Məhkəmə qərarları › İş №2-1(102)-2117/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2117/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2117/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Döv lət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğu hesab edilməsi, buna uyğun olaraq pensiyasının dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, Qobustan rayon statistika idarəsinin rəisi işlədiyi üçün rəisin son 24 ayının əmək haqqısı və ona əlavə olunan 15% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, pensiyaya çıxdığı 01.07.2015-ci ildən indiyə kimi dövlət qulluğunun dərəcəsinə görə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə” dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-205/2021 nömrəli, 31 may 20 21-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğu hesab edilməsi, buna uyğun olaraq pensiyasının dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, Qobustan rayon statistika idarəsinin rəisi işlədiyi üçün rəisin son 24 ayının əmək haqqısı və ona əlavə olunan 15% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, pensiyaya çıxdığı 01.07.2015-ci ildən indiyə kimi dövlət qulluğunun dərəcəsi üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-927/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia qismən edilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələr inə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2017-ci il tarixli qərarının qüvvəyə mindiyi 07 aprel 2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

3. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın dəyişdirilərək iddia tələbinin tam, yəni Qobustan rayon statistika idarəsinin rəisi işlədiyi üçün rəisin son 24 ayının əmək haqqısı və ona əlavə olunan 15% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, pensiyaya çıxdığı 1-ci dərəcəli dövlət qulluqçusu kimi 01.07.2015ci ildən indiyə kimi dövlət qulluğunun dərəcəsinə görə yaranmış fərqin birdəfəyə ödənilməsi tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)766/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: N.M.Nəsibov və Z.İ.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-927/2019 saylı, 25 sentyabr 2019- cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. c) birinci instansiya məhkəməsindəki ikinci icraat

5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-778/2020 saylı, 31 may 2020-ci il tarixli qərardadı ilə (hakim: C.B.Məmmədov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-778/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: C.B.Məmmədov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsi əsl cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-778/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim: C.B.Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçının 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonunun K.Marks adına sovxozunda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğuna uyğunlaşdırılması, Şamaxı rayonu K.Mark adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrə uyğun olaraq pensiyanın dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, 07 aprel 2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası hesablanması və yaranmış fərqin ona birdəfəyə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, id dia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-205/2021 saylı, 31 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: E.M.Əhmədov və M.Ə.Rzayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-778/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçının 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonunun K.Marks adına sovxozunda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğ una uyğunlaşdırılması, Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrə uyğun olaraq pensiyanın dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, 07 aprel 2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı 16.06.2021-ci il tarixdə cavabdeh inzibatı orqana daxil olsa da, həmin qərar sənədlərin arasında qarışmış və cavabdehdən asılı olmayan səbəblərdən şikayət müddəti ötürülm üşdür. TƏTBİQ EDİLƏN HÜQUQ:

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti mə hkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

13. Məhkəmə tərkibi hesab edir ki, ərizə əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

14. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. İş materiallarından görünü r ki, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 31 may 2021-ci il tarixli, 2-1(105)-205/2021 saylı qərarı 14 iyun 2021-ci il tarixdə cavabdehə təqdim edilmiş, sonuncu isə müvafiq məhkəmə qəbzinə imza etməklə apelyasiya instansiyası məhkəməsinin qərarını qəbul etmişdir.(səh 50). Cavabdeh həmin qərardan 01 sentyabr 2021-ci il tarixdə kassasiya şikayəti vermişdir. Şikayətin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Beləliklə də, kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 (bir) aylıq müddətin ötürülməsi işin mübahisəsiz halıdır. Cavabdehin ərizəsində də qərarın təqdim edilməsi və şikayətin verilməsi tarixləri, eləcə də şikayət verilməsi müddətinin ötürülməsi mübahisə edilmir.

16. Cavabdeh tərəfindən kassasiya şikayət i verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ərizədə etiraf edilir və müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunması xahiş olunur. Cavabdeh ərizəsində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı digər sənədlərlə qarışdığından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.

17. Məhkəmə tərkibi cavabdehin dəlilini müddətin bərpa edilməsi üçün üzrlü səbəb kimi qəbul etmir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən on ların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

19. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

20. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2021-ci il tarixli, 2-1(105)-205/2021 nömrəli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Cavabdehin şikayəti üzrə ka ssasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar