Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2112/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh X6 Xidmətinin 6 saylı region üzrə X3 (üçüncü şəxs “xxxx” QSC-nin X1 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmrlərin etibarsız hesab edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh X6 Xidmətinin 6 saylı region üzrə X3 (üçüncü şəxs “xxxx” QSCnin X1 iştirakı ilə) qarşı əmrlərin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın 18 fevral 2020-ci il tarixli 2-1(103)-569/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əs asən işə 28 oktyabr 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh X6 Xidmətinin 6 saylı region üzrə X3 (üçüncü şəxs “xxxx” QSC-nin X1 iştirakı ilə) qarşı iddiaçının səhhəti ilə əlaqədar müddətli əmək müqaviləsinin uzadılması barədə X5 rəisinin 22.07.2016-cı il tarixli 294 saylı əmrin qanunsuz hesab edilməsi, iddiaçıya “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə X5 rəisinin 09.08.2016-cı il tarixli 337 saylı əmrin etibarsız hesab edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə X5 rəisinin 07.10.2016-cı il tarixli 430 saylı əmrin əsassız hesab edilməsi ilə İddiaçı işsiz qalan müddətinin əmək haqqısını ödənilməklə ö z vəzifəsinə bərpa edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Birinci instansiya məhkəməsinin 02.12.2019-cu il tarixli, 2-1(81)-4648/2019 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsiAzərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1, 35.1, 38-ci maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsaslanaraq iddia müddətləri ötürüldüyündən hazırkı iddia tələbi mümkün sayılmamalıdır nəticəsinə gəlmişdir.
4. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.12.2019-cu il tarixli qərardadının ləğv edilməsini, qərardadla həll edilməli olan məsələni həll edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18.02.2020-ci il tarixli, 2-1(103)-569/20 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vidadi Məmmədov) qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 02.12.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasıqərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3-cü maddəsinə, İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Kasasiya şikayətinin dəlilləri:
7. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddia ona cavab verilməli olan şəxsə qarşı, yəni əsl olmayan cavabdehə qarşı irəli sürüldükdə, bu hal iddianın mümkün sayılmaması üçün əsas olmayıb, belə halda məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların a radan qaldırılmasında, proses iştirakçısı olan İddiaçı yardım etməyə borclu olduğu halda belə yardımı etməmiş, həmçinin tələbin iddiaya cavab verməli olmayan şəxsə verilməsi barədə iddiaçıya məlumat verilməklə iddiaçının razılığı ilə ilk cavabdehin əsl ilə əvəz edilməsini həll etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2020-ci il tarixli, 2-1(103)-569/20 nömrəliqərardadının ləğv edilməsini, işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
9. Bunu əsas götürərək mə hkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 08 oktyabr 2020-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
11. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
12. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə əlaqədar qeyd edir ki, kasasiya şikayəti prosessual hüquq normalarının sadalanmasından ibarətdir, əsassızdır və formal xarakter daşıyır.
13. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cavabdeh X6 Xidmətinin 6 saylı region üzrə X3 (üçüncü şəxs “xxxx” QSC-nin X1 iştirakı ilə) qarşı iddiaçının səhhəti ilə əlaqədar müddətli əmək müqaviləsinin uzadılması barədə X5 rəisinin 22.07.2016-cı il tarixli 294 saylı əmrin qanunsuz hesab edilməsi, iddiaçıya “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə X5 rəisinin 09.08.2016-cı il tarixli 337 saylı əmrin etibarsız hesab edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə X5 rəisinin 07.10.2016-cı il tarixli 430 saylı əmrin əsassız hesab edilməsi ilə İddiaçı işsiz qalan müddətinin əmək haqqısını ödənilməklə öz vəzifəsinə bərpa edilməsi barədə xahiş etmişdir.
14. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi düzgün olaraq «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.3-cü bəndinə istinad etmişdir.
15. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələ r ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü hə mişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
17. Lakin apelya siya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X5 rəisinin 22.07.2016-cı il tarixli 294 saylı, 09.08.2016-cı il tarixli 337 saylı, 07.10.2016-cı il tarixli 430 saylı əmrlərini mübahisələndirsə də, cavabdeh qismində həmin əmrləri qəbul etmiş “xxxx” QSC-nin X2 deyil, X6 Xidmətinin 6 saylı region üzrə X4 göstərmişdir.
18. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərba ycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
19. Həmin Əsasnamənin 2.1-ci maddəsinə görə Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır - əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində həmin siyasətin həyata keçirilməsini təmin edir; öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə amal ol unmasına dövlət nəzarətini həyata keçirir; əmək qanunvericiliyinə amal olunmasına dövlət nəzarəti sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
20. Yuxarıda qeyd edilənlərə əsasən Xidmətin hazırkı tələbində nəzərdə tutulduğu kimi, başqa orqanın və ya təşkilatın qəbul etdiyi əmrləri əsassız və ya qanunsuz hesab etmək səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmamışdır.
21. İddiaçının kasasiya şikayətində yeganə dəlili ondan ibarətdir ki, iddia ona cavab verilməli olan şəxsə qarşı, yəni əsl olmayan cavabdehə qarşı irəli sürüldükdə, bu hal iddianın mümkün sayılmaması üçün əsas olmayıb, belə halda məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, proses iştirakçısı olan İddiaçı yardım etməyə borclu olduğu halda belə yardımı etməmiş, həmçinin tələbin iddiaya cavab verməli olmayan şəxsə verilməsi barədə iddiaçıya məlumat verilməklə iddiaçının razılığı ilə ilk cavabdehin əsl ilə əvəz edilməsini həll etməmişdir.
22. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin 02.12.2019-cu il tarixli məhkəmə iclas protokoluna əsasən hakim tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçı iddia tələbinin dəqiq olduğunu bildirmişdir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqa nın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
24. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18 fevral 2020-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 21(103)-569/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.