Məhkəmə qərarları › İş №2-1(102)-2114/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2114/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2114/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: valideynlərindən anası “məcburi köçkün” olan uşaqlara “məcburi köçkün” statusunun verilməsi, məhdud fəaliyyət qabiliyyəti əldə etmiş şəxsin icraata cəlb olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili V əkil, cavabdehin nümayəndəsi X3 və vəkili Cəfərov Nəsimi Abbas oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı, X4, X5 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)819/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1993-cü ildə Kəlbəcər rayonun işğalı ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür, “məcburi köçkün” statusuna və onu təsdiq edən vəsiqəyə malikdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, övladları - xx.xx.1999-cu il təvəllüdlü X7, xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2 005-ci il təvəllüdlü X14 məcburi köçkün statusunun verilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinada bildirmişdir ki, "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi akt kimi qeydə alınmış “Qaydalar”ın 4.1.6-cı bəndinə əsaslanaraq imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə qarşı xx.xx.1999-cu il təvəllüdlü X7, xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2005-ci il təvəllüdlü X14 məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Kəlbəcər rayonun işğalı ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. 1998-ci ildə X6 ilə faktiki nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü X9, xx.xx.2001-ci il təvəllüdlü X10 və xx.xx.2005-ci il təvəllüdlü X20 doğulmuşdur. Özü “məcburi köçkün” statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. Lakin həyat yoldaşı X6 əslən işğal olunmuş Kəlbəcər rayonundan olsa da, məcburi köçkün statusuna malik deyil. Övladlarının hər üçü Kəlbəcər rayonun Taxtabaşı kəndində qeydiyyatdadırlar. Övladlarına məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətinin qanunsuz ola raq təmin etməmişdir.

6. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ının 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Həmin Qaydaların 4.1.6-cı bəndində qeyd olunur ki, valideynlərindən yalnız atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının, şəxsiyyət vəsiqəsini almış uşaqlara (16 yaşlı) məcburi köçkün statusu verilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürül müş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının xx xxx 1999-cu il Qanununun 1ci maddəsinin 3-cü bəndində də göstərilir ki əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Beləliklə, X4, X5 və X11 atası X2 məcburi köçkün olmadığından və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’’ın tələblərinə əsasən onlara məcburi köçkün statusu verilə bilməz. 7. xx.xx.2019-cu il tarixdə X9 və X10 ərizə verərək, birgə iddiaçıla r qismində inzibati məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişlər. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4619/2019 saylı qərardadı ilə (hakim E.Əliyev) ərizə təmin edilmiş, X9, X10 iddiaçılar qismində məhkəmə icraatına cəlb edilmişlər. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4619/2019 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilmiş, iddiaçı xx.xx.1999cu il təvəllüdlü X7, xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2005-ci il təvəllüdlü X14 məcburi köçkün statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Əşrəfova X18 rayonundan məcburi köçkün olduğundan, iddiaçının rəsmi nikahı olmadığından, xx.xx.1999-cu il tarixdə X9, xx.xx.2001-ci il tarixdə X10 və xx.xx.2005-ci il tarixdə X20 doğulduğundan, İddiaçı malik olduğu “məcburi köçkün” statusu onun uşaqlarına da şamil olunmasına mövcud qanunvericilikdə hər hansı məhdudiyyət olmadığından iddia əsaslıdır.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020- ci il tarixli 21(103)-819/2020 saylı qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), V.Məmmədov və H.Həmidov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4619/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul ed ilməsi, iddiaçıların iddia tələbi təmin edilməməsi qərara alınmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, uşaqların atası X1 “məcburi köçkün” statusu olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız, habelə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.

16. Məhkəmə tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.6-cı maddəsinə istinad edilməsi tamamilə əsassızdır. 17. xx.xx.2002-ci il tarixdə təsdiq edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Milli Bankı ilə razılaşdırılmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” təlimatın 2.4cü hissəsinə və həmin hissənin 4.6-cı maddəsinə əsasən faktiki nikahdan doğulmuş “məcburi köçkün” statusuuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaq məcburi köçkün statusuna malikdir.

18. Göründüyü kimi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” xx xxx 2013-cü il tarixdə təsdiq edilənədək faktiki nikahdan doğulmuş, “məcburi köçkün” statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaq məcburi köçkün statusuna malik hesab edilir. Onun övladlarına həmin Qaydalar təsdiq edilənədək anadan olduqları üçün bu Qaydaların 4.1.6-cı maddəsi onlara şamil edilə bilməz.

19. Bundan başqa, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da nəzərdə tutulmuş “valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan” anlayışı ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməz. b. Kassasiya şikayətinə qarşı etiraz

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçının vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

22. Cavabdehin nümayəndəsi X12 və vəkili Cəfərov Nəsimi Abbas oğlu kassasiya şikayətinin dəlillərini qəbul etmədilər və qərarın dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası Konstitusiyası Maddə

25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar i ttifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə

148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar: Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: - Konstitusiya; - referendumla qəbul edilmiş aktlar; - qanunlar; - fərmanlar; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; - mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. 25. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. qa çqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; Maddə

12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

26. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxx 1999-cu il tarixli Fərmanı: Bənd

2. Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X19 üzr ə Dövlət Komitəsi həyata keçirir. 27. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ı (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır): Maddə 4.1.6. Valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.

28. Azərbaycan Respublikası İnzibati Porsessual Məcəlləsi Maddə 26.1.1. Mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; Maddə 26.1.2. Mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatın ın predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Maddə 26.3. Məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 49.3. yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.

30. A zərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Maddə 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilə n qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. İş üzrə iddiaçl apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Şikayət aşağıdakı səbəblərə görə qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

35. İş materialları ilə müəyyən edilir ki, İddiaçı uşaqları xx.xx.1999-cu il təvəllüdlü X9, xx.xx.2001-ci il təvəllüdlü X10 və xx.xx.2005-ci il təvəllüdlü X11 hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə öz adından müraciət etmişdir.

36. X9 və X5 xx.xx.2019-cu il tarixli ərizələrinə əsasən birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişlər. 37. xx.xx.2005-ci il təvəllüdlü X20 isə məhkəmələr tərə findən aparılan məhkəmə icraatına cəlb edilməmiş, İddiaçı onun qanuni nümayəndəsi qismində çıxış etmişdir.

38. Göründüyü kimi “məcburi köçkün” statusunun və vəsiqəsinin verilməsinə dair iddia tələbində qeyd edilən şəxs - Vüsal Nəbili xx.xx.2005-ci il tarixdə doğulmuş, hazırkı iddia üzrə mübahisəyə apelyasiya instansiyası məhkəməsində baxılarkən məhdud fəaliyyət qabiliyyətli olmuşdur.

39. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, xx.xx.2005-ci il təvəllüdlü X20 məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliy ində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X20 publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır.

40. Hazırki inzibati iş üzrə icraatda isə bilavasitə İddiaçı qismində çıxış etmişdir ki, onun özü ilə bağlı publik hüquqdan irəli gələn məsələ üzrə mübahisə mövcud olmamış, tərəfindən qaldırılmış məsələ uşaqlarının hüquqlarının müdafiəsi ilə bağl ı olmuşdur.

41. Hansı ki, İddiaçı bilavasitə iddiaçı qismində deyil, məhdud fəaliyyətli şəxs kimi hüquqlarının pozulmasına əsaslanan xx.xx.2005-ci il təvəllüdlü X20 qanuni təmsilçisi qismində icraatda iştirak edə bilər.

42. Göstərilmiş məsələyə isə apelyasiya məhkəməsi tərəfindən hər hansı hüquqi qiymət verilməmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Apelyasiya instansiyası məhkəməsi xx.xx.2005-ci il təvəllüdlü X15 iddiaçı qismində icraatda bilavasitə iştiraka cəlb etməli, hüququnun pozulduğu iddia edilən şəxsin hüquq və vəzifələrinə dair məsələni onun özünün iştirakı ilə həll etməlidir.

43. Mübahisənin maddi hüquqi əsaslılığı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rəddinin qanuni əsası kimi “Azərbaycan Resp ublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə əsaslanmışdır

44. Məhkəmə kollegiyası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxx 1999-cu il tarixli Fərmanının müddəalarına uyğun olaraq qeyd edir ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbayc an Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. “45. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur.

46. Qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilməklə iddia tələbinin rədd edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd olmuşdur. Məhkəmə sözügedən Qaydaların atası “məcburi köşkün” statusuna malik uşaqların məcburi köçkün statusunun verilməsi barədə müddəasının, iddiaçının uşaqlarına münasibətdə ayrı-seçkilik baxımından yanaşmasına qiymət verməmişdir.

47. Apelyasiya instansiyası məhkəməsi tərəfindən bilavasitə konstitusion norma tətbiq edilməklə inzibati orqanın normativ xarakterli aktına qiymət verilməli idi. Məhkəmə kollegiyas ı göstərir ki, iddiaçı məcburi köçkün statusuna malikdir və uşaqları onun himayəsində olmuşdur. Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu şəxs qazanmışdır.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020- ci il tarixli 21(103)-819/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar