Məhkəmə qərarları › İş №2-1(102)-2116/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2116/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2116/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina, kassasiya şikayətinin mümkün sayılmaması) Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2006-cı ildən xx.xx.2012-ci il tarixədək N nömrəli hərbi hissə üzrə Müdafiə nazirinin hər il ayrılıqda olmaqla döyüş aparılması barədə əmrdən çıxarışın surətinin onun ünvanına göndərilməsi öhdəliyinin cavabde hin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2024-cü il tarixli, 2-1(104)-437/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2006-cı ildən xx.xx.2012-ci il tarixədək N nömrəli hərbi hissə üzrə Müdafiə nazirinin hər il ayrılıqda olmaqla döyüş aparılması barədə əmrdən çıxarışın surətinin onun ünvanına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1588/2024 nömrəli iş üzrə 01 aprel 2024cü il tarixli qərardadı ilə (hakim X6) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2006-cı ildən xx.xx.2012-ci il tarixədək N nömrəli hərbi hissə üzrə Müdafiə nazirinin hər il ayrılıqda olmaqla döyüş aparılması barədə əmrdən çıxarışın surətinin onun ünvanına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsinə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 21(104)-437/2024 nömrəli qərardadı ilə (hakimlər X1 (məruzəçi), X4 və X2) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı 25 aprel 2024-cü il tarixdə elektron ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-2-1(104)-437/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin qərardaddan kassasiya şikayəti vermək istəyir.

6. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-437/2024 saylı, 3 may 2024-cü il tarix li qərardadı ilə (hakimlər X1 (məruzəçi), X4 və X5) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-437/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

7. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci qrup əlillik müddətsiz olaraq təyin edilməsi müəyyən edilmişdir. Bu hal iddiaçıya dövlət hesabına vəkilin təyin edilməsi üçün tələb olunan şərtlərdən birinin mövcud olmasını təsdiq etsə də, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş iddiaçının əmək müqaviləsi məlumatlarından İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil məktəbində müəllim vəzifəsində işləməsi və 1218 manat məbləğində əmək haqqı alması müəyyən olunmuşdur. Bu hal isə iddiaçıya dövlət hesabına vəkilin təyin edilməsi üçün tələb olunan ikinci şərti ödəmir. Bundan başqa elektron məhkəmə informasiya sistemindən əldə edilmiş iddiaçının pensiya və sosial ödəniş məlumatları ilə müəyyən edilmişdir ki, iddiaçı 400 manat məbləğində pensiya və 350 manat məbləğində təqaüd alır. Göründüyü kimi İddiaçı əlilliyi öz təsdiqini tapmış olsa da, iddiaçıya dair əldə edilmiş məlumatlar əsasında onun müəllim vəzifəsində işləməsi müəyyən edilmiş və bu hal onun vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmamasını istisna edir.

8. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və dövlət vəsaiti hesabına vəkillə tə min edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan qərardadda Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və ka ssasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələri nə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər.”

11. Sözügedən Qərardadda eləcə də izah olunmuşdur ki, “...təcrübədə rast gəlinən şikayət hüququndan sui-istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət verilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəzəriyyəsində şikayət hüququndan sui-istifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qayda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrartəkrar məhkəməyə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları nami nə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər (§60)” və “şikayət hüququndan sui-istifadə edildikdə, şikayət əsaslandırılmamış hesab edilə bilər (§61)”. Əsaslandırılmamış kassasiya şikayəti isə İPM-in 94.2-ci maddəsinə əsasən mümkün sayılmamalıdır.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlard a formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qab iliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər.” (Bununla bağlı bax: İddiaçı işləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)1662/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)-1753/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)1727/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)-1848/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)1424/2024 nömrəli qərardadları).

13. Məhkəmə kollegiyası nəzərə alır ki, işdə iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqs ədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Qanunla vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər (İPM-nin 1.2, 31.1 -ci, MPM-in 14.4, 14.5-ci maddələri). Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1 -ci maddəsi).

14. Kollegiya sonda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbə rliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2024-cü il tarixli, 21(104)-437/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar