Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2116/2025 02.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: əmək kitabçasının mötəbərliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025ci il tarixli, 2-1(103)-1217/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan pensiyanın təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə anadan olmuşdur. 1976-1978-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən Azərbaycan Respublikası Tikinti Sənaye Nazirliyinin nəzdində olan 4 saylı MAS-ın 43 saylı Tikinti İdarəsində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdə Bakı baş tikinti idarəsində dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində işə başlamış, xx.xx.1987-ci il tarixdən iş icraçısı (sahə üzrə baş usta) vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə quraşdırıcı sahənin prorabı vəzifəsinə keçirilmiş və həmin vəzifədə xx.xx.2008-ci il tarixinədək işləmişdir. xx.xx.2008-xx.xx.2010-cu il tarixlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin işində satıcı vəzifəsində işləmişdir və xx.xx.2010-cu il tarixdən bu günə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçının 05 yanvar 2015-ci il tarixdə 57 yaşı tamam olmuşdur. 2022-ci ilin avqust ayında o, güzəştli pensiyaya çıxmaq üçün DO ST xidmətinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 18 oktyabr 2022-ci il tarixdə ona imtina məktubu verilmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad olunaraq 12 il 6 ay ağır və zərərli işlərdə işləməyi və ümumi olaraq 25 il sığorta stajının olmasının tələb edildiyi göstərilərək, onun həmin stajı toplamadığı qeyd olunmuşdur. Cavabdehin ona güzəştli pensiyanın təyin edilməsindən imtinası tamamilə əsassızdır. Belə ki, əmək kitabçasında onun əvvəlki işlərdə, yəni xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək Xüsusi quraşdırma trestində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sadəcə, su basma nəticəsində idarənin arxivə verdiyi sənədlər məhv olmuşdur. Bu səbəbdən, iddiaçıya verilmiş arxiv ayrayışında xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək əmək fəaliyyəti əks olunmamışdır. Eyni zamanda, Arxiv arayışında xx.xx.1982-ci il tarixdən işləməyi barədə arxivə təhvil verilmiş illər və aylar üzrə hesabatların (xx.xx.1982 xx.xx.1990-cı il, xx.xx.1990 - xx.xx.1991-ci il, xx.xx.1991 - xx.xx.1991-ci il, xx.xx.1991 xx.xx.1992-ci il, xx.xx.1991 - xx.xx.1992-ci il, xx.xx.1992 - xx.xx.1992-ci il, xx.xx.1992 xx.xx.1994-cü il, xx.xx.1984 - xx.xx.1994-cü il) olması qeyd edilsə də, həmin dövrlər arasındakı aylar (xx.xx.1990 - xx.xx.1990-cı il, xx.xx.1991 - xx.xx.1991-ci il, xx.xx.1991 xx.xx.1991-ci il, xx.xx.1992 - xx.xx.1992-ci il, xx.xx.1992 - xx.xx.1992-ci il, xx.xx.1994 xx.xx.1994-cü il), xx.xx.1994 - xx.xx.2008-ci il üzrə isə məlumatların ümumiyyətlə, qeyd olunmadığını görmə k olar. Arxiv arayışında xx.xx.1994-cü il tarixinədək aylar arasındakı qeyd olunmayan tarixlər, əmək kitabçasında müddəti kəsilməyən iş kimi göstərilmişdir və həmin müddət 1 il təşkil edir. İddiaçının xx.xx.1994 - xx.xx.2008-ci il üçün əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti isə 14 ildir. Arxivdə həmin dövrə dair məlumatın olmaması qeyd olunan illərdə onun ağır və zərərli işlərdə işləmədiyi anlamına gəlmir. Hesab edir ki, güzəştli şərtlərlə 57 yaşdan pensiyaya çıxmaq hüququndan məhrum edilməsi əsassızdır.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, qanunun normalarına əsasən iddiaçıya münasibətdə minimum 12 il 06 ay güzəştli iş stajı, azı 25 il ümumi iş stajı tələb olunur. Cavabdeh orqanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin et məkdən imtinasının səbəbi iddiaçının qanunvericiliklə tələb olunan yetərli güzəştli iş stajına malik olmamasıdır. Cavabdeh orqana təqdim edilən sənədlərdə xx.xx.1982 - xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində BBTİ 2 saylı Ev Tikmə kombinatında iddiaçının beton məmulatları quraşdırıcısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya dair 26 iyul 2019-cu il tarixli, V-325 nömrəli arayışında 1990-cı ilin fevral ayı, 1991-ci ilin may və avqust ayları, 1992-ci ilin avqust, oktyabr, noyabr ayları, 1994-cü ilin avqust, oktyabr, noyabr, dekabr ayları və 1995-2000-ci illər üzrə arxiv sənədlərinin əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı almağı barədə heç bir məlumat olmadığı qeyd edilmişdir. Bundan başqa, cavabdeh orqan tərəfindən aparılan araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən də iddiaçıya əməkhaqqının ödənilməyən və məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi, işləmədiyi müddətləri onun iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 21 gün (xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1991 -xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qanunvericiliyin tələbinə görə, həm xx.xx.2006-cı il tarixədək, həm xx.xx.2006-cı il tarixdən sonra yalnız məcburi dövlət sosial sığorta haqları ödənilmiş dövrlər sosial sığorta stajına daxil edilir. Bu məsələnin tənzimlənməsi nəinki qanunvericiliyin tələblərindən, eləcə də formalaşmış məhkəmə təcrübəsindən irəli gəlir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) 23 oktyabr 2024-cü il tarixli, 2-1(112)-4912/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 05 yanvar 2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 27 oktyabr 2023-cü ildən əvvəlki 03 (üç) il üçün ödənilməyən əmək pensiyası fərqinin aylıq əmək pensiyası ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Tə yinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Respublikası Tikinti Sənaye Nazirliyinin nəzdində olan 4 saylı MAS-ın 43 saylı Tikinti İdarəsində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək BBTİ 2 saylı Ev tikmə kombinatında dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həmin kombinatda quraşdırıcı sahənin tikinti ustası, xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək həmin kombinatda quraşdırıcı sahənin iş icraçısı vəzifəsində işlədiy i müəyyən edilir ki, həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bölməsinə uyğundur. Həmçinin, Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda Bakı Şəhər İcra Hakimiyyəti Sənayeləşdirilmiş Evtikmə İstehsalat Birliyinin 2 saylı Evtikmə Kombinatının xx.xx.2008-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyi, xx.xx.2013-cü ildə səhmlərinin 100% özəlləşdirildiyi, cəmiyyətin emissiya prospektində iddiaçının xx.xx.1982-ci il tarixdən iş icraçısı vəzifəsində işlədiyinin qeyd olunduğu bildirilmişdir. Yəni iddi açının xx.xx.2006-cı ildən sonrakı dövr üzrə olan güzəştli stajı nəzərə alınmasa belə, onun həmin tarixədək güzəştli stajı mövcuddur. Belə olan halda, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsinə hər hansı maneə yoxdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (32.1-1.). İşdən göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən tələblə xx.xx.2023-cü ildə cavabdehə müraciət etmişdir. Bu səbəbdən, iddia, ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi hisəssində qismən təmin edilməli, xx.xx.2023-cü ildən əvvəlki 3 il üçün ödənilməyən pensiya məbləği hesablanaraq yuxarıda göstərilən qaydada aylıq pensiya ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməlidir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) 02 aprel 2025-ci il tarixli, 2-1(103)-1217/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar q əbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqeyə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahi d məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrüb əsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilm əsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1466/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Bununla yanaşı, iddiaçı nın bu və ya digər müəssisədə əmək fəaliyyəti ilə bağlı sənədlərinin arxivə təhvil verilməməsi onun məsuliyyət sferasına aid edilə bilməz. Odur ki, qeyd edilən hal (bu və ya digər müəssisədə əmək fəaliyyəti ilə bağlı sənədlərin arxivə təhvil verilməməsi) iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz.
13. Hazırkı iş üzrə iddiaçı xx.xx.1958-cü il təvəllüdlü olmaqla, əmək kitabçasında olan qeydlərə əsasən xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı (2 saylı Siyahı üzrə) 12 il 6 aydan artıq təşkil edir. Belə olan halda, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməlidir.
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud v ə aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlillə ri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
16. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetər li hesab olunur.
17. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 21(103)-1217/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.