Məhkəmə qərarları › İş №2-1(102)-2116/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2116/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2116/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqənin verilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(105)-284/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 18.01.1984-cü il tarixdə doğulmuş, 22.07.2002-ci ildən 01.01.2004-cü ilədək N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövründə “sağ budun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə 02.04.2003-cü ildən 19.06.2003-cü ilədək N saylı hərbi hissədə müayinə və müalicə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 553 saylı, 23.12.2003-cü il tarixli, hərbi hissə komandirinin 01.01.2004-cü il tarixli, 01 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya ünvanladığı 10.08.2018-ci il tarixli məktubla bildirmişdir ki, N n ömrəli hərbi hissənin travma haqqında arayışında iddiaçının şəxsi ehtiyatsızlıq nəticəsində yaralandığı göstərildiyinə görə, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi və son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq məvacibin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, müalicə aldığı N saylı hərbi hissənin komandirinin verdiyi 12 nömrəli arayışda onun xidmət etdiyi müddətdə düşmən tərəfində n atılan güllə nəticəsində sağ budunun 1/3-nin yaralanması öz təsdiqini tapdığından, ona müharibə veteranı adı verilməlidir.

5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Bundan başqa etirazda qeyd edilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, 1994-cü il 12 may tarixindən sonra müharibə veteranı adı döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara müdafiə orqanları və hərbi idarəetmə orqa nları tərəfindən verilmiş arayışlar və sair sənədlər əsasında verilir. Hazırki iş üzrə iddiaçı döyüş əməliyyatlarında iştirak etmişsə, həmin döyüş əməliyyatları ilə əlaqədar yaralanmışsa, bu əsaslarla bağlı xəsarət almasını təsdiq edən sənəd təqdim edirsə, cavabdeh iddianın qanuni və əsaslı həllini məhkəmənin mülahizəsinə buraxır. Həmçinin, son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq müavinətin hesablanaraq ödənilməsinə dair iddiaçının hüququ ancaq müharibə veteranı adı və vəsiqəsini əldə etdiyi andan əmələ gələ bilər.

6. Birinci instansiya məhkəməsinin 31.07.2019-cu il tarixli, 2-1(085)-183/2019 nömrəli (hakim İsmayıl Quliyev ) qərarı ilə iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının döyüş əməliyyatları ilə əlaqədar xəsarət almasını təsdiq edən sənəd təqdim edilmədiyinə və bu halın müəyyən olunması ilə bağlı sənədin təqdim edilməsi iddianın təmini üçün şərt olduğuna görə, cavabdehin imtinası əsaslı hesab edilməlidir.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 31.07.2019-cu il tarixli, 2-1(085)-183/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(105)-663/2019 nömrəli (hakimlər Nazim Nəsibov – sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Vidadi Cəfərov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 31.07.2019-cu il tarixli qərarı dəyişdiril mədən saxlanılmışdır.

10. Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə-apelyasiya instansiya məhkəməsi) 14.04.2020-ci il tarixli, 2-1(102)-961/2020 nömrəli (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, Zakir Quliyev və Rahib Nəbizadə) qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin olunması, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(105)-663/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apel yasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mübahisənin həlli üçün ilk növbədə iddiaçının yaralanması şəraiti müəyyən olunmalı və iddiaçının yaralanması ilə bağlı işə əlavə olunmuş sənədlərdəki ziddiyyətli məlumatlara aydınlıq gətirilməlidir. İşin apelyasiya instansiya məhkəməsində araşdırılan hallarından göründüyü kimi, cavabdeh, iddiaçının şəxsi ehtiyatsızlıq səbəbindən yaralandığını bildirsə də bunu sübut edə bilməmiş, eynilə yaralanma şəraitini də izah edə bilməmiş, iş materialları ilə iddiaçının düşmən gülləsi tərəfindən yaralandığı təsdiq olunmuş, apelyasiya instansiya məhkəməsində bu uyğunsuzluq araşdırılmamışdır. Belə ki, hazırki iş üzrə iddiaçı müvafiq hərbi hissədə xidmət edərkən döyüş gözləmə mövqeyində olduğu vaxt yarala ndığını iddia etmiş, lakin apelyasiya instansiya məhkəməsi iddiaçının xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş zonasında yerləşməsini, iddiaçının döyüş əməliyyatlarında iştirak edib-etmədiyini və yaralanma şəraitini ətraflı araşdırmamışdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar kassasiya şikayətinin dəlilini əsaslı hesab edir və bildirir ki, iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində yaralandığı təsdiq olunduğundan, onun baş vermə şəraiti hərtərəfli araşdırılmalı, yaralanmanın döyüş əməliyyatları zamanı baş verib-verməməsi məsələsinə aydınlıq gətirilməlidir. Apelyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmamış, bununla da Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12- ci maddəsinin tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci il tarixli, 21(105)-317/2020 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Telman Məmmədov və Səyyad Qafari) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 31.07.2019-cu il tarixli, 2-1(085)-183/2019 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiy a məhkəməsində ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2021-ci il tarixli, 2-1(102)-287/2021 nömrəli (hakimlər İspəndiyar Şəfiyev - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və İsmayıl Xəlilov) qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin olunması, apelyasiya instansiya məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(105)-317/2020 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

17. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 21(105)-284/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Rəşadət Ağayev və Gülnarə Tağızadə) qərarı ilə apelyasiya şikayətinin təmin edi lməməsi, birinci instansiya məhkəməsinin 31.07.2019-cu il tarixli, 2-1(085)-183/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda obyektiv həqiqəti ifadə edən halları qətiyyən nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hüquqi hallarını aydınlaşdırmamış və nəticədə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq ədalətsiz və əsassız bir qərar qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının yaralanması faktı üzrə prokurorluq tərəfindən aparılmış təhqiqat materiallarını tələb edib araşdırmamışdır. Təhqiqatla hansı halların müəyyən edildiyi (iddiaçının düşmən tərəfindən atılmış atəş nəticəsində yaralanması faktının təsdiq edilib-edilmədiyi) məlum deyildir. Apelyasiya instansiya məhkəməsi iddiaçının hərbi xidmət zamanı Ermənistan hərbi birləşmələrinin mövqeyindən atılan atəş nəticəsində yaralanmasını müəyyən etsə də, bu barədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməklə cinayət işinin başlanması və bu barədə materialların olmasını müəyyən etsə də, həmin xüsusatların əksinə iddiaçının aldığı xəsarətin döyüş əməliyyatları ilə səbəbli əlaqəsinin olmaması qənaəti nə gəlməsi ədalətli məhkəmə araşdırmasının nəticəsi kimi qanuni və əsaslı qərar qəbul edilməsi məntiqinə ziddir. Çünki ədalətli məhkəmə araşdırılması qanuni və əsaslı, həmçinin ziddiyyətli, sual doğuracaq hallardan halı qərarın qəbul edilməsini zəruri edir. Qeyd edilənlər üzrə iddia tələbinin təmin edilməli olması kassasiya instansiya məhkəməsinin göstərişlərindən sonra qaçılmaz olmasına baxmayaraq, apelyasiya instansiya məhkəməsinin məhkəmə kollegiyası prosessual hüquq normalarının tələblərini pozmaqla sübutlar üzrə səhv dəyərləndirmə aparmaqla, işin faktiki hallarını səhv müəyyən etməklə nəticədə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “ Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya a mnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığın ın yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontu ziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, A zərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

24. İnzibati-Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən, hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışı na və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir

27. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyət cə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. İddiaçının əsas dəlili mahiyyət etibarı ilə ondan ibarətdir ki, döyüş zonasında yerləşən hərbi hissədə xidmətdə olarkən düşmən mövqeləri tərəfindən atılan güllə nəticəsində yaralanması onun döyüş əməliyyatı ilə əlaqədar xəsarət alması kimi dəyərləndirilməli və bu səbəbdən ona müharibə veteranı adı verilməlidir. İddiaçının tələbinin son 3 il ərzində müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinətin hesablanaraq ödənilməsinə dair hissəsi ona müharibə veteranı adı verilməsi ilə bağlı tə ləb üzrə mübahisənin həllinə bağlıdır.

32. Məhkəmə Kollegiyası iddiaçının həmin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi ehtiyata və istefaya buraxılmış şəxslərə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, müvafiq aidiyyəti orqanlar tərəfindən verilir.

33. Həmçinin yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi ehtiyata və istefaya buraxılmış şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır.

34. Qeyd olunmalıdır ki, iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin döyüş zonasında yerləşməsi və onun hərbi xidmət zamanı Ermənistan hərbi birləşmələrinin mövqeyindən atılan atəş nəticəsində yaralanması işin mübahisəsiz halıdır.

35. Lakin bununla belə, yuxarıda istinad olunan normanın tələbinə görə, şəxsə müharibə veteranı adının verilməsi üçün onun 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və məhz həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması tələb olunur.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixl i qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

37. Hərbi doktrinada və terminologiyada qəbul olunmuş anlayışa görə, döyüş əməliyyatları hər bi əməliyyatların aparılması forması olub, hərbi vəzifələrin yerinə yetirilməsi üçün qüvvə və vasitələrin təşkil olunmuş tətbiqi vasitəsilə müəyyən ərazidə və müəyyən zaman kəsiyində hərbi hissələr, hərbi birləşmələr tərəfindən həyata keçirilən əməliyyatdır.

38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 22.07.2002-ci il tarixdən 01.01.2004-cü il tarixədək N № hərbi hissədə əsgər rütbəsində qulluq etmişdir. Həmin hərbi hissə bilavasitə döyüş zonasında yerləşmiş və düşmənlə üzbəüz döyüş növbətçiliyi aparmış, düşmənin təxribat xarakterli hərəkətlərinin qarşısının alınması üçün döyüş tapşırığı yerinə yetirmişdir.

39. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən apelyasiya məhkəməsinin sorğusuna cavab olaraq 19 may 2021-ci il tarixli, HP-05/515 saylı mə ktubla Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq əsgəri İddiaçı düşmən tərəfindən qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə icraatı dayandırılmış, 106092 nömrəli cinayət işinin müvafiq sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

40. İş materiallarına əlavə olunmuş həmin sənədlərdən görünür ki, iddiaçının xəsarət alması ilə bağlı səlahiyyətli dövlət orqanı olan hərbi prokurorluq tərəfindən araşdırma aparılmış və iddiaçının xəsarət aldığı şərait müəyyən edilmişdir. Belə ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı 01.04.2003-cü il tarixdə, saat 1200 radələrində “Təpəgöz” adlanan postda səngərdə təmizləmə işləri aparark ən Ermənistan hərbi birləşmələrinin mövqeyindən atılan atəş nəticəsində sağ ayağının yuxarı hissəsindən güllə yarası almışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı da izahatında qeyd edilən xüsusatı təsdiq etmişdir.

41. Bundan başqa həmçinin qeyd olunmalıdır ki, iş üzrə materiallarla həmin vaxt və həmin ərazidə hərbi hissə və birləşmələr, o cümlədən iddiaçının xidmət keçdiyi hərbi hissə tərəfindən döyüş əməliyyatlarının aparıldığı təsdiq olunmamışdır.

42. Beləliklə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının xəsarət (güllə yarası) alması bilavasitə döyüş əməliyyatları və onun döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar olmamışdır. Qeyd edilməlidir ki, səngərdə təmizləmə işləri apararkən erməni hərbi birləşmələrinin mövqelə ri tərəfindən atılan atəş nəticəsində xəsarət alması iddiaçının döyüş əməliyyatında iştirakla əlaqədar xəsarət alması kimi qiymətləndirilə bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud deyildir. Bu baxımdan iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz.

44. Nəticə etibarı ilə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

45. Məhkəmə Kollegiyası qeyd edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərarı dəyişdiri lmədən saxlanılmalıdır.

46. Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 21(105)-284/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar