Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2110/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın 11.03.2021-ci il tarixli, 2-1(103)-115/2021 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN E T D İ:
1. İddiaçı Valeh Loğman oğlu Dadaşov cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona hüququnun yarandığı vaxtdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən əmək pensiyasını hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi bаrədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 01.06.2020-ci il tarixli, 2-1(112)-451/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia tələbinin təm in edilməsi, iddiaçı Dadaşov Valeh Loğman oğluna pensiya hüququ yarandığı vaxtdan 57 yaşı tamam olduğu 03. 09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən əmək pensiyasını hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
3. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.06.2020-ci il tarixli, 21(112)-451/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiy asının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 11.03.2021-ci il tarixli, 2-1(103)-115/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vidadi Məmmədov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2-1(112)-451/2020 nömrəli qərarının ləğv edilməsi, hazırkı iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının iddiasının rədd edilməsi qərara alınmışdır.
5. Apelyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli, 21(103)-115/2021 nömrəli qərarından iddiaçı tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasına kassasiya şikayəti verilmişdir.
6. İddiaçı kassasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bu səb əbdən də kassasiya şikayətinin mümkünlüyü məsələsinə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxılmışdır.
7. İddiaçı müddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, qeyd olunan qərar 11 mart 2021-ci ildə elan edilsə də, poçt vasitəsilə onun yaşadığı evə 11 iyun 2021-ci ildə ailə üzvlərinə verilmişdir. Buna baxmayaraq ona bu barədə məlumat verilməyib və məhkəmə ilə uzun müddət əlaqə saxladı ki, onun sənədlərini Fonda göndəriblər və qərarı hazırlayıblar ? O, 30 iyul 2021-ci ildə Bakı şəhərinə gəlib. Bakı Apellyasiya Məhkəməsinin işçiləri ilə əlaqə saxlayanda ordan ona bildirdilər ki, bu qərarı rəsmi qaydada sizin evinizə göndərmişik, ikinci dəfə verə bilmərik. O, bununla bağlı yaşadığı evlə əlaqə saxladıqda, həyat yoldaşı ona aid bir məktubun olduğunu, lakin orada nə yazıl masından məlumatı olmadığını bildirdi. O, evə qayıdandan sonra evdə həyat yoldaşından məktubu aldıqda məlum oldu ki, məhkəmə qərarının olduğu həmin məktubu poçtalyon 11 iyunda evə gətirib, lakin həyat yoldaşının hüquqi savadı olmadığına və səhhətində olan problemlərə görə məktubu vaxtında ona verməyib. Ona görə də 01 avqust 2021-ci ildən məzuniyyətə çıxdığına görə yenidən Bakı şəhərində vəkil tutmaq qərarına gəlib. Maddi imkanı ağır olduğuna görə, vəkillə müqavilə bağlamağa pulu olmadı, 2-3 gün sonra isə münasib qiymətə kassasiya şikayəti yazmağa razılaşdığına görə 04 avqust 2021-ci ildə Vəkil ilə müqavilə bağlayıb, həmin gün də dərhal kassasiya şikayətini tərtib edib məhkəməyə təqdim edib.
8. Hazırda həmin qərardan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 11.03.2021-ci il tarixli, 2-1(103)-115/2021 nömrəli qərarından verdiyi şikayətinin gecikməsini üzrlü hesab etməklə, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
9. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 21(103)-115/2021 nömrəli qərarının sürəti iddiaçı tərəfindən 11.06.2021-ci il tarixdə qəbul edilmişdir. Bu barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamə işə əlavə edilmişdir. Buna baxmayaraq, iddiaçı həmin qərardan 04.08.2021-ci il tarixdə kassasiya şikayəti vermişdir.
10. Göründüyü kimi, iddiaçı prosessual qanunvericilikdə nəzərdə tutulmuş kassasiya şikayətinin ve rilməsi müddətini ötürmüşdür. İddiaçının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair təqdim etdiyi ərizə isə əsassızdır və formal xarakter daşıyır.
11. İddiaçı ərizədə qeyd etdiyi “həyat yoldaşının hüquqi savadı olmadığına və səhhətində olan problemlərə görə məktubu vaxtında ona verməyib...” bu dəlili kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli iclasında iştirak edib ki, belə olan halda iddiaçı ən azından qərarın aqibəti ilə bağlı apellyasiya məhkəməsinə və ya iddiaçının özünün göstərdiyi və məhkəmə aktlarının göndərilən ünvana müraciət edə bilərdi. Bu baxmayaraq iddiaçı özünə münasib müddət seçib, məzuniyyətə çıxıb, bun dan sonra isə kassasiya şikayəti vermək qənaətinə gəlib.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Həmin Məcəllənin 133.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı üzürsüz səbəbdən müddəti bura xmış və bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və kassasiya şikayəti mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Bakı Apelyasiya Məhkəməsinin İK-nın 11.03.2021-ci il tarixli, 2-1(103)115/2021 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsin. Kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.