Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2111/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ ( Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddətin ötürülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı (xx.xx.1979-cu il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, VÖEN-**********, VÖEN al ma tarixi-xx.xx.2017-ci il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-368/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası və kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********2063 nömrəli Qərar”ı əsasında aparılmış yoxlamanın nəticəsinə dair qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145281 nömrəli qərarın maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz əlverişsiz inzibati akt hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2 -1(112)-5480/2021 nömrəli qərarı ilə (hakim H.Ağalarov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
3. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(112)-5480/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-368/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5480/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. İddiaçı kassa siya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-368/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Eyni zamanda iddiaçı prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məhkəmənin qərarı göndərilməmiş, qanunvericiliyin tələbinə uyğun çatdırılmamışdır. İddiaçının müraciətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2023-cü il tarixdə ona rəsmi qaydada verilmişdir. Bunun nəticəsində apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. O, ərizəsində müddətin bərpa olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati P rosessual Məcəllə Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. (-) Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə əriz ə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin b ərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) b) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl pros es iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
8. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sab itliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.
9. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. İddiaçı prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məhkəmənin qərarı göndərilməmiş, qanun vericiliyin tələbinə uyğun çatdırılmamışdır. İddiaçının müraciətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2023-cü il tarixdə ona rəsmi qaydada verilmişdir bununlada kassasiya şikayətini ali məhkəməyə vaxtında təqdim edə bilməmişdir müddəti ötürmüşdür.O, ərizəsində müddətin bərpa olunmasını xahiş etmişdir.
11. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-368/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarı qərarı 29 mart 2022-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Lakin həmin qərardan kassasiya şikayəti 07 iyun 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra 1 il 6 aydan sonra məhkəməyə təqdim olmuşdur.
12. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının və İPM-in 94.1-ci maddəsinin tələbi baxımından hazırkı işdə prosessual müddətin axımı ötürüldüyü üçün kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmış hesab olunur.
13. İddiaçının müddətin bərpasına dair vəsatətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin ərizədə müddətin bərpasına əsas verən üzürlü səbəb göstərilməmişdir.
14. Ali Məhkəmənin kollegiyası göstərilənləri və Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı şikayəti üzrə hazırkı qərarda qeyd olunan prosessual hüquq normalarının tələblərinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar olan mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının vəsatəti təmin olunmamalı və kassasiya şikayəti mümkün sayılmamalıdır.
15. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Müddətin bərpası hissəsində vəsatət təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-368/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın.