Məhkəmə qərarları › İş №2-1(102)-2116/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2116/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2116/2020 02.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakimlərə pensiya hesablanarkən hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli və sonrakı dörd il ərzində ildə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilməsi nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Mü slüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-1011 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 2003-cü ildə əmək pensiyası təyin edilmiş və həmin tarixdən cavabdeh tərəfindən iddiaçıya pensiyasının ödənilməsi həyata keçirilir.

2. İddiaçı Dövlət Sosial Müdafiə Fondunu n Bakı şəhəri Yasamal rayon şöbəsinə müraciət edərək onun 4 il 6 ay hakimlik stajının pensiya təyin edilən vaxtdan nəzərə alınması, habelə ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin 1-ci ilində 1 dəfə aylıq vəzifə maaşının 2 misli, sonrakı 4 il ərzində ildə 1 dəfə 1 aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilməsini pensiya təyin edilən vaxtdan nəzərə alınması və bununla əlaqədar təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətilərinin təmin olunmasından imtina etmiş, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli məktublarla cavab verərək bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən onun pensiyasının yenidən hesablanması mümkünsüzdür. İmtina “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 20.7-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əsaslandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 4.1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, müəyyən edilmiş pensiya fərqinin pensiya təyin edilən vaxtdan – 2003-cü ilin may ayından 2019-cu ilin yanvar ayına qədər birdəfəlik ödənilməsi və gələcəkdə pensiya ödənilməsində yaranan fərqin aylıq əmək pensiyasına əlavə edilməklə ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 4.2. Sonradan iddiaçı iddia arizəsinə əlavə verərək, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 maddəsinin təl əblərinin ona münasibətdə tətbiq edilməsi və bununla əlaqədar ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. 4.3. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək: 1. 2017-ci il iyunun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinin tələblərinə uyğun onun 4 il 6 ay hakimlik stajının pensiya təyin edilən vaxtdan nəzərə alınmasını və bununla əlaqədar ona təyin edilmiş pensiyanın yenidən hesablanması; 2. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin tələblərinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində bird əfəlik yardım ödənilməsinin pensiya təyin edilən vaxtdan nəzərə alınması və bununla əlaqədar ona təyin edilmiş pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 il 6 ay hakimlik vəzifəsində işləmişdir. Pensiya təyin olunarkən hakimlik stajının 10 ili nəzərə alınmış, qalan 4 il 6 ay müddət nəzərə alınmamışdır. Cavabdeh 5 ilə çatmayan 4 il 6 ay müddəti ayların sayına mütənasib olaraq nəzərə almalı və hesablama aparmalı idi. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin tələblərinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində ödənilən bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləği ndə ödənilən birdəfəlik yardımlar da ona pensiya hesablanarkən nəzərə alınmamışdır.

6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilməmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1140/2019 saylı qərarı ilə (hakim Ş.Süleymanova) iddia qismən təmin edilmiş, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 maddəsinin tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi və bununla əlaqədar ona təyin olunmuş pensiyanın yenidən hesablanması, eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin tələblərinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilməsi pensiya təyin edilən vaxtdan nəzərə alınaraq yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş iddia qalan hissədə təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi qərarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddələri ilə əsaslandırmış, göstərmişdir ki, iddiaçının pensiyasına əmək stajına görə maaşının 30 faizi həcmində əlavə hesablanıb ödənilmişdir. Qalan 4 il 6 ay stajı beş il tamam olmadığına görə məhkəmə bu qənaətə gəlir ki, həmin hissədə iddia təmin edilə bilməz.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyas ının xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi, Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir.

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-1011 nömrəli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1140/2019 nömrəli qərarı iddianın təmin olunan hissəsində ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla, iddia tələbi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin tələblərinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilməsinin pensiya təyin edilən vaxtdan nəzərə alınaraq yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin olunmamışdır.

12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı vaxtilə işlədiyi hakim vəzifəsində aldığı əmək haqqının tərkibinə daxil olmayan artımların, yəni işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını tələb edir ki, bu hal Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında verilən şərhə ziddir. Odur ki, iddia təmin edilə bilməz.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın l əğv edilməsini və və həmin hissədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 14.1. Kassasiya şikayətində göstərilir ki, “Əmək pensiyaları haqqında” qanunun 20.7ci və 29.3-cü maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış sabiq hakimlərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 14.2. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks et dirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəsı nəzərə alınmaqla, mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. 14.3. Bundan başqa, 2003-cü ildə pensiyaya çıxdıqdan sonra vəkil kimi əmək fəaliyyəti ilə məşğul olur və bu müddətdə ondan sosial sığorta ayırmaları tutulur. Bu halda onun pensiya kapitalı yenidən hesablanmalıdır. b. Kassasiya şikayətinə qarşı etiraz

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili Şahmuradov Məzahir Turab oğlu kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, t ərəflər hazırki məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: Maddə 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; Maddə 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkha qqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20. “Məhkəmələr və hakimlər haqqında” Qanun Maddə

106. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. (Bu bənd xx.xx.2010-cu il tarixli 1092-İİİQD nömrəli Qanunla əlavə edilmişdir.)

21. Hakimlərin statusuna dair Avropa Xartiyası Maddə 6.1. Hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. Maddə 6.4 Müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. 22. “İnzibati icraat haqqında” qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məh kəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İlk növbədə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 maddəsinin tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi və bununla əlaqədar ona təyin olunmuş pensiyanın yenidən hesablanması barədə tələb ilkin iddia tələbində yoxdur və iddia tələbinin dəqiqləşdirilməsi barədə sonunci ərizədə də əksini tapmamışdır.

28. Apelyasiya məhkəməsi iddianın «“Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin tələblərinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonr akı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilməsinin pensiya təyin edilən vaxtdan nəzərə alınması və bununla əlaqədar ona təyin edilmiş pensiyanın yenidən hesablanması» barədə tələb üzrə düzgün nəticəyə gəlmişdir.

29. Belə ki, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilməsi barədə müddəa “Məhkəmələr və hakimlər haqqında” qanuna x xxxxxxx 2010-cu il ratixli 192-İİİQD saylı qanunla əlavə edilmişdir.

30. Göründüyü kimi iddiaçı işlədiyi dövrdə bu ödənişləri almamışdı və iddiaçı əvvəllər işlədiyi hakim vəzifəsində almadığı ödənişlərin nəzərə alınaraq əmək pensiyasının ye nidən hesablanmasını tələb edir. Bu halda həmin ödənişlərin iddiaçının pensiyasına hesablanması “Əmək pensiyaları haqqında” qanunun 1-ci maddəsinə ziddir. Çünki həmin normada əmək pensiyasına - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi - kimi anlayış verilmişdir. Yəni pensiya hesablanarkən o məbləğlər nəzərə alınır ki, əmək pensiyası təyin olunduqdan əvvəl alınmış olsun.

31. Konstitusiya Məhkəməsi «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələ rinin şərh edilməsinə dair» xx xxx 2020-ci il tarixli qərarında da göstərmişdir ki, «“Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcli yinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun».

32. Nəzərə alınmalıdır ki, əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi və əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması pensiya sisteminin əsas təməl prinsipləridir.

33. İddiaçının tələbi yuxarıda qeyd olunan pensiya sisteminin təməl prinsiplərinə ziddir və hazırki iddia tələbi üzrə cavabdehin imtinası “qanunçuluq” prinsipinə uyğun olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istif adə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun.

34. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər apelyasiya məhkəməsinin qərarının ləğvinə əsas vermir.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)1011 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar