Məhkəmə qərarları › İş №2-1(102)-2113/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2113/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2113/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin nümayəndəsi Mirhüseyn Hüseynovun və vəkili Valid Səfərovun iştirakı ilə, İddiaçı cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)949/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı xx.xx.1963-cü il tarixdə Ağdam rayonunda anadan olmuşdur.

2. Cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.

3. İddiaçı cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı xx xxxx 2002-ci ildə anadan olmuş övladı X5 məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisa di Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdə anadan olmuş qızı X5 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdehə müraciət etmişdir. Müraciətinə cavabdeh xx.xx.2019-cu il tarixli 01/9805 saylı məktubla cavab olaraq bildirmişdir ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın Tələblərinə görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs hesab edilir. Statusun verilməsinə dair mövcud Qaydaların 4.2.6-cı bəndinin tələblərinə uyğun olaraq “Məcburi köçkü n” statusuna malik olan şəxsin mənzil qanunvericiliyini və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmadığından övladına “məcburi köçkün” statusunun verilməsi ilə bağlı müraciətinin müsbət həlli Komitənin imkanı xaricindədir. Göründüyü kimi, Komitə məskunlaşdıqları ünvanın şəxsi mənzilləri və məskunlaşdığı ünvanda bir müddət qeydiyyatda olmasını əsas gətirərək övladına “məcburi köçkün” statusunun verilməsindən imtina edir. Qeyd etməyi zəruri hesab edir ki, məskunlaşdıqları ünvan həyat yoldaşı X1 adınadır və o, məcburi köçkün deyil. Bütün ailə üzvlərinin daimi qeydiyyatı ünvan 1 ünvanıdır. Bundan əlavə Ağdam rayon İcra Hakimiyyə ti Başçısının müavinin xx.xx.2019-cu il tarixli 1015 saylıarayışından da görünür ki, o, həqiqətən 1993-cü ilin iyul ayında Ağdaş şəhərindən məcburi köçkün düşmüşdür. Məktubdan da göründüyü kimi, əslində qızına məcburi köçkün statsu və vəsiqəsinin verilməməsi üçün heç bir qanuni əsas yoxdur. Cavabdeh öz məktubunda belə imtinasını əsaslandıracaq heç bir lazimi qanuna istinad edə bilməmişdir. Çünki, nə “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanununda, nə də “Qaçqınlara və məcburi köçkünlərə status sənədlərinin verilməsinə dair” Qaydalarda hər iki valideyni məcburi köçkün olan şəxsin Bakı şəhərində doğulması və qeydiyyatda olması onu status almaq hüququndan məhrum etmir. Hesab edir ki, qızının məcburi köçkün statusu onun doğulması zamanı valideynlərinə münasibətdə yaranıb və bu statusu ləğv edilməyib. O, və digər ailə üzvləri də qızı kimi hal-hazırda yuxarıda göstərilən ünvanda pasport qeydiyyatındadırlar və məcburi köçkün kimi dövlətin onlara verdiyi bütün güzəşt və imtiyazlardan istifaddə edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-3808/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayev) qərarı ilə iddia tələbininrədd edilməsiqərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında“Qanununun 1-ci və maddəsinə və Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin v erilməsinə dair Qaydaların 4.2.6-cı bəndinəəsaslanaraq iddiaçının arvadı, onun xx.xx.2002-ci il təvəllüdlü qızı anadan olmamışdan əvvəl, yəni, xx.xx.2002-ci il tarixədək ayrıca yaşayış sahəsi əldə etmiş və həmin yaşayış sahəsi onun mülkiyyətində olmuş, iddiaçı və arvadı xx.xx.2002-ci il tarixdən həmin mənzildə qeydiyyatda olduğuna dair nəticəyə gəlmişdir.

7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-949/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmməd ov və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 2-ci maddəsinə və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.1 və 4.2.6-ci bəndlərinə əsaslanaraq iddiaçı xx.xx.1999-cu il tarixdə GülnarəYolçu qızı Rəfiyeva ilə rəsmi nikaha daxil olaraq, xx.xx.2002-ci il tarixdə ünvan 3 ünvanına qeydiyyata düşmüşdür. İddiaçı və arvadı xx.xx.2002-ci il tarixdən Gülnarə Yolçu qızıRəfiyeva nın mülkiyyətində olan ünvan 4 ünvanına pasport qeydiyyatına düşmüşolduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:

10. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,mövcud qanunvericiliyə əsasən məcburi köçkün nəinki faktiki yaşayış yerində qeydiyyata alına bilər, hətta özünə xüsusi mülkiyyət hüquqi ilə daşınmaz əmlak da əldə edə bilər və bu halda hətta rüsumdan azaddır. Məcburi köçkün isə öz aldığı mənzil və ya evə qeydiyyata düşmək hüququna malikdir və bu hüququn hər hansı bir vəziyyətlə bağlı məhdudlaşdırılması qadağandır. Qaydalarda da konkret olaraq imtinanın əsasları və səbəbləri göstərilib. Bu hallar mövcud olmadıqda məcburi köçkün statusu və vəsiqəsi verilməsindən imtina əsassızdır. Hesab edir ki, qızının məcburi köçkün statusu onun doğulması zamanı va lideynlərinə münasibətdə yaranıb və bu statusu ləğv edilməyib. Onun və digər ailə üzvləri də qızı kimi hal-hazırda yuxarıda göstərilən ünvanda pasport qeydiyyatdadırlar və məcburi köçkün kimi dövlətin onlara verdiyi bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Lakin buna baxmayaraq apelyasiya instansiya məhkəməsi qeyd edilən dəlillərə münasibət bildirməmiş, öz qərarında yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi nin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-949/2020 saylı qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili V.Səfərov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsiM.Hüseynov da vəkili V.Səfərovun çıxışına uyğun i zahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

14. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansi yası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəm əsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

17. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, xx.xx.1999-cu il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq, xx.xx.2002-ci il tarixdə ünvan 5 ünvanına qeydiyyata düşmüşdür. İddiaçının arvadı X2 isə məcbur köçkün deyildir, iddiaçı özü isə xx.xx.2014-cü il tarixdən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2002-ci il tarixdən arvadı Gülnarə Yolçu qızıRəfiyevanın mülkiyyətində olan ünvan 6 ünvanına pasport qeydiyyatına düşmüş, xx.xx.2015-ci il tarixdə İddiaçı “Məcburi köçkün” statusu və vəsiqəsi verilmiş və sonradan arvadı Gülnarə Yolçu qızıRəfiyevanın adına mülkiyyətdə ev olduğu üçün ona verilən vahid aylıq müavinət dayandırılmışdır.

18. İd diaçı kasasiya şikayətində qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən məcburi köçkün nəinki faktiki yaşayış yerində qeydiyyata alına bilər, hətta özünə xüsusi mülkiyyət hüquqi ilə daşınmaz əmlak da əldə edə bilər və bu halda hətta rüsumdan azaddır. Məcburi köçkün isə öz aldığı mənzil və ya evə qeydiyyata düşmək hüququna malikdir və bu hüququn hər hansı bir vəziyyətlə bağlı məhdudlaşdırılması qadağandır. Qaydalarda da konkret olaraq imtinanın əsasları və səbəbləri göstərilib. Bu hallar mövcud olmadıqda məcburi köçkün statusu və vəsiqəsi verilməsindən imtina əsassızdır. Hesab edir ki, qızının məcburi köçkün statusu onun doğulması zamanı valideynlərinə münasibətdə yaranıb və bu statusu ləğv edilməyib. Onun və digər ailə üzvləri də qızı kimi hal-hazırda yuxarıda göstərilən ünvanda pasport qeydiyyatdadırlar və məcburi köçkün kimi dövlətin onlara verdiyi bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Lakin buna baxmayaraq apelyasiya instansiya məhkəməsi qeyd edilən dəlillərə münasibət bildirməmiş, öz qərarında yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

20. Belə ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun un 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 21. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən (Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

22. Həmin qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir.

23. Həmin qaydaların 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir.

24. Həmin qaydaların 4.2.6-cı bəndinə əsasən “Məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına mə cburi köçkün statusu verilmir.

25. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının arvadı, onun xx.xx.2002-ci il təvəllüdlü qızı X6 hələ anadan olmamışdan əvvəl, yəni, xx.xx.2002-ci il tarixədək ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin yaşayış sahəsinin onun mülkiyyətində olduğu və iddiaçı və arvadı xx.xx.2002-ci il tarixdən həmin mənzildə qeydiyyatda düşdüyü səbəbindən cavabdeh tərəfindən iddiaçının qızı X3 məcburi köçkün statusu verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə ziddir və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.

26. Bütün yuxarıda göstərilənlərə istinadə n məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,2-1(103)949/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar