Məhkəmə qərarları › İş №2-1(102)-2110/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2110/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2110/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazi rliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X2 və X1) qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 21(103)-1504/2024 nömrəli qərardadından İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamı nın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Bakı İnzibati Məhkəməsinin (hakim A.Oruczadə) xx.xx.2021-ci il tarixli, 2-1(112)1016/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və yenidən araşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-1295/2021 nömrəli (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsi və işə yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-780/2022 nömrəli qərarı ilə (hakimlər R.Nəbizadə sədrlik edən və məruzəçi, Z.Quliyev və S.Kərimov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)1295/2021 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(103)-2622/2022 nömrəli qərardadı ilə (hakimlər: R.Eyvazov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və F.Babayev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddi açı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X2 və X1) qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2-1(112)-1016/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2-1(112)-1016/2021 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-94/2023 saylı xx.xx.2023-ci il tarixli qərardadı ilə (hakim E.Əliyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddiası mümkün sayılmamışdır.

9. İddiaçı4 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)94/2023 saylı xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilməsi və işə yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 21(103)-1504/2024 nömrəli qərardadı ilə (hakimlər X.Cəmilova sədrlik edən və məruzəçi, M.Tağızadə və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-94/2023 nömrəli xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. İddiaçı4 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 2-1(103)-1504/2024 nömrəli qərardadından 6 aprel 2024-cü il tarixdə kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə b arədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2024-cü il tarixli 2-1(103)-1504/2024 nömrəli qərardadı ilə ərizəsi təmin edilmişdir.

12. Həmin qərardad əsasında xx.xx.2024-cü il tarixdə vəkil orderi tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə isə vəkil tərəfindən elektron qaydada kassasiya şikayəti verilmişdir.

13. Bundan sonra vəkil müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə verərək dövlət hesabına vəkilin təyin edilməsi ilə əlaqədar müəyyən vaxt itkisinin olduğunu qeyd etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tari xinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

16. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

17. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

18. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən o lunmuşdur.

19. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

20. Mübahisəyə dair iş üzrə materiallardan görünür k i, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli qərardadından İddiaçı4 kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək iddiaçı dövlət vəsaiti hesabına vəkillə təmin edilmişdir. Vəkil3 tərəfindən xx.xx.2024-cü il tarixdə vəkil orderi tərtib edilməsinə baxmayaraq kassasiya şikayəti 10 gün müddəti ötürülməklə elektron qaydada xx.xx.2024-cü ildə verilmişdir.

21. İddiaçının vəkili Vəkil3 müddətin bərpası barədə ərizə verərək, “dövlət hesabına vəkillə təmin edilmə prosesi müəyyən vaxt itkisinə səbəb olmuşdur” qeyd etsə də, lakin həmin vaxt itkisinin nədə n ibarət olması barədə məlumat və ya buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə göstərilən səbəblər ötürülmüş prosessual müddətin bərpa olunmasına əsas verə bilən üzrlü səbəblər kimi qəbul edilə bilməz. Odur ki, müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas olmadığından ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

23. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Müddətin bərpası barədə ərizə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 21(103)-1504/2024 nömrəli qərardadından İddiaçı4 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imt

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar