Məhkəmə qərarları › İş №2-1(102)-2110/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2110/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2110/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi və əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xü susi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1941/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X3 DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdən sabiq hakim kimi 2-ci qrup əlilliyə görə pensiya təyin edilmiş, xx.xx.2019-cu il tarixdən isə hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli, 2in(82)1694/2012 nömrəli qərarına əsasən, iddiaçıya pensiya məbləğinə vəzifə maaşının 15%-i miqdarında aylıq əl avə edilməklə pensiyasının yenidən hesablanması və həmin tarixdən hazıradək pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinə həvalə edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. 3. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2-1(82)3391/2016 nömrəli qərarına əsasən, iddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, iddiaçının pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərin hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşı nın 2 misli, sonrakı 4 il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində ödənilən birdəfəlik yardım və məzuniyyətə görə aldığı pullar nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranacaq pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2017-ci il tarixli, 2- 1(103)-460/2017 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli qərarı qismən iddiaçıya ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərin hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının 2 misli, sonrakı 4 il ərzində ildə bir dəfə bir aylıq vəzifə m aaşı məbləğində ödənilən birdəfəlik yardım və məzuniyyətə görə aldığı pullar nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranacaq pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 21 iyun 2017-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, qərar qanuni qüvvəyə minmişdir.

4. Cavabdehin məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2012-ci ildən sabiq hakim kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2013-xx.xx.2019- cu il tarixlər i arasındakı dövr ərzində ümumilikdə 38906,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 38215,04 manat ödənilmiş, bu səbəbdən də ona 691,52 manat əskik pul məbləğinin ödənildiyi aşkar edilmiş, AR Prezidentinin müvafiq sərəncamına əsasən xx.xx.2019-cu ildən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1584 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 296 manat, digər növ əlavələri 765,60 manat olmaqla, orta aylıq əmək haqqı 3458,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtil ə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3458,40 manat) 80 faizi - 2766,72 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində ümumilikdə 55334,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 67512,60 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 12178,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir.

5. Cavabdehin “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarına əsasən, xx.xx.1956-cı il tarixində anadan olmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) X1 xx.xx.2019 -xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 11486,68 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 saylı qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddi açıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 1987-ci ildən xx.xx.2007-ci il tarixədək birinci instansiya məhkəmələrində hakim vəzifəsində işləmiş, xx.xx.2012-ci ildə ona Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, hakimlik stajı 20 ildən artıq olmuşdur. İddiaçı xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası alır. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda iddiaçının əmək pensiyası düzgün hesablanmamış, iddiaçı məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmələr tərəfindən müxtəlif vaxtlarda iddiaçının xeyrinə qərarlar qəbul edilmiş, pozulmuş hüquqları məhkəmələr vasitəsilə bərpa edilərək, cavabdeh tərəfindən ona təyin edilmiş əmək pensiyasının məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanması vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmuş, nəticədə isə qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçıya aylıq 3375.63 manat əmək pensiyasının ödənilməsi təmin edilmişdir. 08 may 2021-ci ildə cavabdeh tərəfindən iddiaçıya hər hansı formada əvvəlcədən xəbərdarlıq edilmədən əmək pensiyasının məbləği 3375.63 manatdan 2786.72 manata endirilmiş, iddiaçı bu barədə dəfələrlə şifahi, xx.xx.2021-ci il tarixdə isə rəsmi qaydada ərizə ilə cavabdehə müraciət edərə k, ona təyin edilmiş əmək pensiyasının azaldılmasının səbəblərinin açıqlanmasını tələb etmişdir. Cavabdeh iddiaçının həmin müraciətinə xx.xx.2021-ci il tarixli **********8 saylı məktubla cavab verərək göstərmişdir ki, ona DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2012-ci ildən sabiq hakim kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2013-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 38906,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 38215,04 manat ödənilmiş, bu səbəbdən də, ona 691,52 manat əskik pul məbləğinin ödənildiyi aşkar edilmiş, Prezidentinin müvafiq sərəncamına əsasən xx.xx.2019-cu ildən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1584 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 7 12,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 296 manat, digər növ əlavələri 765,60 manat olmaqla, orta aylıq əmək haqqısı 3458,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3458,40 manat) 80 faizi - 2766,72 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində ümumilikdə 55334,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 67512,60 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 12178,2 0 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Sonda isə həmin məktubla 11486,68 manat artıq pul vəsaitinin qaytarılması tələb edilmişdir. İddiaçı təkrarən hüquqlarının bərpa edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının hüquqlarını bərpa etmək əvəzinə xx.xx.2021-ci il tarixli **********3 saylı qərar ilə xx.xx.2019 - xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 11486,68 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin 10 gün müddətində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməsini tələb etmişdir. Qeyd olunan qərar xx.xx.2021-ci ildə poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Hesab edir ki, qeyd olunan qərar əsassız və qanunsuz olmaqla, iddiaçının pensiya hüquqlarının pozulması ilə nəticələndiyinə görə ləğv edilməlidir. B undan başqa, iddiaçıya məhz hansı əsaslarla pensiya təyin edilməsi və ona təyin edilmiş pensiyaların yenidən hesablanmalı olması qanuni qüvvəsini almış məhkəmə aktları əsasında həyata keçirilmiş, eləcə də pensiyanın yenidən hesablanması iddiaçı tərəfindən deyil, məhz cavabdeh inzibati orqan olmamışdır. İddiaçı istəsəydi belə, hesablamanın hansı qaydada aparılmasına müdaxilə edə bilməzdi. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 8/736 saylı arayışdan da müəyyən olunur ki, iddiaçının hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciəti ilə bağlı arxiv sənədlərinə baxış keçirilərkən ona Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli 85 saylı Qərarı ilə dördüncü ixtisas dərəcəsinin verilməsi, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi barədə” qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il 01 yanvar tarixindən minumum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Həmin Qərara əsasən xx.xx.1996-ci ildən xx.xx.2000-ci ilədək iddiaçıya əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(102)-1158/2017 saylı qərarı ilə müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1 (82)-3391/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)4 60/2017 saylı qərarları əsasında X2 pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin iddiaçıya ödənilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Cavabdeh inzibati orqan iddiaçıya pensiya hesablanmasında qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğunu xx.xx.2019cu ildən sonrakı müddətdə nəzərə almaq istəməmişdir.

8. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, X3 Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 5 aprel 2012-ci il tarixindən sabiq hakim kimi əlilliyə görə (İİ qrup) əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1459,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 656,55 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 218,85 manat, digər növ əlavələri 705,18 manat olmaqla orta aylıq əmək haqqı 3039,58 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədi yi vəzifə üzrə orta aylıq əmək haqqının (3039,58 manat) 80 faizi - 2431,66 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Nüşabə Ağayevaya xx.xx.2018 - xx.xx.2019- cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 38.906,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 38.215,04 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 691,52 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1584,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərcl ərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 396,00 manat, digər növ əlavələri 765,60 manat olmaqla orta aylıq əmək haqqı 3458,40 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında ” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3458,40 manat) 80 faizi-2766,72 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 55334,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 67512,60 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 12178,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qe yd olunanlara əsasən iddiaçı Nüşabə Ağayevaya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 691,52 manat əskik pul vəsaiti, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 12178,20 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 11486.68 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 11486.68 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq t ədbirlər görüləcəkdir. Mərkəzi Filial tərəfindən cari ilin may ayından etibarən əmək pensiyası 2766,72 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bu səbəbdən də həmin dövr müddətində ona 6912,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasın a dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. Göründüyü kimi, Mərkəzi Filial artıq ödənilmiş pul məbləğinin tələb edilməsi barədə inzibati qərar qəbul etməklə öz diskresion səlahiyyətlərindən istifadə etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2835/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddiа tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında" xx.xx.2021-ci il tarixli, **********3 saylı qəra rı ləğv edilmiş, xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin X3 ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya pensiya qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında təyin edilmişdir. Həmin qərarların icrasının təmin edilməsi isə cavabdeh üçün məcburi xarakter daşısa da, cavabdeh iddiaçının mübahisələndirdiyi hazırkı qərarı qəbul etməklə məhkəmə qərarının icrasından yayınmış olur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əsassız olaraq xx.xx.2019-cu il tarixədək iddiaçıya aylıq 3375,63 manat əmək pensiyası əvəzinə 691,52 manat az pul vəsaiti ödənilmişdir. Bu hal cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda və məhkəməyə təqdim edilmiş etirazda etiraf edilsə də, bu pozuntunun aradan qaldırılması məqsədilə heç bir tədbir görülməmişdir.

11. Cavabdeh həmin qərardan apellyas iya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2046/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-2835/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia qismən təmin edilmiş, cavabdehə “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında" xx.xx.2021-ci il tarixli **********3 saylı qərarının ləğv edilməsi öhdəliyi həvalə edilmişdir.

13. Apellyasiya məhkəməsi qeyd etmişd ir ki, hazırkı işdə artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-2046/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-2835/2022 nömrəli qərarı ləğv edilmiş, iddianın xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və xx.xx.2019-cu il tarixədək əskik ödənilmiş 691,52 manat pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırı iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət etməsi yolverilməzdir.

16. İddiaçı kassasiya şikayəti verərək, 19 avqust 2022-ci il tarixli qərardadın ləğv edilməsini və iddianın mümkünsüz sayılma sı hissəsində təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)36/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: S.Kərimov - sədrlik edən və məruzəçi, R.Nəbizadə və K.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərardadı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1941/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.

20. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, İnzibati icraat haqqında Qanunun 21.3.6, 81.1, 81.5, 82.2, 82.3 və İPM-in 90-99-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqd a, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə

71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı... İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.... 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutul muş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin ver ilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.... 24. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları i nzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şika yətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qayd ası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahat ları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan ba şlanır.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə

67. Qanunsuz inz ibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv olun a bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə b ilməz: 67.6.1. Rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.... Maddə

68. Qanuni inzib ati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. Maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üç ün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər....

25. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsin i zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası m əhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mə zahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellya siya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı ape llyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 saylı qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənilməsinin bərpa edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır

33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normala rını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

35. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya pensiya ödənişi məbləği azaldılmadan öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının i ştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

36. İddiaçıya təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilə n maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul etmiş və pensiya ödəniş məbləğini azaltmışdır. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

37. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona mütəmadi ödənilən pul vəsaitinin azaldılacağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etima d hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən hall arın mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

39. Eyni zamanda, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəbləri ni və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırmaq vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

40. Bundan başqa nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnz ibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından həmin məbləğin azaldılmasının qanuniliyini yoxlamağa və yalnız bundan sonra pensiyanın yenidən hesablanması barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

41. Beləliklə, cavabdeh tərəfindən pensiya məbləğinin geri qaytarılması qanunsuz olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 22-25 (a) bəndlərinin tələblərinə uyğun olduğundan qanuni və əsaslıdır.

42. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(103)-1941/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar