Məhkəmə qərarları › İş №2-1(102)-2110/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2110/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2110/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:62 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; əl ilə qaynaq aparan elektrik qaynaqçısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-1325/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əmək fəaliyyətinə xx.xx.1975-ci ildə başlamış, xx.xx.2016-cı il tarixədək fasiləsiz olmaqla xx.xx.2019-ci ildə “X1” MMC-də qaynaqçı peşəsi üzrə əmək fəaliyyətini davam etdirmişdir. 2017-2018-ci illərdə fərdi sahibkar kimi VÖEN ********** ilə xidmət müqavilələri üzrə f əaliyyət göstərmişdir.

2. İddiaçının ümumi əmək stajı 40 ildən çoxdur. Əmək kitabçasına əsasən, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010- xx.xx.2016-cı il və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdə qaynaqçı peşəsi üzrə fəaliyyət göstərmiş, 2017-2018-ci illərdə fərdi sahibkar kimi VÖEN ********** ilə xidmət müqavilələri üzrə elektrik qaynaqçısı xidmətləri göstərmişdir.

3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peş ələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 15 gün (xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010xx.xx.2016-cı il və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1959-cu ildə anadan olmuş, ümumi iş stajı 40 ildən çoxdur. Onun güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 12 il yarımdan çox elektrik qaynaqçısı stajı vardır. O, 2020-ci il dekabr ayında 62 yaşında güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, x x.xx.2021-ci il tarixli ********** №-li məktubla ona bildirmişlər ki, güzəştli stajı çatmır, fərdi sahibkar kimi ********** VÖEN ilə uçotdadır. Həmin müddəti cavabdeh nəzərə almayıb. Halbuki, işədiyi vaxt bütün tədiyyələri ödəmişdir

7. Cavabdeh iddiaya dair yazılı etiraz ərizəsində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi h esabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azər baycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 15 gün (xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010xx.xx.2016-cı il və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

8. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-cu il tarixli, 2-1(112)-18266/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün həmin güzəştli şərtlərlə iş şəraitində bilavasitə işlədiyi dövr nəzərə alınmalıdır və qanunvericilikdə məhz həmin dövrlərin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı hər hansı birbaşa tələb yoxdur. Qeyd edilən qənaətə gələrkən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilməyən ən azı 40 illik əmək stajı var. Məhkəmə sorğusuna cavab olaraq müəyyənləşdirilmişdir ki, iddiaçı 2017-2018-ci illərdə xidmət müqavilələri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə üzrə xidmət göstərmişdir. Bununla belə məhkəmə müəyyən edir ki, məhz həmin dövrlər üzrə iddiaçı tərəfindən vergi hesabatları təqdim edilmiş və cari tarixə şəxsi hesab vərəqəsinə əsasən məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu yoxdur. Odur ki, məhkəmə xidmət müqavilələri üzrə güzəştli şərtlərlə iş şəraitində göstərilən fəaliyyətin nəzərə alınmamasının (fərqli rəftarın) ağlabatan əsaslandırılması olmaması və mütənasiblik prinsipinə uyğun olmaması qənaətindədir. Cavabdeh iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiy a kapitalının mövcudluğunu bildirir, odur ki, məhkəmə iddiaçının ən azı 40 illik əmək stajı olduğundan həmin qənaətlə razılaşır

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 21(103)-1325/2022 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, H.Həmidov və X.Cəmilova) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təl əbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az, yəni 10 il 8 ay 15 gün (xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2016-cı il və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda hüquqi əsaslarda mövcud olmamışdır. Cavabdeh kassasiya şikayətində İPM-nin 90.1, 94.1 və 96.6-cı mad dələrinə istinad edərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsa latların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müdd ətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclası nda baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunve riciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün hazırkı qərarın 17 bəndində qeyd edilən normanın məzmununa görə, kişilər60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

26. İddiaçının 60 yaşına çatması (xx.xx.2019) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan ve rən pensiya kapitalının olması da işin mübahisə doğurmayan hallarındandır.

27. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az, yəni 10 il 8 ay 15 gün (xx.xx.2008xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2016-cı il və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsi bildirilmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, "xxxx" ASC-nin və “X1” MMC-nin arayışları ilə müəyyən olunur ki, iddiaçının sözügedən dövrlərdə elektrik və qaz qaynaqçısı kimi çalışdığı iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşələrə aid edilir. Sözügedən “Siyahı”nın 35-ci bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” həm də “qaz qaynaqçıları” güzəştli pensiya hüququ verən peşələr sırasına aid edilmişdir.

29. İddiaçı ilə “X2 Company” MMC arasında 05 yanvar 2017-ci il tarixdə bağlanan müqaviləyə əsasən iddiaçı qaynaq işlərini yerinə yetirmişdir. İşə əlavə olunmuş - "xxxx" 08 sentyabr 2021-ci il 02-01/704 saylı məktubunda bildirilmişdir ki, iddiaçı həmin xidmət müqaviləsi üzrə müəssidə xx.xx.2017 - xx.xx.2017-ci il tarixlərində (9 ay 20 gün) elektrik qaynaqçısı xidməti göstərmişdir.

30. Eyni zamanda iddiaçı xx.xx.2017-ci il tarixində “X1” MMC ilə Xidmət müqaviləsi bağlamış və həmin müəssisənin BM08/0921 saylı 07 sentyabr 2021-ci il tarixli məktubuna əsasən xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə (1 il 2 ay 4 gün) orada elektrik qaynaqçısı xidməti göstərmişdir.

31. X4 Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən hüquqi şəxs yaratmadan fiziki şəxs qismində fəaliyyət göstərən iddiaçı (VÖEN**********) tərəfindən 2017 və 2018-ci illərdə (1 il 11 ay 24 gün) fəaliyyət müddətində tədiyyə ödənişləri həyata keçirilmişdir.

32. Eyni zamanda işə əlavə olunmuş iddiaçının “Sığortaolunanın hesabı”na əsasən müəyyən olunur ki, 2017 və 2018-ci illər üzrə fəaliyyət müddətində (cəmi 1 il 11 ay 24 gün ərzində) məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.

33. Beləliklə iddiaçın ın hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıqla məşğul olduğu fəaliyyət müddəti də daxil olmaqla iddia tələbində pensiya təyin edilməsini istədiyi xx.xx.2021-ci il tarixinə 13 il 6 ay (11 il 6 ay 6 gün +1 il 11 ay 24 gün) elektrik qaynaqçısı kimi iş stajı toplanır ki, bununla onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan azı 12 il 6 ay xüsusi staj şərti də ödənilir

34. Sadalanan maddi hüquq normalarının da tələblərindən göründüyü kimi, iddiaçının 60 yaşı 28 mart 2019-cu ildə tamam olsa da, onun güzəştli şərtlərlə pensiya hüququ verən minimum iş stajı xx.xx.2021-ci il tarixdə tamam olduğundan, onun xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 21(103)-1325/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar