Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2111/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı X1 (xx.xx.1962-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müda fiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ona ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1399/2022 nömrəli iş üzrə 15 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya **********9 saylı xx.xx.2020-ci il tarixli qərarla Daxili İşlər Nazirliyinin 13 saylı xx.xx.2020-ci il tarixli məlumat vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Cavabdehin 6 avqust 2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən ötən dövrlər üçün xx.xx.2017-ci il tarixdən 31 iyul 2020-ci tarixədək əmək pensiyası yenidən hesablanmışdır (15041,28:36=417,81 manat, xx.xx.2020-ci il tarixdən 480,70 manat).
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 8 aprel 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 23 iyul 2020-ci il tarixli 13 nömrəli məlumat vərəqəsinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən mərkəzi filial tərəfindən 1 avqust 2020-ci il tarixdən iddiaçıya 1480,70 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qanunvericilikdə keçmiş dövr üzrə pensiya məbləğinin ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən əmək pensiyası üz rə keçmiş dövr üçün hesablanmış 15.041,16 manat fərq məbləği 2020-ci ilin avqust ayından etibarən “Əmək pensiyalar haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada hissə-hissə (hər ay 417,81 manat) əmək pensiyası (480,70 manat) üzərinə əlavə olunmaqla (480,70+417,81=898,51 manat) müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ona ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, “baş serjant” rütbəsində pensiyada olan keçmiş polis əməkdaşıdır. 1991-2005ci illər ə rzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət keçmiş, o cümlədən 1992-1994-cü illər ərzində vətən torpaqlarının azadlığı və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etmişdir. Polis orqanlarında xidməti güzəştli əsaslarla 21 (iyirmi bir il) 6 (altı) ay olmuşdur. 2005-ci ilin mart ayında polis orqanlarından tərxis olunarkən xidmət etdiyi Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsi tərəfindən iddiaçıya bildirilmişdir ki, “iddiaçının xidməti azdır və pensiya düşmür”. İddiaçı 2020-ci ilin may ayında təkrarən Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etmiş və ona bildirilmişdir ki, “iddiaçıya pensiya düşür”. Onun xidmət illəri hesablanaraq pensiya vərəqəsi Dövlət Sosial Müdafiə Fonduna (DSMF) göndərilmiş, həmin ilin avqust ayından o, pens iya alır. Ona pensiya təyin olunan zaman Dövlət Sosial Müdafiə Fondunda ona sonuncu 3 (üç) ilin pensiyasının ödəniləcəyi bildirilmiş və “əvvəlki illərə görə pensiyanın təyin olunmaması onların günahı deyil və xidmət edilən quruma müraciət edilsin” deyə bildirilmişdir. 11 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinə və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəsmi şəkildə müraciət edərək keçmiş dövr üçün almadığı pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, cavabdeh qurumlardan bu günədək heç bir cavab almamışdır. İddiaçı pensiyaya 2005-ci ilin mart ayında çıxmışdır. Xidmət etdiyi Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin Kadrlar şöbəsindən ona bildirilmiş dir ki, “iddiaçının stajı az olduğu üçün ona pensiya düşmür”. 2020-ci ilin may ayında xidmət yoldaşlarından öyrənmişdir ki, iddiaçı ilə xidmət etmiş və iş stajı onunla eyni olan şəxslərə xidmətdən buraxıldıqları vaxtdan, yəni 2005-ci ildən pensiya təyin olunmuşdur. 2005-ci ilin mart ayında xidmətdən buraxılan gündən onun pensiya hüququ yaranmışdır. Lakin cavabdeh orqanların səhlənkarlığı ucbatından ona həmin zaman pensiya təyin olunmamış və o, 15 (on beş) il 5 (beş) ay ərzində pensiya almamışdır. Bu da onun və ailəsinin maddi çətinliklərlə üzləşməsinə səbəb olaraq ailəsinə külli miqdarda ziyan vurmuşdur. Cavabdehin etirazları:
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1.1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin məhkəməyə ünvanladığı 077-2696-1771 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsindən, polis baş serjantı rütbəsi ilə xx.xx.2005-ci il tarixindən “öz arzusuna görə” daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olun duğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 15 il, 11 ay, 20 gün, imtiyazlı hesablama ilə 21 il, 5 ay, 5 gün təşkil etmişdir. İddiaçı pensiya təyinatı üçün tərtib edilmiş Məlumat Vərəqi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-6406/2021 nömrəli (hakim M.T.Hacıbəyova) qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin olaraq 28 iyul 2020-ci il tarixdə müraciət etməsinə, onun pensiyanın təyin edilməsi üçün 2005-ci ilin mart ayından 2020-ci ilin iyul ayına kimi dövr ərzində cavabdehə rəsmi müraciətlərinin olmamasına, 2020-ci ildən isə təyin edilmiş pensiya məbləğinin əvvəlki üç il üzrə verilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 21(103)-1399/2022 nömrəli (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)6406/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instans iyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının pensiya almaq hüququ 2005-ci il tarixdə Daxili işlər orqanlarından tərxis edildiyi zaman yaranmışdır. İddiaçı pensiya təyin edilməsi üçün xidmət etdiyi Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etsə də, ona bildirilmişdir ki, xidmət müddəti kifayət etmədiyindən ona pensiya düşmür. 2020-ci ilin may ayında təkrarən Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etd iyi zaman isə ona pensiya düşdüyünü bildirmişlər.
15. Nəticədə iddiaçının pensiya almaq hüququ 2005-ci il tarixdə yaransa da, o 15 il ərzində pensiya almaq hüququndan məhrum olunmuşdur. Bununla da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququ pozulmuşdur. 16. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsi barədə Qanunun 32.1-1-ci maddəsi iddiaçı X1 ödənilməmiş pensiyanın hesablanması qaydasına şamil edilə bilməz. Çünki 3 may 2017-ci il tarixdə qüvvəyə minmiş həmin norma vətəndaşın vəziyyətini yaxşılaşdırmır, əksinə pisləşdirir.
17. İşə baxan məhkəmələr isə 2005-2017-ci illəri ehtiva edən iddia tələbinə sonradan qəbul edilməklə qüvvəyə minmiş qanun normasını tətbiq etməklə Azərbaycan Respublika sı Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələblərini pozmuşlar. Həmin maddəyə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (10 mart 2017-ci il tarixli Azərbaycan Res publikasının Qanunu ilə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir.)
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iddiaçının verdiyi kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki inzibati mübahisənin yaranmasına səbəb iddiaçıya xx.xx.2020-ci il tarixdə təyin edilmiş pensiya 6 avqust 2020-ci il tarixli qərarla yenidən hesablanarkən ötən dövrlər üçün ya lnız son 3 ilə görə (xx.xx.2017-ci il tarixdən 31 iyul 2020-ci tarixədək) pensiyanın yenidən hesablanaraq ödənilməsi olmuşdur.
24. İddiaçı kassasiya şikayətində qeyd edir ki, onun pensiya almaq hüququ 2005-ci il tarixdə daxili işlər orqanlarından tərxis edildiyi zaman yaranmışdır. İddiaçı pensiya təyin edilməsi üçün xidmət etdiyi Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etsə də, ona bildirilmişdir ki, xidmət müddəti kifayət etmədiyindən ona pensiya düşmür. 2020-ci ilin may ayında təkrarən Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etdiyi zaman isə ona pensiya düşdüyünü bildirmişlər.
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakılar qeyd etməyi zəruri hesab edir.
26. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
27. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da nəzərdə tutur. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusiya hüququ olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 iyul 2022-ci tarixli qərarında qeyd edilmişdir ki, “..... “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda ə lavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir.....”
29. Hazırkı işin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 13 aprel 2021-ci il tarixdə Səbail rayon Polis İdarəsində qəbul zamanı, 2005- c ildə xidmətdən xaric olunarkən qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna əsasən pensiya hüququnun olmadığı üçün həmin vaxt iddiaçıya pensiya təyin olunmasının mümkün olmadığı barədə ətraflı izahların verilməsi nəzərə alınaraq müraciəti əsasında toplanmış sənədlər işə alınmışdır.
30. Qeyd edilən məktubun məzmunundan göründüyü kimi iddiaçının məhz həmin dövrdə müraciəti əsasında toplanmış sənədlər işə alınmışdır. Beləliklə məktubdan anlaşılır ki, iddiaçının pensiya təyin edilməsi ilə bağlı 1 iyul 2017-ci il tarixinədək müraciəti olmuşdur. Odur ki, qeyd edilən müraciətin mövcudluğu bir daha araşdırılmalıdır.
31. Məhkəmələr iddianı rədd edərək iddiaçının pensiyasının yenidən hesablanarkən ötən dövrlər üçün yalnız son 3 ilə görə ödənilməsi qənaətinə gəlsələr də, gəli nən nəticə kifayət qədər əsaslandırılmamış, inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan yararlanılmamışdır.
32. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
33. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olun an halların tədqiq edilməsi və onlara hüquqi qiymət verilməsi məhkəmələr tərəfindən gəlinən düzgün nəticənin əsaslandırılmış olmasını təmin edərdi. Vurğulanmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hallara lazımi hüquqi qiymət verilməmiş, iddiaçının ilkin müraciətinin nə zaman olması araşdırılmamış, Səbail rayon Polis İdarəsinin 13 aprel 2021-ci il tarixli məktubunun məzmununda qeyd edilənlər diqqətə alınmamışdır.
34. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-1399/2022 nömrəl i iş üzrə 15 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
36. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1399/2022 nömrəli iş üzrə 15 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.