Məhkəmə qərarları › İş №2-1(102)-2117/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2117/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2117/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsi) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1987; FİN:xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqları n qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2-1(103)-945/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1491/1 saylı 13 may 2005-ci il tarixli sərəncamına əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 2.0 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmış və “Torpaqların alqı-satqısı”na dair Akt bağlanmışdır.

2. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçının ********** saylı xx.xx.2020-ci il tarixli və ********** saylı xx.xx.2020-ci il tarixli müraciətlərinə cavab olaraq ünvanlanmış məktublarda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq olunmamış və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin, sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə torpaq sahəsi üzərində hüquqlar ının dövlət qeydiyyatına alınması ilə bağlı yenidən cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021ci il tarixli məktubla bildirmişdir ki, qeyd edilən məsələ ilə bağlı müraciətlərə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarda ətraflı cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1491/1 saylı, 13 may 2005-ci il tarixli sərəncamı ilə ona ayrılmış 2.0 ha torpaq sahəsi üzərində hüquqların d aşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması barədə sərəncamın 3-cü bəndində torpaq sahəsini müvafiq qaydada hüquqi qeydiyyata almaq məqsədi ilə keçmiş Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edilməsi tapşırılmışdır. Torpaq sahəsinin təsdiq olunmuş cizgi planı, habelə torpağın alqı-satqısına dair akt tərtib edilərək ona verilmişdir. Odur ki, iddia tələbi əsaslıdır.

7. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 2-1(112)-10638/2021 nömrəli qərarı ilə (hakim A.P.Oruczadə) iddia rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya Binəqədi qəsəbə Bələdiyyəsi t ərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Odur ki, torpaq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslar yoxdur. Belə olan halda, cavabdehin iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunazidd sayıla bilməz.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Bakı şəhəri Binəqədi rayon u Binəqədi qəsəbə Bələdiyyəsinin 1491/1 saylı, 13 may 2005-ci il tarixli sərəncamı ilə alqı-satqı yolu ilə ona ayrılmış 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda iddiaçıya ayrılan torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazisinin hüdudları daxilində olmaqla dövlət mülkiyyətində olması qeyd edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 21(103)-945/2022 nömrəli qərarı ilə (hakimlər: X.A.Cəmilova - sədrlik edən və məruzəçi, C. A.Yusifov və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 13 may 2005-ci il tarixli, 1491/1 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 2.0 ha torpaq sahəsi üzərində iddiaçını mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə, müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 11.1, 15.1, 15.2, 19.1, 24.1, 24.2, 32.3, 58.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etmək də haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası Qanunun tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamışdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, “Torpaqların alqı-satqısına dair Akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Halbuki, “Torpaqların alqı-satqısına dair Akt“ inzibati aktın qəbul olunma anına qədər deyil, inzibati akt qəbul olunduqdan sonra müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzalanan və möhürlə təsdiq edilən aktdır. Həmçinin, elektron kadastr məlumatlarına əsasən, müvafiq torpaq sahəsi Böyükşor gölünün mühafizə zonasında yerləşir. Eyni zamanda, Bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron bazada məlumat aşkar edilməmişdir. Torpaq sahəsi 4 tərəfdən şərti olaraq göstərilmişdir. Faktiki ölçüsü isə 19910 kv.m təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələ b olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin mat eriallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kolleg iyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

25. Hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1491/1 saylı, 13 may 2005-ci il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə ona ayrılmış 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlıdır.

26. Cavabdeh iddiaçının eyni məzmunlu müraciətlərinə cavab verərkən torpaq sahəsi ilə bağlı alqı-satqı aktının keçmiş DTXK tərəfi ndən təsdiq olunmamasını, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmamasını, o cümlədən sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamasına istinad etmiş, sonuncu məktubunda isə qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacağını bildirmişdir. Kassasiya şikayətində isə əlavə olaraq qeyd etmişdir ki, “Torpaqların alqı-satqısına dair Akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır, o cümlədən, elektron kadastr məlumatlarına əsasən müvafiq torpaq sahəsi Böyükşor gölünün mühafizə zonasında yerləşir və Bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron bazada məlumat aşk ar edilməmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarına istinad etməklə torpaq sahəsi ilə bağlı alqı-satqı aktının və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmaması, inzibati akt xüsusiyyətinə malik olmaması və inzibati aktın qəbul edilməsinə yardım etməsi ilə bağlı mövqeyi ilə razılaşır və bildirir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, öz təbiəti etibarilə inzibati icra at nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyan prosedurlara riayət edilməməsi, özü-özlüyündə hüququn qeydə alınmasından imtinanın əsasını təşkil edə bilməz.

28. Məhkəmə kollegiyası kassatorun “torpaq sahəsinin Böyükşor gölünün mühafizə zonasında yerləşməsi” ilə bağlı dəlili ilə əlaqədar isə qeyd edir ki, ilk növbədə qeyd edilən dəlil iddiaçının müraciətinə verilən cavablarda imtinanın əsası kimi göstərilməmişdir. Bununla belə, kassasiya şikayətində dəlil kimi irəli sürüldüyündən məhkəmə kollegiyası qeyd edilən dəlilə münasibət bildirilməsini zəruri hesab edərək aşağıdakıları bildirir.

29. Hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1491/1 saylı, 13 may 2005-ci il tarixli sərəncamı ilə ayrılmışdır. “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədləri” isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2017-ci il tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

30. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılarkən sözügedən torpaq sahəsi mühafizə zolağında yerləşməmişdir. Digər tərəfdən, torpaq sahəsinin mühafizə zolağında yerləşməsi torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir (bunu qadağan edən imperativ norma mövcud deyildir). Torpaq sahəsinin mühafizə zolağında yerləşməsi yalnız mühafizə zolağının müəyyən etdiyi rejimə uyğun istifadə edilməsi ilə nəticələnir ki, cavabdehin torpaq sahəsinin mühafizə zolağında yerləşməsinə görə həmin torpaq üzərində hüquqların qeydə alınmasından imtina edilməsi ilə bağlı mövqeyi “Daş ınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 15-ci maddələrinin tələblərinə ziddir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin, məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin d əlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 21(103)-945/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar