Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2114/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və sair” barədə iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(103)-1390/2025 nömrəli qərarından iddia çı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2024-cü il tarixli, İQ-25/1 nömrəli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi, ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 30 sentyabr 2024-cü il tarixli 2-1(112)-9053/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusif ov) 12 mart 2025-ci il tarixli, 2-1(103)-1390/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsinin qərarı 13 mart 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, həmin tarixdə də iddiaçının nümayəndəsi, eyni zamanda vəkili olan şəxsə (Vəkil2) elektron kabinet vasitəsilə çatdırılmışdır.
5. İddiaçı (nümayəndəsi, eyni zamanda vəkili olan şəxs vasitəsilə) 21 aprel 2025-ci il tarixdə qərardan kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarları nın, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb ol an məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axım ı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbu l etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
7. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
8. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
9. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
10. Hazırkı işin halları qeyd olunan mümkünlük şərtləri baxımından araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 1 (bir) ay müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
11. Belə ki, apelly asiya instansiyası məhkəməsinin qərarı 13 mart 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, başqa sözlə, həmin tarixdə də iddiaçının nümayəndəsi, eyni zamanda vəkili olan şəxsə elektron kabinet vasitəsilə (rəsmi qaydada) çatdırılmışdır. Qərardan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 (bir) ay prosessual müddət 13 aprel 2025-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçının həmin qərardan verdiyi kassasiya şikayəti 21 aprel 2025-ci il tarixdə təqdim edilmişdir.
12. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 (bir) ay müddətin iddiaçı tərəfindən ötürüldüyü mübahisəsizdir.
13. Qeyd edilməlid ir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən proses iştirakçılarına, o cümlədən iddiaçıya (kassatora) inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair İzah göndərilmişdir. Həmin İzahda kassasiya şikayəti verilməsinə dair qanunun tələbləri aydın şəkildə icraat iştirakçılarının, o cümlədən hazırkı iddiaçının (kassatorun) diqqətinə çatdırılsa da, yuxarıda qeyd edildiyi kimi şikayət vaxtında verilməmişdir.
14. Beləliklə də, iddiaçının hazırkı şikayəti İPM-də kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən, həmin şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(103)-1390/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.