Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2113/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının Rusiya Federasiyasının “X5” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi borcları üzrə artıq ödəmənin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Rusiya Federasiyasının “X5” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv e dilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1810/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” cavabdehin Komisssiyası tərəfindən qəbul edilmiş 20 dekabr 2018-ci il tarixli qərarla iddiaçının 21 dekabr 2018-ci il tarixinə şəxsi hesab vərəqəsində Vergi Məcəlləsinin 85.5-ci maddəsinə uyğun olaraq 5 illik tələbetmə müddəti keçmiş artıq ödənilmiş 1.864.930,70 manat vergi məbləği silinmiş və bu barədə ona xx.xx.2018-ci il tarixli bildiriş göndərilmişdir.
2. İddiaçının şəxs i hesab vərəqəsindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.5-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixində 1.864.930,70 manat məbləğində azalma aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarın ləğv edilməsi, xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930,70 manat artıq ödilmiş məbləğin şəxsi vərəqəyə geri qaytarılması, xx.xx.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaı tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən **********915300 “Tələbetmə və əvəzetmə müddəti bitmiş artıq ödəmə barədə bildiriş” göndərilmiş və xx.xx.2018-ci il tarixə şəxsi hesab vərəqəsində tələbetmə müddəti bitmiş 1.864.930,7 manat artıq ödəmə VM-nin 85.5-ci maddəsinə əsasən silinmişdir. Halbuki, iddiaçının şəxsi vərəqəsində olan məlumata görə, xx.xx.2018-ci il tarixə 2.041.792.24 manat artıq ödəmə öz əksini tapır və Ver gi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqlarından biridir. 2016-cı ilin sonu iddiaçının şəxsi hesab vərəqəsindən artıq ödəmə silinməsi halı baş verdi və 2017-ci ildə məhkəmədə artıq ödəmənin geri qaytarılması iddiası ilə iş vardı. Bundan əlavə, xx.xx.2017-ci ildə, təkrar olaraq xx.xx.2017-ci ildə və yenidən təkrar olaraq xx.xx.2017-ci il tarixdə artıq ödəməninin geri qaytarılması barədə iddiaçı tərəfindən cavabdeh təşkilata ərizələr təqdim edilmişdir. İlkin olaraq cavab alınmışdır ki, müraciətdə göstərilən məbləğ müəyyən edilməmişdir. xx.xx.2017-ci il tarixli ərizəyə isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Dep artamentində baxılaraq xx.xx.2017-ci il tarixli Qərar əsasında səyyar vergi yoxlaması təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş məhkəmə qaydasında araşdırılaraq 05 iyun 2017-ci il tarixli 2-1(81)-1377/2017 saylı Qərardad ilə iddia mümkün sayılmamış, əsas kimi isə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli Qərarı əsasında səyyar vergi yoxlamasının təyin edilməsi və yoxlamanın başa çatmaması, nəticəsinin bəlli olmaması göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlama Aktı qəbul edilərək bu yoxlama nəticəsində ciddi nöqsanlar aşkar edilməmiş və eyni tarixli qərarla Nümayəndəlik 11.70 man at həcmində vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlaması aktının 13/16 səhifəsinin 2.3-cü bəndində şəxsi vərəqədə xx.xx.2018-ci il tarixə 2.014.373,44 manat artıq ödəmə olduğu qeyd edilir. Səyyar vergi yoxlaması artıq ödəmənin qaytarılmasına görə 2017-ci ildə yazılmış ərizə əsasında başlandığından bu Səyyar vergi yoxlamasının nəticəsində artıq ödəməninin geri qaytarılıb - qaytarılmaması həll edilmədir.
5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazını belə əsaslandırmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində 2010 və 2011-ci illərə aid artıq ödəmənin mövcud olmasına baxmayaraq iddiaçı tərəfindən ilk dəfə xx.xx.2017-ci il tarixdə artıq ödəmənin qaytarılması barədə ərizə ilə müraciət edilmişdir. Halbuki, həmin tarixə Vergi Məcəlləsinin 85.4-cü maddəsin də təsbit olunmuş 5 (beş) il tələbetmə müddəti ötmüşdür.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi 07 oktyabr 2020-ci il tarixli ekspert rəyinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsindən 1.864.930,70 manat artıq ödəmə məbləğinin silinməsi əsassız olmuşdur.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 21(103)-990/2021 nömrəli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: C.A.Yusifov və H.Ü.Həmidov) apely asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-169/2022 nömrəli, 22 fevral 2022ci il tarixli qərarı ilə (hakimlər: K.N.Bədəlov /məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-990/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi, i şə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Şikayət qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı ilk dəfə xx.xx.2017-ci il tarixdə müraciət etdiyini bildirir (iş materiallarında olan sənədlərlə bunu təsdiq edir və cavabdeh bu məlumatı təkzib etmir). Belə olan halda, iş üzrə araşdırma zamanı xx.xx.2012-ci il tarixə (xx.xx.2017-ci il tarixdən 05 il əvvəl) iddiaçının nə qədər artıq ödəməsinin olduğu müəyyən edilməlidir.
14. İş üzrə birinci instansiya məhkəməsi bu məqsədlə ekspertiza təyin etsə də, ekspert qarşısında qoyulan suallar natamam olmuşdur, eyni zamanda ekspertin gəldiyi nəticə (məbləğlərin hesablanması qeyri-müəyyən və ziddiyyətlidir) aydın deyildir. Belə ki, qoyulan birinci sual tamamilə qeyri - müəyyən sualdır (sualın aid olduğu dövr aralığı naməlum olaraq qalmışdır). Digər tərəfdən, ekspert qarşısında qoyulmuş 2-ci suala cavab verilməsi ilə bağlı ekspert müəyyən etmişdir ki, vergi ödəyicisinin xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövrə artıq ödəmə məbləği 1.495.269,21 manat təşkil edir. Həmçinin, ekspert xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci ilə qədər ümumilikdə 2.083.819,92 manat artıq ödəmənin həyata keçirildiyini müəyyən edir. Bu məlumatların sonunda isə ekspert belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə büdcəyə 1.880.165,25 manat artıq ödəməsi müəyyən olunur. Lakin sadə riyazi hesablama aparanda ciddi sual yaranır ki, ekspert rəyin nəticə hiss əsində qeyd etdiyi “1.880.165,25” rəqəmini haradan almışdır.
15. İşə baxan apellyasiya instansiya məhkəməsi də bu hallara qiymət vermədən ekspert rəyini mötəbər hesab edərək iş üzrə nəticəyə gəlmişdir ki, kassatorun bununla bağlı dəlilləri əsaslıdır. Beləliklə, iş üzrə araşdırılma hərtərəfli aparılmamış, iddiaçının ilkin müraciəti zamanı nə qədər artıq ödəməsinin olması (müddəti ötməmiş) dəqiq müəyyən edilməmişdir.
16. Bundan başqa, məhkəmə tərkibi hesab etmişdir ki, iddiaçı iddia tələbində həm də xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarın ləğv edilməsini xahiş etmiş, aşağı instansiya məhkəmələri də bu tələbi təmin etmişlər. Lakin aşağı instansiya məhkəmələri ləğvi tələb edilən qəra rın inzibati akt olub-olmamasına qiymət verməmiş, qəbul edilən qərarın inzibati akt, yaxud aralıq inzibati akt olmasını müəyyənləşdirməmişlər. Bu baxımdan, mübahisələndirilən qərarın inzibati akt olub-olmaması, qərarı qəbul edən komissiyanın statusu, onun inzibati akt qəbul etmək səlahiyyətinin olub-olmaması araşdırılmaqla, iddiaçıya iddia tələbinin düzgün formalaşdırılmasında yardım edilməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1810/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, M.Ə.Abbasov və S.İ.Bəktaşi) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 nömrəli, 5 noyabr 2020-ci il tarixli qərarı dəy işdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Ali Məhkəmənin hazırki iş üzrə qərarındakı göstərişlərə əsasən məhkəminin sorğusu əsasında iş üzrə ekspert rəyini tərtib etmiş Məhkəmə Ekspertiza Mərkəzinin X1 böyük eksperti X3 qeyd edilənlərə aydınlıq gətirmək məqsədilə məhkəmə iclasına dəvət edilmişdir. Ekspert öz izahatında qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizası qarşısında qoyulan birinci sualı ilə bağlı bildirmişdir ki, tədqiqat aparılan zaman iş materiallarında olan (cild l, i.v 149-160) şəxsi hesab vərəqində olan məlumatlardan istifadə edilmişdir. Həmin sənədlərə baxarkən artıq ödəmənin 2010-cu il tarixdən yarandığı görünür və hesablamalar həmin dövrdən sonrakı dövrləri əhatə edir. xx.xx.2020-ci il tarixə artıq ödə mə 203.654 (iki yüz üç min altı yüz əlli dörd) manat təşkil edir. Digər hesablamalar, azalmalar, yenidən hesablamalar rəydə öz əksini tapır. xx.xx.2012-ci il tarixə ******* (bir milyon dörd yüz doxsan beş min iki yüz altmış doqquz) manat 21 qəpik artıq ödəmə yaranmışdır. İkinci sualla (xx.xx.2017- ci ildən əvvəlki son 5 ilin artıq ödəməsi nə qədər olmuşdur?) bağlı qeyd etmişdir ki, bunun üçün 5 il əvvələ, yəni xx.xx.2012-ci ilə nəzər salmaq lazımdır. Həmin dövrdə ******* (bir milyon dörd yüz doxsan beş min iki yüz altmış doqquz) manat 21 qəpik artıq ödəmə olmuşdur. Növbəti əməliyyatlarda azalma hissəsi, ödəniş hissəsi, hesablama hissəsi rəydə öz əksini tapmışdır. Nəticədə 20838199 (iki milyon səksən üç min səkkiz yüz doxsan doqquz) manat 92 qəpik məbləğində artıq ödəmə yaranmışdır. 2010-cu ildən 2017-ci ilədək dövr nəzərdə tutulsa, 20838199 (iki milyon səksən üç min səkkiz yüz doxsan doqquz) manat 92 qəpik yaranır, lakin 2012-ci ildən 2017-ci ilədək 5 illik dövr üzrə artıq ödəmə ******* (bir milyon səkkiz yüz səksən min yüz altmış beş) manat 25 qəpikdir.
19. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 85.5, 85.5-1, 85.4, 85.5, 85.5-2, 87, 87.1.1, 87.1.2, və 88-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, araşdıma nəticəsində xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixədək Rusiya Federasiyasının “X5” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin büdcəyə ümumilikdə 2.083.819,92 manat məbləğində artıq ödəmə həyata keçirdiyi, o cümlədən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəməsi olduğu müyyən edilmiş dir.
20. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: -85.5 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutul mamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. -85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. -85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tari xədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. -87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: -87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; -87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəy işdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiya sı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışının predmeti olmuş və bunun nəticəsində iş üzrə 2-1(102)-169/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərar qəbul edilmişdir ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2-1(103)-990/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.
28. Ali Məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilsə də, ekspert qarşısında qoyulan suallar natamam olmuş və bununla da ekspertin gəldiyi nəticə aydın olmamışdır ki, apellyasiya məhkəməsi də qeyd olunan ekspert rəyini mötəbər hesab edərək düzgün nəticəyə gəlməmişdir. Beləliklə, iş üzrə araşdırma hərtərəfli aparılmamış, iddiaçının ilkin müraciəti zamanı nə qədər artıq ödəməsinin olması (müddəti ötməmiş) dəqiq müəyyən edilməmişdir.
29. Həmçinin Ali Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarın ləğv edilməsini xahiş etmiş, aşağı instansiya məhkəmələri də bu tələbi təmin etmişlər. Lakin aşağı instansiya məhkəmələri ləğvi tələb edilən qərarın inzibati akt olub-olmamasına qiymət verməmiş, qəbul edilən qərarın inzibati akt, yaxud aralıq inzibati akt olmasını müəyyənləşdirməmişlər.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən kassasi ya instansiyası məhkəməsinin hazırkı mübahisəyə dair hüquqi mövqeyindən irəli gələn və məcburi xarakter daşıyan göstərişlərini yerinə yetirmiş, nəticə etibarı ilə də iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq iş üzrə ekspert rəyini tərtib etmiş Məhkəmə Ekspertiza Mərkəzinin X1 böyük eksperti X2 məhkəmə iclasına dəvət etmiş və ekspert öz izahatında birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizası qarşısında qoyulan suallara aydınlıq gətirmişdir.
32. Bundan başqa, apellyasiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmaqla düzgün olaraq müəyyən etmişdir ki, xx.xx.2010-cu il tar ixindən xx.xx.2017-ci il tarixədək Rusiya Federasiyasının “X5” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi büdcəyə ümumilikdə 2.083.819,92 manat məbləğində artıq ödəmə həyata keçirmiş, o cümlədən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəməsi olmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
34. V ergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir.
35. Həmin Məcəllənin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir.
36. Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
37. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrindən də göründüyü kimi vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilm iş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, 5 il müddətində məhdudiyyət yalnız artıq ödənilmiş verginin qaytarılması və əvəzləşdirilməsi ilə bağlıdır. Lakin bir vergi növü üzrə ödənişin həmin növ vergi üzrə hesablamada nəzərə alınmasını, yəni bir vergi növü üzrə artıq ödənilmiş vergi məbləğinin həmin vergi növü üzrə sonrakı (gələcəkdə yaranacaq) öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini məhdudlaşdırmır. Vergi ödəyicisi müddət məhdudiyyəti qoyulmadan istənilən zaman bir vergi növü üzrə vergi öhdəliyi yaranarsa, hesablanan məbləğ həmin vergi növü üzrə artıq ödənilən məbləğ hesabına nəzərə alınmalıdır.
39. Burada əhəmiyyət kəsb edən məqam odur ki, məhdudiyyət yalnız 5 ildən sonra artıq ödənilmiş verginin geri alınmasına və digər vergi növü ilə əvəz edilməsinə tətbiq edilir. Çünki artıq ödənilən vəsait vergi ödəyicisinin büdcə hesabında vergi ödəyicisinə məxsus olan vəsaitidir.
40. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 oktyabr 2020-ci il tarixli, 9/1232 saylı ekspert rəyinin nəticə hissəsindən də görünür ki, xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixədək Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin büdcəyə ümumilikdə 2.083.819,92 manat məbləğində artıq ödəmə həyata keçirdiyi, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəmə olduğu müyyə n edilir.
41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2018ci il tarixdə azalma əməliyyatı ilə şəxsi hesab vərəqəsindən 1.864.930,70 manat vəsait silinərək “əvəzləşdirmə və tələbetmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi” adlı yeni vərəqəyə işlənmiş və bu addımı Vergi Məcəlləsinin 85.5-ci maddəsinə yanlış şərh etməklə yerinə yetirmiş və iddiaçı tərəfindən xx.xx.2017-ci ildə, təkrar olaraq xx.xx.2017-ci ildə və yenidən təkrar olaraq xx.xx.2017-ci il tarixdə artıq ödəməninin geri qaytarılması barədə ərizələr cavabdeh təşkilata təqdim edilən zaman Vergi Məcəlləsinin 85.5-ci maddəsində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini nəzərdə tutulan 5 il müddət ötürülməmişdir.
42. Məhkəmə k ollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edərək bildirir ki, cavabdeh vergi orqanının “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” qəbul etdiyi Qərar Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli qərarın sağ yuxarı küncündə əks olunmuş qeyddən də görünür ki, həmin qərarın forması Azərabaycan Respublikası Vergilər Nazirliyinin nömrəsi və tarixi əks olmayan “əmri” ilə təqsiq edilmişdir. Beləliklə, cavabdeh vergi orqanı qanunvericilikdə nəzərdə tutulmayan növ qərar qəbul etmişdir.
43. Hətta belə növ qərar qəbul etmək nəzərdə tutulsa belə, iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən də görünür ki, iddiaçının 2012-ci ildən 2013-cü ilə keç ən anda 1.731.183,63 manat artıq ödəməsi olmuşdur. xx.xx.2013-cü ildən xx.xx.2019-cu il ərzində ümumilikdə 2.432.226,24 manat vergi öhdəliyi yaranmışdır ki, bu öhdəlik Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə xx.xx.2013-cü ilə mövcud olan 1.731.183,63 manat artıq ödəmə məbləğindən silinmişdir. Göründüyü kimi iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə tələb etdiyi məbləğ məhz xx.xx.2013-cü il tarixindən sonra formalaşmışdır ki, iddiaçı tərəfindən ərizə vergi orqanına təqdim edildiyi an Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması üçün 5 illik müddət ötürülməmişdir.
44. Bütün göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir.
45. Qeyd olunanlara əsasən cavabdeh vergi orqanının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
46. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən apellyasiya məhkəməsi mübahisəli məsələ ilə bağlı lazımi qaydada araşdırma aparmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1810/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.