Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2117/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövl ət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(105)-298/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il tarixli, 360-T saylı məktuba əsasən iddiaçının mülkiyyətində olan 0,08 ha t orpaq sahəsində inşası nəzərdə tutulmuş anbar binasının (800 m2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılmışdır: - tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış layihə əsasında aparılsın; - tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun; - tikinti müddətində razılaşdırılmış layihədən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin.
3. Qeyri-yaşayış obyektinin eskiz layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmiş, tikinti layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdı rılaraq qeyri-yaşayış sahəsinin Memarlıq və Planlaşdırma bölməsi tərtib edilmişdir.
4. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 oktyabr 2018-ci il tarixli, 145 saylı “Tikinti obyektinin istismarına icazə” sənədinə əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində iddiaçıya məxsus anbar binasının keyfiyyət zəmanət müddəti 2 il müəyyən edilmiş, tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq 10 oktyabr 2018-ci il tarixdən obyektin istismarına icazə verilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata a lınmasını xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli **********10 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiq ləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Məmmədli kəndində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi (anbar binasının) üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasın xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İH tərəfindən imzalanmış 360-T saylı, 18 mart 2015-ci il tarixli icazə məktubuna əsasən qeyriyaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi razılaşdırılmışdır, yəni qeyri-yaşayış binasının inşasına icazə verilmişdir. İkincisi, qeyri-yaşayış sahəsi layihə əsasında inşa edilərək başa çatdırıldıqdan sonra Abşeron Rayon İH tərəfindən 10 oktyabr 2018-ci il tarixdə Tikinti obyektinin istismarına 145 nömrəli icazə verilmişdir. Həmin tikinti obyektinin istismarına icazə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun tərtib edilmişdir. Cavabdehin etirazları:
9. Cavabdeh iddia dair imtina məktubuna uyğun etiraz təqdim etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-715/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu Məmmədli kəndində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi (anbar binasının) üzərin də iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin predmeti olan anbar binasının tikililərə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 08 dekabr 2022-ci il tarixli “İstismara hazırlıq aktı” ilə tikinti qaydalarına uyğun inşa edilməsinə dəlalət edir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və t əqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən mülkiyyətində olan tikiliyə müvafiq icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasında həyata keçirilib. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 145 nömrəli tikinti obyektinin istismarına icazə sənədində olan “tikinti obyektinə verilmiş kodun göstərilməməsi” tikilmiş yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli 2-1(105)-298/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində imtina məktubu, eləcə də iddiaya dair etiraz ərizəsində qeyd olunan dəlilləri təkrarlamışdır. b) kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(105)-298/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;...
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-c ü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.10, 8.0.10.1ci maddələrinin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülk iyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2015-ci il tarixli, 360-T saylı məktub ilə iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsində anbar binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi müvafiq şərtlər daxilində razılaşdırılmış və tikinti başa çatdıqdan sonra 10 oktyabr 2018-ci il tarixli, 145 saylı “Tikinti obyektinin istismarına icazə” sənədi ilə obyektin istismarına icazə verilmişdir.
25. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilləri ondan ibarətdir ki, 1) Qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə sənədlər ərizəyə əlavə edilməmişdir; 2) İstismara icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, inzibati orqanın məzmun baxımından kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələ lər dəqiq göstərilən məktubu və ya digər rəsmi sənədi öz məzmununa görə inzibati akt kimi qiymətləndirilə bilər. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən obyektin tikintisinə verilmiş icazə məktubu aydın və anlaşılan olmaqla həmin məktubda ünvanlandığı fiziki şəxs və həll etdiyi məsələ dəqiq göstərilmişdir. Belə olan halda, həmin məktub inzibati akt – hazırkı halda, tikintiyə icazə sənədi kimi qiymətləndirilməlidir.
27. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 oktyabr 2018-ci il tarixli, 145 saylı “Tikinti obyektinin istismarına icazə” sənədində istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi göstərilməsə də, sonradan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Abşeron r ayonu, Məmmədli kəndində inşa edilən qeyri-yaşayış obyektinə dair 08 dekabr 2022-ci il tarixli istismara hazırlıq aktı tərtib edilmişdir.
28. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, istismara icazə sənədində formal xəta olan “hazırlıq aktının tarixi və qeydiyyatının göstərilməməsi” tikinti obyektinin istismarına qadağa hesab edilə bilməz.
29. Tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tikinti obyektinin kodlaşdırılmasının bir inzibati orqan tərəfindən digər inzibati orqana (hazırkı halda, tikintiyə icazə verən orqan tərəfindən Tikintilərin Dövlət reyestrini aparan orqana) təqdim etməli olduğu məlumatlar (sənədlər) əsasında aparıldığı, həmi n şərtə məhz inzibati orqanların öz aralarında əməl olunmadığı, həmçinin həmin kodlaşdırmanın tikinti obyektlərinə münasibətdə yalnız məlumat-statistika əhəmiyyəti kəsb etdiyi nəzərə alındıqda, həmin şərtə inzibati orqanlar tərəfindən əməl edilməməsi iddiaçının əşya hüquqlarının dövlət tərəfindən tanınmasından və təsdiq edilməsindən (daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınmasından) imtinanın əsası kimi çıxış edə bilməz.
30. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normaların məzmunundan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassa siya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(105)-298/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.