Məhkəmə qərarları › İş №2-1(102)-2111/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2111/2020

08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2111/2020 08.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2-1(103)-1132/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra cavabdeh) müraciət etmişdir.

2. Cavabdeh xx xxxx 2019-cu tarixli, Ə/2618 nömrəli məktubunda müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etdiyini sübut edən həmin dövrə aid arxiv materialları olduğu təqdirdə, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıl a bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayına kimi Ağdam rayonu Şelli və Qurdlar kəndlərində gedən döyüşlərdə özünü müdafiə dəstələrində iştirak etmiş, hərbi əməliyyatların keçirilməsi zamanı yaralanmışdır. Azyaşlı olduğuna görə hərbi hissədə uçota alınmamışdır. Döyüşən könüllü özünümüdafiə dəstələri sıralarında iki il xidmət etsə də, hal-hazıra kimi müharibə veteran statusu ala bilməmişdir. Bu barədə cavabdehə müraciət etmiş, cavabd eh isə müraciətin təmin olunmasından imtina etmişdir. Halbuki, iddiaçı hərbi əməliyyatların gedişi zamanı hərbi əməliyyatlarda iştirak etmiş, yaralanmışdır, yaralanmağının fəsadları hazırda da var, müalicə alır.

5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Ağdam rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər təqdim etmədiyindən iddia əsassızdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1047/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim: A.P.Oruczadə) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə sübutlar mövcud olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1132/2020 nöm rəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1047/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə mövcud olan sübu tlara hüquqi qiymət vermədən, həmin sübutların mötəbərliyini araşdırmadan bir cümlə ilə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni təsdiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün m üvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respubli kası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyü ş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medall arla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliy yatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyi əsasında verilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Yuxarıdakı normaların məzmunundan göründüyü kimi, iddiaçı döyüşlərdə iştirakını sübut edən sənədlərlə birgə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları təqdim etdiyi halda ona müharibə veteranı adı verilə bilər. Lakin hazırki işdə belə hallar mövcud deyildir.

21. Belə ki, iş materiallarında olan Ağdam rayon İHB-nın Qasımlı kənd inzibati ərazi dairəsinin nümayəndəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli 127 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı, Bakı şəhəri 40 saylı reyestr 7E-4085 və Bakı şəhəri 11 saylı Reyestr 7E4058 notariat kontorunun təsdiq etdiyi sənədə əsasən 1991-ci ilin oktyabrından 1992-ci ilin yanvar ayına kimi Şelli və Qurdlar kəndində gedən döyüşlərdə özünümüdafiə dəstələrində iştirak edən X4, X3, X5, X2 ilə birlikdə, azyaşl ı olmasına baxmayaraq döyüşmüş və yaralanmışdır.

22. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-1047/2020 saylı sorğusuna əsasən Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qasımlı kənd inzibati ərazi dairəsinin nümayəndəliyi tərəfindən daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, kəndlərin müdafiəsinə yerli əhalidən təşkil olunmuş dəstədə iştirak etmiş, yaralanmış şəxslər barədə bütün məlumatlar Ağdamın işğalı zamanı məhv edilmişdir. xx xxxxx 2018-ci il tarixli 127 saylı arayış isə (yuxarıda, 21-ci bənddə qeyd edilən) döyüşlərdə iştirak etmiş şəxslərin notarial qaydada təsdiq edilmiş şahid ifadələri əsasında verilmişdir.

23. Ağdam Mərkəzi xəstəxanasının Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş xx xxxxxx 1992-ci il tarixli arayışa əsasən İdd iaçı xx xxxxxx 1992-ci il tarixdə düşmən mərmisindən açılmış atəş nəticəsində qapalı kəllə beyin travması almışdır.

24. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət Baş idarəsinin xx.xx.2018-ci il tarixli 1/Ə-4166 saylı məktubundan, həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi arxivinin xx.xx.2018-ci il tarixli 9/2-7506 saylı arxiv arayışından görünür ki, İddiaçı hərbi hissədə xidməti atəşkəsdən sonrakı dövrə təsadüf edir.

25. Bundan əlavə, Ağdam rayon İcra Hakimiyyəti Başçısının apelyasiya instansiyası məhkəməsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli, 02/453 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1977-ci ildə anadan olmuş İddiaçı azyaşlı olmasına baxmayaraq 1991ci ilin oktyabr ayından 1992-ci ilin yanvar ayının 17-dək kənd sakinlərindən təşkil olunan könüllü özünümüdafiə dəstəsi ilə birgə və 1993-cü il may ayından 1993-cü il iyul ayının sonunadək N saylı hərbi hissənin əsgər və zabitləri ilə birgə Ağdam rayonunun Şelli və Qurdlar kəndləri uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş, döyüşlərdə iştirak etməsinə baxmayaraq İddiaçı həmin dövrdə azyaşlı olduğundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon İcra Hakimiyyəti tərəfindən qeydə alınmamışdır.

26. Qanunvericiliyin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı verilməsi üçün onların adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarda qeyd edilməli və bu siyahılar döyüşlərdə iştirakı sübut edən digər sənədlərlə birl ikdə təqdim edilməlidir. İddiaçı tərəfindən, eləcə də məhkəmə sorğusu əsasında təqdim edilmiş yerli icra hakimiyyəti orqanının arayışı notarial qaydada təsdiq edilmiş şahid ifadələri əsasında verilmişdir. Həmçinin, iddiaçının xəsarət alması barədə Ağdam Mərkəzi xəstəxanasının Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş arayışdan da göründüyü kimi, iddiaçının düşmən mərmisindən xəsarət alması qeyd edilmişdir ki, bu da şəxsin döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak edən zaman xəsarət almasını sübut edən hal kimi qiymətləndirilə bilməz.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Re spublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə sübutlar mövcud olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

29. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

30. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1132/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar