Məhkəmə qərarları › İş №2-1(102)-2117/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2117/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2117/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, X1 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi y anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı bağ sahəsinə hüquqların qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1088/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsinin vərəsəlik hüququ əsasında ona verilmiş 1/4 hissəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 21(82)-2438/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir.

3. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2438/2019 saylı qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1088/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 21(82)-2438/2019 saylı qərarı ləğv olunmuş, yeni qərar qəbul edilərək iddia təmin edilmişdir.

5. Cavabdeh xx xxxxxx 2020-ci ildə apelyasiya məhkəməsinin qərarını almış, xx xxxxxxxx 2020-ci ildə kasasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin hər hansı səbəb göstərmədən məhkəmə iclasında təmsil olunmamışlar. Tətbiq edilən hüquq

7. İnzibati Prosessual Məcəllə: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişd ən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

8. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi xx xxxxxx 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

9. Avr opa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü

10. Apelyasiya məhkəməsi qərardadın surətini tərəflərə göndərmiş, cavabdeh xx xxxxxx 2020-ci il tarixdə qərardadı almışdır (səh. 116).

11. Cavabdehin imzaladığı kasasiya şikayəti xx xxxxxxxx 2020-ci ildə apelyasiya məhkəməsinə təqdim edilmişdir (səh.117). Kasas iya məhkəməsinin mövqeyi

12. Cavabdeh tərəfindən mübahisə olunan məhkəmə sənədi xx xxxxxx 2020-ci ildə ona təqdim edilmişdir. Kasasiya şikayəti isə yuxarıda qeyd edildiyi kimi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

13. Cavabdehin kasasiya şikayəti verilməsi ilə bağlı şikayət vermə müddəti x xxxxxxxx 2020-ci il tarixdə bitmiş, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür.

14. Kasasiya şikayəti cavabdeh tərəfindən vaxtında təqdim edilməmişdir.

15. Cavabdeh kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması xx xxxxxx 2020-ci il ta rixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kasasiya şikayətini tərtib etmiş cavabdehə məhkəmə bildirişi göndərilmiş, bildirişdə kasasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxıldığı, müddətin ötürülmədiyini təsdiq edən sübutların xx xxxxxx 2020-ci il tarixə qədər məhkəmə kollegiyasına təqdim edilməsi, əks halda şikayətin mümkün sayılmayacağı bildirilmişdir.

16. Kasasiya şikayətinin vaxtında təqdim edilməsi ilə bağlı cavabdeh məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir.

17. Cavabdeh kasasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxması barədə məhkəmə kollegiyasına sübut təqdim etməmişdir.

18. Kasasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsas ən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.

19. Yuxarıda göstərilənlərə və İPM-in 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1088/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından verilən şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar