Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2113/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “müstəntiqin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2012/2023 nömrəl i, 24 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Murad Mustafayevin HK-1/689 nömrəli işi üzrə öhdəliklərini yerinə yetirməməsinə və məhkəmənin 6(006)154/2022 nömrəli işi üzrə qərarın icra edilməməsinə düzgün hüquq qiymətinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim:M.Qarayeva) 2-1(112)-6566/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmi şdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2012/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində icraat
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun vəkilin xidmətlərini ödəmək üçün maddi imkanı yoxdur. Bu səbəbdən, qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsinin təmin olunmasını xahiş edir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) 2-1(103)-2012/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı əsassız iddialar qaldırmaqla, həmin iddiaların mümkünsüzlüyünə dair qərardadları hər üç məhkəmə mərhələsində mübahisələndirməklə hüququndan sui-istifadə edir. Hüquqdan sui-istifadə edən şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi isə dövlət vəsaitinin təyinatından kənar əsassız yerə xərclənməsinə səbəb olur. Qeyd edilənləri, iddiaçının bu vaxta qədər eyni bir mübahisə ilə bağlı qaldırdığı çoxlu sayda iddiaların mümkünsüz hesab edildiyini, hər dəfə iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə verildiyini, hazırkı iddia tələbinin h əmin tələblərlə bağlılığını nəzərə alaraq ərizə təmin edilə bilməz.
9. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün ona dövlət hesabına vəkil təyin olunması barədə ərizəsində heç bir yerdə işləmədiyi, vəkilin xidmətindən istifadə etmək üçün maddi imkanının olmadığı qeyd edilmişdir. Lakin qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, ərizəsi təmin edilməmişdir. Odur ki, qərardadın ləğv edilməsini, ona dövlət hesabı na vəkil təyin olunmasını xahiş etmişdir. b)kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. 13. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquq i yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardı m almaq hüququna malikdirlər. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündə n, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəb ul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Məhkəmə icraatının iştirakçılarına hüquqi yardım göstərilməsi üçün təyin edilən vəkilə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirildiyindən həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, suiistifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, aşkar surətdə əsassız kassasiya şikayətinin verilməsi üçün proses iştirakçısına dövlət büdcəsi hesabına vəkil təyin edilməsi, dövlət büdcəsi vəsaitinin səmərəsiz və təyinatına uyğun olmayan tərzdə xərclənməsi ilə nəticələnə bilər.
20. Hazırda dövlət hesabına vəkillə təmin edilməsi barədə müraciət edən iddiaçı uzun müddətdir ki, məhkəmələrdə iddialar qaldırır. İddiaçının müxtəlif məhkəmə instansiyalarında inzibati icraat qaydasında baxılan və baxılmış iddialarının sayı həddən artıq çoxdur. Onun bu vaxta qədər eyni bir mübahisə ilə bağlı qaldırdığı çoxlu sayda iddiaları mümkünsüz hesab edilmiş və hər dəfə onun tərəfindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə verilmişdir. Göründüyü kimi, iddiaçı məhkəmədə əsassız iddialar qaldırmaqla süni şəkildə məhkəmə işlərini artırır, ona ödənişsiz vəkil təyin edilməsi isə dövlət büdcəsi vəsaitlərinin əsassız xərclənməsi ilə nəticələnir.
21. Hazırkı halda da iddiaçı prosessual qanunveri ciliklə müəyyən olunan hüququndan sui-istifadə edərək, inzibati icraat qaydasında baxılması mümkün olmayan, uğursuzluğu aşkar görünən iddia qaldırmış, həmin iddia mümkünsüz sayıldığı üçün əvvəlki praktikasına uyğun olaraq kassasiya şikayət verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə məhkəməyə müraciət etmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmasından imtina etməkdə haqlı olmuşdur.
22. Həmçinin qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.
23. Ərizəçinin dövlət büdcəsinin vəsait i hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə, ərizəçinin hüquqlarından sui-istifadə etdiyi apellyasiya məhkəməsinin qeyd etdiyi hallardan aşkar görünür. Bu mənada, əsassız kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təmin edilmə qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır.
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2012/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.