Məhkəmə qərarları › İş №2-1(102)-2114/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2114/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2114/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentli yinə qarşı “müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(104)-343/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Alt sistemdən TSEK müayinələri ilə bağlı çıxarışlara əsasən, İddiaçı əlillik vəziyyətinə xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müayinələr nəticəsində “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina verilmişdir.

2. Sonuncu dəfə - xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, güllə yaralanması və qarın ön divarının əməliyyatdan sonrakı yırtığ ına görə keçirilmiş çoxsaylı loparatamiyadan sonrakı vəziyyət; Ağırlaşma K56.6- digər dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi, Hissəvi bağırsaq keçməzliyi. Hazim traktının trasitoz funksiyasının pozulması (xx.xx.2021); Ağırlaşma K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi; Ağırlaşma K91.2 Başqa rubrikalarda təsnif olunmayan cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu; Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, Bitişmə xəstəliyi (xx.xx.2021); Yanaşı xəstəliklər K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, Sağ tərəfli qasıq yırtığı (xx.xx.2021); Yanaşı xəstəliklər D59.4 Digər qeyri-autoimmun hemolitik anemiyalar, ikincili anemiya; Yanaşı xəstəliklər 184.4 Digər ağırlaşmalarla müşayiət olunan xarici ba basil, Konklemə olunmuş babasil tez-tez qanaxmalar” diaqnozu ilə “Göndərişin natamam doldurulması – səbəb: boy/bədən indeksi qeyd edilməmişdir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz itirilməsi səbəbi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci il tarixdə Laçın rayonundan məcburi köçkün düşmüş, Tərtər rayon Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşmışdır. 2 0 fevral 1993-cü il tarixdən Tərtər rayonu təmas xəttinə yaxındır, o cümlədən Şıxarx qəsəbəsi mərmilər altında qalmışdır, yaxınlığında partlayan mərmi nəticəsində ağır xəsarət almış və dərhal Tərtər rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdur. Onun səhhətində günü-gündən problemlər yaranmış, lazımi səhiyyə ocaqlarına müraciət etmiş, ambulator və stasionar müalicələr almışdır. Bir neçə ildir, əmək qabiliyyətini tam itirmişdir. Ermənistan ordusunun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı təcavüz etməsi nəticəsində o, xəsarət alıb yaralanmışdır. Bu barədə şahidləri də mövcuddur. Əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı dəfələrlə müraciət etsə də, cavabdeh tərəfindən imtina cavabı verilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Tərtər rayon Mərkəzi Xəstəxanasının göndərişləri əsasında 3 dəfə (xx.xx.2020-ci ildə 0319003AAFGG nömrəli, xx.xx.2021-ci ildə 0319003AAFTJ nömrəli, xx.xx.2021-ci ildə 0319003AAGDU nömrəli göndərişlər) qiymətləndirilmiş və bütün hallarda müalicə potensialı tükənmədiyindən “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmiş, şəxsin əlillik vəziyyəti sonuncu dəfə dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və boy-çəki indeksi qeyd edilmədiyindən göndərişin natamam doldurulması səbəbindən dövlət səhiyyə müəssisəsinə geri qaytarılmışdır.

6. Məhkəmə qərard adı əsasında təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsinin T 266/2023 nömrəli, 19 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilən “Xİ Sinif – həzm sisteminin xəstəlikləri => K56 – paralitik bağırsaq çevrilməsi və bağırsaq keçməzliyi, yırtığ olmadan => K56.6 – digər və dəqiqləşdirmə..Z98.8 – digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Akademik Topçubaşov adına ECM-in xx.xx.2021-ci il tarixdə güllə yaralanması və qarının ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı və dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi, his səvi bağırsaq keçməzliyi, həzm - digər traktının tranzitor funksiyasının pozulması (xx.xx.2021). Ağırlaşma: K91.3-cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməzliyi, cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməzliyi. Diaqnozun mətni: Ağırlaşma: K91.2-başqa rubrikalarda təsnif olunmayan, cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu başqa rubrikalarda təsnif olunmayan cərrahi əməliyyatdan sonra əmələ rubrikalarda təsnif olunmayan, cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma Yan gələn sorulma pozğunluğu, K56.6 bağırsaq bitişmələri keçməzlik ilə, bağırsaq bitişmələri keçməzlik ilə bitişmə xəstəliyi (xx.xx.2021). Yanaşı xəstəliklər: K40.9. ey birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməzlik və ya qanqrena olmadan, sağ tərəfli qasıq yırtığı (xx.xx.2021), D59. 4-digər qeyri-autoimmun hemolitik anemiyalar, ikincili anemiya, 184.4-digər ağırlaşmalarla müşayiət olunan xarici babasil, konklemə olunmuş babasil tez-tez qanaxmalar” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir; İddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər.

7. Gəncə İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(114)-21/2024 nömrəli qərarı (hakim F.C.Hüseynov) ilə iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 fa iz olmaqla, müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istinad olunan qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunma sı meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, orqanizmin funksiyalarının pozulmasının müddətsiz müəyyən edilməsinə əsas verir. Odur ki, iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişlərdən imtina “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvədə olmadığı vaxt verilsə də, iş məhkəmə icraatında olan zaman həmin meyarlar qüvvəyə mindiyindən cavabdeh orqan həmin meyarlar əsasında iddiaçıya müvafiq əlillik dərəcəsini verməməklə hərəkətsizlik nümayiş etdirmişdir. Odur ki, məhkəmə “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən iddiaçıya əlillik təyinatının aparılmasını məqsədə müvafiq hesab etmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(104)-343/2024 nömrəli qərarı (hakimlər R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və A.V.İsgəndərova) ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(114)-21/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cav abdehin kassasiya şikayətinin dəlillərinə görə, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin şəxsin əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmiş, əhəmiyyətli instrumental müayinə sənədləri təqdim edilməmişdir. Diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda olan maddələrdən birini aid etmək mümkün olmamışdır. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddia çı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılı r. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları (xx.xx.2022ci il tarixdən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Sıra №-si Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, Orqanizmin onların ağırlıq dərəcəsi, XBTOrqanizmin funksiyalarının mərhələsi, orqanizmin 10 funksiyalarının pozulması funksiyalarının davamlı (kod) pozulması faizi müddəti pozulmasının kliniki funksional xüsusiyyətləri 3.4.2. bağırsaq bitişmələri, keçməzlik ilə periton bi tişmələri Qiymətləndirmə 3.4.2.1 həzm funksiyasının. mülayim pozulması – xəstəliklərin orta ağır formaları – stasionar müalicəyə ehtiyacın yaranması ilə nəticələnən (ildə 4 dəfəyə qədər), bəzi hallarda isə cərrahi müalicəyə səbəb olan teztez (ildə 6 dəfədən çox) bağırsaq keçməzliyi ilə müşayiət olunan ağrı tutmaları K56.5 K66.0 35-60 2 il 3.4.2.2 həzm funksiyasının. aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi 65-80 Müddə tsiz

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə prose s iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, apellyasiya instansiya məhkəməsi tərəfindən işin baxılması zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyi üçün qərar ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

22. Belə ki, iş üzrə aşağı instansiya məhkəmələrinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, orqanizmin funksiyalarının pozulmasının müddətsiz müəyyən edilməsinə əsas verir.

23. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq zəruri və yetərli araşdırmanın aparılmadığı qənaətindədir.

24. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, sonuncu göndəriş əsasında xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “göndərişin natamam doldurulması” səbəbindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmçinin birinci instansiya məhkəməsindəki icraat zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertiza zamanı qiymətləndirm ənin məhz sonuncu imtinanın verildiyi göndəriş əsasında aparıldığı müəyyən olunur, ekspert rəyində isə əyani müayinə zamanı iddiaçıda sözügedən göndərişdə olan xəstəliklərin mövcudluğu öz təsdiqini tapmışdır. 25. 2022-ci ilin iyul ayının 1-dən qüvvədə olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın “Bağırsağın digər xəstəlikləri” adlanan 3.4-cü bəndinin (K55-K64) 3.4.2-ci yarımbəndində “bağırsaq bitişmələri, keçməzlik ilə - K56.5” və “periton bitişmələri – K66.0” xəstəlikləri öz əksini tapmışdır.

26. İş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbi orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə olduğundan onun xəstəliyin in Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci yarımbəndində göstərilən qiymətləndirməyə (həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi) uyğun olduğu öz təsdiqini tapmalıdır.

27. Aşağı instansiya məhkəmələri iddiaçının diaqnozunun Meyarların 3.4.2.2-ci bəndinə uyğun olması qənaətinə gəlsələr də, zəruri əsaslandırma aparılmamış, ekspert rəyində də bu məsələyə aydınlıq gətirilməmişdir. Halb uki, ekspert məhz sözügedən qiymətləndirmə meyarları əsasında qiymətləndirmə aparmalı və müvafiq nəticəyə gəlməli idi. Belə ki, göndərişdə qeyd olunan K56.5 diaqnozunun mövcudluğu əlilliyin təyini üçün kifayət etmir, bu zaman, həm də iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarları üzrə – 3.4.2.1 yoxsa 3.4.2.2-ci bəndlərdə göstərilən qiymətləndirmənin hansına uyğun olması müəyyənləşdirilməli idi. Bundan başqa, cavabdehin əsas dəlilinin şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığı barədə olduğu nəzərə alındığında, bu zaman, ümumiyyətlə, şəxsin vəziyyətinin həmin bəndlərdən hər hansı birinə aid olub-olmadığı müəyyən olunmalıdır.

28. Beləliklə, cavabdehin kassasiya şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslı olduğundan qis mən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş qeyd olunan xüsusatların araşdırılması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(104)-343/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar