Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2115/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi aldığı xəsarətlə əlaqədar ona kompensasiya verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “3 illik pul təminatı məbləğində kompensasiya hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 2-1(103)-1238/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi aldığı xəsarətlə əlaqədar ona kompensasiya verilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.4-cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrin icrası zamanı xəsarət alması ilə əlaqədar ə rizəçinin sağlamlığına dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı Araz oğluna xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarətlərlə bağlı sağlamlığına dəymiş zərərə görə xidmətinin davam etdirilməsi mümkünsüzlüyü nəzərə alınmaqla qanunvericiliyin tələblərinə müvafiq olaraq ona şamil olunan 36 aylıq tam təminatı üzrə kompensasiyanın birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələr də 27 il 4 ay 7 gün müddətdə xidmət etmişdir. 18 dekabr 2019-cu il tarixli müvafiq əmrlə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla xəstəliklə əlaqədar (Əsas: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi DSX-nin Mərkəzi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 1820 №-li şəhadətnaməsi) Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12- ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfıyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəf indən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Məhz həmin səlahiyyəti həyata keçirmək məqsədilə Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” təsdiq edilmişdir. Bu qərara əsasən qərarın icrası ilə bağlı vəsaiti olan tələbat dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə nəzərdə tutulmuş vəsait hesabına ödənilir. DSX-nin komissiyası tərəfindən ərizəsi imtina ilə cavablandınlmış lakin imtinanın hüquqi əsasları barədə ona izahlı məlumat verilməmişdir. Bununla bağlı 3-cü yazdığı müraciətindən imtina edilərək D SX-nin Maliyyə Plan İdarəsinin rəisi Ceyhun Mirzəyev tərəfindən (DSX-nin xx.xx.2022-ci il tarixli 10/G- 22№-İi, ünvanına çatma xx.xx.2022.) aşağıdakı kimi cavablandırılmışdır. “Dövlət Sərhəd Xidmətinə ünvanlanan müraciət tərəfimizdən baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.4-cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrin icrası zamanı xəsarət alması əlaqədar sağlamlığına dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmamışdır.” Hesab edir ki, inzibati orqanın imtina barədə dəlilləri qanunsuzdur, əsasızdır və işin hallarına uyğun gəlməməsi a şağıdakılarla sübuta yetirilir. xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət keçərkən maliyyə bölməsinin 1-ci dərəcəli məsul icraçısı gizir X4 ilə Dövlət Sərhəd Xidməti Akademiyasında xidmət edən hərbi qulluqçuların dekabr ayı üçün pul təminatının kartlara köçürülməsi üçün Səbail rayonu, Xəqani küçəsi 36-da yerləşən 9 saylı xəzinədarlıq idarəsinin qarşısında yolu keçərkən yıxılaraq xəsarət almış, onunla birlikdə olan gizir X4 onu yerdən qaldıraraq taksi avtomobilinə əyləşdirərək Dövlət Sərhəd Xidməti Poliklinikasına aparmışdır. Dövlət Sərhəd Xidməti Poliklinikasında müayinə etdikdən sonra “Sağ topuğun oynaq yarığı səviyyəsində yer dəyişmiş sınığı” diaqnozu qoyulmuşdur. xx.xx.2010-cu ildə əməliyyat olu nmuş, sonradan dəfələrlə bununla bağlı Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında uzun müddət müalicə almışdır. Sağlamlığında yaranmış vəziyyətlə bağlı xidmət etməsində çətinliklər yaranmış, bununla bağlı tərxis olunması ilə əlaqədar müraciət etmiş, iki halda sıradan kənar xidmətə yararlı hesab edilmişdir. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 1820 №-li XƏSTƏLİK ŞƏHADƏTNAMƏSİ Hərbi Həkim komissiyasının qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 1) 13 “b”, 35, 12, “c”,2) 65 “c” maddələrinin İİİ qrafasına və ƏTC-yə əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. 1) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. 2) Hə rbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən alınmışdır. Göründüyü kimi hərbi xidmətdən tərxis olunma səbəblərindən biri də xidmət zamanı hərbi travma alınması göstərilir. İnzibati orqanın müraciətindən imtina etməsini əsassız hesab edir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı iddiasında “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya veril diyini, məhz həmin səlahiyyəti həyata keçirmək məqsədi ilə Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları" təsdiq olunduğunu və həmin qərarın 2.2-ci maddəsinə əsasən (xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir) nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsini göstərmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş, x əsarət almış (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına qeyd olunan qanun şamil olunur. Lakin İddiaçı öz iddia ərizəsində qeyd etdiyi travmanı xx.xx.2010-cu il tarixdə DSX Akademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət edərkən almışdır. DSX Akademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət edən hərbi qulluqçular kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları sayılmır. Bu səbəbdən də həmin ödəniş ona şamil oluna bilməz. Həmçinin İddiaçı 2021-ci il tarixdə “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun və “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər d əymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları“nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarını rəhbər tutaraq DSX rəisinin xx.xx.2018-ci il tarixli 0305 nömrəli əmri ilə yaradılmış komissiyaya müraciət etmişdir. Komissiyanın katibi polkovnik Pərvanə Muradova tərəfindən iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.4-cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrinin icrası zamanı xəsarət almağı ilə əlaqədar sağlamlığına dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməs i qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmadığı bildirilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə yaradılmış komissiyanın rəyi olmadığı üçün ödəniş olunmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7733/2022 nömrəli qərarı ilə (hakim: X5) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılmış, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində təhsil almış, xx.xx.1997-ci il tarixdən Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlamışdır. O, xx.xx.2010-cu il tarixdə DSX Akademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət edərkən xəsarət – travma almışdır. xx.xx.2019-cu il tarixli, 1820 №-li xəstəlik şəhadətnaməsi ilə şəhadətləndirilərək sülh dövrü ndə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, travmanın hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması təsdiq edilmişdir. İddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi aldığı xəsarətlə əlaqədar ona kompensasiya verilməsi ilə bağlı cavabdeh inzibati orqan Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir. Cavabdeh inzibati orqanda yaradılmış müvafiq komissiyanın 207 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı şəhadətləndirilən xəstəliklərin Azərbaycan Respublikası NK-nın 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarının 2.5-ci maddəsində qeyd edilən bəndlərə şamil edilməməsi əsas gətirilərək kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Hazırda iddiaçı xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarətlərlə bağl ı sağlamlığına dəymiş zərərə görə xidmətinin davam etdirilməsinin mümkünsüzlüyü nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə müvafiq olaraq ona şamil olunan 36 aylıq tam təminatı üzrə kompensasiyanın ödənilməsinin cavabdehə həvalə olunmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Hazırkı mübahisə üzrə İddiaçı xidmətdən ehtiyata buraxılan zaman kəşfiyyat və əks-kəşfiyyat subyekti olsa da xx.xx.2010-cu il tarixdə xəsarət alan zaman kəşfiyyat və əks-kəşfiyyat subyekti olmamış, o cümlədən xidmətdən buraxılan zaman şəhadətnaməsində qeyd edildiyi kimi onda “funksiyaların mülayim dərəcədə pozulması ilə şəkərli diabet, ikinci tip, orta ağır gedişli, subkompensasiya mərhələsi. OD-Dərəcəsi 1,5 D olan sadə miopik astiqmatizm. OS-Dərəcəsi 2,0 D olan, ümumi ametropiyası 0,75 D olan mür əkkəb miopik astiqmatizm. OU-Görmə itiliyi 0,3 korreksiya ilə = 0,8. OU-Qeyri proliferativ diabetik retinopatiya. Düyünlü eutireoid ur. Etmoidit. Xroniki qeyri-spesifik uretrit. Qaraciyərin piy disirofiyası. funksiyaların cüzi dərəcədə pozulması ilə sağ aşıqbaldır oynağının artrozu” diaqnozlu xəstəliklər müəyyən edilmişdir ki, bu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarının 2.5-ci bəndində nəzərdə tutulan hallara aid deyildir..İddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks1kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və on ların ailəsinə kompensasiya verilməsi” Qaydalarına uyğun kompensasiyanın ödənilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 2-1(103)-1238/2023 nömrəli qərarı ilə (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X3) Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdi r ki, iddiaçı hərbi travma aldıqdan sonra müalicə olunaraq xidmətini davam etdirmiş, lakin alınmış travma sonradan aparılan müalicə və sağlamlıq tədbirlərinə tabe olmamış, getdikcə kəskinləşmiş, 2017 və 2019-cu illərdə kəşfiyyat və əks-kəşfiyyat subyekti kimi müayinədən keçmiş və xəstəliklərin ağırlaşması nəticəsində həmin hərbi travma əsas olması da göstərilməklə digər əlaqəli xəstəliklərlə kəşfiyyat və əks-kəşfiyyat subyekti olaraq xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsinə dair iddia tələbi “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrini n icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks2kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının 2.2-ci bəndinin və 2.4-cü bəndinin b) və ç) yarımbəndlərinin dispozisiya şərlərinə uyğundur. Məhkəmə kollegiyası iddiaçının üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsinə dair iddia tələbini əsaslı saymaqla yanaşı, kompensasiyanın birdəfəlik ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddia tələbinin həmin hissədə təmin olunmaması qənaətinə gəlir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 1
3. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, «Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının tələbindən də göründüyü kimi söhbət xidməti vəzifələrin icrası zamanı alınan xəsarətdən gedir. İddiaçı isə 29 dekabr 2010-cu il tarixdə DSX-nin Akademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmətdə olarkən 9 saylı xəzinəda rlıq idarəsinin qarşısında yolu keçərkən yıxılaraq xəsarət almışdır. Həmin vaxt o, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti olmamışdır. “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının 2.4-cü bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı, b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı, c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı, ç) verilmiş əmir və tapşırıqların yerinə yetirilməsi zamanı, d) xi dmət yerində olan zaman, e) xidməti ezamiyyətdə olan zaman, ə) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı, f) hərbi toplanışlar keçən zaman, g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman, h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman, x) hüquq mühafizə orqanlarına kömək edən zaman. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xəstəlik nəzərdə tutulur: a) döyüş şəraitində olan zaman, b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman, ç) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov götürülmüş zaman. Qanunun tələbindən də göründüyü kimi xidməti vəzifələrinin iclası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinə üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.
14. İlk növbədə İddiaçı kəşfiyyat və əks-kəşfiyyat əməkdaşı deyil. İkincisi həmin xəsarət və xəstəliklər dəqiq göstərilir, həmin xəstəlik və xəsarətlər hər hansı bir səbəbli əlaqə ilə deyil konkret xəstəlik və xəsarətlərdən ibarətdir. Eyni zamanda İddiaçı 1820 saylı Xəstəlik şəhadətnaməsindən də göründüyü kimi, onun şikayətləri «şəkərli diabet» xəstəliyi ilə bağlı olmuşdur və həmin diaqnoz onda təsdiq olunmuşdur. «Şəkərli diabet, ikinci tip» xəstəliyi isə orqanizmin bütün orqanlarına təsir göstərir və onları sıradan çıxarır. İddiaçının istinad etdiyi ayaq sınığında olan hallarla bağlı isə qeyd etmək lazımdır ki, həmin hallar da «Şəkərli diabet» xəstəliyinin orqanizmdə yaratdığı fəsadlar nəticəsində yaranır. Əgər səbəbli əlaqədisə şəkərli diabet xəstəliyinin əlaqəsidir. Həmçinin Xəstəlik şəhadətnaməsində (15.xüsusi müayinələrin nəticələri) topuq sümüklərinin köhnə bitişmiş sınıqları qeyd olunur. Bütün hallarda iddia tələbi əsassızdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə etirazda qeyd olunur ki, işin mübahisəsiz halıdır ki, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən- xidməti vəzifələrin icrası zama nı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.( 20.12-cı maddəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydaları xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına (bundan sonra- əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir.(Qaydaların 1.1-ci bəndi) Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. 2.4-cü bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; verilmiş əmr və tapşırıqların yerinə yetirilməsi zamanı; Göstərilənlərə əsasə n hesab edilməlidir ki, iddiaçının üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsinə dair iddia tələbi “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004- cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının 2.2-ci bəndinin və 2.4-cü bəndinin b) və ç) yarımbəndlərinin dispozisiya şərlərinə uyğundur. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks- kəşfiyyat fəaliyyətinin subyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 14.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.12-cı maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, tra vma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180- 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydaları: 1.1-ci bəndinə əsasən bu Qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. 2.4-cü bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmir və tapşırıqların yerinə y etirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ə) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman: g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. 2.5-ci bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xəstəlik nəzərdə tutulur: a) döyüş şəraitində olan zaman; b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman; ç) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov g ötürülmüş zaman. 3.1-ci bəndinə əsasən kompensasiya kəşfiyyat və əks-kəşfiyyat subyekti rəhbəri tərəfindən tərkibinə kadr, maliyyə, tibb və hüquq struktur bölmələrinin nümayəndələri daxil olan və əmrlə yaradılmış kompensasiyanın təyin edilməsi üzrə komissiya tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında ödənilir. Komissiya kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyekti rəhbərinin müavinlərindən biri sədrlik edir
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikay əti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apell yasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin olunmamalıdır.
27. Belə ki, işin halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılmış, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində təhsil almış, xx.xx.1997-ci il tarixdən Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlamışdır. O, xx.xx.2010-cu il tarixdə DSX Akademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət edərkən xəsarət – travma almışdır. xx.xx.2019-cu il tarixli, 1820 №-li xəstəlik şəhadətnaməsi ilə şəhadətləndirilərək sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, travmanın hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması təsdiq edilmişdir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının normalarına əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinə üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) halları, həmçinin kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı alınan xəstəlik halları dəqiq müəyyən edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək qeyd etmişdir ki, iddiaçı hərbi travma aldıqdan sonra müalicə olunaraq xidmətini davam etdirmiş, lakin alınmış travma sonradan aparılan müalicə və sağlamlıq tədbirlərinə tabe olmamış, getdikcə kəskinləşmiş, 2017 və 2019-cu illərdə kəşfiyyat və əkskəşfiyyat subyekti kimi müayinədən keçmiş və xəstəliklərin ağırlaşması nəticəsində həmin hərbi travma əsas olması da göstərilməklə digər əlaqəli xəstəliklərlə kəşfiyyat və əks-kəşfiyyat subyekti olaraq xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsinə dair iddia tələbi “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.12-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının 2.2-ci bəndinin və 2.4-cü bəndinin b) və ç) yarımbəndlərinin dispozisiya şərlərinə uyğundur.
29. Apellyasiya instansiyası məhkəməsi iddiaç ının xidmətdən ehtiyata buraxılan zaman kəşfiyyat və əks-kəşfiyyat subyekti olmasına əsaslanaraq kompensasiyanın ödənilməsi qərarına gəlmişdir. Lakin apelyasiya məhkəməsi nəzərə almamışdır ki, Qaydalarda xidməti vəzifəsinin icrası zamanı sağlamlığına zərər dəymiş, yaxud bədən xəsarəti almış kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərindən bəhs olunur. Yəni Qaydalara görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri xidməti vəzifələrinin icrası zamanı sağlamlığına zərər dəydikdə kompensasiya almaq hüququ yaranır. Həm də Qaydaların 2.2-ci bəndinə görə xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.
30. İddiaçı isə 2010-cu ildə xəsa rət alan zaman kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmamış, həmin vaxt aldığı xəsarət və ya xəstəlik nəticəsində ehtiyata buraxılmamış və xidmətini davam etdirmiş, xidmətini davam etdirməsini istisna edən hal baş verməmişdir.
30. Bəhs olunanları nəzərə alan məhkəmə kollegiyası bildirir ki, adı çəkilən Qaydaların 2.4 və 2.5-ci bəndlərində xəsarət alma və xəstəlik növlərinin iddiaçıda müəyyən olunmasının araşdırılmasına zərurət qalmır.
31. Beləliklə, işin hallarına əsasən, iddiaçı 2010-cu ildə xəsarət alan zaman kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından, həmin vaxt aldığı xəsarət və ya xəstəlik nəticəsində ehtiyata buraxılmadığından, xidmətini davam etdirdiyindən üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsi barədə apelyasiya məhkəməsinin gəldi yi nəticə əsaslı olmamışdır.
32. Odur ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 5 may 2023-cü il tarixli, 21(103)-1238/2023 nömrəli qərarı İddiaçı üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması hissəsində ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı üç illik pul təminatı məbləğində kompensasiya hesablanaraq ödənilməsi tələbinə dair iddiası təmi