Məhkəmə qərarları › İş №2-1(102)-2111/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2111/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2111/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: İPM-in 90.2-ci maddəsinə əsasən üçüncü şəxslərin kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əm lak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “üçüncü şəxslərin adına tərtib edilmiş 0,03 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(107)-153/2024 nömrəli qərarından üçüncü şəxslər X3, Nümayəndə, Məmmədova (Kərimova) Elnarə Adil qızı, X8, X9 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsin ə qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X3, Nümayəndə, X6, X7, X8 və X4 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 4 may 2023-cü il tarixli e-2-1(116)-939/2023 nömrəli qərardadı ilə X3, Nümayəndə, Məmmədova (Kərimova) Elnarə Adil qızı, X8 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

3. Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarı(hakim V.Musayev) ilə iddia tələbi təmin edilmişdir.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.Məlikov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və G.Cavadova) 22 fevral 2024-cü il tarixli 2-1(107)153/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Üçüncü şəxslər X3, Nümayəndə, Məmmədova (Kərimova) Elnarə Adil qızı, X8, X1 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli 2-1(107)153/2024 nömrəli qərarından kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 90.2. Apellyasiya inst ansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər;... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.

9. Belə ki, ilk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

10. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydas ını tənzimləyir.

11. Prosessual qanunun normaları nəinki məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

12. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.

13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. “X2rşı” iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (“Luordo İtaliyaya qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli Qərar).

14. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı).

15. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və əda lətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

16. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi kimi amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin, qanunverici İPM-in 90.2-ci maddəsində qəbul edilmiş məhkəmə aktından inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malik olduqlarını müəyyən etmişdir.

17. İşdən məlum olur ki, üçüncü şəxslər iddianı təmin edən Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verməmiş, Şəki Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.

18. Göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə üçüncü şəxslərə münasibətdə sonuncunun razılaşaraq apellyasiya şikayəti vermədiyi Şəki İnzibati Məhkəməsinin qərarından fərqli qərar qəbul edilməmiş, onun apellyasiya icraatında hər hansı tələbi o lmamış və müzakirə edilməmişdir. Başqa sözlə, apellyasiya instansiyasında üçüncü şəxslərə münasibətdə birinci instansiya məhkəməsindən fərqlənən hər hansı hüquqi nəticəyə dair qərar qəbul edilməmiş, onun hüquq və vəzifələri apellyasiya araşdırmasının predmeti olmamış, nəticədə sonuncunun təmin olunmayan heç bir tələbi olmamışdır.

19. Bu kontekstdə, İPM-in 90.2-ci maddəsinin apellyasiya instansiyası məhkəməsinin aktlarından yalnız tələbləri təmin olunmayan inzibati məhkəmə icraatının iştirakçılarının şikayət verə biləcəyi barədə imperativ göstərişini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, üçüncü şəxslər Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından kassasiya şikayəti verə bilməzlər.

20. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu h alda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

21. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(107)-153/2024 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar