Eyni zamanda, təqdim olunmuş kredit müqaviləsinə əsasən İddiaçı MMC-nin "xxxx"ASC-dən götürdüyü 8.450.000 manat kredit məbləği, İddiaçı MMC ilə "xxxx" ASC-nin qarşılıqlı surətdə asılı şəxslər olduğu, İddiaçı MMC tərəfindən həmin məbləğin Türkiyə Respublikasına müvafiq müəssisəsinə ödənilmədiyi və eləcə də, müəssisə tərəfindən götürülmüş kreditin qaytarılmaması haqqında heç bir hüquqi əsası olmayan mülahizələr əsas gətirilərək həmin kredit məbləği müəssisənin gəlirlərinə aid edilmişdir. Qeyd edilməlidir ki, vergi tutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslərin müəyyən edilməsi Vergi Məcəlləsinin 18-ci maddəsinin müddəalarına əsasən müəyyən olunur. Həmin maddədə müəssisənin hüquqi ünvanının digər vergi ödəyicisinin təsisçisinin atasına məxsus olan əmlakda olması müddəası yoxdur. Yoxlama zamanı qarşılıqlı surətdə asılı olan şəxslər müəyyən edilərkən heç bir hüquqi əsası olmayan mülahizələrə yol verilmişdir. Eyni zamanda, İddiaçı MMC-nin hüquqi ünvanı olan yaşayış evinin mülkiyyət sənədlərinə əsasən həmin əmlakın sahibinin Vəkilov İsa Teymur oğlu olduğu haqda aktda göstərilənlərin də hüquqi əsası yoxdur. Vergi tutma məqsədləri üçün hüquqi şəxsin gəlirləri Vergi Məcəlləsinin 9 və 10-cu fəsillərinin müddəalarına əsasən müəyyən olunur. Bu fəsillərə aid olan maddələrdə müəssisənin aldığı, qaytara bilmədiyi və müvafiq qaydada qaytarılması tələb olunan kreditlərin müəssisənin gəlirlərinə aid edilməsi nəzərdə tutulmamışdır. Aktda müəssisənin gəlirləri müəyyən edilərkən heç bir hüquqi əsası olmayan mülahizələrə yol verilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etira z təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə “X19 İnşaat Tic.A.S.” Şirkəti arasında bağlanılmış 01 iyun 2016-cı il tarixli “Satış və kullanım hakkı sözləşməsi”nə əsasən İddiaçı MMC-nin direktoru tərəfindən “X19 İnşaat Tic.A.S.” şirkətinə 02.07.2016-cı il tarixində 2.450.000 manat və 04 iyul 2016-cı il tarixində 6.000.000 manat, ümumilikdə 8.450.000 manat məbləğdə pul vəsaitinin Bakı şəhərində nağd qaydada təhvil verilməsi barədə “Təhvil-Təslim aktı” imzalanmış və təhvil verilmişdir. Lakin “X19 İnşaat Tic.A.S.” şirkətinin nümayəndəsinin Azərbaycan Respublikasının dövlət sərhədini keçmədiyi, yəni 2016-cı il ərzində Azərbaycan Respublikasında olmadığı müəyyən olunmuşdur. Həmçinin, turizmin inkişafı üçün götürülmüş 8.450.000 manat kreditin geri qaytarılması ilə bağlı hər hansı bir ödəniş olmamışdır. Ayrılmış kredit məbləğinin istifadəsi ilə bağlı iddiaçı MMC tərəfindən “X19 İnşaat Tic.A.S.” şirkətinin nümayəndəsinin ölkə ərazisində otelin alınması üçün ödənilən məbləğin öz təsdiqini tapmadığı, həmin məbləğin Türkiyə Respublikasına köçürülməsinin hər hansı təsdiqedici sənədi olmadığı və kreditin qaytarılması ilə bağlı hər hansı bir ödənişin olmadığı müəyyən edilmiş və həmin məbləğ müəssisənin gəliri kimi götürülmüşdür. Nəticədə, iddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 13, 104-cü maddələri və Mülki Məcəllənin 18-ci fəslinin müddəalarına pozulmuş və kredit vəsaiti müqavilələrə əsasən otellərin “bron edilməsi” məqsədilə verilsə də, faktiki olaraq xaricdə əmlak (otel) alılnmasına xərclənərək, alınmış kreditin təyinatı üzrə istifadə edilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2021 nömrəli 24 may 2021-ci il tarixli qərarı ilə (hakim Aytən Oruczadə) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xaricdə turizmin inkişafı məqsədilə kredit götürsə də, həmin kreditin təyinatı üzrə istifadə edilməsi iş materialları ilə sübut olunmur. Eyni zamanda, kredit məbləğinin qaytarılması ilə bağlı da hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, Vergi Məcəlləsinin 13, 104-cü maddələri və Mülki Məcəllənin 18-ci fəslinin müddəalarına istinad edərək vergi orqanı tərəfindən iddiaçının "xxxx" ASC-dən alınan kreditlərin satışdankənar gəlirlərə aid edilərək 8.472.500,00 manatın (ümumi kredit məbləğindən bank faizi çıxılmaqla) 2019-cu il üzrə mənfətt vergisinə cəlb edilməsi əsaslı olmuşdur.
10. H əmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1965/2021 nömrəli qərarına əsasən (sədrlik edən Səadət Bəktaşi, hakimlər Mirzə Tağızadə və Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(112)-459/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 23 oktyabr 2020-ci il ta rixli **********141010 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi və qərara əsasən hesablanmış vergi borclarının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbi təmin edilmişdir.
12. Məhkəmə kollegiyası 110 saylı 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 2.500.000 manat götürülmüş kreditə münasibətdə qeyd etmişdir ki, həmin kredit borcu MMC-nin satışdankənar gəliri kimi hesab oluna bilməz. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2021 saylı 03 mart 2021-ci il tarixli qətnamənin surətindən görünür ki, cavabdeh İddiaçı MMC-dən 14 iyun 2016-cı il tarixli 110 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 2.500.000 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 383.657,75 manat faiz borcu, 179.690,84 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 95.138,28 manat borc olmaqla, cəmi 3.158.486,87 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir.
13. Göründüyü kimi, vergi orqanının MMC-nin satışdankənar gəliri kimi hesab etdiyi 2.500.000 manat kredit borcunun tutulması barədə artıq məhkəmə qətnaməsi mövcuddur.
14. Digər müqavilə üzrə götürülmüş 6.000.000 manatla bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş m ateriallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 02 iyul 2019-cu ilədək müəyyən edilmişdir. Hazırkı iş üzrə iddia müddəti isə müqavilənin müddəti başa çatdıqdan 3 il sonra, yəni 02 iyul 2022-ci il tarixində başa çatır.
15. Kreditin tələb olunma müddəti qanunvericiliyə müvafiq 02.07.2022-ci il tarixində başa çatdığından iddia müddəti keçməmişdir. Həmçinin, Əmanətlərin Sığortalanması Fondu borcdan imtina etməmiş və 6.000.000 manat üzrə bağlanmış kredit müqaviləsi üzrə borcu tələb edir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 2.500.000 manat və 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 6.000.000 manat məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılması təminatı kimi müqavilədə qeyd olunan qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, qeyd olunan kredit müqavilələri üzrə tələb olunan borc satışdankənar gəlir kimi hesab oluna bilməz.
16. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1965/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh hesab edir ki, apellyasiya instansiya məhkəməsinin tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Belə ki, məhkəmənin mövqeyinə görə iddiaçının hüquqi ünvanında yerləşən yaşayış evinin "xxxx" ASC-nin təsisçisi Vəkilov Müşfiq İsa o ğlunun atası Vəkilov İsa Teymur oğluna məxsus olması onlar arasında hər hansı qarşılıqlı surətdə asılılıq olmasını müəyyən etmir. Məhkəmə sözügedən şəxslərin qohumluq münasibətlərini və şəxslərin üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olduqlarını nəzərə almamışdır. İddiaçının hüquqi ünvanının "xxxx" ASC-nin təsisçisinin yaxın qohumuna məxsus olan daşınmaz əmlakda yerləşməsi və alınmış kreditin Türkiyə Respublikasında otelin alınması üçün “X19 İnşaat Tic. A.S.” şirkətinə təqdim edilməsinin nəzərdə tutulması təsadüfi deyil, konkret məqsədli addımlardır. Belə ki, qeyd edildiyi kimi iddiaçının hüquqi ünvanı "xxxx" ASC-nin təsisçisinin yaxın qohumuna məxsus daşınmaz əmlakda yerləşməsi, daşınmaz əmlakın sahibinin, eyni zamanda, “X19 İnşaat Tic.A.S.” şirkətində 50 faiz paya sahib ol an şəxsin atasının olması Vergi Məcəlləsinin 18.2.3-cü maddəsinə əsasən şəxslərin üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olmasına mesajdır.
18. Həmçinin, sözügedən kredit müqavilələri üzrə borcun təminatı kimi "xxxx" ASCnin təsisçisinin atası Vəkilov İsa Teymur oğlunun təsisçisi olduğu "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən 9461,3 kv.m. sahənin girov qoyulduğu müəyyən edilmişdir. Krediti vermiş "xxxx" ASC-nin təsisçisi Vəkilov Müşfiq İsa oğludur. Kreditin təminatı kimi çıxış edən ünvan 2 ünvanında yerləşən 9461,3 kv.m. sahənin məxsus olduğu "xxxx" MMC-nin təsisçisi Vəkilov Müşfiqin atası Vəkilov İsa Teymur oğludur. Alınmış kreditin guya verildiyi qeyd edilən “X19 İnşaat Tic. A.S.” şirkətində 50 faiz payın sahibi isə Vəkilov İsanın digər oğlu Vəkilov Kamran İsa oğlu dur. Bununla da şəxslərin aralarındakı münasibətlərin fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilməsi açıq-aydın görünməkdədir.
19. Məhkəmə isə göstərilənləri nəzərə almamış, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 69.4-cü maddələrinin, Mülki Prosessual Məcəllənin 1.2, 88, 220.4-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, həmin sübutlar üzrə hər hansı araşdırma aparmaq öhdəliyi olduğu halda belə araşdırma aparmadan sadəcə qərarda sadalamaqla kifayətlənmişdir.
20. Məhkəmənin 110 nömrəli 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 2.500.000 manat gö türülmüş kreditə münasibətdə həmin məbləğin satışdankənar gəlir hesab edilməməsini əsaslandırmaq üçün Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)184/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməyə istinad etməsi əsassızdır. Belə ki, məhkəmə sözügedən qətnamənin qüvvəyə minib-minməməsini araşdırmadan, həmin qətnamədən şikayətin verilib-verilməməsini aydınlaşdırmadan həmin qətnaməyə istinad etməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası alınmış kreditin təyinatına uyğun istifadə edilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi ilə bağlı məlumatlı olmasına baxmayaraq, məhkəmə kollegiyasının inzibati mübahisə üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə ə laqədar qeyd olunan cinayət təqibinin nəticələri barədə hər hansı araşdırma aparmaması inzibati məhkəmə icraatının vacib prinsipi olan işin hallarının araşdırılması prinsipinə ziddir.
21. Bundan başqa, məhkəmənin gəldiyi qənaətə əsasən əgər kredit borcu üzrə hər hansı bir təminat mövcuddursa, o zaman həmin borcun satışdankənar gəlir kimi qiymətləndirilməsi imkan xaricindədir. Halbuki, gəlirin satışdankənar gəlir kimi qiymətləndirilməsi üçün tənzimlənən şərtlər Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddi hüquq normasında kredit borcu üzrə təminatın mövcudluğu gəlirin satışdankənar gəlir kimi qiymətləndirilməməsi üçün istisna hal kimi nəzərdə tutulmamışdır. Bu baxımdan, hər hansı əmlakın ipoteka ilə yüklü edilməsinin hesablamanın əsaslarına hər hansı bir şəkildə təsiri yoxdur və iş üzrə müəyyən edilməli olan hallar sırasına daxil deyildir. Digər tərəfdən məhkəmə sübutların qiymətləndirilməsi və qəbul etdiyi qərarın əsaslandırılması baxımından ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası qeyd olunan ipoteka üzrə müqavilənin qüvvədə olub-olmaması və etibarlılığı ilə bağlı hər hansı qiymətləndirmə aparmamış, eyni zamanda borc üzrə tutmanın məhkəmə aktı ilə qeyd olunan ipoteka predmetinə yönəldilməsi ilə bağlı da hər hansı bir sübut təqdim etməmişdir.
22. Məhkəmə kollegiyasının qəbul etdiyi qərarında bir sıra daxili ziddiyyətlər də mövcuddur. Belə ki, məhkəmə öncə dəlil olaraq 110 nömrəli, 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 2.500.000 manat götürülmüş kreditə münasibətdə Bakı Kommersiya Məhkəməsinin 03.03.2021-ci il tarixli e-2-2(113)-184/2021 nömrəli qətnaməsinə istinad edir, digər tərəfdən isə həmin qətnamənin mahiyyətinə və nəticəsinin fərqinə varmadan ipoteka müqaviləsini iş üzrə mötəbər sübut hesab edir. Lakin məhkəmə mötəbər sübut kimi yuxarıda qeyd olunan ipoteka müqaviləsinə istinad edərkən qərarında qeyd etdiyi Bakı Kommersiya Məhkəməsinin adıçəkilən qətnaməsi ilə borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməməsi faktını açıqda saxlamışdır. Başqa sözlə, verilmiş kredit borcu daşınmaz əmlakla təminatlı olsaydı, o zaman 03 mart 2021-ci il tarixli qətnamədə borcun ipoteka predmetinə yönəldilməsi qət edilərdi. Lakin qətnamənin nəticə hissəsindən göründüyü kimi borc ipoteka predmetinə yönəlməmişdir. Kreditin hər hansı bir təminatı olmamışdır. Belə nəticəyə gəlmək olar ki, məhkəmənin sübut qi smində istinad etdiyi ipoteka müqaviləsi mövcud olmamışdır, olmuşsa belə hüquqi qüvvə daşımamış, qüvvəyə minməmişdir, sadəcə olaraq gözdən pərdə asmaq məqsədi daşımışdır. Qeyd olunan hallar cavabdeh tərəfindən məhkəmə kollegiyasının qərarının daxili ziddiyyətləri hesab edilməklə iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün araşdırılması zəruridir.
23. İddia müddətinin iş üzrə ötürülüb-ötürülməməsinin iş üçün əhəmiyyətli hal olmasını nəzərə alaraq məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin icraatında olan işlər üzrə icraat yekunlaşana qədər inzibati mübahisə üzrə icraatı dayandırmalı idi. Çünki, obyektiv həqiqətin müəyyən olunması üçün mülki məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün deyildir. Lakin məhkəmə iş üçün əhəmiyyətli halların m üəyyən edilməsi üçün qeyd olunan tədbiri görməmiş və nəticədə əsassız qərarın qəbulu qaçılmaz olmuşdur. Sözügedən prosessual hüquq norması imperativ xarakterli norma olmaqla məhkəmələr üçün vəzifə yaradan prosessual hüquq normasıdır. Nəticə etibarilə qeyd olunan prosessual hüquq normalarının iş üzrə tətbiq edilməməsi qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayəti heç bir hüquq normalarına əsaslanmadan yazılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Vergi Məcəlləsi Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, ə gər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: (-) 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müə ssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. (-) Maddə
18. Qarşılıqlı surətdə asılı olan şəxslər 18.1. Vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. 18.2. Bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdak ılar sayılır: 18.2.1. bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə; 18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir; 18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər; 18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər; 18.2.5. bu Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması (-) 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunveri ciliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. (-) 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları (-) 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. (-) Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbə tən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. (-) Maddə
62. Şikayət verilməsi qaydası 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla mü əyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Maddə
94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
26. Mülki Məcəllə Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (-) 27. “İnzibati icraat haqqı nda” Qanun Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (-) Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.
3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. (-)
28. İnzibati Prosessual Məcəllə Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmə də icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şik ayət üzrə kassasiya mümkün hesab edilmişdir. Məhkəmə qərarı bütövlükdə mübahisələndirildiyindən onun qanuniliyi və əsaslılığı tam həcmdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, İddiaçı MMC ilə "xxxx" ASC qarşılıqlı surətdə asılı olan şəxslərdir, eyni zamanda, iddiaçı tərəfindən kredit təyinatı üzrə istifadə edilməmiş və turizmin inkişafı üçün götürülmüş 8. 450.000 manat kredit məbləğləri banka qaytarılmadığınagörə həmin məbləğ müəssisənin gəliri kimi götürülmüşdür. Ona görə də iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqi qanuni olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən iddia müddəti keçmiş kredit və deponent borc məbləği satışdankənar gəlirlərə aid edildiyindən həmin məbləğə 8.450.000 x 20% = 1.690.000 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir.
32. İddiaçı isə kredit borcununun satışdankənar gəlir olmadığına istinad edərək 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli qərarını qanunsuz hesab edərək onun ləğvini xahiş etmişdir.
33. Belə olan halda, mübahisələndirilən qərarla vergi məbləğinin hesablanmasının qanunauyğun olub-olmamasını müəyyən etmək üçün həmin aktın qəbul edilməsinə səbəb olan kredit borclarının satışdankənar gəlir olub-olmadığını müəyyən etmək lazımdır.
34. Bununla bağlı aparılmış məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 110 nömrəli 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 2.500.000 manat məbləğində, 110/1 nömrəli 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən isə 6.000.000 manat məbləğində kredit verilmiş və verilmiş kredit borcu iddiaçı tərəfindən qaytarılmamışdır.
35. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2021 nömrəli 03 mart 2021-ci il tarixli qətnaməsinə əsasən "Kroun Klub LTD” MMC-dən 14 iyun 2016-ci il tarixli 110 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 2.500.000 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 3 83.657,75 manat faiz borcu, 179.690,84 manat müqavilə üzrə borcun gecikdirilməyınə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 95.138,28 manat borc olmaqla, cəmi 3.158.486,87 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "Kredobank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir.
36. Göründüyü kimi, cavabdeh vergi orqanının iddiaçının satışdankənar gəliri kimi hesab etdiyi 2.500.000 manat kredit borcunun tutulması barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Digər 110 nömrəli kredit müqaviləsi üzrə borc öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı Fondun pretenziya məktubu artıq iddiaçıya göndərilmişdir.
37. Bununla yanaşı qeyd olunmal ıdır ki, həm 110 nömrəli 14 iyun 2016-cı il tarixli, həm də 110/1 nömrəli 02 iyul 2016-cı il tarixli kredit müqavilələrinin hazırkı qərarın 26-cı bəndində qeyd olunan normanın tələbi baxımından kredit müqavilələrinə dair tələblər üzrə iddia müddəti də keçməyib. Belə ki, 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinin müddəti 14 iyun 2019-cu ilədək, 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinin müddəti isə 02 iyul 2019-cu ilədək müəyyən edilmişdir. İddia müddətləri də həmin müqavilələrin müddəti başa çatdıqdan 3 il sonra, yəni birinci müqaviləyə münasibətdə 14 iyun 2022-ci il, ikinci müqaviləyə münasibətdə 02 iyul 2022-ci il tarixində başa çatır (bax: hazırkı qərarın 1-2-ci bəndləri).
38. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsindən isə görünür ki, iddia müddəti keçmiş kreditor və deponent b orc məbləğləri satışdankənar gəlir hesab edilir (bax: hazırkı qərarın 25-ci bəndi).
39. Beləliklə, 14 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə borcunun tutulması barədə artıq məhkəmə qərarı, 02 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə pretenziya məktubu mövcud olduğundan, eyni zamanda, adıçəkilən kredit müqavilələri üzrə iddia müddəti başa çatmadığından həmin məbləğlər satışdankənar gəlir hesab oluna bilməz. Odur ki, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.
40. Kassatorun hazırkı qərarın 17-23-cü bəndlərində qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində sadalanan hallar hazırkı iş üzrə mübahisə predmeti deyil. Belə ki, "xxxx" ASC tərəfindən bir sıra şəxslərə verilmiş kreditlərin təyinatına uyğun istifad ə edilməməsi ilə bağlı, o cümlədən İddiaçı MMC tərəfindən alınmış kreditin təyinatına uyğun olmayaraq istifadə edilməsi faktları Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə başlanmış cinayət işi çərçivəsində araşdırma predmeti olmuş və "xxxx" ASC ilə “X39 və İnşaat Ticaret Anonim” Şirkətinin Azərbaycan filialı, “X6 və İnşaat” MMC, "xxxx" MMC, "xxxx" MMC, “X2 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan filialı, “Dəmirçi” şirkəti, İddiaçı MMC və "xxxx" MMC, “Baqira” firması (02 noyabr 2014-cü il tarixli müqavilə istisna olmaqla), “X16” MMC (01 oktyabr 2014-cü il tarixli müqavilə istisna olmaqla) arasında bağlanmış kredit müqavilələri üzrə, həmçinin " xxxx" ASC ilə X5, X27, X3, X22, X18, X12, X35, X13, X8, Vəkilov İsa Teymur oğlu, X9, Vəkilov Fərid Soltan oğlu, X14, X10, X11, X15, X4, X26 və X1 arasında bağlanmış kredit müqavilələri üzrə Ləğvetmə prosesində olan Kredobank ASC-nin şikayəti üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən qeyd edilən xüsusatlar üzrə cinayət təqibinin başlanması 18 noyabr 2017ci il tarixində rədd edilmişdir.
41. Cavabdeh vergi orqanı isə cinayət təqibi çərçivəsində araşdırma predmeti olan hallara əsaslanaraq 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli qərarı qəbul edərkən iddiaçının götürdüyü kreditləri satışdankənar gəlir kimi qiymətləndirmiş, iddiaçı tərəfindən turizmin inkişafı üçün götürülmüş 8.472.500,00 manat (ümumi 8.500.000,00 manat kredit məbləğindən 27.500,00 manat bank faizi çıxılmaqla) k reditin geri qaytarılması ilə bağlı hər hansı bir ödənişin olmamasını əsas gətirərək kredit borcunu vergiyə cəlb etmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, kredit götürən və kredit verən arasında Vergi Məcəlləsinin 18-ci maddəsində qeyd olunan əlamətlərin mövcud olması, kredit məbləğinin təyinat üzrə istifadə edilməməsi, özü-özlüyündə hələ gəlir vergisinin hesablanması üçün əsas deyil. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin tətbiqi üçün kreditor borcun qaytarılmasında iddia müddətinin keçməsi şərtdir.
43. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin göstərdiyi dəlilləri iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab etməmiş və əsaslı olaraq iddia tələbini təmin etmişdir.
44. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin məzmunundan göründüyü kimi, təqs iri qanunauyğun formada təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil və vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.
45. Hazırkı halda isə cavabdeh vergi orqanı vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları sübut edə bilməmiş, buna baxmayaraq iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir.
46. Vergi Məcəlləsinin 49-cu maddəsinin məzmunundan isə görünür ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müə yyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Eynilə “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən inzibati akt əsaslandırılmış olmalıdır. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi isə vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.
47. Hazırkı halda isə cavabdeh tərəfindən qəbul edilmiş 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilərkən Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. 48. “İnzibati icraat haqqında” Qanunun 67.1 və 67.2-ci maddələrinin tələbinə görə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz inzibati akt hesab olunur. Qanunsuz inzibati akt isə məhkəmə qaydasında ləğv oluna bilər.
49. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1965/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıd a göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1965/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Hakimlər: Nigar Rəsulbəyova İlqar Hüseynov (xüsusi rəylə) Kəmaləddin Bədəlov İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (iş № 2-1(102)-211/2022) hakim İlqar Hüseynovun XÜSUSİ RƏYİ Apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə həmkarlarımın gəldiyi nəticə ilə aşağıdakı səbəblərə görə razı deyiləm. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2- 1(103)-1965/2021 nömrəli qərarının nəticəvi hissəsi aşağıdakı məzmunda olmuşdur: “İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2021 saylı 24 may 2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə Qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış vergi borclarının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.” Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarı ilə birinci instansiya məhkəməsinin qərarını ləğv etsə də, qərarın nəticə hissəsində iddianı mahiyyəti üzrə həll etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsində “...23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə Qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış vergi borclarının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilsin” məzmunda cümlə özü-özlüyündə iddianı mahiyyəti üzrə həll etmir. Çünki apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra da mübahisələndirilən inzibati aktın qüvvəsinə münasibətdə heç nə dəyişmir və həmin inzibati aktı qüvvəsini saxlayır. Bu qənaət İPM-in 70.1-ci maddəsinin birinci cümləsinin tələbindən irəli gəlir. Həmin normaya görə, “inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi İPM-in 70.1-ci maddəsinin birinci cümləsinin tələbini nəzərə almamış, inzibati orqanın mübahisələndirilən inzibati aktını ləğv etməmişdir. Bundan başqa, İPM-in 32.1-ci maddəsinin ikinci cümləsinə əsasən, mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı cavabdehin inzibati aktının ləğv edilməsi ilə yanaşı, həmin inzibati akta əsasən hesablanmış vergi borclarının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını da tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarın nəticə hissəsində həmin tələbi də həll etməmişdir. Bununla da, İPM-in 70.3-cü maddəsinin tələbi pozulmuşdur. Həmin normaya görə, inzibati akt ın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, vergi orqanının 2020-ci il 23 oktyabr tarixli **********141010 nömrəli qərarının ləğvinə və cavabdehin üzərinə öhdəliyin qoyulmasına dair iddia tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyətcə həll olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarının nəticəvi hissəsi ən azından həmin qərarın əsaslandırma hissəsinə uyğun olaraq dəyişdirilməli, cavabdehin inzibati aktının hüquqi taleyi və bundan irəli gələn öhdəliyin icrası ilə bağlı tələb həll edilməli idi. Hazırkı halda bu, baş vermədiyindən Azərbaycan Respu blikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarı qüvvəsini saxlayır və cavabdeh vergi orqanının iddiaçı qarşısında bu qərardan irəli gələn hər hansı öhdəliyi yaranmır. Hakim İlqar Hüseynov