Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2114/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdü: xx.xx.1957-ci il; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2-1(103)-1912/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən əsasən, iddiaçı xx.xx.1976xx.xx.1978-ci illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tar ixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək, xx.xx.1980-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək müxtəlif peşələrdə işləmişdir.
3. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 2089 nömrəli attestatın surətinə əsasən, iddiaçı xx.xx.1972-ci il tarixdən iyul 1973-cü il tarixədək peşə təhsili almışdır. 4. "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli izahlı güzəştli arayışa əsasən, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək plastik kütlədən məmulatların presləyici, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək bədii zərgərlik məmulatlarının cilalayıcısı, 08.04.195-ci ildən xx.xx.1990-cı ilədək plastik kütlədən məmulatların presləyicisi və xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək və xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək zərgər-bərkidici peşələrində keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində zərərli peşələrdə işləmişdir. Odur ki, yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35 ümumi peşələr bölməsinin tərkibində zərərli maddələrin təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan məhlullarla hissə və məlumatların hopdurulması ilə məşğul olan bakelitçilər hopdurucular peşəsinə və plastik kütlədən məmulatların presləyiciləri peşəsinə uyğun gəlir. Göstərilənləri nəzərə alaraq, həmin peşələrdə işləyən şəxslər əmək şəraitinə görə güzəştli şə rtlərə görə, yaşa görə pensiyaya çıxmaq hüququ vardır. Həmçinin onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək təqaüdünə hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2-ci siyahısının 11.9 - bölməsinin “Qaynar üsulla metalın üzlənməsi, Quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar şifrəsində göstərilmişdir.
5. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
6. Cavabdeh 24 may 2021-ci il tarixli, **********7 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (24 il 10 ay 7 gün) təşkil edir. Bundan başqa onun güzəştli iş stajı isə yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, ona pensiya hüququnun yarandığı 21 may 2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 3 dekabr 1980-ci ildən 31 avqust 1999-cu il tarixədək, əmək stajı var. İşlədiyi işlərin güzəştli ş ərtlərə, yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olması barədə ətraflı arayış var. Onun 57 yaşı 21 may 2014-cü il tarixdə tamam olub. Həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olsa da, cavabdeh təşkilat hər dəfə müxtəlif bəhanələrlə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edib. Cavabdeh orqanın ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunsuz və əsassızdır.
9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. İddiaya qarşı etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
10. Bakı İnzibati Məhkəməsi 23 dekabr 2021-ci il tarixli, 2-1(112)-7216/2021 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güz əştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 21(103)-1912/2022 nömrəli qərarı ilə (hakimlər: A.S.Hüseynov - sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və M.Ə.Abbasov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(112)-7216/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmund adır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 24.1 və 24.3-cü maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2. 12.1, 58.7, 90, 96.9, 92.0.6-cı maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququn a malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
20. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsal atların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 11.9 Qaynar üsulla metalın üzlənməsi; zərgər və bədii məmulatları qaralayanlar; quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qər ara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kass asiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlili ondan ibarətdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün ümumi və güzəştli iş stajı yoxdur.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən müəyyən edilmişdir ki, iddiaçının təhsil aldığı döv rdə qüvvədə olan “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) 1-ci maddəsinin v) bəndinə (ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər) və eyni zamanda, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş) 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən (ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir) iddiaçının peşə məktəbində aldığı təhsili (xx.xx.1972-07.1973) onun sığorta stajına daxil edildiyindən, onun 25 ildən artıq ümumi iş stajı mövcuddur.
31. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli güzəştli arayışa əsasən iddiaçının12 il 6 aydan artıq xüsusi əmək stajı olmuşdur. Lakin, cavabdeh sözügedən arayışa qiymət verməyərək onu iddiaçının güzəştli iş stajını təsdiq edən sənəd kimi əsassız olaraq qəbul etməmişdir.
32. Belə olan halda, bu qərarın 18 və 19-cu bəndlərində göstərilmiş maddi normaların məzmunundan da görünür ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ç alışdıqda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər.
33. Beləliklə də, hazırkı iş üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 21(103)-1912/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.