Məhkəmə qərarları › İş №2-1(102)-2113/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2113/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2113/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair arayışın verilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra- cavabdeh) qarş ı “hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2-1(103)1674/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. iddiaçının X7na Bakı şəhər X14 İcraiyyə Komitəsinin qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli kooperativin 262K saylı bağ sahəsi ayrılmışdır. Lakin həmin sahə üzərində hüququnu rəsmiləşdirmək üçün müraciət etməmişdir. 23 iyun 1999-cu il tarixdə X10 vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur.

2. X9 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli kooperativin 262K saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədin - çıxarışın verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən müraciət təmin edilməmiş və bildirilmişdir ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 262K saylı bağ sahəsi sxematik xəritəyə əsasən göstərilən sahənin cənub qərbində yerləşir, kənardan göstərilən sahə sənədlə 1200 kv.m olsa da, faktiki 700,0 kv.m təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 2 62K saylı bağ sahəsinə dair hüququn mərhum X7na məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 262K saylı bağ sahəsi X7na Bakı şəhər XDS İK-nin 6/387 saylı, 21 may 1991-ci il tarixli qərarı ilə verilmişdir. X7 bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Bir müddət həmin sahədən istifadə etmişdir. Lakin sonradan babasının xəstəliyi ilə əlaqədar olaraq uzun müddət ərazidən istifadə etməmişdir. Bağa sənəd almaq üçün cavabdehə müraciət etdikdə, idarədən babasına məxsus bağ sahəsinin başqa şəxs tərəfindən hasarlanması barədə məlumat verilmişdir. Bu səbəbdən də həmin torpaq sahəsinə sənəd verməkdən imtina edi lmişdir.

5. Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 14.02.2020-ci il tarixli məktubla bildirilmişdir ki, 218 saylı bağ tikinti kooperativinin nəzdində Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 262K saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Sorğu ilə əlaqədar olaraq, 218 saylı bağ tikinti kooperativinin nəzdində Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 262K saylı bağ sahəsinə dair sənədin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir (X2 adına olan b/s nömrəli orderin təsdiq edilmiş surəti əlavə edilmişdir).

6. Məhkəmənin 18 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli BTK-nın nəzdində olan 262 K saylı bağın yerləşdiyi torpaq sahəsinin koordinat ları, konfiqurasiyası, faktiki ölçüləri, faktiki vəziyyəti (istifadə olunması və ya boş sahəsi olması) müəyyən edilməsi üçün məhkəmə yerquruluşu və kadastr ekspertizası təyin edilmişdir. 7. “X5” MMC tərəfindən verilmiş ekspert rəyinə əsasən, təqdim edilmiş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli BTK-nın nəzdində olan 262K nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və koordinatları müəyyən edilərək, naturada 262K nömrəli torpaq sahəsinin metal torla hasara alındığı, orada hər hansı tikinti işlərinin aparılmadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyin tədqiqat hissəsində və rəyə əlavə edilmiş sxemdə göstərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-296/2021 saylı qərarı (hakim Miminat Hacıbəyova) ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 262 K saylı bağ sahəsinə dair hüququn iddiaçının mərhum X7na məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının babası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün, qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinə vəfa t etmiş X7nun adına çıxarış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur.

10. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Cahangir Yusifov) 06.08.2021-ci il tarixli, 2-1(103)-1674/2021 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 25.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 06.08.2021-ci il tarixli qə rarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı müvafiq bağ sahəsinə dair mərhum X10 adına reyestrdən çıxarış və plan-ölçünün verilməsi ilə bağlı 11.06.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir.

14. Aparılmış araşdırmalar nəticəsində, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən aşkarlanmışdır ki, bağ sahəsinin ölçüsü 1200 kv.m olsa da, naturada göstərilən ərazinin faktiki ölçüsü 700,0 kv.m təşkil edir. Bundan başqa, bağ sahəsinin şimal hissəsindən 1 metr məsafədə magistral kanalizasiya xətti keçir. Həmçinin, göstərilən sahə faktiki olaraq digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə edilməkdədir. Müvafiq bağ sahəsi həm d ə mübahisə predmetidir. Belə ki, müvafiq bağ sahəsinə digər fiziki şəxslər - X13, X6, X4 da iddialıdır. (Məlumat üçün bildiririk ki, həmin bağ sahəsinin 261B saylı bağ sahəsi kimi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar təmin edilmiş iddia tələbi əsasında qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-48/2021 saylı qərarından İdarə tərəfindən kassasiya şikayəti verilmişdir)

15. Qeyd olunan səbəblərə görə, iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.

16. Qeyd olunan hallar və qanunvericiliyin tələbləri apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm aları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının ü zvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab o lunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 19. “Torpaq islahatı haqqında” Qanun Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəs miləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 20. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müst əqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir.

23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə m əhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı mübahisə mahiyyət baxımından Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 262K saylı bağ sahəsinin mərhum X10 adına qeydə alınması və bu barədə müvafiq çıxarışın (arayışın) verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində hüququn mərhum babasına məxsus olmasının dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

28. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki iddiaçının qeydə alınmasını tələb etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 262K saylı bağ sahəsi iddiaçının X7na Bakı şəhər X14 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 saylı qərarı əsasında ayrılmış və bu barədə onun adına müvafiq order v erilmişdir. İddiaçının babası həmin bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması üçün aidiyyəti orqana müraciət etmədən vəfat etmişdir. Bundan sonra iddiaçı qanunla müəyyən olunmuş qaydada onun vərəsəsi kimi tanınmışdır.

29. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində mülkiyyət və ya istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin, şəxs hüquqlarının dövlət qeydiyyatına a lınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə isə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına qeydə alınmalı və müvafiq çıxarış verilməlidir. 30. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edil miş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

32. Həmin təlimatın 7.1-ci bəndin ə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.

33. İş üzrə materiallara əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ünvan ünvanladığı 11 iyun 2019-cu il tarixli, 216 nömrəli məktuba əsasən, X10 vəfat etməsi ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi üzrə 21 iyul 1999-cu il tarixdə vərəsəlik işi açılmış və vər əsələrin dairəsi müəyyən olunmuşdur. Məktubda miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 218 saylı BTK-nın nəzdində sahəsi 0,12 hektar olan 262K saylı bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur.

34. Nəzərə alınmalıdır ki, iddiaçının X7 vəfat edənə qədər qanuni əsaslarla əldə etdiyi qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış almadan öldüyü üçün, onun qanun üzrə vərəsəsi olan iddiaçının qanunvericiliyə əsasən həmin bağ sahəsi üzərində vəfat etmiş X7nun adına çıxarış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. 35. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kol legiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Bakı şəhər X14 İcraiyyə Komitəsinin dövlətə məxsus olan torpaq sahəsinin ayrılması haqqında qanuni qüvvədə olan qərarı Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır.

36. Cavabdehin imtinasında istinad etdiyi və məhkəmə icraatının gedişində dəfələrlə dəyişdirdiyi əsaslarla, o cümlədən bağ sahəsinin şimal hissəsindən magistral kanalizasiya xəttinin keçməsi, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, göstərilən 262K saylı bağ sahəsinin sxematik xəritəyə əsasən göstərilən sahənin cənub qərbində yerləşməsi, kənardan göstərilən sahənin sənədlə 1200 kv.m olsa da, faktiki 700,0 kv.m təşkil etməsi və sair əsaslarla bağlı məhkəmə kollegiyası, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövl ət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyy ən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

37. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyində qeyd edilmişdir ki, faktiki vəziyyətə görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli BTK-nın nəzdində olan 262K nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və koordinatları müəyyən edilərək, orada hər hansı tikinti işlərinin aparılmadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin şikayətində qeyd olunan hallar iş üzrə materiallarla təsdiqini tapmamış və cavabdeh də həmin hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

38. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər (bax bu qərarın 18-ci bəndinə).

39. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki f əaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər X14 İcraiyyə Komitəsinin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 262K saylı bağ sahəsinin iddiaçının X7na verilməsi barədə qanuni qüvvədə olan 21 may 1991-ci il tarixli, 6/387 saylı qərarı əsasında həmin torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasını və bu barədə vəfat etmiş şəxsin adına müvafiq çıxarışın verilməsini istisna ed ən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində hüququn rəsmiləşdirilməsi üçün yetərli əsas sayılmalıdır.

41. Bu baxımdan qeyd olunan bağ sahəsi üzərində hüququn vəfat etmiş şəxsə məxsus olması barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

42. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96-cı və 98- ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 21(103)-1674/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar